Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə19/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   15   16   17   18   19   20   21   22   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 35 
 
5. 
КАПЛИН  П.А.,  ЛЕОНТЬЕВ  О.К.,  РЫЧА-
ГОВ Г.И., ПАРУНИН О.Б., СВИТОЧ А.А., ШЛЮ-
КОВ  А.И.  1977.  Хронология  и  палеогеография 
плейстоцена Понто-Каспия (по данным абсолютно-
го  датирования).  В  кн.:  Палеогеография  и  отложе-
ния плейстоцена южных морей СССР. Наука, М.  
6. 
МАРТЫНОВ А.И. 2005. Археология: учеб-
ник. 5-е изд., Высшая. школа. М. 
7. 
МАМЕДОВ  А.В.,  АЛЕСКЕРОВ  Б.Д. 2002. 
Плейстоцен  Азербайджана.  Нафта-пресс,  Баку, 
с.190. 
8. 
MÜSEYİBLİ N.Ə. 2014. Leylatəpə mədəniy-
yətinin  xronologiyası  və  dövrləşdirilməsi.  AMEA-nın 
Xəbərləri, Tarix, fəlsəfə və hüquq elmləri seriyası,1, 91-
109. 
9. 
HÜSEYNOV  M.M.  1973.  Uzaq  Daş  dövrü. 
Gənclik, Bakı, 72 s. 
10.  ГУСЕЙНОВ М.М. 2010. Древний Палеолит 
Азербайджана. Тек-Нур, Баку, с.220 
11.  RÜSTƏMOV  C.N.  1994.  Qobustan  dünyası. 
Azərnəşr, Bakı, 176 s. 
12.  ПОПОВ  Г.И.  1970.  Четвертичная  система. 
В кн.: Геология СССР, ХVI, Недра, М. 
13.  Руководство  по  изучению  новейших  отло-
жений.  2-е  изд.//  Под  ред.  П.А.  Каплина.  Изд-во 
МГУ, 1987, 238с. 
14.  ТАГИЕВА Е.Н., ВЕЛИЕВ С.С. 2015. Палео-
география  Абшеронского  полуострова  и  история 
заселения  его  человеком.  Coğrafiya  cəmiyyətinin 
əsərləri, “Coğrafiya və təbii resurslar”, 1, 23-28. 
 
О СРАВНИТЕЛЬНОМ АНАЛИЗЕ 
ГЕОЛОГИЧЕСКОЙ И АРХЕОЛОГИЧЕСКОЙ 
ХРОНОЛОГИЙ 
Р.А.Фаталиев, Е.Н.Тагиева, А.И.Алиев 
В  статье  рассматриваются  вопросы  корреляции 
геологической и  археологической хронологий и ме-
тоды  определения  относительного  и  абсолютного 
возраста, являющиеся основой для разработки дан-
ных хронологий.  Представлена сравнительная хро-
нологическая таблица, где непосредственно можно 
сопоставлять возраст археологических культур с со-
ответствующей геологической эпохой. Одновремен-
но, подчеркивается значение данной сравнительной 
таблицы в синхронизации возрастов геологических 
и археологических отложений при проведении гео-
логических,  геоморфологических,  палеогеографи-
ческих и археологических исследований. 
 
ON A COMPARATIVE ANALYSIS OF 
GEOLOGICAL AND ARCHAEOLOGICAL 
CHRONOLOGIES 
R.A.Fataliyev, E.N.Tagieva, A.I.Aliyev 
The article reviews questions of correlation of geolo-
gical  and  archaeological  chronologies  and  methods  of 
determining the relative and absolute age which are the 
foundation  for  the  development  of  these  chronologies. 
A comparative chronological  table is presented,  where 
you can directly compare the age of the archaeological 
cultures with the corresponding geological epoch. At the 
same time, the importance of this comparative table is 
highlighted in synchronization of ages of geological and 
archaeological depositions while conducting geological, 
geomorphological, paleogeographic and archaeological 
research. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
36                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
LANDŞAFTŞÜNASLIQ 
© Q.İ.Rüstəmov, A.N.İsayev
 
ŞIRVAN DÜZÜ AQROLANDŞAFTLARININ GEOKIMYƏVİ ŞƏRAİTİNİN İNSAN 
SAĞLAMLIĞINA TƏSİRİ VƏ ONLARIN  YAXŞILAŞDIRILMASI YOLLARI 
Q.İ.Rüstəmov, A.N.İsayev 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
qalib.rustamov@mail.ru, aqilisayev@mail.ru 
Şirvan  düzü  aqrolandşaftlarında  2012-2015-ci  illərdə  aparılan  elmi  tədqiqat  işləri  nəticəsində 
ərazidə yayılan makro və mikro-elementlərin miqrasiya və konsentrasiyasının qanunauyğunluqları 
öyrənilmişdir. Məqalədə Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xüsusiyyətləri, mövcud geo-
kimyəvi  şəraitin  bu  aqrolandşaftlardakı  canlıların  −  bitkilərin,  heyvanların,  xüsusən  də  insanların 
sağlamlığına təsiri və ərazi üçün səciyyəvi olan xəstəliklərin yayılma arealları araşdırılaraq konkret 
elmi dəlillərə əsaslanan tövsiyə xarakterli təkliflər verilir. İlk dəfə olaraq tədqiqat ərazisi üçün Coğ-
rafi İnformasiya Sistemləri (ArcGİS) kompüter proqramından istifadə edilməklə ortamiqyaslı “Şir-
van düzü aqrolandşaftlarının geokimyəvi xəritəsi” tərtib edilmişdir.  
Mövzunun aktuallığı. Elm və texnikanın daha 
coşqun inkişaf etdiyi müasir dövrdə təbii ərazilərin 
optimallaşdırılması və təbii ehtiyatlardan səmərəli 
istifadə edilməsi işində davamlı və məhsuldar aq-
rolandşaft  komplekslərinin  yaradılmasında  land-
şaftların geokimyəvi xüsusiyyətlərinin ətraf mühitə 
təsirinin  öyrənilməsi  məqsədilə  müxtəlif  ekosis-
temlərdə  ekoloji-geokimyəvi  tədqiqatların  aparı-
lmasının böyük elmi və praktik əhəmiyyəti vardır. 
Müxtəlif təbii ərazi komplekslərinin daha geniş 
sahələri istehsal prosesinə cəlb edildikcə təbii land-
şaftların, eləcə də aqrolandşaftların antropogen tə-
sirlər nəticəsində dəyişməsi torpaqların münbitliyi-
nin  azalmasına,  onların  çirklənməsi  ilə  əlaqədar 
olaraq  ekoloji  cəhətdən  təhlükəli  sayılan  bir  sıra 
toksiki elementlərin qida zəncirinə daxil olmasına 
gətirib çıxarır ki, bu da bitkilərdə, heyvan və insan-
larda, bir sözlə, bütün canlı orqanizmlərdə müxtəlif 
xəstəliklərin əmələgəlməsinə səbəb olur. Müxtəlif 
xassəli  kimyəvi  elementlərin  aqrolandşaft  kom-
plekslərində  yayılması,  onların  torpaq  profilində 
konsentrasiyası, bitkilər tərəfindən mənimsənilmə-
si landşaftların geokimyəvi şəraitinin ekoloji cəhət-
dən qiymətləndirilməsinin aktuallığını daha da ar-
tırır. 
Tədqiqatın  metodikası.  Elmi  tədqiqat  işləri 
Şirvan düzündə yerləşən 8 rayonun 3 qəsəbəsində, 
188  kəndində  2012-2015-ci  illərdə  aparılmışdır.                                                                                                                                                                       
Tədqiqat sahəsindəki 38 məntəqədə torpaq kəsim-
ləri  vurulmuş,  həmin  ərazilərdən  torpaq,  bitki,  su 
nümunələri götürülmüş və analizlər aparılaraq əv-
vəllər aparılan tədqiqat nəticələri ilə müqayisə edi-
lərək yeni məlumatlarla daha da zənginləşdirilmiş-
dir. Analizlər AMEA Coğrafiya İnstitutunun Meşə 
torpaqlarının  coğrafiyası  laboratoriyasında  və 
Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbə-
sində  aparılmış,  torpaq,  süxur,  dib  çöküntüləri  və 
su  nümunələri  spektral  analiz  metodu ilə "Elvax-
CEP 01" markalı rentgen-fluoressent spektrometri 
vasitəsilə tədqiq edilmişdir.  
Tədqiqatların  aparılmasında  A.İ.Perelmanın 
”Landşaft  komponentlərinin  müqaisəli  və  əlaqəli 
tədqiqi “ metodundan istifadə edilmişdir [9].  
Xəstəliklərin  yayılma  dərəcəsini  müəyyən  et-
mək üçün ilkin material və faktiki göstərici Səhiy-
yə  Nazirliyi  sistemi  üzrə  ilk  dəfə  qoyulmuş  diaq-
nozla qeydə alınmış xəstələrin sayı olsa da, xəstə-
liklərin  beynəlxalq  təsnifatına  (XBT)  və  ayrı-ayrı 
xəstəliklərin lokalizasiyalar üzrə bölgüsünə görə ən 
mühüm göstərici kimi əhalinin hər 10 000 nəfərinə 
düşən xəstəliklərin sayı əsas götürülür. Hər 10 000 
nəfərə  düşən  xəstələrin  sayı  100-ə  qədər  olduqda 
xəstəlik az yayılmış, 200-ə qədər olduqda geniş ya-
yılmış,  200-dən  çox  olduqda  çox  geniş  yayılmış 
hesab edilir. Şirvan düzünün tibbi-ekogeokimyəvi 
aqrolandşaft  xəritəsinin  tərtibatında  respublika-
mızda  ilk  dəfə  nəşr  edilən  “Milli  Atlas”-a  daxil 
edilmiş  “Azərbaycan  Respublikasının  tibbi-eko-
geokimyəvi landşaft  xəritəsi”ndən [2], yerli səhiy-
yə təşkilatlarının, Respublika Səhiyyə Nazirliyinin 
fond materiallarından, eləcə də çoxillik çöl tədqi-
qatları zamanı müxtəlif mənbələrdən əldə edilmiş 
məlumatlardan istifadə olunmuşdur.  
Aparılan  analizlərə  əsasən  Şirvan  düzü  aqro-
landşaftlarında makro və mikroelmentlərin   izafili-
yi  və  çatışmazlığı  aşkar  edilmiş  və  geokimyəvi 
anomaliyaların insan sağlamlığına təsiri araşdırıl-
mış, əldə edilən faktiki materiallar əsasında aero-
kosmik  fotoşəkillərin  deşifrələnməsindən  alınan 
məlumatlardan, “LANDSAT-TM” və “İKONOS” 
yerin süni peklərindən alınan məlumatlar və fond 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə