Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə50/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   46   47   48   49   50   51   52   53   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
94                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© E.Ə.İsmayılova
 
GƏNCƏ-QAZAX İQTİSADİ-COĞRAFİ RAYONUNUN MƏDƏNİ TURİZM İMKANLARI 
E.Ə.İsmayılova 
Azərbaycan Turizm və Menecment Universiteti 
Bakı şəh., Nizami ray., Babək pr. 85A, mən. 85 
Mədəni turizm digər xalqların ölkəyə olan marağını artırmaqla mədəniyyətin tanıtımı, məşğullu-
ğun yaranması, daxil olan valyuta axınının tənzimlənməsi kimi funksiyaları yerinə yetirir. Bu turizm 
forması davamlı turizmi inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir. Ölkəmiz mədəni turizm 
üçün vacib olan komponentlərin əksəriyyətini özündə ehtiva edir. Gəncə-Qazax iqtisadi-coğrafi ra-
yonu da mədəni irs, tarixi-memarlıq, arxeoloji mərkəzlər və etnoqrafik ehtiyatlarla zəngin ərazidir. 
Bu regionda mədəni turizmin təşkili üçün potensial imkanlar genişdir. 
Giriş. Xalqın mədəni irsi onun tarixdəki rolunu, 
mədəniyyətinin  formalaşmasını  və  qədim  köklərə 
malik olduğunu sübut edən əsas amillərdən biridir. 
Tarixi-memarlıq  nümunələri,  arxeoloji  mərkəzlər, 
etnoqrafik komponentlər isə hər bir cəmiyyətin hə-
yatında mənəvi, mədəni və ictimai baxımdan mü-
hüm rola malikdir. Bu dəyərlərin turizmdə istifadə-
si nəinki digər xalqların ölkəyə olan marağına təsir 
göstərər,  eyni  zamanda,  mədəniyyətin  tanıtımı, 
məşğulluğun  yaranması,  daxil  olan  valyuta  axını-
nın tənzimlənməsi baxımından da əhəmiyyətlidir. 
Öz ərazilərində olan mədəni ehtiyatlardan isti-
fadə edərək insanları cəlb edən, tarixlərini bir sıra 
xalqlara nümayiş etdirən, mövcud resursları dəyər-
ləndirərək  maddi  gəlir  əldə  edən  dünya  ölkələri 
mədəni turizmin formalaşmasına birbaşa təsir gös-
tərirlər. Mədəni turizmin inkişafı istənilən ərazidə 
davamlı  turizmin  əldə olunması  deməkdir.  Çünki 
ölkənin  mədəniyyəti  və  onun  tarixi  ilə  əlaqədar 
olan anlayışlar çimərlik, qış turizmi və s. kimi növ-
lərdən  fərqli  olaraq  mövsümilik  xarakteri  daşımır 
[4]. 
Mədəni turizm digər turizm növlərindən fərqli 
olaraq XX əsrin sonlarından etibarən kütləvi hal al-
mağa başladı. 1999-cu ilin oktyabr ayında Çilinin 
Santyoqa şəhərində Turizmin Qlobal Etik Kodeksi 
ÜTT-nin  Baş  Assambleyasında  10  maddə  kimi 
müzakirə edilmiş və vahid səslə qəbul olunmuşdur 
[7]. Etik Kodeksin 4-cü maddəsi “Turizm bəşəriy-
yətin mədəni irsindən istifadə edən və onun zəngin-
ləşməsinə töhfə verən sahə kimi” məhz mədəni tu-
rizmi əhatə edir. 
1. 
Mədəni  turizm  ehtiyatları  həmin  ərazidə 
yaşayan yerli icmalara aiddir, bu vətəndaşların eh-
tiyatlar üzərində hüquq və vəzifələri mövcuddur. 
2. 
Turizmdə siyasi və fəaliyyət sahələri yara-
dılan zaman mədəni, irsi və arxeoloji ərazilər nəzə-
rə alınmalı, onlar mühafizə edilərək, gələcək nəsil-
lərə  ötürülməlidir.  Abidələr,  türbələr  və  arxeoloji 
ərazilərə ictimaiyyətə açıq, ümumi gəzintilərin təş-
kili və turizm məqsədilə istifadəsi mümkün olma-
lıdır. 
3. 
Mədəni turizmdən əldə olunan gəlirlər bu 
obyektlərin  yenidən  qurulması,  bərpası  və  inkişaf 
etdirilməsinə yatırılmalıdır. 
4. 
Turizm fəaliyyəti folklor, xalq sənətkarlıq 
nümunələri və milli adətlərin deqradasiya uğrama-
sının  qarşısını  almalı,  onların  standartlaşmasına 
mane olaraq, fərdi şəkildə inkişafına dəstək olma-
lıdır. 
Turistlərin mədəni və dərketmə turizm növünə 
motivasiya  olunması  üçün  ərazinin  özünəməxsus 
incəsənət nümunələri, memarlığı, arxeoloji abidə-
ləri, qədim şəhərləri, landşaft ekzotikliyi ilə seçilən 
tikililəri,  adət-ənənələri,  musiqi  və  rəqsi,  xalq  sə-
nətkarlıq nümunələri, sosial-mədəni infrastrukturu, 
etnoqrafik obyektləri, texniki qurğuları, ədəbiyya-
tı, dini, məşğuliyyəti, milli mətbəxi, təhsil səviyyə-
si və elmi inkişafı olmalıdır. Dünyanın bir sıra öl-
kələri bu dəyərlərdən turizm məqsədi ilə geniş is-
tifadə  edirlər.  Beynəlxalq  praktikaya  nəzər  yetir-
sək,  ölkələr  turların  hazırlanması  zamanı  qədim 
abidələrlə yanaşı, əyləncə xarakterli komponentlər 
də  əlavə  edirlər.  Buna  nümunə  kimi  Avropa  və 
Aralıq  dənizi  ölkələrini  göstərmək  mümkündür. 
Belə  ki,    əraziyə  daha  çox  turistin  cəlb  olunması 
məqsədi ilə bu ölkələr yerli xalqların tarixini, mu-
siqisini  və  rəqslərini  əksetdirən  möhtəşəm  şou-
proqramlar hazırlayırlar [5]. 
Problemin ölkədə vəziyyəti. Respublikamızda 
mədəni  ehtiyatların  qorunmasına  və  səmərəli  isti-
fadəsinə mühüm diqqət yetirilir. İlk dəfə 10 aprel 
1998-ci  ildə  “Tarixi  mədəniyyət  abidələrinin  qo-
runması”  haqqında  Azərbaycan  Respublikasının 
qanunu  qəbul  olunmuşdur  [3].  Qanunun  19-cu 
maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiy-
yətində olan abidələrdən istifadə qaydaları və şərt-
ləri müəyyənləşdirilmişdir. Dövlət və ya bələdiyyə 
mülkiyyətində  olan  dünya  əhəmiyyətli  daşınmaz 
abidələrin və ya onların ayrı-ayrı hissələrinin ica-
rəyə verilməsi qadağan edilmişdir. İstənilən abidə-
dən (arxeoloji abidələr istisna olmaqla) elmi, mə-
dəni,  dini,  xidmət  və  turizm  məqsədi  ilə  əlaqədar 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 95 
 
istifadə  üçün  proqramlar,  müvafiq  layihələrin  ha-
zırlanması qeyd edilmişdir. Eyni zamanda, icarəyə 
götürülmüş hər hansı abidənin üzərində dəyişiklik-
lər edilməsi, təmir, konservasiya işləri də müvafiq 
icra  hakimiyyəti  orqanlarının  və  mütəxəssislərin 
icazəsi və nəzarəti ilə həyata keçirilməlidir.  
ÜTT-nin məlumatına əsasən, mədəni turizmdə 
iştirak edən şəxslərin sayı dünya ölkələri üzrə 30% 
təşkil edir. Dünyada səyahət edən turist qruplarının 
20%-i isə mədəni dəyərlərlə maraqlanmasa da, get-
dikləri ölkələrdə dünyaca məşhur olan xüsusi abi-
dələri görməyə can atırlar. Seçdikləri yerləşmə mü-
əssisələri tarixi-memarlıq nümunələrindən uzaqda 
olduğu zaman əksər vaxt turistlər belə yerlərə yol-
lanmırlar. Lakin uzaqlıq kimi maneələrə baxmaya-
raq, mədəniyyətlə maraqlanan insanlar mövcuddur 
və bu da həmin turistlərin 15%-ni özündə birləşdi-
rir [6]. 
Tədqiqat  obyekti.  Azərbaycan  Respublikası-
nın qərb bölgəsində yerləşən Gəncə-Qazax iqtisa-
di-coğrafi rayonu öz mədəni ehtiyatları ilə seçilir. 
Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarı-
na əsasən, burada dünya əhəmiyyətli memarlıq abi-
dələrinin sayı 1, arxeoloji abidələrin sayı isə 9 ola-
raq dəyərləndirilmişdir. Ölkə əhəmiyyətli abidələr-
dən  memarlıq  nümunələri 32,  arxeoloji  259,  bağ-
park, monumental və xatirə abidələri isə 5-dir. La-
kin yerli əhəmiyyətli abidələrin sayı çoxdur və bu 
da daxili turistlər üçün kifayət qədər ehtiyatın oldu-
ğunu göstərir. İqtisadi-coğrafi rayonda 373 memar-
lıq nümunəsi, 37 arxeoloji abidə, 19 bağ-park, mo-
numental və xatirə abidələri, 8-i isə dekorativ tət-
biqi sənət abidələridir [1]. 
Məsələnin izahı.  2013-cü  ildə  “Miras Mədəni 
İrsin  Öyrənilməsinə  Kömək  İctimai  Birliyi”nin 
“Azərbaycanda  tarix  və  mədəniyyət  abidələrinin 
mühafizəsi və təbliği: mövcud vəziyyətin monito-
rinqi və qarşıda duran vəzifələr” layihəsi çərçivə-
sində Azərbaycanın Gəncə-Qazax bölgəsində mə-
dəni irsə ictimai münasibət araşdırılmış, bölgələrdə 
əhalini maarifləndirməyə istiqamətləndirən müza-
kirələr keçirilmişdir. Nəticədə bölgəyə aid edilən 3 
mədəni irs nümunəsi tam formada tədqiq edilmiş-
dir. Hesab edirik ki, bu kimi layihələrin sayını ar-
tırmaqla mütəmadi təşkil edilən yerli əhəmiyyətli 
seminar və treyninqlər vasitəsilə öyrənilməmiş və 
ya az öyərnilmiş digər abidələrin tədqiq edilməsi, 
onların tanıdılmasındakı problemlərin aşkara çıxa-
rılması və aradan qaldırılması regionda mədəni tu-
rizmin inkişafına böyük töhvələr verəcəkdir. 
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda qədim 
körpülər, məscidlər, kilsələr tarixi memarlıq abidə-
si kimi mühafizə edilir. Bu da regionun tolerant bir 
xalqa sahib olduğunu bir daha sübut edir. 
Şəmkir,  Göygöl,  Samux  rayonlarının  ərazilə-
rində almanların uzun müddət məskunlaşdığını nə-
zərə alsaq, onlara aid edilən yaşayış evləri, lüteran 
kilsələri və alman zirzəmiləri olduqca maraqlı ob-
yektlər sırasındadır. Xüsusən Avropa ölkələrindən 
gələn  turistlər  almanların  yaşadığı  bu  ərazilərlə 
maraqlanır, onların məskunlaşdığı küçələr və evlə-
rin ilkin görkəminə baxmaq istəyirlər. Almanların 
özləri  isə  etnik-nostalji  turizmin  iştirakçısı  kimi 
babalarının yaşadığı evləri, məşğuliyyətləri və on-
ların  yaşayış  tərzləri  ilə  maraqlanırlar.  İqtisadi-
coğrafi rayon daxilində ruslar da məskunlaşmışdır. 
Rus memarlıq üslubunda inşa edilmiş yaşayış ev-
ləri  hazırda  turizm  cəhətdən  istifadəsi  mümkün 
olan obyektlər sırasındadır.  
 
 
Xəritə 1. Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda mədəni turizm obyektləri  
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə