Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə42/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   38   39   40   41   42   43   44   45   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 77 
 
© N.S.İmamverdiyev
 
ABŞERON İQTİSADİ-COĞRAFİ RAYONUNDA KÜLƏK ELEKTRİK STANSİYALARININ 
QURULMASI ÜÇÜN ƏLVERİŞLİ YER SEÇİMİ 
N.S.İmamverdiyev 
AMEA akad. H. Əliyev ad. Coğrafiya İnstitutu 
İmamverdiyev.nicat@gmail.com 
Məqalədə  Abşeron  iqtisadi  rayonunun  ərazisində  külək  elektrik  stansiyalarının  qurulması 
üçün əlverişli yer seçiminin coğrafiya informasiya sistemləri (CİS) vasitəsilə təhlili aparılmışdır. 
Tədqiqatda müxtəlif mənbələrdən əldə edilən xəritələr və meteoroloji məlumatlardan istifadə 
edərək  küləyin  sürəti,  istiqaməti,  intensivliyi,  stansiyanın  qurulması  planlaşdırılan  ərazinin 
relyef  xüsusiyyətləri,  enerji  nəql  xətlərinə  və  avtomobil  yollarına  yaxınlığı,  ərazinin  istifadə 
yararlılığı və s. kimi amilləri nəzərə alaraq Abşeron iqtisadi rayonunda külək elektrik stansiya-
larının  (KES)  qurulması  üçün  optimal  ərazilər  və  külək  sürət  bölgüsünə  görə  onların  sahəsi 
müəyyən edilmişdir. 
Giriş. Külək enerjisi Azərbaycanda hal-hazırda 
ənənəvi  yollarla  alınan  elektrik  enerjisinin  maya 
dəyərindən baha olsa da, ekoloji tarazlığın saxlanıl-
ması məqsədilə tükənməyən enerji növü kimi ona 
marağı artırmışdır. Bərpa olunan enerji mənbələri 
içərisində külək enerjisi iqtisadi baxımdan ən əlve-
rişli  enerji  növlərindən  biridir.  Digər  mənbələrlə  
müqayisədə küləkdən alınan hər kVt*s enerjiyə qo-
yulan maliyyə xərci azdır. Dünyada küləkdən elek-
trik  enerjisi  istehsalı  2015-ci  ildə  432,680  GVt 
olmuş  və  2016-cı  ildə  11,11%  artaraq  486,749 
GVt-a  çatmışdır.  2016-cı  ildə  yalnız  külək 
enerjisinə  inkişaf  etmiş  ölkələr  42, inkişafda  olan 
ölkələr isə 67 mlrd. ABŞ dolları həcmində inves-
tisiya yatırmış və 2015-ci illə müqayisədə 4% artım 
olmuşdur. Küləkdən ən çox enerji alan ölkələr Çin 
(169  GVt),  ABŞ  (82  GVt),  Almaniya  (50  GVt), 
Hindistan  (28  GVt)  və  İspaniyadır  (23  GVt).  
Azərbaycanda ümumi enerji istehsalı 2015-ci ildə 
24,688  mln.  kVt*s  təşkil  etmişdir.  Enerji  isteh-
lakının  artması  ilə  paralel  enerji  istehsalı  da  hər 
ötən  il  1-1.5%  artmaqdadır.  Bu  sahəyə  dövlət 
büdcəsindən ayırılan maliyyə də 2016-ci ilə qədər 
eyni  tendensiya  üzrə  artmışdır.  Belə  ki,  2015-ci 
ildə  energetika  və  sənayeyə  dövlət  büdcəsindən 
1.290 mlrd. manat vəsait xərclənmişdir [5]. Külək 
enerjisinə  isə  2015-ci  ilə  qədər  66  milyon  manat 
vəsait  qoyulmuş  və  124.3  min  kVt*s  elektrik 
enerjisi istehsal edilmişdir [8]. 2016-cı ildə külək 
enerjisi ölkənin ümumi qoyuluş gücündə 66 MVt-
lıq  paya  malikdir  ki,  bu  da  15000  MVt  ümumi 
külək  potensialının cəmi 0.44 faizi deməkdir.  
Tədqiqat  ərazisi  və  külək  enerjisi  istehsalı
Abşeron iqtisadi rayonunun ümumi sahəsi 5,9 min 
km
2
  olmaqla  ölkə  ərazisinin  7  faizini  təşkil  edir. 
Əhalinin sayı isə 2.8 mln. nəfərdir. Coğrafi koor-
dinatları    48°50'38.44  -  50°22'49.60  şərq  uzun-
luqları və 39°39'44.66 - 40°58'49.29 şimal enlikləri 
arasında yerləşir. Rayonun ərazisində əhalinin sıx 
məskunlaşması  və  sənaye-tikinti  obyektlərinin 
xeyli  hissəsinin  burada  cəmlənməsi  nəticəsində 
respublika üzrə enerji sərfiyyatının 45%-dən çoxu 
bu  regionun  payına  düşməsinə  səbəb  olmuşdur. 
Azərbaycanda ümumi enerji istehsalı 2013-cü ildə 
23,354,  2014-cü  ildə  24,728,  2015-ci  ildə  24,688 
mln. kVt*s, iqtisadi rayonda isə 11,110 mln.kVt*s 
olmuşdur.  Abşeronda  külək  potensialına  müvafiq 
olaraq  qurulan  KES-lərin  rayonun  ümumi  enerji 
sektorunda  payı 2013-cü ildə 0.8 MVt (0.003%), 
2014-ci  ildə  2.3  MVt  (0.009%),  2015-ci  ildə  4,6 
MVt (0.018%), enerji məhsullarının istehsalı üzrə 
külək enerjisi 2013-cü ildə 2.9 MVt, 2014-ci ildə 
isə  8.3  MVt  gücündə  olmuşdur  [5].  Hal-hazırda 
iqtisadi  rayonda  5  ədəd  külək  elektrik  stansiyası 
fəaliyyət  göstərir  (cədvəl  2).  Azərbaycanda  quru-
lan KES-lərin ümumi ərazisi 120 km², illik ümumi 
enerji istehsalı 480 min kWt*s, daimi işçi sayı isə 
2015-ci ildə 180 nəfərdən çox olmuşdur [2]. 
Respublika üzrə qurulan KES-lərin enerji isteh-
sal gücünə görə iqtisadi rayon ilk yeri tutur (cədvəl 
1).  Külək  enerjisi  əsasən  Abşeron  iqtisadi  rayo-
nunun  ərazisindən  əldə  edilir.  2020-ci  ilə  qədər 
iqtisadi rayonda külək elektrik stansiyaları sayının 
10-a çatdırılması planlaşdırılmışdır (cədvəl 3). Öl-
kəmizdə istifadə edilən KES-lərdə 1 turbinin gücü 
0.2-0.5 MVt arasında dəyişir. İllik enerji istehsalı 
isə ən çox 150 min kWt*s olan 2 saylı Yeni Yaşma 
külək elektrik stansiyasıdır (şəkil 7) [3]. 
İqtisadi rayonda külək enerjisindən istifadə is-
tiqamətində 2016-cı ilə qədər 5 külək elektrik stan-
siyası qurulmuş, 5-i isə layihələndirilərək 2020-ci 
ilə qədər qurulması planlaşdırılır (cədvəl 2) [2]. 
Material və metod. Tədqiqat işində ilkin olar-
aq mövzu üzrə görülmüş işlər təhlil edilərək müva-
fiq xəritələrin informasiya bazası üçün məlumatlar 
toplanmışdır. Bunun üçün Azərbaycanın Milli At-
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
78                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cədvəl 1 
Azərbaycanın külək elektrik enerji istehsalı üçün potensial əraziləri 
Regionlar 
Külək 
gücü 
Ortaillik külək 
sürəti (m/s) 
Tutduğu sahə 
(min km
2

İstifadəyə yararlı ərazilər 
(min km
2

Abşeron iqtisadi rayonu 
Yaxşı 
5-7 
5.9 
1.34 
Gəncə-Daşkəsən regionu 
Orta 
3-4.5 
12.5 
0.625 
Naxçıvan MR 
Orta 
3-4.5 
5.5 
0.275 
 
Cədvəl 2 
Abşeron iqtisadi rayonunda qurulan KES-lər (2015) [2] 
 
Cədvəl 3 
Abşeron iqtisadi rayonunda qurulması planlaşdırılan KES-lər [6] 
 
 
lasında yer almış külək xəritələrindən əlavə, 30x30 
m  ölçülərində  olan  rəqəmsal  hündürlük  model-
indən  (Global  Digital  Elevation  Model  GDEM) 
istifadə  edilmişdir  [7].  Azərbaycanın  iqlim  məlu-
matları  və  rəqəmsal  hündürlük  modelindən 
(GDEM) əldə edilən məlumatlardan istifadə edərək 
mövzuya  müvafiq  xəritələr  (hipsometrik,  sürət 
bölgüsü, külək intensivliyi, ərazi yararlılığı, elek-
trik  şəbəkəsi,  baxarlılıq,  meyillilik  və  avtomobil 
yolları)  hazırlanmışdır.  Məqalədə  Azərbaycanın 
elektrik enerji xəritəsi, külək enerji potensial məlu-
matları,  ETSN  hidrometeoroloji  xidmətlər  bürosu 
tərəfindən 2002-2014-cü illərə aid olan orta aylıq, 
illik və çoxillik külək sürəti və istiqaməti üzrə əldə 
edilən  meteoroloji  məlumatlardan,  həmçinin 
internet  resurlarından  istifadə  etməklə  müxtəlif 
saytlardan  (accuweather.com  weather.com  və  s.) 
götürülmüş məlumatlar yer almışdır. 
Məlumatları  sistemləşdirərək  açıq  olan  online 
xəritələrindən (Basemap), ArcGİS ArcMap 10.3.1 
paket proqramı ilə Coğrafi İnformasiya Sistemləri 
dəstəkli çoxyönlü təhlil alətindən (Spatial Analyst 
Tools)  istifadə  edilmişdir.  Bu  metodla  KES-lərin 
istifadə  yerinin  seçilməsində  əsas  nəzərə  alınan 
amillər  (külək  intensivliyi  ərazilərinə,  enerji  nəql 
xətlərinə, infrastruktur şəbəkələrinə, nəqliyyat yol-
larına yaxınlıq) ilə əlaqədar Abşeronun coğrafi əra-
ziləri  üzrə  xəritələr  vektorlaşdırılaraq  əldə  edilən 
məlumatlar WGS84 39N kordinat sisteminə gətir-
ilmiş və onların hər birinin geoinformasiya bazası 
yaradılmışdır. Əldə edilən raster xəritələrinin mə-
safə (distance) analizi aparılmış, arcgis proqramın-
da (Arcmap/Spatial Analyst Tools-Weighted Sum) 
raster formatında təhlil edilmişdir. Nəticədə KES-
lərdən istifadə yerinin seçilməsi məqsədilə ərazinin 
yararlılıq bölgüsü xəritəsi hazırlanmışdır. Lakin bu 
xəritənin tam dəqiqliyi üçün seçilmiş lokal ərazidə 
praktiki işlər aparmaqla müəyyən etmək olar.  
Məlumatların  təhlili.  Hər  hansı  bir  ərazidə 
külək enerjisindən istifadə yerinin seçilməsi üçün 
Stansiyanın adı 
Qurulma tarixi 
Enerji gücü, MVt 
Yerləşdiyi ərazi 
İcraçı 
Sitalçay 
2011 
3.6 
Xzı r. Sitalçay k. 
“Trans-TS” MMC 
Yeni Yaşma 
2014 
50 
Xızı r. Yeni Yaşma qəs. 
Kaspian Menecment Sistems” və 
“Aztorq” MMC 
Ekoloji park 
2010 
0.04 
Bakı ş. Xəzər r. Qala qəs. 
ARDNŞ 
Hökməli külək parkı 
2011 

Abşeron r. Hökməli qəs. 
“Alten Qrup” şirkəti 
Yeni Yaşma külək parkı 
2009 
0.7 
Xzı r. Yeni Yaşma k. 
“Kaspian Texnoloji 
Şirkəti” 
Stansiyanın adı 
Enerji 
gücü, MVt 
Yerləşdiyi ərazi 
Icraçı 
Külək adası 1 
200 
Xəzər akvatoriyası 
Pirallahı-Çilov arası körpü 
ARDNŞ 
Abşeron Günəş-Külək hibrid ES 
105 
Abşeron 
ABEMDA 
Abşeron 
15 
Abşeron 
“Kaspian Texnoloji” şirkəti 
Xızı 
25 
Xızı 
“Xəzər Menecment System” MMC 
Şurabad 

Xızı 
“Alten Qrup” MMC 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə