Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə24/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 43 
 
© Ə.Q.Xudeynatova
 
ŞİRVAN DÜZÜ GƏTİRMƏ KONUSLARI VƏ KONUSLARARASI ÇÖKƏKLİKLƏRİ  
LANDŞAFTLARININ  DİFERENSİASİYA XÜSUSİYYƏTLƏRİ 
Ə.Q.Xudeynatova 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
efsane.xudeynatova@mail.ru 
Məqalədə Şirvan düzü gətirmə konusları və konuslararası çökəklikləri landşaftlarının diferensi-
asiya xüsusiyyətlərindən bəhs olunur. ArcGIS proqramında ərazinin meyilliyi, parçalanmanın də-
rinliyi və sıxlığı xəritələri tərtib edilmişdir. Ayrı-ayrı gətirmə konuslarının relyef xüsusiyyətləri və 
qrunt sularının səviyyəsindən asılı olaraq diferensiasiyası araşdırılmışdır. 
Şirvan düzünün relyefi, landşaft xüsusiyyətləri 
XX əsrin 60-70-ci illərində bir sıra alimlər tərəfin-
dən  tədqiq  olunmuşdur  (N.Ş.Şirinov,  1975, 
M.A.Müseyibov,  1975,  O.A.Kərimov,  1975, 
Y.Ə.Qəribov, 1982 və s). Ötən dövr ərzində ərazi-
nin landşaftlarında ciddi transformasiyalar baş ver-
mişdir.   
Şirvan düzü Kür-Araz ovalığının  ən böyük dü-
zü olub, Kür çayının  sol sahilində yerləşir. Səthi 
əsasən  hamar  allüvial ovalıq  olub,  meyilliliyi  5°-
30°  arasında  dəyişir.  Düzənliyin  səthində  qədim 
çay  yataqlarının  qalıqlarına,  yataqboyu  bəndlərə, 
hamardibli  çökəkliklərə,  düzənliyin  kənarlarında 
çayların  yelpikvarı  formada  əmələ  gətirdiyi  yastı 
gətirmə konuslarına rast gəlmək olur. Şirvan düzü-
nün  kənar  hissələri  dağlara  tərəf    yüksələn  maili 
düzənlikdir.  Çayların  gətirmə  konusları  relyefin 
əsas nahamarlıqlarını yaradır və meyillik 0,5°-1,5° 
-dən 3-5°-ə kimi artır [6]. 
Şirvan  düzü  Mingəçevirdən  Hacıqabul  gölünə 
qədər  180  km  məsafədə  uzanır,  maksimal  eni  55 
km-dir.  Şirvan  düzünün  mütləq  hündürlüyə  görə 
paylanmasına nəzər saldıqda, relyef həm şimaldan 
cənuba doğru, həm də qərbdən şərqə doğru alçalır 
(şəkil 1). 
 
Ərazinin dəniz səviyyəsindən aşağıda yerləşən 
hissəsi 464 km², yəni Şirvan düzünün 12%-ni təşkil 
edir. Düzənliyin ən çox hissəsi 0-20 m mütləq hün-
dürlüklər arasında yerləşir (2051,8 km², 52%), 20-
40 m arasında yerləşən ərazi də kifayət qədər olub, 
Şirvan  düzünün  21%-ni  təşkil  edir  (823,9  km²). 
Mütləq  hündürlüklərin  artması  ilə  ayrı-ayrı  hün-
dürlüklər  arasında  yerləşən  ərazilərin  sahəsinin 
ümumi əraziyə görə faizlə nisbəti azalır. 
Şirvan  düzünün  şimal  hissəsi  Əlicançay,  Tür-
yançay, Göyçay, Girdimançay, Ağsuçay çaylarının 
gətirmə  konuslarından  və  batıq  konuslararası  dü-
zənliklərdən ibarətdir. Türyançay, Göyçay və Gir-
dimançayın  gətirmə  konusları  daha  böyükdür. 
Şirvan  düzünün  şimal  kənarında çayların  gətirmə 
konusları olmayan  hissəsində Bozdağ və Ləngəbiz 
silsilələrinin cənub ətəyi boyu ensiz (3-5 km) delu-
vial-proluvial  maili  düzənlik  uzanır.  Bu  ərazilər 
yarğan və qobularla parçalanmışdır. Şirvan düzü-
nün Kürətrafı zonasının mütləq yüksəkliyi 0 m-dən 
aşağı  olan  allüvial düzənlikdir.  Relyefin  ən  geniş 
yayılmış formaları allüvial hamar düzənlik, Qarasu 
yatağı, Kürboyu qabarıq akkumulyativ yaldır. Şir-
van düzü  relyefin xüsusiyyətlərinə görə fərqlənən 
aşağıdakı sahələrə ayrılırlar: 
1.  Çayların  gətirmə  konuslarının  üstün  olduğu 
alüvial-proluvial maili dalğavarı düzənliklər sahə-
si. 
2. Səthi hamar çalalı-tirəli allüvial sahil düzən-
liklər. 
3. Deluvial-proluvial maili və azmaili düzənlik-
lər [11]. 
Çayların gətirmə konusları landşaftların forma-
laşmasına təsir edən ən əsas amillərdən biridir. Şir-
van düzünün qərbində yelpikvarı formada yerləşən 
Türyançay gətirmə konusu müxtəlif landşaft kom-
plekslərinin formalaşmasında mühüm rol oynayır. 
Onun sahəsi 550 km²-dir. Gətirmə konusu üzərində 
landşaftın  formalaşmasında    və  onun  daxili  dife-
rensiasiyasında  Türyançayın  akkumulyasiya,  ero-
ziya-akkumulyasiya  fəaliyyəti  ilə  yaranmış  relyef 
formaları  aparıcı  amillərdir.  Gətirmə  konusunun 
zirvəsindən  ətək  hissəsinə  doğru  meyillik  azalır. 
Şəkil 1.Şirvan düzünün mütləq hündürlüklər 
üzrə paylanma xəritəsi
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
44                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Nəticədə landşaftəmələgətirici  amillərin diferensi-
asiyası baş verir. Süxurların litoloji tərkibi dəyişir, 
çaydaşıları  və  çaqıldaşıları,  qum  və  gillərlə  əvəz 
olunur.  Qrunt  sularının  dərinlik  səviyyəsi  azalır, 
minerallaşma  artır.  Quru-çöl  bitkiləri  yarımsəhra 
bitkiləri  ilə  əvəz  olunur.  Konusun  zirvə  ətrafında 
meyilliyi 2,1-3°, ətək hissəsində 0,1-0,5°-dir (şəkil 
2). 
 
Gətirmə konusu şimalda 120 m mütləq yüksək-
likdən  başlayıb,  cənubda  0  m-lik  səviyyəyə  kimi 
davam edir. Gətirmə konusunun səthində yerləşən 
yalların üzərində yaşayış məntəqələri, bağlar, taxıl 
və  pambıq  əkinləri  yerləşir.  Yalarası  çökəkliklər 
əsasən  şoranlıqlardan  ibarətdir.  Türyançayın  gə-
tirmə konusunun iqlimi yarımsəhra və quru-çöl iq-
limidir. Gətirmə konusunun zirvəsinə doğru,  70km 
məsafədə  tədricən    mütləq  yüksəkliyin  120  m-ə 
qədər artması  illik günəş radiasiyasının azalmasına 
(130-125  kkal/sm²),  yağıntıların  isə  artmasına  
(300-450 mm ),  torpaq və  bitki örtüyünün dəyiş-
məsinə səbəb olur [9]. 
Gətirmə  konusunun  relyefi  qrunt  sularının  də-
rinlik səviyyəsi  və  kimyəvi  tərkibinə təsir  göstə-
rir. Qrunt suları kimyəvi tərkibinə görə hidrokarbo-
nat  – sulfat tipli olub, minerallaşma dərəcəsi  3-30 
q/l arasında dəyişir [1]. Ağdaş şəhərindən 1-1,5 km 
şimalda  70-80  m  mütləq  yüksəklikdə  səthin 
meyilliyi 2,1-3°, qrunt sularının dərinlik səviyyəsi  
6 m, bəzi yerlərdə isə 10 m-dir. Qrunt sularının də-
rinlik səviyyəsi   və  minerallaşma dərəcəsi konus-
lararası  çökəkliklərdən  konusun  zirvəsinə  doğru 
dəyişir. Gətirmə konusu ilə konuslararası çökəkli-
yin təmasında qrunt suları 1-3 m dərində yerləşirsə,   
konusun zirvəsində səthin parçalanması ilə əlaqə-
dar bu suların dərinlik səviyyəsi  artıb 4-5 m-ə çatır 
[6]. Gətirmə konusunun təpəsində qrunt suları iç-
məyə yararlıdırsa,  gətirmə konusunun ətəklərində 
qrunt suları şor (sulfatlı-xlorlu) olub, içmək üçün 
yaramır. Gətirmə konusunun yastı ətək hissəsi və 
yalarası çökəkliklərin şorlaşmış boz-çəmən torpaq-
ları üzərində ətli və ağacşəkilli şoran, seyrək yov-
şan  bitkilərindən  ibarət  yarımsəhra  landşaftı  for-
malaşmışdır. Gətirmə konusunun zəif maili terras-
laşmış ətək hissəsində çimli-çəmən torpaqlar üzə-
rində müxtəlif ot və seyrək yovşanlı  bitkili yarım-
səhra  landşaftı  formalaşmışdır.  Bu  landşaftların 
formalaşmasına relyefin zəif meyilliyi (0,6-1°) və 
onun  bir  qədər  erozion  parçalanmaya  (1,5-
2km/km²) məruz qalması şərait yaratmışdır. Relye-
fin meyilli olması və erozion parçalanması həm də  
burada qrunt sularının bir qədər dərində yerləşmə-
sinə  səbəb  olmuşdur.  Gətirmə  konusunun  zəif 
meyilli ətək hissəsində torpaq səthini 90-95% örtən 
çəmən bitkiləri (çayır, biyan, süpürgə və taxılkimi-
lər) inkişaf  etmişdir. Kanal və arxların sahillərində 
yovşan , qarğı, qamış və böyürtkənə rast gəlinir. 
Gətirmə  konusunun  maili  yamac  hissəsində  
kserofit  kollu,  qarğılı, qamışlı,  müxtəlifotlu  land-
şaftlar formalaşmışdır. Ərazinin cənubunda basdı-
rılmış qalxmaların təsiri və relyefin yastı olması ilə 
əlaqədar  olaraq qrunt və səth sularının toplanması  
üçün əlverişli şərait yaranmışdır. 
Gətirmə konusunun zirvəətrafı – təpə hissəsin-
də kserofit kollu, taxıllı və müxtəlifotlu landşaftlar 
formalaşmışdır. Konusun zirvəətrfı qabarıq hissə-
sinin  mütləq yüksəkliyi 100–120 m-dir. Relyefin 
mütləq  yüksəkliyinin  artması    ilə  əlaqədar  iqlim 
tədricən  quru-çöl  xarakteri  alır.  Burada  relyefin 
üfüqi  parçalanması 3 
km/km²-
dır. Gətirmə konusu-
nun ətək hissəsinə nisbətən zirvəətrafı təpə hissə-
sində qrunt sularının  dərində olması (5-10 m) qu-
ru-çöl  landşaftının formalaşmasına təsir etmişdir. 
Gətirmə  konusunun təpə  hissəsinin təbii  landşaft-
ları insanların təsərrüfat fəaliyyəti nəticəsində  xey-
li dəyişmişdir. Təbii landşaftlar yalnız çay sahillə-
rində dar zolaqda saxlanılmışdır [6]. 
Göyçayın gətirmə konusu Türyançay və Girdi-
mançayın gətirmə konusları arasında yerləşib 450-
480  km²  sahəni  əhatə  edir.  Bu  konusun  səthində 
müxtəlif istiqamətlərdə yerləşən sahil yalları, yal-
arası  çökəkliklər,  qədim  və  müasir  çay  yataqları, 
basdırılmış qalxmalar landşaftların parçalanmasına 
və onun daxili diferensiasiyasına səbəb olmuşdur. 
Göyçayın gətirmə konusu 0 m-lik hipsometrik sə-
viyyədən başlamış zirvə hissəsində 120 m mütləq 
yüksəkliyə  kimi  davam  edir.  Gətirmə  konusunun 
səthində zirvəətrafı və yamac hissəsinin relyefi nis-
bətən  mürəkkəb,  ətək  hissə  isə  nisbətən  yastı  və 
sadə  quruluşludur.  Göyçayın  gətirmə  konusunun 
landşaftını relyefin meyilliyi və morfoloji qurulu-
şuna görə iki hissəyə ayırmaq olar: meyilliyi çox 
olan zirvəətrafı və azmeyilli terraslaşmış ətək his-
sə. Birinci hissə 30-120 m, ikinci hissə isə 0-30 m 
hündürlüklər  arasında  yerləşir.  Göyçayın  gətirmə 
Şəkil 2.Şirvan düzünün meyillik xəritəsi 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə