Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
55
anbarından, Kür hövzəsinə yuxarı byefdə atılan ən
kəskin, təhlükəli pollyutantlar, on min tonlarla al-
loxton üzvi maddələr, biogen elementlər, milyon
tonlarla asılı terrigenlər Şəmkir su anbarında top-
lanır və mürəkkəb xassəli proseslərə cəlb olunur.
Su anbarlarında ümumi bioloji məhsulun for-
malaşmasında fitoplanktonun
iştiraketmə müddəti,
həmin hövzələrin yerləşdiyi ərazinin coğrafi-iqlim
şəraitindən asılı olaraq, müxtəlifdir. Əgər Rusiya
Federasiyası, Ukrayna Respublikası ərazilərindəki
su anbarları il ərzində orta hesabla 5-6 ay kəskin
dərəcədə soyuyub-donursa, deməli, fitoplankton
yarım il vegetasiyadan məhrum olur və ilkin üzvi
maddələr sintez edilmir. Lakin cənub qurşaqda, is-
ti-mülayim iqlim şəraitində su anbarlarında assi-
milyasiya-dissimilyasiya prosesləri aramsız, il bo-
yu, müxtəlif intensivlikdə olsa da, davam edir. Ey-
ni vaxtda və müxtəlif coğrafi iqlim şəraitlərində ya-
radılan Kuybışev (Volqa çayı) və Mingəçevir (Kür
çayı) su anbarlarında həmin məsələlər, yəni fito-
planktonun məhsuldarlığı, destruksiya prosesləri,
mikrobioloji rejim müqayisəli şəkildə müfəssəl öy-
rənilmişdir. Alınan nəticələr cədvəl 1-də təqdim
edilir.
Cədvəl 1-dən aydın görünür ki, Kuybışev su an-
barında fitoplanktonun ilkin məhsulu yay fəslində
maksimum, yazın əvvəlində, payızın ikinci yarısın-
da kəskin dərəcədə azalır və qışda isə, demək olar
ki, tam təyin olunmur. Mingəçevir su anbarında ya-
zın ikinci yarısı və payızın ilkin aylarında fito-
planktonun fizioloji aktivliyi oxşar səviyyədə da-
vam edir. Maraqlı göstəricilərdən biri də il boyu
həmin su anbarlarında ümumi üzvi maddələrin des-
truksiyasına aid rəqəmlərdir.
Qeyd etmək lazımdır ki, qış aylarında buzla ör-
tülü su anbarlarında və Şimali Xəzərdə fitoplank-
tonun fotosintez aktivliyini müəyyən etmək müm-
kün olmamışdır. Deməli, ehtimal etmək olar ki, so-
yuq iqlim şəraitində olan su anbarlarında antropo-
gen mənşəli pollyutantların öz-özünə təmizlənmə
proseslərində heterotrof mikrobiota və başqa hid-
robiontlar tərəfindən neytrallaşması-zərərsizləşmə-
si ləng gedir, uzun vaxt tələb edir. Ona görə suların
fiziki-kimyəvi xassələrini dəyişən, ümumiyyətlə,
hidrobiontlar üçün zərərli olan və bioloji məhsul-
darlığın formalaşması qanunauyğunluqlarını pozan
ziyanlı maddələr akkumulyasiya olunur, uzunmüd-
dətli ikinci çirklənmə mənbəyinə çevrilir.
Qeyd etmək lazımdır ki, fitoplanktona aid olan
şöbələrə məxsus növlərin hamısı su anbarlarında
bərabər sayda inkişaf etmir. Həmçinin bu və ya
başqa su anbarında vegetasiya dövründə yosun
növlərinin say tərkibi və biokütlə göstəriciləri də
fərqlənir. Məsələn, məlum olmuşdur ki, isti iqlim
şəraitində olan su anbarlarında “istisevər” və azot
birləşmələrinə tələbkar sayılan göy və göy-yaşıl
yosunlar üstünlük təşkil edir. Maraqlıdır ki, bu
qrupa aid taksonlar üçün yüksək şəffaflıq lazımdır
[16]. Aydın olmuşdur ki, yaz və payız fəsillərində
nisbətən aşağı temperatur şəraitində və yağmurlar-
la, ərintilərlə əlaqədar olaraq sularda şəffaflıq aza-
lan ərəfələrdə kütləvi şəkildə diatomlara aid növlər
inkişaf edir [12]. Beləliklə də ilkin məhsulun əmə-
ləgəlməsində alqofloranın şöbə, cins və növlərinin
rolu ayrıca qiymətləndirilir [2; 15].
Ali bitkilərdən, quruda yayılan bütün bitki alə-
mindən fərqli olaraq, fitoplankton tayacıqlar, ko-
malar böyük ərazilər zəbt edən kütlə-küləş yarat-
mır. Lakin həmin təkhüceyrəli, adi gözlə çox çətin
seçilən-görünən fitoplankton ardı-arası kəsilmə-
dən, qısa zaman vaxt kəsiyində vegetasiya proses-
lərini davam etdirməklə böyük həcmdə biokütlə
yaradır. Məhz bu səbəbdən də su anbarlarından sə-
mərəli istifadə məsələlərində mühüm iqtisadi əhə-
miyyət kəsb edən balıqçılığın inkişaf etdirilməsi
üçün fitoplanktonun ilkin məhsulu
barədə real mə-
lumatların əldə edilməsi olduqca vacibdir. Su an-
barlarının trofik tipinə görə kateqoriyalara bölün-
məsi şərt-göstəriciləri, fitoplanktonun məhsuluna
əsasən cədvəl 2-də verilir.
Cədvəl 1
Kuybışev və Mingəçevir su anbarlarında fitoplanktonun ilkin məhsulu, üzvi maddələrin
destruksiyası, suda mikrobların ümumi sayı və saprofitlərin miqdarına aid göstəricilərin müqayisəsi
Analizlər
Kuybışev su anbarı
Mingəçevir su anbarı
Fitoplanktonun ilkin məhsulu q/m
2
yaz
220
yaz
290
yay
410
yay
600
payız
210
payız
400
qış
0
qış
110
Üzvi maddələrin destruksiyası q/m
2
360
522
Mikrobların ümumi sayı mln/ml
2.6
4.7
Saprofit bakteriyaların miqdarı
4800
8300
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
56 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
Cədvəl 2
Trofik tipə görə su hövzələrində fitoplanktonun ortaillik məhsulu, destruksiya olunan üzvi
maddələrin miqdarı (qC/m2), ümumi mikrobların (mln/ml) və saprofit bakteriyaların sayı (min/ml)
Su hövzəsi,
tipi və adı
İlkin
məhsul
Destruk-
siya
Mikrob.
ümumi
sayı
Saprofit
bakt.
miqdarı
Müəlliflər
Evtrof: Ağ göl (Kosino)
200
180
2.4
4-5
[2]
Qara göl (Kosino)
210
176
2.3
3-4
[3]
Kuybışev su anbarı
370
510
3.2
7-8
[36]
Mingəçevir su anbarı
360
522
4.6
8-11
[40]
Şəmkir su anbarı
508
634
6.2
10-12
[19]
Kremençuk su anbarı
348
460
3.4
9-11
[35]
Mezotrof: Qlubokol gölü
112
93
0.8-0.9
0.8
[41]
Kolomen gölü
103
87
1.0-1.2
0.9-1.1
[16]
Rıbinsk su anbarı
76
120
10-1.3
0.9-1.2
[45]
Kiyev su anbarı
110
98
1.4-1.6
1.1-1.3
[3]
Cədvəl 3
Müxtəlif ərazilərdəki su anbarlarında 1 ml suda fizioloji qrupa aid bəzi bakteriyaların miqdarı
(yay fəsli)
Su anbarı
Sellüloza-
parçalayan
(aerob)
Azoto-
bakter
Cl.pasteu-
rianum
Denitrifi-
katorlar
Sulfatlaş-
dırıcılar
Müəlliflər
Qorki
8
25
60
100
68
[28]
Kuybışev
30
18
110
300
85
[21]
Rıbinski
20
30
80
100
19
[13]
Kremençuk
40
100
80
100
40
19[]
Kiyevski
60
210
60
100
45
[18]
Zaporojski
100
250
180
160
47
[3]
Mingəçevir
700
360
50
200
135
[23]; [40]
Şəmkir
1000
300
400
1000
530
[11]
Aşıqbayramlı
1000
230
300
180
60
[25]
Yekəxana
1000
360
190
200
45
[25]
Ağstafaçay
100
100
56
70
15
[26]
Su anbarlarının özündə yaranan və hövzəyə
məxsus ərazi-sahələrdən qəbul olunan üzvi maddə-
lərin mineralizasiyası əsasən su qatları və lil-qrunt-
da fəaliyyət göstərən mikrobiota tərəfindən həyata
keçirilir. Həmçinin fizioloji qrup adlanan, ayrı-ayrı
maddələrin parçalanmasında iştirak edən qruplar,
məsələn, sellülozaparçalayan (aerob-anaerob), sər-
bəst azotfiksə edənlər (aerob-anaerob), nitrifikator-
lar (1-ci və 2-ci mərhələ), denitrifikatorlar, sulfat-
laşdırıcılar, kükürd bakteriyaları və b. su anbarla-
rında bioloji və ekoloji baxımdan olduqca mühüm
proseslərdə fəal iştirak edirlər.
Məhz mikrobiotaya
aid olan, yuxarıda qısa şəkildə göstərilənlərlə əla-
qədar olaraq, su anbarlarının bioloji məhsuldarlığı-
nın qiymətləndirilməsində bəzi mikrobioloji gös-
təricilər də əsas kimi istifadə edilir (cədvəl 3).
Cədvəl 3-dən aydın görünür ki, cənuba məxsus
iqlim şəraitində yaradılan su anbarlarında fizioloji
qrupa aid olan bakteriyaların miqdarı daha çoxdur.
Volqa çayının hər üç axarı məcrasında (Yuxarı,
Orta və Aşağı Volqa) yaradılan su anbarlarında
kompleks şəkildə aparılan mikrobioloji tədqiqat-
lardan məlum olmuşdur ki, çay axını boyu – şimal-
dan cənuba doğru həm çayın özündə, həm də su
anbarlarında eyni qrupa aid mikrobların miqdarı
kəskin dərəcədə fərqlənir [13;17].
Qeyd etmək lazımdır ki, su anbarları yaradılan-
dan sonra ilk dövrlərdə subasar ərazilərdəki külli
miqdarda üzvi maddələr, biogen
elementlər mühiti
zənginləşdirir və hövzələrdə fizioloji qrupa aid
olan bakteriyalardan hidrobiontların inkişafı üçün
real təhlükə sulfatlaşdırıcı bakteriyaların fəaliyyəti
sayəsində yaranır. Bu zaman aralıq məhsulu sayı-
lan hidrogen-sulfid qazı (H2S) əmələ gəlir və bu
qaz kəskin zəhər kimi kütləvi qırğına səbəb olur.
Hələ keçən əsrin 40-50-ci illərində prof. S.İ.Kuz-
netsov [10] təcrübələrlə sübut etmişdir ki, su höv-