Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə30/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   26   27   28   29   30   31   32   33   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 55 
 
anbarından, Kür hövzəsinə yuxarı byefdə atılan ən 
kəskin, təhlükəli pollyutantlar, on min tonlarla al-
loxton  üzvi  maddələr,  biogen  elementlər,  milyon 
tonlarla asılı terrigenlər Şəmkir su anbarında top-
lanır və mürəkkəb xassəli proseslərə cəlb olunur.  
Su  anbarlarında  ümumi  bioloji  məhsulun  for-
malaşmasında fitoplanktonun iştiraketmə müddəti
həmin hövzələrin yerləşdiyi ərazinin coğrafi-iqlim 
şəraitindən  asılı  olaraq,  müxtəlifdir.  Əgər  Rusiya 
Federasiyası, Ukrayna Respublikası ərazilərindəki 
su anbarları il  ərzində orta hesabla 5-6 ay  kəskin 
dərəcədə  soyuyub-donursa,  deməli,  fitoplankton 
yarım il vegetasiyadan məhrum olur və ilkin üzvi 
maddələr sintez edilmir. Lakin cənub qurşaqda, is-
ti-mülayim  iqlim  şəraitində  su  anbarlarında  assi-
milyasiya-dissimilyasiya prosesləri aramsız, il bo-
yu, müxtəlif intensivlikdə olsa da, davam edir. Ey-
ni vaxtda və müxtəlif coğrafi iqlim şəraitlərində ya-
radılan Kuybışev (Volqa çayı) və Mingəçevir (Kür 
çayı)  su  anbarlarında  həmin  məsələlər,  yəni  fito-
planktonun  məhsuldarlığı,  destruksiya  prosesləri, 
mikrobioloji rejim müqayisəli şəkildə müfəssəl öy-
rənilmişdir.  Alınan  nəticələr  cədvəl  1-də  təqdim 
edilir. 
Cədvəl 1-dən aydın görünür ki, Kuybışev su an-
barında fitoplanktonun ilkin məhsulu yay fəslində 
maksimum, yazın əvvəlində, payızın ikinci yarısın-
da kəskin dərəcədə azalır və qışda isə, demək olar 
ki, tam təyin olunmur. Mingəçevir su anbarında ya-
zın  ikinci  yarısı  və  payızın  ilkin  aylarında  fito-
planktonun  fizioloji  aktivliyi  oxşar  səviyyədə  da-
vam  edir.  Maraqlı  göstəricilərdən  biri  də  il  boyu 
həmin su anbarlarında ümumi üzvi maddələrin des-
truksiyasına aid rəqəmlərdir.  
Qeyd etmək lazımdır ki, qış aylarında buzla ör-
tülü su anbarlarında və Şimali Xəzərdə fitoplank-
tonun fotosintez aktivliyini müəyyən etmək müm-
kün olmamışdır. Deməli, ehtimal etmək olar ki, so-
yuq iqlim şəraitində olan su anbarlarında antropo-
gen  mənşəli  pollyutantların  öz-özünə  təmizlənmə 
proseslərində  heterotrof  mikrobiota  və  başqa  hid-
robiontlar tərəfindən neytrallaşması-zərərsizləşmə-
si ləng gedir, uzun vaxt tələb edir. Ona görə suların 
fiziki-kimyəvi  xassələrini  dəyişən,  ümumiyyətlə, 
hidrobiontlar üçün zərərli olan və bioloji məhsul-
darlığın formalaşması qanunauyğunluqlarını pozan 
ziyanlı maddələr akkumulyasiya olunur, uzunmüd-
dətli ikinci çirklənmə mənbəyinə çevrilir.  
Qeyd etmək lazımdır ki, fitoplanktona aid olan 
şöbələrə  məxsus  növlərin  hamısı  su  anbarlarında 
bərabər  sayda  inkişaf  etmir.  Həmçinin  bu  və  ya 
başqa  su  anbarında  vegetasiya  dövründə  yosun 
növlərinin  say  tərkibi  və  biokütlə  göstəriciləri  də 
fərqlənir. Məsələn, məlum olmuşdur ki, isti iqlim 
şəraitində olan su anbarlarında “istisevər” və azot 
birləşmələrinə  tələbkar  sayılan  göy  və  göy-yaşıl 
yosunlar  üstünlük  təşkil  edir.  Maraqlıdır  ki,  bu 
qrupa aid taksonlar üçün yüksək şəffaflıq lazımdır 
[16]. Aydın olmuşdur ki, yaz və payız fəsillərində 
nisbətən aşağı temperatur şəraitində və yağmurlar-
la, ərintilərlə əlaqədar olaraq sularda şəffaflıq aza-
lan ərəfələrdə kütləvi şəkildə diatomlara aid növlər 
inkişaf edir [12]. Beləliklə  də  ilkin məhsulun əmə-
ləgəlməsində alqofloranın şöbə, cins və növlərinin 
rolu ayrıca qiymətləndirilir [2; 15]. 
Ali bitkilərdən, quruda yayılan bütün bitki alə-
mindən  fərqli  olaraq,  fitoplankton  tayacıqlar,  ko-
malar  böyük  ərazilər  zəbt  edən  kütlə-küləş  yarat-
mır. Lakin həmin təkhüceyrəli, adi gözlə çox çətin 
seçilən-görünən  fitoplankton  ardı-arası  kəsilmə-
dən, qısa zaman vaxt kəsiyində vegetasiya proses-
lərini  davam  etdirməklə  böyük  həcmdə  biokütlə 
yaradır. Məhz bu səbəbdən də su anbarlarından sə-
mərəli istifadə məsələlərində mühüm iqtisadi əhə-
miyyət  kəsb  edən  balıqçılığın  inkişaf  etdirilməsi 
üçün fitoplanktonun ilkin məhsulu barədə real mə-
lumatların əldə edilməsi olduqca vacibdir. Su an-
barlarının trofik tipinə görə kateqoriyalara bölün-
məsi  şərt-göstəriciləri,  fitoplanktonun  məhsuluna 
əsasən cədvəl 2-də verilir. 
 
 
 
Cədvəl 1 
Kuybışev və Mingəçevir su anbarlarında fitoplanktonun ilkin  məhsulu, üzvi maddələrin 
destruksiyası, suda mikrobların ümumi sayı və saprofitlərin miqdarına aid göstəricilərin müqayisəsi 
Analizlər 
Kuybışev su anbarı 
Mingəçevir su anbarı 
 
Fitoplanktonun ilkin məhsulu q/m
2
 
 
yaz 
220 
yaz 
290 
yay 
410 
yay 
600 
payız 
210 
payız 
400 
qış 

qış 
110 
Üzvi maddələrin destruksiyası q/m

360 
522 
Mikrobların ümumi sayı mln/ml 
2.6 
4.7 
Saprofit bakteriyaların miqdarı 
4800 
8300 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
56                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cədvəl 2 
Trofik tipə görə su hövzələrində fitoplanktonun ortaillik məhsulu, destruksiya olunan üzvi 
maddələrin miqdarı (qC/m2), ümumi mikrobların (mln/ml) və saprofit bakteriyaların sayı (min/ml) 
 
Su hövzəsi, 
 tipi və adı 
 
İlkin 
məhsul 
 
Destruk-
siya 
Mikrob. 
ümumi 
sayı 
Saprofit 
bakt. 
miqdarı 
 
Müəlliflər 
Evtrof: Ağ göl (Kosino) 
200 
180 
2.4 
4-5 
[2] 
Qara göl (Kosino) 
210 
176 
2.3 
3-4 
[3] 
Kuybışev su anbarı 
370 
510 
3.2 
7-8 
[36] 
Mingəçevir su anbarı 
360 
522 
4.6 
8-11 
[40] 
Şəmkir su anbarı 
508 
634 
6.2 
10-12 
[19] 
Kremençuk su anbarı 
348 
460 
3.4 
9-11 
[35] 
Mezotrof: Qlubokol gölü 
112 
93 
0.8-0.9 
0.8 
[41] 
Kolomen gölü 
103 
87 
1.0-1.2 
0.9-1.1 
[16] 
Rıbinsk su anbarı 
76 
120 
10-1.3 
0.9-1.2 
[45] 
Kiyev su anbarı 
110 
98 
1.4-1.6 
1.1-1.3 
[3] 
 
Cədvəl 3 
Müxtəlif ərazilərdəki su anbarlarında 1 ml suda fizioloji qrupa aid bəzi bakteriyaların miqdarı 
(yay fəsli) 
 
Su anbarı 
Sellüloza-
parçalayan 
(aerob) 
Azoto-
bakter 
Cl.pasteu-
rianum 
Denitrifi-
katorlar 
Sulfatlaş-
dırıcılar 
 
Müəlliflər 
Qorki 

25 
60 
100 
68 
[28] 
Kuybışev 
30 
18 
110 
300 
85 
[21] 
Rıbinski 
20 
30 
80 
100 
19 
[13] 
Kremençuk 
40 
100 
80 
100 
40 
19[] 
Kiyevski 
60 
210 
60 
100 
45 
[18] 
Zaporojski 
100 
250 
180 
160 
47 
[3] 
Mingəçevir 
700 
360 
50 
200 
135 
[23]; [40] 
Şəmkir 
1000 
300 
400 
1000 
530 
[11] 
Aşıqbayramlı 
1000 
230 
300 
180 
60 
[25] 
Yekəxana 
1000 
360 
190 
200 
45 
[25] 
Ağstafaçay 
100 
100 
56 
70 
15 
[26] 
 
Su  anbarlarının  özündə  yaranan  və  hövzəyə 
məxsus ərazi-sahələrdən qəbul olunan üzvi maddə-
lərin mineralizasiyası əsasən su qatları və lil-qrunt-
da fəaliyyət göstərən mikrobiota tərəfindən həyata 
keçirilir. Həmçinin fizioloji qrup adlanan, ayrı-ayrı 
maddələrin  parçalanmasında  iştirak  edən  qruplar, 
məsələn, sellülozaparçalayan (aerob-anaerob), sər-
bəst azotfiksə edənlər (aerob-anaerob), nitrifikator-
lar (1-ci və 2-ci mərhələ), denitrifikatorlar, sulfat-
laşdırıcılar, kükürd bakteriyaları və b. su anbarla-
rında bioloji və ekoloji baxımdan olduqca mühüm 
proseslərdə fəal iştirak edirlər. Məhz mikrobiotaya 
aid olan, yuxarıda qısa şəkildə göstərilənlərlə əla-
qədar olaraq, su anbarlarının bioloji məhsuldarlığı-
nın  qiymətləndirilməsində  bəzi  mikrobioloji  gös-
təricilər  də  əsas  kimi  istifadə  edilir (cədvəl 3). 
Cədvəl 3-dən aydın görünür ki, cənuba məxsus 
iqlim şəraitində yaradılan su anbarlarında fizioloji 
qrupa aid olan bakteriyaların miqdarı daha çoxdur. 
Volqa  çayının  hər  üç  axarı  məcrasında  (Yuxarı, 
Orta  və  Aşağı  Volqa)  yaradılan  su  anbarlarında 
kompleks  şəkildə  aparılan  mikrobioloji  tədqiqat-
lardan məlum olmuşdur ki, çay axını boyu – şimal-
dan  cənuba  doğru  həm  çayın  özündə,  həm  də  su 
anbarlarında  eyni  qrupa aid  mikrobların  miqdarı 
kəskin dərəcədə fərqlənir [13;17].  
Qeyd etmək lazımdır ki, su anbarları yaradılan-
dan  sonra  ilk  dövrlərdə  subasar  ərazilərdəki  külli 
miqdarda üzvi maddələr, biogen elementlər mühiti 
zənginləşdirir  və  hövzələrdə  fizioloji  qrupa  aid 
olan bakteriyalardan  hidrobiontların  inkişafı  üçün 
real təhlükə sulfatlaşdırıcı bakteriyaların fəaliyyəti 
sayəsində yaranır. Bu zaman aralıq məhsulu sayı-
lan  hidrogen-sulfid  qazı  (H2S)  əmələ  gəlir  və  bu 
qaz  kəskin  zəhər  kimi  kütləvi  qırğına  səbəb  olur. 
Hələ  keçən  əsrin  40-50-ci  illərində  prof.  S.İ.Kuz-
netsov [10] təcrübələrlə sübut etmişdir ki, su höv-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə