Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə27/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   23   24   25   26   27   28   29   30   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 49 
 
HİDROLOGİYA 
© H.L.Mustafabəyli,  Y.R.Rəhimov
 
ŞİN VƏ KİŞ ÇAYLARI HÖVZƏLƏRİNDƏ TƏHLÜKƏLİ SEL HADİSƏLƏRİNİN (03.07.2016-cı 
ildə) YARANMA SƏBƏBLƏRİ 
 
 
H.L.Mustafabəyli,  Y.R.Rəhimov 
AMEA Səki Regional Elmi Mərkəzi, 
AZ 5500 Şəki, L. Abdullayev k., 24 
Məqalədə Kiş və Şin çaylarında baş vermiş 03.07.2016-cı il tarixli sel hadisələrində reqressiv 
landşaft növlərinə malik sel ocaqlarının fəallaşmasında bir çox fiziki, coğrafi, geomorfoloji, ekoloji, 
kimyəvi,  geoloji  amillərin  iştirakına  diqqət  yetirilmiş  və  bu  sellərin  xarakterik  xüsusiyyətləri 
aydınlaşdırılmışdır.  Sellərin  əmələgəlməsində  qeyd  edilən  amillərin  təsirləri  olsa  da,  bu  sellərin 
yaranmasının başlıca səbəbləri kimi qəfil isti hava təzahürlərinin təsirindən yüksək dağlıq ərazilərdə 
(2400–3000 m) qar altında yerləşən qırıntı materiallarının donunun intensiv surətdə açılması (yəni 
soliflükasiya  prosesi)  və  yağan  güclü  leysan  yagışları  nəticəsində  yaranan  sürüşmə  və  uçqun 
proseslərinin həcminin kəskin surətdə artması hesab edilir. 
Təhlükəli  sel  hadisələri,  bir  qayda  olaraq,  Bö-
yük Qafqazın cənub yamacının dərin dərələrə ma-
lik dağ çaylarında gözlənilmədən baş verir və xüsu-
silə Şəki-Zaqatala iqtisadi rayonuna çox böyük zi-
yan vurur [1]. Onların yaranma səbəbləri içərisində 
ən  təsirli  səbəb  güclü  leysan  yağışları  və  böyük 
miqdarlı  mövsümi  qar  kütləsinin  sürətlə  əriməsi 
hesab edilir. İri qaya parçaları ilə yanaşı, süxur qı-
rıntıları, mineral hissəciklərin və toz halına düşmüş 
gillərin də böyük miqdarda toplantıları (50–60%-ə 
qədər) sellər üçün səciyyəvidir. Onlar qabaqcadan 
formalaşmış süxurların aşınma qabığında yerləşən 
sel  ocaqları  (1),  süxurların  qırıntı  materialları  ilə 
doldurulmuş  çuxurlar  (2)  və  maili  yamaclararası 
dərələr  boyunca  aşınma  materialları ilə toplanmış 
uzunsov  azdərinlikli  çökəkliklərdən  (3)  ibarətdir 
[2,3]. Yaranma səbəblərinə görə sellər erozion, qa-
zıma-yarma və uçqun-sürüşmə tipli olur. Ərazidəki 
süxurların  tektonik  və  geomorfoloji  quruluşları 
arasında qarşılıqlı əlaqələr müşahidə edilmədiyin-
dən, denudasion və akkumulyativ proseslər əsasən 
relyef  və  müəyyən  qədər  geokimyəvi  xüsusiyyət-
ləri ilə bağlıdır [4,5,8]. Bununla belə, antiklinal qı-
rışıqlıqların tağ hissələrində yer səthinə çıxan sü-
xurların  daha  intensiv  aşınmaya  məruz  qalması 
müşahidə edilir. 
 
Sxem 1. Şəki rayonunun Şin və Kiş çayı hövzələrinin sel ocaqları (1–maili yamacların aşınma zonaları, 2–
dərin çuxur və çalalar və 3–yamaclararası uzunsov çökəkliklər ) 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
50                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
3 iyul 2016-cı il tarixli Kiş və Şin çaylarında baş 
verən  sellər  uçqun-sürüşmə  tipli  olduğundan,  on-
lara müvafiq olan selyaradıcı ilkin səbəblər aşağı-
dakı bəndlərdə qeyd olunan amillərlə müəyyənləş-
dirilir: 
1. 
Böyükqalınlıqlı qar kütləsinin sel ocaqla-
rında  intensiv  surətdə  əriməsi.  Bu  hadisə    II-tipli 
qırıntı materialları ilə doldurulmuş çuxurların (50–
60  m  dərinlikli)  üzərində  toplanan  4–5  m-lik  qar 
kütləsinin sürətlə əriməsi nəticəsində baş verir. 
2. 
Böyükmiqyaslı  soliflüksiya  prosesinin 
getməsinə  şərait  yaranır.  Qar  altında  yerləşən  və 
mövsüm  ərzində  donmaya  məruz  qalmış  qırıntı 
materiallarının  dondan  azad  olması  sel  kütləsinin 
tamamilə  yumşalaraq  boşalmasına  və  "delyapsiv" 
tipli sürüşmələrin əmələgəlməsinə səbəb olur. 
3. 
Ağırlığa  tab  gətirməyən  çuxur–oyuq  tipli 
morfoloji  sel  ocaqlarının  çay  dərəsinə  yaxın  əra-
zilərdəki toplantıları “asekvent” tipli sürüşmələr və 
uçqunlar yaradır. 
4. 
Bu tipli uçqunların başverməsi çay dərələ-
rinin ensiz hissələrində müvəqqəti bəndlərin əmə-
ləgəlməsinə  səbəb  ola  bilər.  Bu  hallarda  çayların 
aşağı  axarlarında  suyun  birdən-birə  kəskin  azal-
ması  müşahidə  edilir    (02.07.2016-ci  il  tarixdən 
03.07.2016-cı il tarixə keçən gecə Kiş çayının Da-
marçın qolunda eyni bu cür vəziyyət baş vermiş-
dir). 
5.  Çayın  yuxarı  axarlarındakı  dərələrdə  ötən 
illər  ərzində  yaranmış  müvəqqəti  təbii  bəndlərin 
arxasında toplanan iri gölmçələrin suyu şişərək və 
özünə  tunel  və  keçidlər  yaradaraq  qırıntı 
materiallarını  palçıqlı-daşlı  sel  növündə  turbulent 
axınla daşımağa başlayır. 
Yuxarıda  inkişaf  mərhələləri  ilə  təsvir  olunan 
uçqun tipli turbulent sel hadisələrinin yaranmasın-
da iştirak edən fiziki, kimyəvi, geoloji, geomorfo-
loji, coğrafi, bioloji və ekoloji amillərin bu proses-
dəki  ümumi  rolunu  qiymətləndirmiş  olsaq,  aşağı-
dakı sıranı almış olarıq:  
1 – coğrafi (radiasiya aşınması, mövsümi iqlim 
dəyişkənlikləri ilə əlaqədar tez-tez baş verən tem-
peratur və rütubət tərəddüdləri, yüksəklik qurşaq-
ları, landşaft növləri – fasiya, yarımərz və mərzlər,  
sel ocaqlarının ərazidə yerləşmə mövqeyi və s.); 
2  –  fiziki  (istilik  +5°,  +15°,  +25°,  +35°  C  və 
şaxtanın – 5°, –15°, – 25°, –35° C təsirindən mexa-
niki aşınma,  soliflüksiya və s.); 
3 – geomorfoloji (qədim moren və qlassial, ero-
zion, denudasion,  sürüşmə, uçqun, akkumulyativ 
və s. relyef formaları, təngi, dərə, qobu, çuxur, çala, 
şırım və s.); 
4  –  ekoloji  (meşələrin  qırılması,  seyrəldilməsi 
və  yaxud  Şin  və  Kiş  çayları  hövzələrində  cavan 
pöhrələrin  təsərrüfatlarda  “lobya  şaxları”  və  ya 
yanacaq  kimi  istifadəsi  üçün  kəsilməsi  hesabına 
zəiflədilməsi,  alp  çəmənliklərinin  qoyun  sürüləri 
ilə normadan artıq miqdarda otarılması, atmosferdə  
CO
2
 və SO
2
 qazlarının faiz miqdarının  yüksəlməsi 
və s.); 
 5  –  kimyəvi  (həllolma,  yuyulma,  suffoziya, 
hidroliz,  hidratlaşma,  oksidləşmə,  sementləşmə, 
aşınma qabıqlarının yaranması və s.); 
 6 – geoloji (litoloji-mineraloji tərkibdən, strati-
qrafik  bölgü,  struktur  quruluş,  neotektoniki  və 
seysmiki, klivaj və s.) proseslərlə əlaqədar olaraq. 
Şin çayının Baş Göynük kənd körpüsü ərazisin-
də çayın gətirmə konusunun sonuncu  03.07.2016-
cı il tarixli sel hadisəsindən sonra iri daş, palçıq və 
lil materialları ilə şişməsi bu ərazidə daha çox uç-
qun tipli sel hadisəsinin baş verdiyini göstərir.  
Sürüşmə proseslərinin üstünlüyü ilə xarakterizə 
olunan sel hadisələri zamanı Kiş və Şin çaylarında 
“afat”  tipli  struktur  sellərin  (  03.07.  2016-cı  il) 
əmələgəlməsi  səciyyəvi  xarakter  daşıyır.  Struktur 
tipli sellərin əmələgəlmə mexanizmi aşağıdakı şə-
kildə baş verir: 
1. 
Güclü  leysan  yağışı  nəticəsində  III  tipli 
maili  yamaclararası  dərələr  boyunca  toplanmış 
uzunsov  çökəkliklərdəki  (uzunluğu  400–500  m, 
qalınlığı  4–5  m)  kifayət  qədər  kimyəvi  aşınmaya 
uğramış  toz  materialları  islanaraq  çay  dərəsinə 
doğru topalar şəklində hərəkət edir. 
2. 
Toz  materialın  islanması  onlarda  toplan-
mış qələvi birləşmələrin həll olması ilə baş verdi-
yindən,  proses  endotermik  reaksiya  kimi  istiliyin 
udulması fonunda baş verir və havanın temperaturu 
kəskin aşağı düşür.  
3. 
Əlavə olaraq mütləq hündürlüyü nisbətən 
aşağı olan və qar ortüyündən azad olan sahələrdə 
yer səthinin qızması və leysan yağışı vasitəsilə ani 
müddətdə  soyuması nəticəsində isti və soyuq hava 
cəbhəsi yaranır ki, bu da çay dərəsi boyunca sürətlə 
soyuq küləyin əsməsinə şərait yaradır. 
4. 
Burada  sonuncu  sürüşmə  hadisəsindən 
sonrakı mövsümlərdə dəfələrlə soliflüksiya prose-
sinin getməsinin ardınca hökm sürmüş quraq iqlim 
şəraiti sel ocağının üst qatında kimyəvi aşınmaya 
və toz materialının miqdarının xeyli artmasına sə-
bəb olur. 
5. 
Maili  yamaclararası  dərələr  boyunca  top-
lanmış uzunsov çökəkliklərdəki qar altında yerlə-
şən və mövsüm ərzində bir neçə dəfə donmaya və 
əriməyə məruz qalmış qırıntı materiallarının don-
dan azad olması sel kütləsini tamamilə yumşalaraq 
boşalmasına səbəb olur və leysan yağışlarının təsiri 
altında “delyapsiv” sürüşmələrin yaranması ilə nə-
ticələnir. 
6. 
“Delyapsiv”  sürüşmələr  nəticəsində  çay 
dərələrinə  dolan  lilli  materialın  içərisində  suyun 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə