Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə18/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   14   15   16   17   18   19   20   21   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 33 
 
dövr" və ya "Antropogen dövrü"  çöküntüləri ad-
landırılır və onların son 1,8 mln. ildə əmələ gəldik-
ləri bildirilir. Dördüncü dövr çöküntülərinin hərtə-
rəfli – geoloji, geomorfoloji, paleocoğrafli və s. cə-
hətdən  öyrənilməsi  qədim  insanların  yaşadıqları 
dövrlərin təbii-coğrafi şəraitinin – bitki örtüyünün, 
heyvanat aləminin, iqliminin və bütövlükdə ekosis-
teminin müəyyən edilməsində çox böyük əhəmiy-
yət kəsb edir. 
Müasir  dövrdə  istənilən  elm  sahəsində  digər 
elmlərin  nailiyyətlərindən  istifadə  etmədən  uğur 
qazanmaq  mümkünsüzdür  və  ən  parlaq  nəticələr, 
yeniliklər zahirən bir-birindən fərqli görünən müx-
təlif  elm  sahələrinin  qovuşuğunda  əldə  edilir.  Bu 
baxımdan, arxeologiya elmi son dövrlər təbiət və 
dəqiq elmlərin nailiyyətlərindən uğurlu istifadə et-
məklə  insanlıq  tarixinin  üfüqlərini  məkan  və  za-
manca xeyli genişləndirmişdir. Son 30 ildə yaran-
mış yeni tədqiqat üsulları sayəsində insan nəslinin 
2.5-3.0 mln. il əvvəl əmələ gəldiyinə dair məlumat-
lar  əldə  edilmişdir,  bu  da  bütövlükdə  Dördüncü 
dövrü, yəni Antropogen dövrünü və qismən də Ne-
ogen dövrünün son mərhələsini əhatə edir (Каплин 
и др., 1977; Четверт. система, 1987). 
Cədvəl  
Müqayisəli geoloji və arxeoloji  xronologiya 
Geoloji yaş 
Arxeoloji yaş 
Arxeoloji  
düşərgələr 
Dövr 
Epoxa 
Əsr və mütləq 
yaş 
Dövr 
Vaxt 
Mədəniy-
yət 

Ö
 R 

Ü 


Ü 
   
(At
ro
po
gen)
   
 D 
Ö
 V 

   
(Q
) 
H
o
lo
sen 
 (
Q
IV
) 
Son 
(Subatl.) 
Yeni 
 K
a
spi
 
Üst 
0.0-2.5 min il 
Yeni, 
Orta əsr, 
Antik 
Son 
2,5 min il 


 
 
Orta 
(Subbor., 
Atlant.) 
 
 
 
Orta 
5-2.5 min il 
əv. 
Dəmir 
dövrü 
3.2-2.5 
min il əv. 
Muğan 
Muğan düzü, 
Talış dağları 
Tunc 
dövrü 
5-3.2 
min.il əv. 
 
Kür-Araz 
I Kültəpə, 
Babadərviş 
 
 
Alt 
8-5 min il əv. 
Xalkolit 
(Eneolit) 
6,5-5 
min il əv. 
 
Leylatəpə 
Soyuqbulaq, 
Alxantəpə, 
Leylatəpə 

 A 
 Ş  
   
  D 
 Ö
  V 
 R 
 Ü
 
Neo
lit
 
8.3-6.5 
min il əv. 
Həsənsu, 
Şomutəpə 
Şomutəpə, 
Çalağantəpə, 
Töyrətəpə 
 
Erkən 
(Boreal) 
 
Xv
alın
 
 
Üst 
16-8 min il 
əv. 
 
M
ez
o
li

 
 
12-8.3 
min il əv. 
 
Kampini, 
Azil, 
Tardenua 
 
Damcılı, 
Qobustan 
 
P
ley
st
o
sen 
(Q
I-
III
) 
 
 
 
Son 
 
 
 
P
 a
 l e
 o
 l i 
t 
Üst 
30-12 
min il əv. 
Orinyak, 
Solyuntre, 
Madlen 
Qobustan, 
Damcılı, 
Yataqyeri, 
Zar 
 
Alt 
125-16 min 
il əv. 
Orta 
200-30 
min il əv. 
Mustye 
150-30 
min il əv. 
Azıx (III), 
Tağlar, 
Daşsalahlı, 
Buzeyr, 
Qazma 
 
 
Orta 
 
Xəzər 
460-125 min il əv. 
 
 
Alt 
2.5mln.-
200 min il 
əv. 
Aşel 
780-350 
min il əv. 
 
Azıx(V-VI), 
Qaraca 
Erkən 
Bakı 
730-460 min il əv. 
Eopleystosen 
Abşeron 
1.800-730 min 
il əv. 
 
Quruçay, 
Oldovan 
2,0 mln.-
800 min. il 
əv. 
 
Azıx(VII-
X), 
Qaraca 
 
Neo
-
g
en
 
Son Pliosen 
(N
2
3
) 
Akçaqıl 
2.4-1.8 mln. il əv. 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
34                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Beləliklə,  arxeologiya  geoloji  xronologiyanın 
ən son dövrü ərzində çökmüş süxurlarda qalan in-
san izlərini - qalıqlarını və onlara məxsus maddi əş-
yaları  öyrənir  və  aşkar  edilən  mədəni  təbəqələri 
xronoloji qaydada sistemləşdirir. Bu zaman çökün-
tü təbəqələri və mədəni təbəqələr arasında yaş eti-
barilə ümumi uyğunluq olsa da, bəzi dövrlər üzrə 
müəyyən sürəklilik, yəni diapazon fərqi müşahidə 
edilir ki, bu da təbiidir. Geoloji və arxeoloji xrono-
logiyaların müqayisəli şəkildə təhlili, daha doğru-
su,  sinxronlaşdırılması,  uzlaşdırılması,  yəni  hansı 
arxeoloji mədəniyyət Dördüncü dövrün hansı yaşı-
na  uyğundur,  hansı  qədim  insan  məskənləri  ilə 
təmsil  olunubdur  və  hansı  səviyyədə  öyrənilibdir 
və s. bu kimi sualları araşdırmaq məqsədilə Azər-
baycan  ərazisi  üçün  ümumiləşdirilmiş  müqayisəli 
geoloji və arxeoloji xronologiya cədvəli tərtib edil-
mişdir  (cədvəl).  Əyani  müqayisə  üçün  cədvəldə 
müvafiq arxeoloji dövrlərə məxsus mədəniyyətlə-
rin və ölkəmizin ərazisində öyrənilmiş bəzi qədim 
insan məskənlərinin - düşərgələrin adları da göstə-
rilmişdir. 
Cədvəldən göründüyü kimi, ən qədim - Alt Pa-
leolit arxeoloji mədəniyyətləri olan Oldovan,  Qu-
ruçay və Aşelin yaşı (2,5 mln. - 200 min il əvvəl) 
yerin Neogen dövrünün Son Pliosen və Dördüncü 
dövrün Eopleystosen, Erkən və qismən Orta Pleys-
tosen epoxalarının, müvafiq olaraq, Akçaqıl, Abşe-
ron,  Bakı  və  Orta  Xəzər  əsrlərinə  uyğun  gəlirlər. 
Bu dövrə aid Azıx (V-X təbəqə) və Qaraca düşər-
gələrinin  mədəni  təbəqələrini  (Quruçay  mədəniy-
yəti) misal göstərmək olar (Джафарзаде,1944).  
Daş dövrünün 200-30 min əvvəlki dövrünü əha-
tə edən Orta Paleolit aid Mustye mədəniyyəti Orta 
və Son Pleystosen epoxasının, müvafiq olaraq, Üst 
Xəzər və Alt Xvalın əsrləri ilə uzlaşır. Azərbayca-
nın bu mədəniyyətlərə aid qədim insan düşərgələ-
rindən  Azıx  (III  təbəqə),  Tağlar,  Daşsalahlı,  Bu-
zeyr  və  Qazmanın  yaşları  həm  də  paleobotaniki 
(palinoloji) analizlərlə öyrənilmiş və dəqiqləşdiril-
mişdir (Мамедов, Алескеров, 2002). 
 Üst    Paleolit  təxminən  30-12  min  il  əvvəkli 
dövrü əhatə edir ki, bu da Son Pleystosen epoxası-
nın Alt və qismən də Üst Xvalın əsrlərinə uyğun 
gəlir və beləliklə, bütövlükdə Paleolit dövrü Neo-
gen  dövrünün  Son  Pliosen  və  Dördüncü  dövrün 
Eopleystosen və  Pleystosen  epoxalarını qapamış 
olur. Üst Paleolit dövrü qismində Azərbaycan əra-
zisində  Qobustan,  Damcılı,  Yataqyeri  və  Zar  dü-
şərgələri qeydə alınmışdır, onlardan yalnız Damcılı 
düşərgəsi palinoloji analizlərlə öyrənilmişdir (Cə-
fərov, 2008). 
Mezolit  (Orta  Daş)  və  Neolit  (Yeni  Daş  əsri) 
təxminən 12-6.5 min il əvvəlki dövrü əhatə edir və 
bu dövrlərə aid abidələr istər arxeoloji və istərsə də 
palinoloji  cəhətdən  Azərbaycan  ərazisində  geniş 
tədqiq edilmişdir.  Mezolit Üst Xvalın əsri ilə uzla-
şır və tam olaraq Erkən Holosen (Boreal) epoxasını 
əhatə edir. Neolit dövrü isə  Orta Holosen (Subbo-
real, Atlantika) epoxasının qismən Alt Yeni Kaspi 
əsrləri ilə uzlaşır.  Ölkəmizin ən  məşhur  arxeoloji 
abidələrindən biri Qobustan və eləcə də Töyrətəpə, 
Çalağantəpə, Şomutəpə və digər qədim insan dü-
şərgələri  Mezolit  və  Neolit  dövrlərinə  aiddirlər 
(Ализаде и др., 1978; Hüseynov,1973; Rüstəmov, 
1994; Гусейнов, 2010). 
Xalkolit (Eneolit - Tunc-Daş əsri), Tunc və Də-
mir dövrləri 6.5 min il əvvəldən başlayaraq, son 2,5 
min il əvvələ qədər davam etmişdir ki, bu da Orta 
Holosen epoxasının  Yeni Kaspi əsrinin qismən Alt 
və bütövlükdə Orta mərhələlərinə uyğun gəlir. So-
yuqbulaq, Alxantəpə, Leylatəpə və s. Xalkolit döv-
rünün həm də palinoloji cəhətdən geniş tədqiq edil-
miş düşərgələridir (Müseyibli, 2014; Тагиева, Ве-
лиев,  2015).  Azərbaycan  ərazisində  Tunc  (Kür-
Araz  mədəniyyəti  -  I  Kültəpə,  Babadərviş  və  s.), 
eləcə  də  Dəmir  dövrünə  aid  (Muğan  mədniyyəti) 
çoxlu sayda öyrənilmiş arxeoloji abidələr mövcud-
dur.  
Beləliklə,  tərtib  edilmiş  cədvəldən  görünür  ki, 
süxur təbəqələrinin geoloji və qədim mədəniyyət-
lərin arxeoloji yaşları arasında müəyyən bir uzlaş-
ma, korrelyasiya müşhidə edilir. Uzlaşmanın cəd-
vəl  şəklində  əyani  olaraq    göstərilməsi,  əminliklə 
demək olar ki, geoloji, geomorfoloji, paleocoğrafi  
və  arxeoloji  tədqiqatlarda  həmin  sahələrin  mütə-
xəssisləri üçün qarşılıqlı əhəmiyyət kəsb edəcək və 
bu da, öz növbəsində, insanlıq tarixinin ən qədim 
dövrlərində baş vermiş tarixi hadisələrin daha dol-
ğun  və  düzgün  interpretasiya  edilməsinə  faydalı 
dəstək olacaqdır. Qeyd etmək lazımdır ki, təqdim 
edilən cədvəl bu istiqamətdə atılan ilk addımdır və 
müəlliflər  gələcəkdə  onun daha da təkmilləşdiril-
məsini istisna etmirlər. 
 
ƏDƏBIYYAT: 
1. 
АЛИЗАДЕ  С.А.,  БАЙРАМОВ  А.А.,  МА-
МЕДОВ А.В., ШИРИНОВ Н.Ш. 1978. Геология чет-
вертичных отложений Азербайджана. Объяснитель-
ная записка к карте четвертичных отложений Азер-
байджана. Елм, Баку. 
2. 
АЛЬМАРИК А.С., МОНГАЙТ А.Л., 1959. В 
поисках исчезнувших цивилизаций. Изд. АН СССР, 
М. 
3. 
CƏFƏROV  Ə.Q.  Azərbaycan  arxeologiyası. 
2008. 6 cilddə, I cild, Daş dövrü. Şərq-Qərb, Bakı, 632s. 
4. 
ДЖАФАРЗАДЕ И.М. 1944. Следы древней-
шей культуры человека на территории Азербайджа-
на. Изд-во АН ФАН, 9. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə