Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə47/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   43   44   45   46   47   48   49   50   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
88                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
4256 km
2
  (425580 ha) hesablanmışdır. 50 MVt –
lıq bir konsentrasiyalı Günəş istilik elektrik  stan-
siyası qurmaq üçün  təxminən bütün qisimləri ilə 
birlikdə  35  hektarlıq    bir  əraziyə    ehtiyac  vardır. 
Bunları nəzərə alaraq, Aran iqtisadi rayonunda 50 
MVt gücündə kifayət qədər konsentrasiyalı Günəş 
istilik  stansiyası  qurmaq  mümkündür.  Müəyyən 
olunmuş  ərazilər,  eyni  zamanda,  müxtəlif  növ 
GES-in qurulması üçün əlverişlidir.    
Zamanın  və  maddiyyatın  idarə  edilməsinin, 
düzgün  dəyərləndirilməsinin  mühüm  əhəmiyyət 
kəsb etdiyi dövrümüzdə zaman və maddi itkilər son 
dərəcə azaldılmış, daha dəqiq qərar qəbul edilməsi 
təmin  edilmişdir.  Bütün  bu  xususiyyətləri  nəzərə 
alaraq GES-in qurulmasında CİS  texnalogiyaları-
nın təqdim etdiyi funksiyalardan  istifadə edilməsi 
təklif edilir.  
 
ƏDƏBİYYAT 
1.  Azərbaycan  Respublikasında  alternativ  enerji 
mənbələrindən  istifadənin  inkişafı  perspektivləri. 
“Energetikanın problemləri”, №1, 2004, s 40. 
2.  Azərbaycan  Respublikası  Milli  Atlası.  Dövlət 
Torpaq və Xəritəçəkmə Komitəsi. Bakı, 2014. səh. 84, 
237. 
3.  Renewables  2015  Global  Status  Report.  (2015, 
s20) 
Mənbə: 
http://www.ren21.net/status-of-
renewables/global-status-report/. 
4. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə 
Dövlət  Agentliyi.  Mənbə:  http://area.gov.az/qobustan-
poliqonu/. 
5.  “AZƏRENERJİ”  ASC  (2015,  18  oktyabr). 
Mənbə: 
http://www.azerenerji.gov.az/index.php?option=com_c
ontent&view=article&id=110&Itemid=116&lang=az. 
 
USİNG GEOGRAPHİCAL INFORMATİON 
SYSTEM (GIS) FOR OPTİMAL SİTE 
SELECTİON ON ESTABLİSHMENT OF SOLAR 
POWER PLANTS 
E.A.Amrahov 
In  this  paper  the  relevant  geographical  and  econo-
mical areas for solar power stations were defined by uti-
lizing the software of geographical information system, 
the  maps  were  also  compiled.  Recommendations  were 
given by taking into account the various criterion, based 
on the analysis of GIS technology. 
 
ВЫБОР ПОДХОДЯЩЕГО МЕСТА ДЛЯ 
СОЗДАНИЯ СОЛНЕЧНЫХ 
ЭЛЕКТРОСТАНЦИЙ С ПРИМЕНЕНИЕМ 
ГЕОГРАФИЧЕСКИХ ИНФОРМАЦИОННЫХ 
СИСТЕМ (ГИС) 
Э.A.Амрахов 
В  статье  для  солнечных  электростанций  были 
определены  географические  и  экономические  под-
ходящие  участки  с  использованием  программного 
обеспечения географических информационных сис-
тем. Также, принимая во внимание ряд критериев на 
основе  ГИС-технологий  были  составлены  карты 
проведенных  различных  анализов,  учитывая  соот-
ветствующие рекомендации. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 89 
 
İNSAN COĞRAFİYASI 
© N.H.Əyyubov
 
AZƏRBAYCAN RESPUBLİKASININ QLOBAL SOSİAL-İQTİSADİ-SİYASİ 
DƏYİŞMƏLƏRƏ UYĞUNLAŞMASININ BƏZİ İQTİSADİ-COĞRAFİ MƏSƏLƏLƏRİ 
N.H.Əyyubov 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
Az 1143, Bakı, H.Cavid prosp., 115 
Məqalədə qloballaşma şəraitində Azərbaycan əhalisinin və təsərrüfat sisteminin sosial-iqtisadi 
dəyişmələrə səmərəli uyğunlaşması məsələləri təhlil edilir. Qlobal sosial-iqtisadi-siyasi dəyişmələrə 
ölkənin çevik səmərəli adaptasiyasının bəzi məsələləri, xüsusən bu prosesdə əhalinin milli-mənəvi 
dəyərlərinin  qorunması,  balanslı  demoqrafik  inkişaf,  nisbətən  tarazlaşdırılmış  regional  sosial-
iqtisadi və məskunlaşma siyasəti aparılması zəruriliyi izah olunur, əsaslandırılır.   
 
Tədqiqatın aktuallığı və məqsədi. Qloballaş-
manın  insanların  bütün  həyat  spektrinə  çoxtərəfli 
müsbət və mənfi təsirləri günbəgün artır və miqyası 
genişlənir. Qloballaşmaya məruz qalan ölkə və re-
gionlar  özlərinin  sosial-iqtisadi,  əhalisinin  intel-
lektual və siyasi inkişaf səviyyələrindən asılı ola-
raq bu prosesə müxtəlif dərəcədə qoşulur, adaptasi-
ya olunur, öz mənafelərini sığortalayırlar. Əhalinin 
və təsərrüfatın bu sistemə  səmərəli və ya kortəbii 
transformasiyası baş verir.  
İnkişaf etmiş ölkələr, xüsusən də dünya iqtisa-
diyyatında  aparıcı  rol  oynayan  böyük  yeddilər 
(ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fran-
sa, İtaliya, Yaponiya) və inkişafda olan qabaqcıl öl-
kələr (Çin, Rusiya, Hindistan, Braziliya, Türkiyə) 
və digər demoqrafik, sosial-iqtisadi potensialı bö-
yük olan ölkələr qlobal sosial-iqtisadi, siyasi dəyiş-
mələrə təsərrüfat sistemlərini, əhalisinin mənəviy-
yatını, geosiyasi mövqelərini daha səmərəli trans-
formasiya edə bilirlər. Bu ölkələrin nəhəng trans-
milli  şirkətləri,  korporasiyaları,  böyük  təsərrüfat 
birlikləri qloballaşmanın  nəticələrinin  mənfi təza-
hürlərinə az məruz qalırlar. Onlar bu prosesdə öz 
xeyirlərinə  uyğun  korrektələr  edirlər.  Əksinə,  in-
kişaf etməkdə olan ölkələr,  xüsusən də kasıb, bö-
yük ölkələrin (güclərin) ucuz xammal və işçi qüv-
vəsi  bazası  olan  ölkələr  qlobal  sosial-iqtisadi  də-
yişmələrə  nəinki  səmərəli  adaptasiya  olunmurlar, 
hətta  bu  dəyişmələrin  daha  çox  mənfi  təsirinə 
məruz  qalırlar,  ağır  sosial-iqtisadi  şərait  daha  da 
pisləşir,  həyati  əhəmiyyətli  ən  mühüm  sahələrin 
(kommunikasiya,  ərzaqla  təminat,  ekoloji  şərait, 
məşğulluq  və s.) fəaliyyəti daha da çətinləşir.  
Qlobal sosial-iqtisadi, siyasi dəyişmələr dünya-
nın demoqrafik yükünün “həndəsi silsilə”, təbii və 
maddi resursların “ədədi silsilə” yolu ilə artdığı bir 
şəraitdə  baş  verir.  Dünya  əhalisinin  sayının  (7 
mlrd. 336 mln nəfər. 2015-ci il) sürətlə artdığı və 
bu  sahədə  kəskin  regional  fərqlərin  olduğu,  təbii 
sərvətlərin azaldığı, dünyanın nüfuz dairələrinə bö-
lüşdürülməsi  uğrunda  gedən  kəskin  mübarizə  za-
manında  demoqrafik  inkişafın  antisivil  yollarla 
tənzimlənməsi  (Loqvin  M.M.,  2011)  konsepsiya-
sının  həyata  keçirildiyi  müasir  şəraitdə qloballaş-
manın zəif ölkələr üçün mənfi təsirləri daha çox-
dur.  
Təbii  ki,  dünyada  gedən  qloballaşma  fonunda 
sürətli  sosial-iqtisadi-siyasi  dəyişmələrin  müsbət 
və  mənfi  təsirləri  demoqrafik,  sosial-iqtisadi  po-
tensialı  çox  kiçik,  ərazisinin  20%-i  işğal  altında 
olan, siyasi  maraqların toqquşduğu  zonada  yerlə-
şən  Azərbaycan  Respublikası  üçün  də  xarakte-
rikdir. Ona görə də müasir şəraitdə və perspektivdə 
qlobal  dəyişmələrin  Azərbaycan  Respublikasının 
iqtisadiyyatına,  əhalisinə,  ekoloji  mühitinə  və  s. 
mənfi  təsirləri  nəzərə  alınmalı,  bu  prosesə  çevik, 
səmərəli adaptasiya yolları tapılmalı və mütəmadi 
olaraq  dəyişən  situasiyaya  uyğun  iqtisadi-coğrafi 
yanaşma təkmilləşdirilməlidir.    
Qlobal sosial-iqtisadi-siyasi dəyişmələrə əhali-
nin  səmərəli  uyğunlaşması  üçün  müasir  şərait  və 
perspektiv  nəzərə  alınmaqla  ən  mühüm  iqtisadi-
coğrafi  məsələlər  kimi  aşağıdakılara  diqqət  yetir-
mək zəruridir. 
Demoqrafik inkişaf, əhalinin məskunlaşması 
və  sosial-mənəvi  adaptasiyası.  Azərbaycan  Res-
publikasında həyata keçirilən və keçirilməkdə olan 
bir neçə Dövlət Demoqrafiya Proqramı, sosial-iq-
tisadi  vəziyyətin  yaxşılaşması,  nə  sülh,  nə  də 
müharibə  şəraitinin  olmasına  baxmayaraq,  stabil 
ictimai-siyasi mühit hesabına XX əsrin sonlarında 
müşahidə  olunan  demoqrafik  tənəzzül  artıq  XXI 
əsrin ilk illərindən demoqrafik inkişafla əvəz olun-
muşdur. Belə ki, əgər 1996-2000-ci illərdə ortaillik 
əhali artımı 0,99%, 2001-2005-ci illərdə 0,82% ol-
muşdusa,  bu  göstəricilər  2006-2010-cu  illərdə  və 
2011-2015-ci illərdə 1,04% təşkil etmişdir (Azər-
baycan əhalisi 2014, səh.15). Onu da qeyd etmək 
lazımdır ki, ölkədə hələ də evlənməli yaşda olan, 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə