Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə51/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   47   48   49   50   51   52   53   54   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
96                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Daşkəsən,  Ağstafa,  Gədəbəy  kimi  rayonların 
ərazisində isə Qafqaz Albaniyası dövrünün mühüm 
nümunələrindən  sayılan  alban  məbədləri  yerləşir. 
Hazırda bu alban abidələrinin əksəriyyəti dağılmış-
dır və onların yenidən bərpaya ehtiyacı vardır. 
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda tarixi-
memarlıq  nümunələri  fərqli  dövrləri  əhatə  edir. 
Ərazidə antik dövrə aid bir sıra nümunələr, arxeo-
loji qazıntılar zamanı aşkar olunmuş abidələr, orta 
əsrləri əhatə edən insan məskənləri mövcuddur. Bu 
da iqtisadi-coğrafi rayonda arxeoloji turizmin inki-
şafına zəmin yaradır.  
Arxeoloji 
qazıntılar 
nəticəsində 
tapılan 
Goranboy  şəhəri  yaxınlığındakı  V-VI  əsrlərə  aid 
qədim Şatal şəhər qalası xarabalıqları, Şəmkir əra-
zisindəki  qədim  Şəmkir  şəhər  xarabalıqları  (IX 
əsr), Tovuz şəhəri yaxınlığında Kür çayı sahilində 
Torpaqqala  yaşayış  yeri  (III-VII  əsrlər),  Çinarlı 
kəndi yaxınlığında nekropol (VI əsr) turizm poten-
sialı olan mərkəzlərdəndir [2]. Dünya ölkələrində 
belə arxeoloji obyektlər açıq səma altında muzeyə 
çevrilərək, turistlərin gəzintisi üçün açıq elan edi-
lir.  Bu  kimi  obyektlərlə  bağlı  ekskursiyalar  təşkil 
edilərək, gələn turistlərə müxtəlif eksponatlarla ta-
nış olmaq imkanı verilir (xəritə 1). 
Ekskursiyalara salınması mümkün olan mədəni 
ehtiyatlar sırasında muzeyləri də göstərmək müm-
kündür.  Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonunda 
2001-ci ildə 22 muzey fəaliyyət göstərirdisə, 2014-
cü ildə bu muzeylərin sayı artaraq 35-ə çatdırılmış-
dır. Gəncə şəhərində fəaliyyət göstərən N. Gəncəvi 
adına Gəncə Tarixi-Diyarşünaslıq Muzeyi, Müasir 
İncəsənət  Muzeyi,  Nizami  Gəncəvinin  və  İsrafil 
Məmmədovun  xatirə-ev  muzeyləri,  Arxeologiya 
və Etnoqrafiya Muzeyi Abidə-Kompleksini göstər-
mək mümkündür. Arxeologiya və Etnoqrafiya Mu-
zeyi  Abidə-Kompleksində  Nizami  Gəncəvi  və 
onun sələflərinə adi edilən qalereya, Gəncənin hərb 
tarixi muzeyi, Gəncə etnoqrafik muzeyi, Milli ku-
linariya mətbəxi, Azərbaycanın milli geyimlər sər-
gisi, “Azərbaycan - qədim sivilizasiya məkanı” sər-
gisi və s. kimi hissələr mövcuddur. 
Qazax rayonunda Diyarşünaslıq muzeyi, S.Vur-
ğunun ev muzeyi və yeni istismara verilmiş Ədə-
biyyat  muzeyi  fəaliyyət  göstərir.  6  mart  2007-ci 
ildə “Azərbaycanda muzey işinin yaxşılaşdırılması 
haqqında” Azərbaycan Respublikası Prezidentinin 
sərəncamında qeyd edilir ki, milli mədəni sərvətlə-
rimizin  qorunması,  muzey  fondlarında  mühafizə 
olunan qiymətli eksponatlar və sənət yadigarlarının 
gələcək nəsillərə çatdırılmasında mühüm keyfiyyət 
dəyişikliyinə  təkan  verilməlidir.  Bu  məqsədlə 
2012-ci ildə prezidentin ehtiyat fondundan ayrılan 
5 milyon manat vəsaitin hesabına “Ədəbiyyat mu-
zeyi” inşa edilmişdir. 
Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonuna  daxil 
edilən digər ərazilərdə də aşağıdakı muzeylər möv-
cuddur: Ağstafa Rayon Tarixi-Diyarşünaslıq  Mu-
zeyi, Daşkəsən Rayon Tarixi-Diyarşünaslıq Muze-
yi, Goranboy Rayon Tarixi-Diyarşünaslıq Muzeyi, 
Naftalan şəhər Tarixi-Diyarşünaslıq Muzeyi, Göy-
göl Rayon Tarixi-Diyarşünaslıq Muzeyi və s. 
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda mədə-
ni turizm ehtiyatlarının çoxçeşidli olması, müxtəlif 
dövrlərə  aid  edilən  nümunələrə  rast  gəlinməsi, 
həmçinin digər millətlərin və dinlərin nümayəndə-
lərinə xas tarixi-memarlıq abidələrinin mövcudlu-
ğu bu turizm növünün inkişafı üçün potensial im-
kanların  olduğunu  göstərir.  Lakin  ərazidəki  ehti-
yatları nəzərə alsaq, iqtisadi-coğrafi rayona gələn 
turistlərin  əksəriyyəti  tarixi  əhəmiyyətli  ərazilərə 
baş çəkmirlər. Bunun əsl səbəbləri isə Gəncə-Qa-
zax  iqtisadi-coğrafi  rayonunu  əhatə  edən  turizm 
marşrutlarının  və  turların  azlıq  təşkil  etməsidir. 
Həmçinin  ekskursiyaların  hazırlanması  zamanı 
xronoloji ardıcıllığın gözlənilməsi, kompakt yerlə-
şən  ərazilərə  üstünlük  verilməsi,  müxtəlif  turizm 
növlərindən eyni anda istifadə turistlərin bu prose-
sə  cəlb olunmasına  müsbət  təsir  edəcəkdir.  Ümu-
milikdə  iqtisadi-coğrafi  rayon  ərazisində  yerləşən 
abidələrə və muzeylərə diqqət yetirsək, onların ək-
səriyyətini  eyni  ad  altında  tərtib  edilmiş  tematik 
marşrutlara  da  salmaq  mümkündür. Türkiyə,  Yu-
nanıstan, İtaliya, Fransa kimi ölkələrin beynəlxalq 
praktikası sübut edir ki, bir mövzu altında birləşən 
turlar turistlər tərəfindən daha asanlıqla seçilir. 
Nəticə. Gəncə-Qazax iqtisadi-coğrafi rayonun-
da  yerləşən  mədəniyyət  nümunələrinin  coğrafi 
mövqelərindən asılı olaraq yerli əhəmiyyətli turizm 
marşrutları  və  ekskursiyalar  hazırlamaqla  onların 
turizm  məqsədi  ilə  istifadəsini  asanlaşdırmaq 
mümkündür. Çünki kompakt halda yerləşən turizm 
obyektlərindən  yararlanaraq  turların  hazırlanması 
istənilən  turoperator  tərəfindən  asanlıqla  reallaş-
dırılır. Turların təşkili zamanı turistlərin gəzintisi, 
onlara sərf olunan vaxt, məsafə, tələb olunan maddi 
vəsait və xoş istirahət amilləri də bu prosesdə nə-
zərə alınır. Bunları nəzərə alaraq Gəncə şəhərində 
yerləşən körpü, məqbərə, məscid və s. yerləri əhatə 
edən, eləcə də əyləncə və mədəni istirahətin təşkili 
üçün Göygöl və Maralgöl kimi təbiət abidələrinin 
də  daxil  edildiyi  “Qədim  Gəncə  və  Göygöl”  adlı 
ekskursiya  marşrutu,  Goranboy-Qazax  istiqamə-
tində  Alban  məbədlərini  və  yaşayış  evlərini,  qala 
qapılarını, qədim yaşayış məskənlərini, qədim nek-
ropol və diyarşünaslıq muzeylərini əhatə edən “Şi-
mal-qərbə doğru” adlı turizm marşrutu hazırlamaq 
mümkündür. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə