Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə34/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   30   31   32   33   34   35   36   37   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
62                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Suvarılan  torpaqlarda  karbonatların  yüksək 
miqdarı aşağı qatlarda toplanmışdır (14,1%). Hu-
musla  üst  qatda  orta  dərəcədə  təmin  olunmaqla 
(2,28-2,90) aşağı qatlara doğru becərmənin suvar-
ma  şəraitində  aparılmadığı  üçün  onun  miqdarı 
0,98%-ə qədər azalmışdır. Profilin üst qatları suda 
asan həll olunan duzlardan yuyularaq onların şor-
luluq əmələ gətirəcək miqdarı 0,586-0,583%-ə qə-
dər çoxalmışdır. Yəni aşağı qatlarda (55-80 sm) or-
ta dərəcədə şorlaşma müşahidə edilmişdir. Bu isə 
gipsin  suda  asan  həll  olunan  duzların  içərisində 
yüksək  göstəriciyə  malik  olması  ilə  əlaqədar  ol-
muşdur. Udulmuş əsaslarla bundan əvvəlki torpaq-
lara  nisbətən  yüksək  dərəcədə  təmin  olunmuşlar 
(üst 0-50 sm-lik qatda 48,01-49,90 mq/ekv). Udul-
muş  əsaslar  cəmindən  udulmuş  Na  kationunun 
miqdarı həmin qatda 0,40-2,01 mq/ekk və ya 2,81-
4,19% təşkil etməsi onu göstəriri ki, qədimdən su-
varılan boz-qəhvəyi torpaqlar şorakətləşməyə mə-
ruz qalmamışdır (cədvəl 1). Torpaq mühitinin reak-
siyası neytraldır (pH-7,2). 
Morfoloji  genetik  təsvirdən  göründüyü  kimi, 
qədimdən  suvarılan  torpaqlar  bu  massivdə  yayıl-
mış torpaqlarla müqayisədə yüksək münbitlik xas-
səsi kəsb edir ki, buna da səbəb, şübhəsiz, bitkilərin 
tələbinə  müvafiq  normada  suvarma  sularından 
istifadə olunmasıdır. 
Subasar çəmən-meşə  (tuqay) torpaqları massi-
vin  Küryanı  düzənliyinin  subasarında  dar  zolaq 
formasında qərbdən şərq tərəfə, Kür çayının yata-
ğına paralel olaraq uzanmaqla tədqiq olunan ərazi-
nin 4920 hektarını və ya 20,97%-ni təşkil edir. Su-
basar  çəmən-meşə  torpaqları  təbii-coğrafi  məkan 
etibarilə yarımsəhra quru-bozqır zonanın torpaqları 
olsalar da, onun genetik baxımdan formalaşmasın-
da Kür çayının subasarında səthdən və qrunt suları 
hesabına  izafi  rütubətlənməsinin  rolu  böyük  ol-
muşdur. Torpaqəmələgəlmədə daimi su axını reji-
minin üstünlük təşkil etməsi və axan sularla məcra-
yanı ərazilərdə gətirilən çöküntülərin çökdürülmə-
sinə əhəmiyyətli təsir göstərmişdir [1,13], 
V.Həsənova görə, bu massivin Küryanı subasar 
çəmən-meşə  torpaqları  profilinin  morfoloji-gene-
tik baxımdan formalaşmasında Kür çayında su axı-
nının dövri olaraq daşması ilə gətirilən çöküntülə-
rin geoxronoloji dövr ərzində litoloji növbələşmə-
sinin rolu böyük olmuşdur. Belə ki, güclü su daş-
qınları ilə subasarlarda kobud qırıntılı, zəif sortlaş-
dırılmış qənbər və qırma daşlardan, çayda su axı-
mının sakit axımı zamanı isə dispersləşmiş asılı çö-
küntülərin sərbəst çökdürülməsi ilə yaranan lillər-
dən  ibarət  laylı  qatlardan  ibarət  torpaq  profil  for-
malaşmışdır.  Oxşar  torpaq  profilləri  Qanıx-Əyri-
çay hövzəsində yayılmış çayların subasarlarında da 
müşahidə olunmuşdur. 
Bu  kimi  hidroloji  proseslərlə  əlaqədar  olaraq 
massivin  Küryanı  subasarlarında  hündürboylu 
ağac cinslərindən ibarət tuqay meşələri, subasarlar-
dan bir qədər aralı qrunt və səth suların zəiflədiyi 
ətraflarda çəmənəmələgətirən ot bitkiləri qarışıqlı 
kolluqlardan ibarət çəmən-kol fitosenozları forma-
laşmışdır. 
 
Şəkil 1. Ceyrançöl massivinin cənub-qərb Küryanı düzənliyinin torpaq xəritəsi 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 63 
 
Yuxarıda göstərilən hidrogeoloji şəraitlə əlaqə-
dar olaraq Küryanı subasarlarda inkişaf tapmış tor-
paqlar digər torpaqlardan kəskin fərqlənən profilə 
malikdilər.  Profilin  üst  qatında  meşə  döşənəyinin 
ağac bitkilərinin seyrəkliyi və günəş şüasının təsi-
rini azaldan sıx meşə çətirinin olmaması, humusla 
yüksək  təmin  olunması  (0-90  sm-lik  qatda  0,93-
6,45%), karbonatlarla zəif təminatı (1,6-4,8%), hu-
minin fulfatlara nisbətən üstünlüyü (>1,07), udul-
muş əsaslarla orta dərəcədə təmin olunması (17,8-
29,7 mq/ekv), udulmuş Na-un az olması ilə şora-
kətləşmənin olmaması, suda asan həll olunan duz-
ların  böhran  dərəcəsindən  (<0,25%)  quru  qalığa 
görə aşağı, mühit reaksiyasının neytrala yaxın ol-
ması  (pH  <7,8)  və  s.  əlamət  kəsb  etməsi  subasar 
çəmən-meşə torpaqları üçün xarakterikdir (cədvəl 
1). 
Subasar  çəmən-meşə  torpaqlarının  digər  mü-
hüm aqronomik əhəmiyyət kəsb edən əlamətlərin-
dən  aşağıdakıları  göstərmək  olar:  qranulometrik 
tərkibində  orta  gillicələr  əsas  yeri  tutur  (fiziki  gil 
33-50%, lil fraksiyası 11-31%), kökyanı qidalanma 
qatının qalınlığı 80-100 sm, humuslaşmış qatın qa-
lınlığı isə 20-25/35-45 sm, laylılıq dərəcəsi əsasən 
yüksək,  qismən  orta,  strukturu  üst  humuslaşmış 
qatda  qozvarı-dənəvarı/topavarı-xırda  kəltənli, 
qrunt  sularının  dərinliyi  meşəyanı  ərazilərdə  1,0, 
kənarlarda  1,5-5,0  m  olmaqla  şirin  xassəlidirlər 
(cədvəl 1).  
Subasar  çəmən-meşə  torpaqları  hündürboylu, 
orta  sıx  çətirli  meşə  bitkiləri  ilə  örtülməklə  ətraf 
mühitdə temperatur və havatənzimləyici rol oyna-
maqla  Kür  çayı  sularının  izafi  buxarlanmasının 
həm qarşısını alır, həm də ətraf ərazilərin çay daş-
qınlarından qorunmasında mühüm rol oynayır. Bu-
nunla belə, bu torpaqlar qiymətli ağac bitki senoz-
ları  ilə  örtlü  olduqları  üçün  dövlət  təbiət  qoruğu 
kimi  mühafizə  olunur.  Ceyrançöl  massivinin  cə-
nub-qərb  Küryanı  düzənliyində  inkişaf  etmiş  tor-
paqların coğrafi yayılmasını əksetdirən torpaq xə-
ritəsi məqalənin mətninə daxil edilmişdir (şəkil 1). 
Nəticə və təkliflər. Tədqiq olunan  ərazidə ya-
yılmış torpaq örtüyünün morfoloji-genetik əlamət-
lərinin öyrənilməsi ilə yanaşı, onların coğrafi yayıl-
ma  arealı  haqqında  dəqiq  torpaq  xəritəsi  (M  
1:100000)  tərtib  edilmişdir.  Xəritənin  tərtib  edil-
məsində  qarşıya  qoyulan  əsas  məqsəd  bu  torpaq-
lardan təsərrüfatlarda məqsədyönlü istifadəsi üzrə 
optimal  variantların  seçilməsi  olmuşdur.  Torpaq 
xəritəsi  olmadan  onlardan  səmərəli  istifadə  edib, 
münbitliyinin qorunması üzrə tətbiqlər sisteminin 
hazırlanması mümkün deyildir. 
 
 
 
ƏDƏBİYYAT 
1. 
Babayev  M.P.,  Həsənov  V.H.  və  b.  Azərbay-
can torpaqlarının morfogenetik diaqnostikası, nomenk-
laturası və təsnifatı. Bakı “Elm”. 2011. 447 səh. 
2. 
Məmmədov  Q.Ş.,  Yaqubov  Q.Ş.  Azərbaycan 
Respublikası  torpaqlarının  irimiqyaslı  tədqiqi  və  xəri-
tələşdirilməsinə dair təlimat. Bakı. 2002. 208 səh. 
3. 
Yaqubov  Q.Ş.  Ceyrançöl  qışotlaqaltı  torpaq-
larında deqradasiya prosesləri və onlara qarşı tədbirlərin 
işlənməsi.//Ümummilli  lider  H.Ə.Əliyevin  anadan  ol-
masının 93 illiyinə həsr olunmuş “XXI əsrdə ekologiya 
və  torpaqşünaslıq  elmlərinin  aktual  problemləri”  möv-
zusunda V Respublika elmi konfransı. Bakı. 2016. Səh. 
149-150 
4. 
Александров Л.Н, Антипов-Каратаев И.Н. и 
др.  Почвоведение  Изд-во  Госселхоз  литература. 
Москва. 1958. 438 
5. 
 Аринушкина Е.В. Руководство по химичес-
кому  анализу  почв.  Изд-во  МГУ.  1961.  с.130-155. 
271-303. 310-342 
6. 
Вильямс  В.Р.  Почвоведение.  ОГИЗ.  Сель-
хоз. Москва. 1944. 456 с. 
7. 
Волобуев В.Р. Почва и климат. Баку. 1953. 
Изд-во АН Азерб. ССР. 320 с. 
8. 
Волобуев  В.Р.  Система  почв  мира.  Баку 
«Элм». 1973. 308 с. 
9. 
Гаджиев В.Д, Мамедов А.И Учет и пути у-
лучшения зимных пaстбищ Азербайджана // Кормо-
производство, вып.20, Москва, 1979, 66-72 с. 
10.   Докучаев  В.В.  Избранные  сочинения.  М. 
изд-во МГУ. 1953 
11.   Климат  Азербайджана  (Под.  Редакцией 
Мадатзаде  А.А.  Шыхлинского).  Баку  изд-во  АН 
Азерб. ССР. 341 с. 
12.   Ротенский  А.Т  Растительный  покров  Кав-
каза. Москва, 1948,320 с. 
13.  Салаев М.Э. Диагностика и классификация 
почв Азербайджана. Изд-во «Элм». Баку. 1991. 238 
с. 
14.   Сибирцев Н.И. Избранные сочинения. Том 
1.  Почвоведение  Гос.  изд-во  Севхозлит.  Москва. 
1951. 472 с. 
15.   Тюрин  И.В.  Вопросы  генезиса  и  плодо-
родия почв. Изд-во Наука. Москва. 1966. 287 с. 
 
ХОЗАЙСТВЕННОЕ ЗНАЧЕНИЕ 
КАРТОГРАФИРОВАНИЯ ПОЧВ 
ПРИКУРИНСКОЙ РАВНИНЫ 
ДЖЕЙРАНЧЕЛЬСКОГО МАССИВА 
И.А.Кулиев, Г.Ш.Ягубов 
В статье даются сравнительный анализ морфоге-
нетических свойств почв Прикуринской низменнос-
ти Джейранчельского массива и крупномасштабная 
карта  (1:100000)  на  основе  фондовых  материалов. 
Сравнительный анализ и составленная карта имеют 
большое значение для разработки оптимальных ме-
тодов  землепользования  и  успешной  организации 
хозяйственных работ в данном районе.  
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə