Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə32/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   28   29   30   31   32   33   34   35   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 59 
 
TORPAQ COĞRAFİYASI 
© İ.Ə.Quliyev, Q.Ş.Yaqubov
 
CEYRANÇÖL MASSİVİNİN CƏNUB-QƏRB KÜRYANI DÜZƏNLİYİ TORPAQLARININ 
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ  
İ.Ə.Quliyev, Q.Ş.Yaqubov 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr. 115 
ismayil-quliyev@rambler.ru 
Məqalədə Ceyrançöl massivinin cənub-qərb Küryanı düzənliyi torpaqlarının çöl, laboratoriya və 
çoxsaylı xəritə, fond materialları əsasında morfogenetik xassələri müqayisəli təhlil edilmiş və iri-
miqyaslı torpaq xəritəsi (1:100000) tərtib olunmuşdur. Aparılmış müqayisəli təhlillər və tərtib edil-
miş xəritələr torpaqdan istifadənin optimal metodlarının işlənməsi zamanı nəzərə alınmasının əhə-
miyyətli yanaşma olduğu göstərilmişdir. Ərazidə təsərrüfat quruculuğunun yaradılmasında və tor-
paqlardan istifadə də torpaq xəritəsinə istinad etmədən qarşıya qoyulan məqsədə çatmaqda yaranan 
çətinliklər göstərilmişdir.
 
Giriş. Respublikamız ərazi etibarilə kiçik ölkə 
hesab olunsa da, zəngin yerüstü və yeraltı sərvətlə-
rə malikdir. Bu sərvətlər içərisində cəmiyyətimizin 
yüksək  səviyyədə  sosial-iqtisadi,  maddi-mədəni 
imkanlarına malik olmasında torpaq-bitki sistemi-
nin mühim əhəmiyyəti vardır.  
Respublikanın  regionları  sırasında  zəngin  po-
tensial münbitliyi, yüksək məhsuldarlığı və qidalı-
lığı ilə fərqlənən torpaq-bitki sisteminə malik Cey-
rançöl  massivinin  özünəməxsus  yeri  vardır.  Bu 
massivdə yayılmış torpaq-bitki örtüyünün mühafi-
zəsi və məhsuldarlığının artırılması üzrə bir sıra el-
mi tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac ya-
ranmışdır ki, onlardan ən vacibi torpaq örtüyünün 
morfogenetik xassələrinin öyrənilməsi, torpaq va-
hidlərinin tipoloji təsnifatının hazırlanması və on-
ların  xəritələşdirilməsidir.  Çoxsaylı  torpaqşünas, 
aqrokimyaçı və geobotanik tədqiqatçılara görə, tor-
paq-bitki  sisteminin  mühafizəsi  və  məhsuldarlığı-
nın artırılmasına ən qiymətli sənəd torpaq xəritəsi 
hesab olunur [10,12,13]. 
Torpaq xəritəsi torpağın aqrokimyası ilə məşğul 
olan  kənd  təsərrüfatı  mütəxəssisləri  üçün  torpaq-
ların coğrafi yayılma məkanı, aqrokimyası, melio-
rasiyası (50-ə qədər ünsürləri), becərmə texnologi-
yası, gübrələmə, növbəli əkin sistemi haqqında mə-
lumatları  kompleks  halında  özündə  əksetdirən 
əvəzsiz sənəd hesab olunur. 
Ona görə də Ceyrançöl massivinin cənub-qərb 
hissəsində yayılmış torpaqların yuxarıda göstərilən 
xassələrinin öyrənilməsi və həmin xassələr əsasın-
da  torpaq  xəritəsinin  elmi-tədqiqi  əsaslarla  tərtibi 
bu məqalənin yazılmasında əsas məqsəd kimi qar-
şıya qoyulmuşdur. 
Tədqiqatın obyekti və metodikası. Öyrənilən 
obyekt  massivin  cənub-qərb  qurtaracağında,  Kür 
çayı subasarının şimal-şərq sahilində çox da böyük 
sahə olmayan əraziyə malik olmaqla qərbdən Gür-
cüstan Respublikası ilə Azərbaycan  Respublikası 
arasındakı  dövlət  sərhədi,  şimaldan  massivin  cə-
nub-qərb istiqamətdə maili enən terras formalı 250 
m  yüksəklikdən  keçən  horizontal  xətti,  şərqdən 
Bakı-Poylu-Tbilisi dəmir yolunun qovşağı, cənub-
dan Kür çayı ilə sərhədlənir. 
Massivin  öyrənilən  hissəsində  yayılan  torpaq-
bitki potensialı təsərrüfatda, dövlət qoruğu, əkin və 
otlaq altında istifadə olunur (4920,5 ha dövlət qo-
ruğu,  9965  ha  əkin,  8579,5  ha  örüşaltı).  Ərazidə 
Sadıxlı, Böyükkəsik, Ağstafa quşçuluq kompleksi
Muğanlı, Keçvəlli, Soyuqbulaq, Saloğlu kimi ya-
şayış  məntəqələri  vardır.  Tədqiqat  obyekti  kiçik 
sahəni (23465,0 ha) əhatə etsə də, onun ərazisində 
7  kənd  məskunlaşmışdır.  Massivin  tədqiq  olunan 
torpaqlarının çox hissəsi suvarılma şəraitində əkin 
altında və dövlət qoruğu altında istifadə olunur. 
İşin  aparılma  metodikası.  Torpaq  örtüyünün 
morfogenetik xassələrinin, torpaq vahidlərinin ge-
netik-tipoloji durumunun müasir vəziyyəti və təs-
nifat sxeminin naturada müasir durumu və onların 
nə dərəcədə antropogen transformasiyaya uğrama-
sını özündə əksetdirən  xəritə sənədlərinin və tor-
paqlardan  səmərəli  istifadənin  təşkili  baxımından 
məlumatların hazırlanmàsı məqsədi ilə kameral ha-
zırlıq, çöl və yekun kameral olmaqla 3 mərhələdə 
tədqiqat işləri aparılmışdır. Kameral hazırlıq mər-
hələsində tədqiq olunan obyektin torpaq-bitki örtü-
yünə aid fond və ədəbiyyat məlumatları toplanmış, 
onlar tədqiq olunaraq sistemləşdirilmişdir. Çöl təd-
qiqat mərhələsində irimiqyaslı torpaq tədqiqatları-
na aid təlimatın tələbinə müvafiq olaraq ərazidəki 
müəyyən istiqamətlərdə marşurutlar üzrə gedişlər 
edilməklə  torpaq  kəsimləri  qazılaraq  laboratoriya 
analizləri  üçün  torpaq-qrunt  nümunələri  götürül-
müşdür. Marşurutlar üzrə gedişlər zamanı naturada 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
60                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
torpaq örtüyünün xəritələşdirilməsi və torpaq tak-
sonlarının    diferenləşməsi  əsasında  növbələşməsi 
irimiqyaslı  topoxəritə    üzərinə  köçürülməklə  çöl 
şəraitinin ilkin torpaq xəritəsi hazırlanmışdır. Xəri-
tələşdiriləndə zonal qanunauygunluqlar, relyef, bit-
kilik, hidroloji şərait, iqlim, qrunt sularının dərinlik 
səviyyəsi  və  torpaqəmələgətirən  süxurların  geo-
kimyəvi xassələrinə xüsusi fikir verilmiş və həmçi-
nin gözə görünən, dərk olunan torpaqdaxili xassə-
ləri  özündə  əksetdirən  çöl  jurnalları  tərtib  edil-
mişdir.  
Kameral yekun mərhələsində çöl şəraitində gö-
türülmüş  torpaq  nümunələrində  aşağıdakı  metod-
larla və tərkibdə laborator fiziki-kimyəvi analizlər 
aparılmışdır.  1.  Hiqroskopik  nəmlik-çəki  metodu 
ilə; 2. Qranulometrik tərkib-Kaçınskinin pipet üsu-
lu  ilə;  3.  Humus-Tyurinə  görə;  4.  Karbonatlılıq-
kalsimetr vasitəsi ilə; 5. Udulmuş Ca, Mg- İvanov 
üsulu ilə; 6. Udulmuş Na -Qolinə görə; 7. Tam su 
çəkimi-Arınuşkinaya görə. 
Təhlil.  Ceyrançöl  massivinin  tərəfimizdən  öy-
rənilən  hissəsində  torpaq  örtüyünün  geoxronoloji 
dövr ərzində inkişaf edib formalaşaraq hazırkı ge-
netik  səviyyəyə  çatmasında  ümumi  torpaqəmələ-
gətirən təbii amillərin (relyef, iqlim şəraiti, bioloji, 
ölkənin tarixi, torpaqəmələgətirən süxurlar) qarşı-
lıqlı təsiri  rol oynamışdır. 
Ərazinin torpaq örtüyü misalında torpaqəmələ-
gətirən amillərdən hansının daha çox rol oynadığı 
haqqında fikir söyləmək mümkün deyil. Lakin bu-
nunla belə, torpağın dənəvər qatının, yuxarıda gös-
tərilən torpaqəmələgətirən amillərin birgə təsiri al-
tında yarandığını məşhur torpaqşünaslar bildirmiş-
lər [1,2,3,4,5,6,7,8,13,14,15]. 
Ceyrançölün  tərəfimizdən  öyrənilən  bu  hissə-
sində torpaq-bitki örtüyünün müasir vəziyyəti təbii 
amillərlə yanaşı, antropogen amillərin təsiri ilə də 
bağlı olduğu araşdırılmışdır 
Ərazinin səth quruluşunun formalaşmasının kö-
kündə  cənub-şərq  istiqamətində  alçalan  mezorel-
yef formaları, o cümlədən dalğavarı maili düzənlik 
və Küryanı subasarların relyefi dayanır.  Ceyrançö-
lün  cənub-qərbi  Küryanı  düzənlik  hissəsi  neogen 
yaşlı,  əsasən  qonur,  qismən  incə  sortlaşdırılmış 
müxtəlif litoloji yatımlı prolüvial-allüvial çöküntü-
lərdən təşkil olunmuşdur. Torpaqəmələgətirən sü-
xurlar həmin litoloji tərkibli prolüvial-allüvial tər-
kibli çöküntü süxurlarından ibarətdir.  İqlim şəraiti 
qışı quru keçən mülayim-isti yarımsəhra quru-boz-
qır tipinə aiddir. Havanın çoxillik orta temperaturu 
12,5°C, yağıntıların miqdarı isə illər üzrə geniş di-
apazonda olmamaq şərti ilə 393-410 mm arasında 
dəyişir. Yağıntıların çox hissəsi ilkin yaz və yayın 
ilk aylarına təsadüf edir. Torpaq səthindən buxar-
lanan rütubətin miqdarı yer səthində bitki örtüyü-
nün örtük sıxlığından və radiasiya balansının miq-
darından asılı olaraq 800-1125 mm təşkil edir. Qu-
ruluğun radiasiya əmsalı 1,5-2,4 arasında tərəddüd 
edir [11]. 
Ərazinin  bitki  örtüyü  quru-bozqır  torpaqlarda, 
yarımsəhra  quru-bozqır  iqlim  şəraitində  inkişaf 
tsiklinə  malik  yovşanlı-efemerli,  yovşanlı-kövrək 
şorangəli-efemerli,  Küryanı  subasarlarda  göyrüc, 
adi  qovaq, söyüd  qarışıqlı ağyarpaq  qovaq,  müx-
təlif kol və çəmən senozuna malik bitki növlərin-
dən təşkil olunmuşdur. Tuqay tipli meşə fitosenoz-
larının tərkibində dominant bitki növləri kimi qa-
nadmeyvə yalanqoz-(Pterocaya pterocarpa), qara-
ağac-(Ulmus folicla), cənub söyüdü-(Salıx austra-
lioz), ot bitkiləri otlaq sahələrində yayılmaqla do-
minant bitkilər kimi iyli yovşan- (Artemisia fraq-
rans), kövrək şoran- (Salsola riqida), qandayandı-
rıcı  ağot-  (Andropoqon  isahaemum  L.  Sp.pl),  so-
ğanaqlı dişə-(Poa-bulbosa L), kilkəşli tonqal otu-
(Bromus- squarrosus L) və s. növlərdən ibarət yov-
şanlı-şoranqəli, 
yovşanlı-efemerli-müxtəlifotlu 
formasiyaların tərkibində inkişaf tapmışlar [9]. 
Becərilən əkinaltı torpaqlarda isə suvarma şəra-
itində taxıl, tərəvəz və yem bitkilərindən ibarət tö-
rəmə aqrofitosenoz formasiyası yayılmışdır. 
Torpaq örtüyü. Massivin öyrənilən ərazisində 
yayılmış torpaqlar Ceyrançöl massivinin torpaqə-
mələgəlmə şəraitinə uyğun yayılmaqla yarımsəhra 
quru-bozqır xarakterli olub bu zonaya xas morfo-
loji-genetik xüsusiyyət kəsb etmişdir. Bir tərəfdən, 
yarımquru rütubətlənmə, digər tərəfdən, Kür çayı 
subasarının  nəmləşdirici  təsiri  aşağıdakı  torpaq 
yarımtiplərini formalaşdırmışdır:  

adi boz-qəhvəyi; 

qədimdən suvarılan çəmən-boz-qəhvəyi

subasar çəmən (tuqay)-meşə. 
Bu  torpaqlar  qranulometrik  tərkib,  şorakətləş-
mə və mədəniləşmə əlamətlərinə görə növ və növ-
müxtəlifliklərinə ayrılmışdır. Bununla belə, onu da 
qeyd etmək olar ki, həmin torpaqlardan təsərrüfat-
larda istifadədə optimal  variantların seçilməsi  na-
minə morfoloji-genetik araşdırma tip və yarımtip-
lər üzrə aparılmışdır. 
Adi  boz-qəhvəyi  torpaqlar  relyef  baxımdan 
dağətəyi düzənliklərdə və alçaqdağlığın cənub ba-
xarlı maili yamaclarında yayılmaqla, qışotlaqlar al-
tında istifadə olunur və ümumi ərazinin 8600 hek-
tarını və ya 36,66%-ni təşkil edir. Morfoloji-gene-
tik xüsusiyyətləri quru-bozqır zonanın tipik torpağı 
olan boz-qəhvəyi torpaqlarınkına oxşardır. Genetik 
qatların rəngi qonur çalarlı qəhvəyidir. Qatlar üzrə 
rəng çalarlarında qonur çalarlı qəhvəyi rənglər üs-
tünlük  təşkil  edir.  Qranulometrik  tərkibinə  görə 
əsasən  orta,  qismən  ağır  gillicələr  üstünlük  təşkil 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə