Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə45/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   41   42   43   44   45   46   47   48   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 83 
 
© E.Ə.Əmrahov
 
GÜNƏŞ ELEKTRİK STANSİYALARININ QURULMASI ÜÇÜN ƏLVERİŞLİ YER 
SEÇİMİNDƏ COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİNİN (CİS) TƏTBİQİ 
E.Ə.Əmrahov 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
amrahov.elvin@gmail.com 
Məqalədə coğrafi informasiyalar sisteminin proqram təminatından istifadə edərək günəş elektrik 
stansiyaları üçün coğrafi və iqtisadi cəhətdən uyğun ərazilər müəyyən edilmişdir. Həmçinin bir çox 
kriteriyalar nəzərə alınaraq CİS-texnalogiyası əsasında müxtəlif analizlər aparılaraq xəritələr tərtib 
edilmiş, müvafiq tövsiyələr verilmişdir.
 
Giriş. Qlobal istiləşmə, buzlaqların əriməsi, at-
mosferdə  CO
2
  və  zəhərli  qazların  miqdarının  art-
ması, səhralaşma, enerji istehlakının artması və s. 
kimi  problemlərlə  günümüzdə  tez-tez  rastlaşırıq. 
Enerji  tələbatının  sürətlə  artmasına  paralel  olaraq 
mövcud enerji qaynaqlarının çox qısa zamanda tü-
kənəcəyi  elmi  bir  həqiqətdir.  Bilinən  rezervlərlə 
dünyadakı neftə, təbii qaza və kömürə qoyulan tü-
kənmə  ömrünün  müddəti  insan  ömrü  ilə  müqa-
yisədə  uzun  sayıla  biləcək  olsa  da,  bu  rəqəmlər 
dövlət ömrü və insanlıq tarixi üçün çox qısa müd-
dətdir.  Artan  əhali  və  enerji  tələbinə  bağlı  olaraq 
dünyanın  emissiya  dəyərinin  mövcud  sərhədlər 
içində  tutulması  mümkün  deyil.  Bu  vəziyyətin 
davam  etməsi,  artan  templə  yüksəlməsi,  göllərin 
quruması, kənd təsərrüfatında quraqlıq və s. kimi 
problemlər dünyada enerji istehsalında bərpa olu-
nan enerji mənbələrinin istifadəsini qaçınılmaz ha-
la gətirmişdir. Müxtəlif amillərin təsirləri ilə yana-
şı, artan enerji təlabatının ödənilməsi üçün tikilən 
istilik elektrik stansiyalarının ətraf mühitə təsiri və 
təbii yanacaq vasitələrinin getdikcə tükənməsi da-
nılmaz bir faktdır. Günümüzdə  belə problemlərin 
qarşısını qismən almaq üçün alternativ enerji mən-
bələrindən,  əsasən  də  günəş  enerjisindən  istifadə 
aktual mövzulardandır. 
Bərpa olunan enerji mənbələri. Günəş enerji-
si. Təməl olaraq bu qaynaqları hidroelektrik enerji, 
külək enerjisi, Günəş enerjisi, geotermal enerji və 
biokütlə enerjisi olaraq qruplara bölə bilərik. Bütün 
enerji qaynaqlarının, təbii faydalı qazıntı yanacaq-
ları da daxil olmaqla, təməlində Günəş vardır. Po-
tensial olaraq enerji istehsalında istifadə üçün Gü-
nəş enerjisi çox əhəmiyyətli bir yerə malikdir. Tə-
miz  və  məsrəfsiz bir enerji qaynağı olan Günəşin 
ən əhəmiyyətli xüsusiyyəti bol və sərhədsiz olma-
sıdır.  Enerji ehtiyacımızı bu təmiz qaynaqdan tə-
min  etməklə, neft və ya təbii qaz istehlakını azalda 
və ekoloji çirklənmənin qarşısını qismən ala bilə-
rik.  
Dünyada  Günəş  enerjisindən  istifadə.  Texno-
logiyanın  ucuzlaşmasına  paralel  olaraq,  Avropa 
başda  olmaq  üzrə,  bütün  dünyada  Günəş  enerjisi 
sərmayələri  son  illərdə  sürətlə  artmaqdadır. 
REN21-in ( Renewable Energy Policy Network for 
the 21st Century) Renewables 2015 Global Status 
Report  məlumatlarına  əsasən,  qlobal  enerjiyə  qo-
yulan investisiya 2014-cü ildə 270,2 milyard ABŞ 
dolları  məbləğində  qiymətləndirilir.  Günəş  foto-
qalvaniklərinin  (PV)  -  ümumi  qlobal  gücü  177 
GVatt, konsentrasiyalı Günəş istilik stansiyalarının 
(CSP) ümumi qlobal gücü: 4.4 GVatt olmuşdur [3]. 
Bu məlumatlara əsasən, Günəş enerjisindən istifa-
də mövzusunda dünyada ən çox yol almış olan öl-
kələr Amerika Birləşmiş Ştatları, Almaniya, Yapo-
niya və sürətlə böyüyən iqtisadiyyatının bir qismini 
bu işə istiqamətləndirən Çin Xalq Respublikası və 
İspaniyadır.  
Azərbaycanda bu istiqamətdə bir sıra işlər gö-
rülmüş, Alternativ və Bərpa Olunan Enerji Mənbə-
ləri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradılmış-
dır.  ABEMDA-nın  məlumatına  əsasən,  Azərbay-
can Respublikası 2020-ci ilə qədər bərpa olunan və 
alternativ  enerji  mənbələrinin  istehsal  edəcəyi 
enerji payını ümumi enerji istehsalının 20 faizinə 
çatdırmağı nəzərdə tutmuşdur [4]. 
Qeyd etmək lazımdır ki, Günəş stansiyalarının 
effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğ-
rafi mövqeyindən asılıdır. Azərbaycanın təbii iqlim 
şəraiti Günəş enerjisindən istifadə etməklə elektrik 
və istilik enerjisinin istehsalını artırmağa geniş im-
kanlar açır.  
“Energetikanın  problemləri”  jurnalının  1-ci 
sayında  dərc  edilimiş    məlumata  əsasən,  günəşli 
saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya 
ölkələrində  2500-3000  saat,  Rusiyada  500-2000 
saat, Azərbaycanda isə 2400-3200 saatdır. Belə ki, 
bir  il  ərzində  1  km
2
  iştirak  səthinə  düşən  Günəş 
enerjisinin  miqdarı  ABŞ-da  1500-2000  kVt.s, 
Rusiyada  800-1600  kVt.s,  Fransada  1200-1400 
kVt.s,  Çində  1800-2000  kVt.s  və  Azərbaycanda 
1500- 2000 kVt.s təşkil edir [1]. Göründüyü kimi, 
Azərbaycan ərazisinə düşən Günəş şüalarının miq-
darı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
84                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ki,  bu  da  Günəş  enerjisindən  istifadə  səmərəlilik 
meyarlarından biri kimi qiymətləndirilə bilər. Belə 
əlverişli  təbii  şəraiti  olması  Azərbaycanda  digər 
bərpa  edilə  bilən  enerjilərlə  yanaşı,  Günəş enerji-
sindən istifadəni daha da səmərəli edir.  
Günəş elektrik stansiyaları (GES). İstifadəsi 
getdikcə  artan  Günəş  enerjisindən  əvvəllər  istilik 
enerjisi olaraq, son illərdə isə inkişaf edən texnolo-
giya ilə birlikdə elektrik enerjisi olaraq faydalanıl-
maqdadır. Günəş enerjisindən elektrik istehsalında 
başlıca  iki  metoddan  istifadə  olunur.  Birincisi, 
Günəş enerjisini birbaşa elektrikə çevirən fotoelek-
tirik çevirici sistemlərdir. Fotoelektirik çeviricilər-
dən istifadənin artmasına baxmayaraq, bu texnolo-
giyanın qarışıqlığı  və xərcinin yüksək olması, bö-
yük miqdarda elektrik istehsalı üçün kifayət olma-
dığını ortaya çıxarmışdır. İkinci seçim isə, Günəş 
enerjisinin əksetdirici  sistemlərindən  istifadə  edə-
rək  bir  istiqamətə  fokuslanması  nəticəsində  əldə 
edilən  buxardan ənənəvi yollarla elektrik istehsalı-
dır.  
Günəş istilik güc stansiyaları Günəş şüalarının 
bir yerdə fokuslaşdıraraq qızdırılan mayenin buxar 
türbinini çevirməsi ilə işləyən ənənəvi istilik stan-
siya prinsiplərinə görə çalışan təmiz bir enerji qay-
nağıdır.  
Coğrafi informasiyalar sistemi (CİS). Coğrafi 
informasiya sistemləri günümüzdə bir çox ölkələr-
də müxtəlif sahələrdə geniş istifadə edilir. CİS tex-
nologiyaları  elmi  tədqiqat,  resursların  idarə  edil-
məsi, alt strukturlar (təbii qaz, elektrik, su), arxeo-
logiya, ekoloji təsir qiymətləndirməsi, landşaft me-
marlığı, şəhər planlaşdırma, kriminologiya, coğrafi 
tarix,  marketinq,  logistika,  mədən  xəritəçəkmə, 
kartoqrafiya, kənd təsərrüfatı, əkinçilik sahələrinin 
təsbiti  və  ümumi  məhsulun  hesablanması,  hərbi 
məqsədlər, hava, dəniz və quru nəqliyyatına nəza-
rət,  vasitə  təqib  sistemləri,  meteorologiya  hesab-
lanması,  kənd  təsərrüfat  sahələrinin  müəyyənləş-
dirilməsi, axtarış və xilasetmə və digər məqsədlər 
üçün  istifadə  oluna  bilər.  CİS  istənilən  məkanla 
bağlı məlumatların daxil edilməsi, toplanması, mə-
lumat təhlükəsizliyi, məlumatların işlənməsi, ana-
lizini və məlumatların xaric edilməsini həyata ke-
çirən  kartoqrafik  təqdimatı  və  yayılmasını  təmin 
edən mükəmməl bir informasiya sistemidir. CİS-in 
çoxmiqyaslı  qərarvermə  analizindən  istifadə  edə-
rək, müxtəlif analizlər aparmaq, maddi və vaxt itki-
sini  azlatmaq  mümkündür.  Daha  ümumi  mənada 
CİS analizləretmə imkanı təqdim edən və bu analiz 
nəticələrinə  görə  doğru  qərarlar  verməyi  asanlaş-
dıran bir sistemdir. 
CİS-dən istifadə etməklə GES üçün əlverişli yer 
seçimi. GES-də  layihə sahəsinin seçimi çox əhə-
miyyətlidir. Günəş istilik stansiyalarının qurulması 
üçün bir çox coğrafi kriteriyalar nəzərə alınmalıdır. 
Bunları  Günəş  enerji  potensialı,  ərazinin  meyilli-
liyi, enerji veriliş xətlərinə (EVX) yaxınlıq, trans-
formator  mərkəzlərinə  yaxınlıq  [5],  su  qaynaqla-
rına,  çaylara,  göllərə  yaxınlıq,  quru  yollarına  ya-
xınlıq, dəmir yolu xəttinə yaxınlıq, müəyyən edil-
miş tektonik qırılmalar olan ərazilərə [2], mühafizə  
olunan sahələrə (qoruqlar, milli parklar, yasaqlıq-
lar)  uzaqlıq,  yaşayış  yerlərinə  uzaqlıq  kimi  sinif-
ləndirə bilərik.
Cədvəl 1 
Müxtəlif kriteriyalı verilənlərin aralıq məsafələrinin  qiymətləri 
 
 
Çaylar, 
kanallar (km) 
Qiymət 
Dəmir yolu 
(km) 
Qiymət 
EVX (km) 
Qiymət 
Göllər, su anbarları 
(km) 
Qiymət 
0-5 

0-10 

0-4 

0-4 

5.1-11 

10.1-20 

4.1-9 

4.1-8 

11.1-17 

20.1-28 

9.1-14 

8.1-13 

17.1-23 

28.1-36 

14.1-19 

13.1-20 

23.1-28 

36.1-44 

19.1-24 

20.1-27 

28.1-34 

44.1-52 

24.1-30 

27.1-34 

Yollar (km) 
Qiymət 
Transformator 
mərkəzləri (km) 
Qiymət 
Tektonik 
qırılmalar (km) 
Qiymət 
Günəş parıltısı saat-
larının miqdarı (illik) 
Qiymət 
0-2 

0-10 

0-10 

2000-2200 

2.1-4 

10.1-17 

10.1-20 

2200-2400 

 
4.1-7 
 

 
17.1-23 
 

 
20.1-30 
 

Ümumi Günəş 
radiasiyası, 
kkal/sm
2
 (illik) 
Qiymət 
7.1-10 

23.1-28 

30.1-40 

124-128 

10.1-14 

28.1-33 

40.1-50 

128-132 

14.1-19 

33.1-37 

50.1-90 

 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə