Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə53/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   49   50   51   52   53   54   55   56   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 99 
 
 
Abşeron  dəniz rayonununda sürəti 15 m/s-dən  
böyük (tufanlı) küləkli günlərin sayı orta hesabla il 
ərzində  yarımadadan  şimal-qərbdə,  Orta  Xəzərin 
sahillərində  37-50  gün  təşkil  edir.  Ərazinin  qərb 
hissəsində  bu  növ  küləkli  günlərin  sayı  3  dəfəyə 
qədər  (115-145)  artır.  Yarımadanın  orta  və  şərq 
hissəsində  2 dəfəyə  qədər (70-100) azalır. Dənizin 
açıq ərazilərində belə küləkli günlərin sayı yarım-
adadan şərqə doğru daha da azdır (55 günə qədər).  
Beləliklə, belə qənaətə gəlmək olar ki, Abşeron 
rayonunda  güclü-tufanlı  küləklərin  (15  m/s-dən 
böyük) paylanması mövsümdən asılı deyildir. Bu 
küləklər həm yayda, həm də qışda təxminən eyni 
sayda əsir. 
                                                   
Cədvəl 1-də Abşeron rayonunda müxtəlif mən-
təqələr üzrə ölçülmüş küləklərin orta mövsümi və 
ortaillik qiymətləri verilmişdir. Cədvəldən görünür 
ki, tədqiq edilən ərazidə güclü küləklərin təkrarlan-
ması böyükdür. Ən böyük ortaillik külək sürəti ya-
rımadanın qərb hissəsində (7-8 m/s) əsir. Ərazinin 
digər hissələrində və ondan şərqə və cənuba doğru 
açıq dənizdə küləyin orta sürəti təxminən bərabər-
dir  (6-7  m/s).  Yarımadanın  şimal-qərb  və  cənub-
qərb hissələrinə doğru küləyin sürəti tədricən aza-
lır. Cədvəldə verilmiş  məlumatlarda külək sürəti-
nin istiqaməti nəzərə alınmayıb. 
Xəzər dənizinin Abşeron rayonunun dalğa reji-
mi. Bu dəniz rayonu Xəzər dənizində dalğalanma 
şəraitinə görə ən təlatümlü ərazidir. Burada dalğa-
ların  ölçüləri  ən  böyük  qiymətlərinə  çatır.  İl  ər-
zində şimal (30%) və şimal-şərq istiqamətli dalğa-
lar hakimdir. Qış aylarında cənub-şərq  və cənub-
qərb istiqamətli  dalğaların təkrarlanması üstünlük 
təşkil edir. Amma ən təhlükəli dalğalanma istiqa-
məti şimal istiqamətlidir, burada həmçinin dalğalar 
böyük  enerjiləri  ilə  də  xarakterizə  edilirlər.  Əsas 
tufanlı aylar: oktyabr, noyabr və yanvardır. Lakin 
yayda, xüsusilə iyulda dalğanın enerjisi  ən böyük 
qiymətə çatır. Bu onunla əlaqədardır ki, yay ayla-
rında  cənub  istiqamətlərdən  gələn  dalğaların  tək-
rarlanması xeyli azalır, şimal və şimal-qərb istiqa-
mətli dalğalanmanın təkrarlanması isə artır və iyul-
da onun yekunu 62%-ə qədər təşkil edir [5,6]. 
Abşeron dəniz rayonunun bütün dərinsulu əra-
zilərində  hesablanmış  dalğa  hündürlüyünün  qiy-
məti  aşağıdakı  kimidir:  5  ildə  bir  dəfə  orta  dalğa 
hündürlüyü 4,0 m, Abşeron  yarımadasına bitiişik 
ərazilərdə isə 3,5 m təşkil edir. Abşeron astanasın-
dan şimal istiqamətdə olan ərazilərdə isə orta dalğa 
hündürlüyü 4,5 m-ə bərabərdir. Dalğanın orta peri-
odu dənizin dərin hissələrində 8,5 saniyə, Abşeron  
stansiyası  ərazisində isə 9 saniyədir. 20 ildə bir də-
fə mövcud ola bilən dalğaların hündürlüklərinin və 
periodlarının paylanması 4,5 m və 9,5 saniyə təşkil 
edir. Bu xarakterik qiymətlər  həm  də 50 ildə bir 
dəfə  müşahidə  edilən  dalğalara  da  aiddir.  Amma 
Abşeron yarımadasından şərqə dalğalanmanın tək-
rarlanması xeyli artır və hündürlüyü 5,3 metr və or-
ta periodu 10,5 saniyə olur. 
Xəzər dənizində ən təlatümlü ərazi Abşeron ya-
rımadasından  şimal-şərq  istiqamətində    yerləşir. 
Burada  5 ildə  1  dəfə  orta hündürlüyü  4,0  m,  orta 
periodu 9 saniyə və mütləq maksimal hündürlüyü 
14 metr olan dalğalar yarana bilər.  
Gəmi  sürətinin  külək-dalğa  itkilərinin  hesab-
lanması.  Dəniz  nəqliyyatı  üçün  böyük  əhəmiyyət 
kəsb  edən  və  onun  iqtisadi  göstəricilərinin  aşağı 
düşməsinə gətirib çıxaran mühüm amillərdən biri 
də  gəminin  külək-dalğa  birgə  təsiri  nəticəsində 
onun  sürət  itkiləridir.  Gəminin  külək-dalğa  sürət 
itkilərini  hesablamaq  üçün  iki  üsuldan  –  “univer-
sal”  və  “energetik”  üsullardan  istifadə  edilir. 
Universal  metod  vasitəsilə  gəminin  subasımı, 
dalğanın  hündürlüyünü  və  kurs  bucağını  nəzərə 
almaqla ümumi  külək və dalğa sürət itkiləri təyin 
edilir. Energetik metodda isə ayrı-ayrılıqda küləyin 
və  dalğanın  təsiri  nəzərə  alınmaqla  gəminin  sürət 
itkiləri  hesablanır.  Bu  usul  daha  dəqiq  olub 
müxtəlif gəmilər üçün geniş istifadə edilir. 
Hesablama  aşağıdakı düstürla (Aeston düsturu) 
aparılmışdır: 
 dV =Vwh = (m/L +n) V0 /100       ( 1) 
Burada dV – külək və dalğanın birgə təsiri za-
manı gəminin sürəit itkisi (faizlə), V0 - sakit  suda 
gəminin sürəti, L – gəminin uzunluğu, m, n – em-
prik  əmsallardır.  Bu  əmsallar  hər  bir  gəmi  növü 
üçün dalğanın gücündən, hündürlüyündən və isti-
qamətindən aslı olaraq müəyyən edilir [1,4]. 
Xəzər dənizində üzən müxtəlif tip gəmilərin  sü-
rət  itkilərinin  hesablanması.  Xəzər  dənizi  hövzə-
sində üzən gəmilər bu hövzənin limanları, Volqa - 
Don kanalı vasitəsilə çay boyunca yerləşən liman-
lar,  Azov  dənizi hövzəsinin limanları, Kerc boğazı 
vasitəsilə isə Qara dəniz hövzəsinin limanları ara-
sında yük daşınmasında iştirak edirlər. 
Bu  gəmilərdən  “Prezident  Heydər  Əliyev”, 
"Dağıstan", "Nizami", "Qəhrəman Mehdi", "Maes-
tro Niyazi" tipli gəmiləri və digərlərini misal gös-
tərmək olar. 
“Prezident Heydər Əliyev”, "Dağıstan" tipli gə-
milər Bakı - Aktau, Bakı – Türkmənbaşı, "Nizami" 
tipli  gəmilər  Bakı  –  Nouşəhr,  Bakı  –  Həştərxan, 
"Qəhrəman  Mehdi"  tipli  gəmilər  Bakı  -  Aktau, 
Nouşəhr - Aktau, Nouşəhr – Həştərxan,  "Maestro 
Niyazi"  tipli  gəmilər  Tükmənbaşı  -  Mahaçqala, 
Aktau -  Nouşəhr  marşrutları və digər marşrutlar 
üzrə  maye  və  quru  yük  daşınmalarında  istismar 
edilirlər. İlin bütün fəsillərində yuxarıda göstərilən 
marşrutlar üzrə hidrometeoroloji şəraitin neçə ola-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə