Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə52/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   48   49   50   51   52   53   54   55   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 97 
 
İqtisadi-coğrafi rayon ərazisində bir sıra xalqla-
rın yaşaması etnoqrafik turizmin də inkişafına tə-
kan verir. Müxtəlif etnik azlıqların yaşadığı  ərazi 
fərqli mədəniyyətlərin mərkəzinə çevrilir ki, gələn 
turistlər də eyni anda fərqli musiqi, geyim və mət-
bəx nümunələri ilə tanış olurlar. Xüsusən yerli ku-
linariyanın tanıtımı, qidalanmanın təşkilində milli 
adət-ənənələrdən istifadə ölkənin mətbəx mədəniy-
yətinin  də inkişafına təkan  verir. Turizmdən  yerli 
əhalinin məşğulluğunun təminatı kimi istifadə edil-
məsi, kənd yerlərinə investisiyaların cəlb olunması, 
xalq  sənətkarlıq  nümunələrinin  mühafizəsi  bu  sa-
hənin iqtisadi gəlirliyini daha da artıracaqdır. 
Beynəlxalq  praktikada  mədəni  ehtiyatların 
məhvinə səbəb olan amillər sırasına iqlim, təbii fə-
lakətlər, siyasi vəziyyət, zaman meyarı və insan tə-
siri  aid  edilir.  Gəncə-Qazax  iqtisadi-coğrafi  rayo-
nunda yerləşən mədəni ehtiyatların da bir sıra prob-
lemləri mövcuddur.  
1. 
İqtisadi-coğrafi  rayonun  problemləri  ara-
sında abidələrin mühafizəsinin aşağı səviyyədə ol-
ması, tarixi məkanlara nəqliyyat qovşaqlarının bər-
bad  vəziyyəti,  yaxud  olmaması,  bərpa  prosesinin 
ləng getməsi və bu istiqamətdə yerli vətəndaşların 
maarifləndirilməməsidir.  
2. 
Abidələrlə bağlı məlumatverici lövhələrin 
yerləşdirilməsi,  tarixi-memarlıq  nümunələrinə  aid 
edilən  yol  nişanlarının  təyin  edilməsi,  abidə  ətra-
fında  ekoloji  mühitin  yaradılması,  işıqlandırılma 
sistemi  ilə  təchizat  və  dağlıq  zonalarda  yerləşən 
məkanlara piyada cığırlarının  salınmasına ehtiyac 
var.  
3. 
Kütləvi şəkildə turistlərin istifadəsinə veri-
lən  abidələr  mütəmadi  şəkildə  bərpa  olunmalıdır. 
Əks təqdirdə, belə ərazilərin istismarı zamanı onlar 
daha tez sıradan çıxır, özünün ilkin formasını itir-
məklə yanaşı, orijinallığı pozularaq dağılma təhlü-
kəsi yaşayırlar.  
4. 
Bu kimi ərazilər daim nəzarətdə olmalı və 
yerli  idarəetmə  orqanları  tərəfindən  müasir  infra-
strukturla təmin edilməlidir. Həmçinin mədəni mü-
əssisələrdə ixtisaslı kadr təminatı vacib məsələlər 
sırasındadır. 
ƏDƏBIYYAT 
1. 
Gəncə-Qazax iqtisadi rayonunun pasportu. Ba-
kı: 2012, 55 s. 
2. 
Məmmədov Q., Yusifov E., Xəlilov M., Kəri-
mov  V.  Azərbaycan  ekoturizm  potensialı:  2  cilddə  (II 
cild). Bakı: Şərq-Qərb nəşriyyatı, 2012, 360 s. 
3. 
“Tarixi  mədəniyyət  abidələrinin  qorunması” 
haqqında  Azərbaycan  Respublikasının  qanunu.  Bakı 
şəhəri: 10 aprel 1998-ci il. 
4. 
Биржаков  М.Б.,  Никифоров  В.И.  Болшой 
глосарий терминов международного туризма. Мос-
ква: Невский Фонд – Издателский дом Санкт – Пе-
тербург, 2006, 936 с. 
5. 
Кварталнов  В.А.  Туризм.  М:  Финансы  и 
статистика, 2006, 336 с. 
6. 
Сущинская  М.Д.  Культурный  туризм. 
Санкт-Петербург: Изд-во СПбГУЭФ, 2010. 128 с. 
7. 
Global Code for Ethics for Tourism. World To-
urism Organization. Spain-Madrid: 1999, 24 p. 
8. 
UNWTO  Tourism  Highlights.  Spain-Madrid: 
2015, 16 p. 
 
ВОЗМОЖНОСТИ КУЛЬТУРНОГО 
ТУРИЗМА В ГЯНДЖА-ГАЗАХСКОМ 
ЭКОНОМИКО-ГЕОГРАФИЧЕСКОМ 
РЕГИОНЕ 
Э.А.Исмаилова 
Культурный  туризм  выполняет  такие  функции, 
как развитие культуры, создание рабочих мест, регу-
лирование входящего потока валюты за счет повы-
шения интереса других народов к стране. Эта форма 
туризма является очень важной с точки зрения раз-
вития устойчивого туризма. Наша страна охватыва-
ет  большую  часть  важных  составляющих  культур-
ного  туризма.  Гянджа-Газахский  экономический  и 
географический  регион  также  обогащен  культур-
ным  наследием,  историческими,архитектурными, 
археологическими  и  этнографическими  центрами. 
Потенциал для организации культурного туризма в 
этом регионе широк. 
 
THE CULTURAL TOURISM POTENTIAL OF 
GANJA-GAZAKH ECONOMICAL-
GEOGRAPHICAL REGION 
E.A.Ismayilova 
Cultural tourism fulfills functions like promotion of 
culture,  employment  creation,  ingress  currency  flow 
regulation  by  increasing  other  nations’  interest  to  the 
country. This form of tourism is very important in terms 
of developing sustainable tourism. Our country embra-
ces  most  of  the  important  components  of  cultural  tou-
rism. Ganja-Gazakh economic and geographic region is 
also enriched of cultural heritage, historical, architectu-
ral, archaeological and ethnographic centers. The poten-
tial for organizing cultural tourism in this region is bro-
ad. 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
98                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
XƏZƏR DƏNİZİ 
©
 
Ə.S.Əliyev, F.Ə.Mirzəyev
 
XƏZƏR DƏNİZİNİN AZƏRBAYCAN SEKTORUNDA KÜLƏK-DALĞA REJİMİNİN 
GƏMİLƏRİN HƏRƏKƏTİNƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
Ə.S.Əliyev, F.Ə.Mirzəyev  
Azərbaycan Dövlət Dəniz Akademiyası,  
Az 1000, Bakı ş., Z. Əliyeva 18,  
amir50@mail.ru 
Məqalədə Xəzərin Abşeron dəniz rayonunun külək və dalğa rejimləri çoxillik məlumatlar əsa-
sında araşdırılır. Bu dəniz ərazisində istismar edilən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin 
müxtəliftəminatlı və tonajlı gəmiləri üçün külək – dalğanın birgə təsiri nəticəsində sürət itkiləri he-
sablanmışdır. 
Giriş. Dənizdə gəmilərin hərəkətinə mənfi təsir 
edən  ən  mühüm  hidrometeoroloji faktor  külək  və 
onun təsiri nəticəsində yaranan dalğalanmadır. Kü-
lək – dalğa birgə təsiri nəticəsində gəmilərin hərə-
kət  sürətlərinin  məcburi  azaldılması  zərurəti  baş 
verir ki, bu da reysin iqtisadi göstəricilərinə və gə-
minin  konstruktiv  vəziyyətinə  ciddi  təsir  göstərir 
[1, 4]. 
Məsələnin qoyuluşu. Xəzər dənizində ən təla-
tümlü  ərazilərdən  biri  dənizin  Azərbaycan  sekto-
runda yerləşən Abşeron dəniz rayonudur. Son illər-
də    respublikamızda  dənizdən  karbohidrogen  re-
surslarının  istismarı və kəşfiyyatı sürətlə artmaq-
dadır.    Bununla  əlaqədar  olaraq  dənizin  bu  rayo-
nunda  müxtəlif    tonnajlı  və  təyinatlı  gəmilərin 
intensiv hərəkətləri müşahidə edilir. Onların hərə-
kət sürətini  məcburi azaldan külək – dalğa proses-
lərinin  gəmilərin  hərəkətinə  təsirinin  öyrənilməsi 
həm  də  mühüm  praktiki  əhəmiyyət  kəsb  edir 
[1,2,3]. 
Abşeron dəniz rayonuna Abşeron yarımadasın-
dan  əlavə  həm  də  dənizin  akvatoriyası  daxildir. 
Ərazinin sərhədləri  cənubdan və şimaldan 40 və 
42 dərəcə paralellərlə, qərbdən və şərqdən isə 49 və 
51  dərəcə  meridianları  ilə  məhdudlaşır.  Abşeron 
yarımadasının özü isə nisbətən dar quru zolağı olub 
10  kilometrlərlə  dənizə  qərbdən  şərqə  daxil  olur. 
Yarımada  şimaldan, qərbdən və cənubdan dənizlə 
əhatə edilmişdir. Yarımadanın uzunluğu 70 km, eni 
isə 22 km-dir.  
Xəzər dənizinin Abşeron rayonunun külək reji-
mi.  Xəzər  dənizinin  Abşeron  rayonu  külək  rejimi 
nöqteyi-nəzərdən digər dəniz ərazilərindən kəskin 
fərqlənir. Bu ərazi dənizin ən «təlatümlü» rayonla-
rından hesab edilr. Burada yerləşən çoxsaylı neft-
qazçıxarma  qurğuları,  gəmi  marşrutları,  termi-
nallar və s. obyektlər külək rejimindən (xüsusilə də 
tufanlı küləklərin təsirindən) xeyli asılıdır. 
Çoxillik müşahidə məlumatları  göstərir ki, Ab-
şeron yarımadasında külək rejimi (istiqaməti, möv-
sümi  və  illik  orta  sürətləri)  müxtəlifdir.  Belə  ki, 
ərazinin şimal-qərbində bütün mövsümlərdə hakim 
küləklər şimal-qərb  və  qərb  istiqamətlidir.  Bu iki 
rumbun payına qışda və payızda bütün küləklərin 
55-62%-i, yazda və yayda isə  46%-ə qədəri düşür 
[5, 6].  
Abşeron rayonunun cənub-qərb hissəsində kü-
lək rejimi fərqlidir. Burada əsas üstün küləklər şi-
mal-şərq küləkləridir, orta hesabla il ərzində bu kü-
ləklərin təkrarlanması 30%-ə çatır. 
Beləliklə, Xəzər dənizinin Abşeron rayonunun-
da ilin bütün mövsümlərində şimal, şimal-qərb is-
tiqamətli  küləklər  hakimdir.  Buna  əsas  səbəb  isə 
ərazinin şimal-qərbində  Qafqaz dağlarının  yerləş-
məsidir ki, nəticədə hava axınları istiqamətlərini şi-
mala  və  şimal-qərbə  döndərməyə  məcburdur 
[3,4,5]. 
Cədvəl 1 
Abşeron rayonunda külək sürətinin ortaillik və mövsümi qiymətləri (m/s) 
Məntəqə 
Qış 
Yaz 
Yay 
Payız 
İllik 
Sumqayıt 
7,1 
7,0 
6,8 
6,9 
7,0 
Bakı 
6,1 
6,5 
6,5 
6,0 
6,3 
Pirallahı ad. 
6,9 
6,5 
6,4 
6,6 
6,6 
Çilov ad. 
6,5 
5,8 
6,2 
6,5 
6,2 
Neft Daşları 
6,7 
5,6 
5,8 
6,6 
6,2 
Ələt 
3,5 
3,9 
4,1 
3,7 
3,8 
Səngi-Muğan. ad. 
6,6 
6,0 
6,1 
6,9 
6,4 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə