Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə20/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   16   17   18   19   20   21   22   23   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 37 
 
materiallarından,  ArcGİC,  Google  Earth,  Google 
Map, Map-Nassa kompüter proqramlarından  isti-
fadə edilərək  ilk dəfə olaraq tədqiqat ərazisi üçün 
ortamiqyaslı “Şirvan düzü aqrolandşaftlarının geo-
kimyəvi xəritəsi” tərtib edilmişdir. 
Tədqiqatın məzmunu. Şirvan düzündə  apardı-
ğımız  tədqiqatların  nəticələri göstərir ki, makro-
ionlardan 
hidrokarbonatlı-xlorlu-kalsiumlu 
(HCO
3
-Cl-Ca), 
sulfatlı-maqneziumlu-kalsiumlu 
(SO
4
-Mq-Ca), xlorlu-natriumlu-kalsiumlu (Cl-Na-
Ca),  xlorlu-hidrokarbonatlı-kalsiumlu  (Cl-HCO
3
-
Ca),  sulfatlı-kalsiumlu-natriumlu  (SO
4
-Ca-Na) 
birləşmələr ərazinin aqrolandşaftları üçün daha  sə-
ciyyəvidir (şəkil 1).  
Xəritədən göründüyü kimi, Şirvan düzünün aq-
rolandşaftlarında, makroelementlərdə olduğu kimi, 
mikroelementlərin  də  paylanmasında  çox  böyük 
fərqlər müşahidə edilir (cədvə 1). Təbiətdə az miq-
darda mövcud olan mikroelementlər insan, heyvan 
və bitkilərin həyatında, ümumiyyətlə, bioloji aləm-
də  böyük  əhəmiyyətə  malikdir.  Mikroelementlər 
insan, heyvan və bitki orqanizmlərində gedən fizio-
loji  və  biokimyəvi  proseslərin  katalizatoru  hesab 
edilir. Təbiətdə az miqdarda mövcud olan bu mik-
roelementlər canlı aləmin sağlamlığı və onların or-
qanizmlərində gedən bütün fizioloji proseslərlə sıx 
bağlıdır.  Təbiət  mikroelementləri  çox  funksiyaya 
malik olan elementlər kimi yaratmışdır. 
Azərbaycan  Respublikasında  torpaqşünaslar, 
aqrokimyaçılar, fizioloqlar, biokimyaçılar, kimya-
çılar,  həkimlər,  baytarlar,  ümumiyyətlə,  təbiətşü-
naslar  mikroelementlərin  həyati  proseslərdə  əhə-
miyyətini,  torpaq  münbitliyinin  formalaşmasında 
oynadığı rolu müəyyənləşdirməklə böyük  müvəf-
fəqiyyətlərə nail olmuşlar. Müəyyən edilmişdir ki,  
mikrobioloji əhəmiyyətə malik olan Mn, Fe, V, Ni, 
Li, İ, Br və başqaları insan, heyvan və bitki orqa-
nizmində çox zəruri proseslərin normal getməsini 
təmin edir. 
Mikroelementlər torpağın münbitliyinin artırıl-
masında, bitkilərin qidalanmasında, orqanizmin in-
kişafında,  məhsulun  artmasında  və  keyfiyyətinin 
yaxşılaşmasında  əsaslı  rol  oynayır.  Hazırda  dün-
yada mineral gübrələr, o cümlədən fosfor, azot və 
kalium gübrələri ilə yanaşı, kənd təsərrüfatı bitki-
lərinin məhsuldarlığının artırılması, məhsulun key-
fiyyətinin  yaxşılaşdırılması  üçün  mikrogübrələr, 
yəni  tərkibində  mikroelementlər  olan  gübrələr  də 
geniş miqyasda tətbiq edilir. Keçən əsrin 70-80 ci 
illərində  Sovet  İttifaqında,  Avropa  ölkələrində  − 
Almaniya  Federativ  Respublikasında,  İtaliyada, 
Fransada,  eləcə  də  Azərbaycan  Respublikasında 
mineral gübrələrin tərkibinə mikroelementlər əlavə 
edilirdi  ki,  bu  da  gübrələrin  tətbiqinin  səmərəsini 
artırır, insan  sağlamlığına təsirini  yaxşılaşdırır  və 
onların sahələrə verilmə xərclərini azaldır. Bu güb-
rələr iqtisadi cəhətdən çox faydalı və səmərəli he-
sab edilir.  XX əsrin ikinci yarısından etibarən əsa-
sən superfosfatın tərkibinə Mn, B, Zn, Cu, Co, Mo, 
Ni, İ, Cr  və başqa elementlər əlavə edilir və bitkilər 
əkilən  sahələrə  verilirdi.  Tədqiqatların  nəticələri 
göstərir kı, belə tərkibli gübrələrin bitkilərə tətbiqi 
çox  səmərəlidir.  Torpaqlarda  bəzi  elementlərin 
miqdarı cox kiçik olub, faizin mində biri ilə ölçü-
lür. Belə elementlərə ultra mikroelementlər deyilir. 
Mikroelementlərin miqdarının az olmasına baxma-
yaraq, onların çatışmaması heyvan və insan orqa-
nizmlərində  patoloji  vəziyyət  yaradır.  Xüsusilə 
heyvanlarda endemik xəstəliklərə səbəb olur. Ma-
raqlı cəhət burasındadır kı, mikroelementlərin tor-
paqda çox olması da canlı orqanizmlərə mənfi təsir 
göstərir. Təbiətdə mikroelementlər torpaqəmələgə-
tirən süxurlarda, suda, bitki və heyvan qalıqlarında,  
eləcə də üzvi qalıqlarda mövcuddur. Deməli, əgər 
torpaqda qıda elementləri az olursa, bu, bitki orqa-
nizmlərində də öz əksini tapır, bitkilərlə qidalanan 
heyvanlarda  həmin  elementlərin  çatışmaması  oz 
mənfi təsirini göstərir. Bu isə birbaşa insan sağlam-
lığına təsir edən əsas amillərdən sayılır [8].  
Azərbaycan  Respublikasında  aparılan  çoxsaylı 
tədqiqatların nəticələri göstərir ki, kənd təsərrüfa-
tında mikroelementlərin tətbiqi bitkilərin xəstəlik-
lərə qarşı davamlılığını, quraqlıq və şaxtaya qarşı 
müqavimətini  artırır.  Mikroelementlərın  kənd  tə-
sərrüfatına tətbiqi bu bitkilərin boy inkişafını xeyli 
yaxşılaşdırır, onların məhsuldarlığını artırır, məh-
sulun keyfiyyət göstəricilərini xeyli yaxşılaşdırır.  
Şirvan  düzündə  yayılan  əsas  mikroelementlər 
Cd,  B,  Zn,Tb,  As,  Mo,V, Co,  Sr,  Cu,  Sb,  Ni,  Cr, 
Ba,  Mn,  Ti,  Y,  Zr,  Sr,  Rb,  Fe-dir.  Bunlardan 
tədqiqart ərazisi üzrə izafi mikroelementlər Cd, B, 
İn, Sb, Zn,Tb, As, Mn, Pb,V, Co, Sr, çatışmayan 
mikroelementlər isə Mo, Ti, Y, Zr, Rb,Cr,Ba, Ni, 
Sr,Fe-dir (şəkil 1).  
Sıxlığı  (kipliyi)  5  q/sm
3
-dan  artıq  və  ya  atom 
kütləsi 50 vahid olan kimyəvi elementlər ağır me-
tallara aiddir. Təhlükəliyinə görə onlar üç sinfə ay-
rılır: I sinif - xüsusilə toksik elementlər - Cd, Zn, 
Se, Pb, Hg, As; II sinif toksik elementlər: B, Cr, Sb, 
Ni, Cu, Co; III sinif  zəif toksik elementlər Ba, V, 
W, Mn və Sr [5]. 
Spektral analizlər nəticəsində müəyyən edilmiş-
dir  ki,  tədqiqat  ərazisində  aşkar  edilən  mikroele-
mentlərdən  bəziləri  toksik  xarakterli  olub  aqro-
landşaftlardakı canlı varlıqların-bitklərin, heyvan-
ların, xüsusən də insanların həyat fəaliyyətinə, on-
ların bir sıra fizioloji funksiyalarının icra olunma-
sına  müəyyən  dərəcədə  təsir  göstərir.  Müəyyən 
edilmişdir ki, tədqiqat ərazisində yayılan ağır me-
tallardan Cd, As, Zn, Pb I dərəcəli; B, Co, Cu, Ni, 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə