Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə55/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   51   52   53   54   55   56   57   58   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
102                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© L.A.Həsənli 
XƏZƏR DƏNİZİNİN AZƏRBAYCAN SAHİL ZONASINDA METEOROLOJİ 
PARAMETRLƏRİN MÜQAYİSƏLİ ANALİZİ 
L.A.Həsənli 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu 
AZ 1154 Azərbaycan, Bakı, H.Əliyev pr. 10 
Məqalədə Xəzər dənizinin Azərbaycan sahil zonasında maksimum, orta temperatur və yağıntının 
miqdarı məlumatlarının müqayisəli analizinin aparılması, həmin məlumatlardan istifadə edilərək sa-
hil zonası üçün meteoroloji parametrlərin orta göstəricilərinin hesablanması və əldə edilmiş nəticələ-
rin Coğrafiya İnformasiya Sistemi vasitəsilə modelinin hazırlanması məsələlərindən bəhs edilir. 
Xəzər  dənizinin  Azərbaycan  sahil  zonasında 
meteoroloji şərait və iqlimin əmələgəlməsində onu 
əhatə edən dəniz, atmosfer dövranı, sahilin fiziki-
coğrafi şəraiti əsas rol oynayır. Sahilin relyef  xüsu-
siyyətləri  burada  havanın  temperaturunun  qeyri-
bərabər paylanmasına şərait yaradır, dənizin təsiri 
temperaturun  həm  sutkalıq,  həm  də  illik  gedişini 
müəyyənləşdirir, əraziyə kənardan daxil olan hava 
kütlələri burada mövcud olan meteoroloji şəraitin 
kəskin dəyişməsinə səbəb olur [1,2]. 
Qeyd etmək lazımdır ki, atmosfer dövranı pro-
sesləri ilə hava arasında olan əlaqənin öyrənilməsi, 
xüsusilə müəyyən bir ərazi daxilində sinoptik şəra-
itin  meteoroloji  parametrlərlə  müqayisəli  öyrənil-
məsi vacibdir. 
Xəzər dənizi Azərbaycan sahil zonası iqliminin 
tədqiqi timsalında hazırlanan məqalədə bu, ümumi 
problemin həllinə yönəlmişdir. Qeyd olunan məsə-
lələrin tədqiqi üçün həmin ərazi aşağıdakı mülahi-
zələrə əsasən seçilmişdir: 
1. 
Ölkəmizin  iqtisadiyyatında  sahil  zonası, 
xüsusilə də Abşeron yarımadası önəmli yer tutur.  
2. 
Tədqiq  edilən  ərazi eyni  sinoptik  şəraitdə 
çox müxtəlif hava növləri müşahidə oluna bilinən 
bir sıra iqlim xüsusiyyətlərinə malikdir. 
3. 
Sahil zonası daxilində sıx meteoroloji stan-
siyalar şəbəkəsi və yeni quraşdırılmış WRM Dop-
pler  radiolakatoru  mövcuddur.  Həmçinin  Avropa 
meteoroloji təşkilatından peyk məlumatlarının əldə 
edilməsi buranın iqliminin daha dərindən öyrənil-
məsinə imkan yaradır. 
Bu məqalədə sahil zonasının meteoroloji şərai-
tini  araşdırmaq  üçün  12  stansiyanın  22  il  ərzində 
(1992-2014-cü  illər)  müşahidəsi aparılmış  meteo-
roloji məlumatlarından istifadə olunmuşdur. Apa-
rılan analizlər zamanı əldə edilən nəticələr vasitə-
silə iqlim diaqramları qurulmuşdur. Qrafikləri qu-
rulan stansiyalar sahil zonasının şimal, orta, cənub 
məntəqələri olmaqla qruplaşdırılmışdır. İlk növbə-
də şimal stansiyalarını nəzərdən keçirək (şəkil 1). 
Bu  zaman  kəsiyində  Nabrandan  Sumqayıta  kimi 
olan ərazi tədqiq edilmişdir. 
Şəkil 1-dən alınan nəticəyə görə, demək olar ki, 
sahil  zonasının  şimal  hissəsində  orta  temperatur 
13ºC, maksimum temperatur 28ºC-dir. Şimal stan-
siyalarının nəticələri yağıntının cənuba doğru miq-
darının azaldığını göstərir. Burada yağıntının orta 
miqdarı 400 mm-dir.  
Məlum olduğu kimi, kənardan ölkəmizin ərazi-
sinə daxil olan hava kütlələri analizi aparılan me-
teoroloji parametrlərə öz təsirini göstərir. Şimaldan 
daxil olan hava kütlələri əsasən ilin soyuq fəslində 
yağıntıların  miqdarının  və  davamiyyətinin  artma-
sına səbəb olur. Məsələn, arktik hava kütlələrinin 
sahil zonasına daxil olması burada tez-tez, xüsusilə 
ilin soyuq vaxtlarında, yağıntıların düşməsi ilə nə-
ticələnir. 
Yağıntıların miqdarı və davamiyyəti əraziyə so-
yuq  havanın  daxil  olması  prosesinin  şiddətindən 
asılıdır, yəni arktik hava kütləsinin daxilolma pro-
sesi güclü olduqda yağıntılar da güclü və davamlı 
olur. 
Əraziyə mülayim en dairələrindən gələn dəniz 
hava kütlələri isə, xüsusən ilin soyuq vaxtlarında, 
tez-tez yağıntılarla müşayiət olunur. Yağıntılar, bir 
qayda  olaraq,  hava  cəbhə  xətlərinin  keçməsi  ilə 
əlaqədardır [3].  
Tropik  hava  kütlələrinində  də  eyni  şəkildə  si-
noptik proseslərin inkişafı ilin soyuq vaxtında tez-
tez yağıntıların düşməsi ilə (şimal küləyi zamanı) 
nəticələnir, cənub və cənub-qərb küləkləri əsən za-
man isə yağıntı düşmür. İlin isti vaxtında yağıntı-
lar, adətən, soyuq cəbhələrin keçməsi ilə əlaqədar 
olur, çox vaxt leysan xarakteri daşıyır və bəzi hal-
larda müşahidə olunur.  
İlin soyuq vaxtlarında cənub siklonlarının ərazi-
yə daxil olması isə əsasən aşağı təbəqə buludlulu-
ğunun artmasına səbəb olur. Siklon özünün cənub 
trayektoriyası üzrə keçən hallarda Abşeronda orta 
və yuxarı təbəqə buludluluğu əmələ gəlir. İlin isti 
vaxtlarında siklonun keçdiyi trayektoriyadan asılı 
olmayaraq buludluluğun qısa müddət ərzində art-
ması müşahidə olunur,  cənub trayektoriya üzrə ke-
çərkən isə yağıntı müşahidə edilmir. 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 103 
 
 
 
     
 
 
Şəkil 1. Şimal stansiyalarında meteoroloji parametrlərin çoxillik göstəricilərinin müqayisəsi 
Şəkil 2. Sahil zonasının mərkəz stansiyalarında meteoroloji parametrlərin çoxillik 
göstəricilərinin müqayisəli analizi 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
104                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Mülayim en dairələrinin kontinental hava kütlə-
lərinin ölkəmizə daxil olması qışda havanın tempe-
raturunun  enməsinə,  küləklərin  güclənməsinə  və 
yağıntı düşməsinə səbəb olur. İlin isti dövründə hə-
min hava kütlələrinin fəaliyyəti zəifləyir, bununla 
əlaqədar olaraq, yağıntılar nadir hallarda düşür və 
qısamüddətli olur. İldırım və göy gurultusu hadisə-
ləri bu növdə müşahidə edilmir. Duman bəzi hal-
larda əmələ gəlir, əsasən ilin soyuq vaxtlarında mü-
şahidə edilir və davamiyyəti az olur.   
Orta Asiya hava kütlələri əraziyə daxil olan za-
man isə ilin isti vaxtında havanın temperaturu, bir 
qayda olaraq, artır, qışda isə azalır. Lakin bəzi hal-
larda havanın temperaturu həmin hava kütlələrinin 
təsiri altında hətta qışda da arta bilər. İlin isti yarı-
sında əgər Orta Asiya hava kütləsinin sürəti çox-
dursa, Xəzər dənizinin üzərindən keçərkən o, trans-
formasiya olunmadan əraziyə daxil olur. Bunun nə-
ticəsində də Abşeron yarımadasında havanın tem-
peraturu qalxır, nisbi rütubətlilik isə azalır. Amma, 
əksinə, hava kütləsinin sürəti nisbətən zəifdirsə, bu 
halda  onlar  daha  soyuq  su  səthinə  toxunduqları 
üçün aşağı qatlarında rütubətlilik artır və soyuyur. 
Qışda bunun əksi müşahidə olunur. 
Bu  növ  prosesdə  yağıntılar  ancaq  qış  fəslində 
müşahidə edilə bilər. Başqa fəsillərdə isə yağıntı-
lar, demək olar ki, müşahidə edilmir. Səbəb isə ha-
va  kütlələrinin  tərkibində  rütubətin  az  olmasıdır 
[3]. 
Beləliklə, hava kütlələrinin təsiri ilə yağıntı və 
temperatur rejiminin dəyişməsi haqqında məlumat 
verildi. İndi isə sahil zonasının mərkəz stansiyala-
rında (Abşeron yarımadasında) illər ərzində yağın-
tının  miqdarının  və  temperaturun  dəyişməsinin 
müqayisəli şəkildə analizinə baxaq (şəkil 2). 
Şəkil  2-də  Abşeron  yarımadasında  yerləşən 
stansiyaların məlumatlarına əsasən iqlim diaqram-
ları qurulmuşdur. Sahil zonasının bu hissəsində ya-
ğıntıların  miqdarının  azlığı  müşahidə  edilir,  orta 
miqdarı  223  mm-dir.  Orta  temperatur  göstəricisi 
15ºC, maksimum temperatur isə 30ºC-dir. 
Şəkil 3-də isə Ələt stansiyasından cənuba doğru 
yerləşən ərazilərdə meteoroloji məlumatların ana-
lizi verilmişdir. Qrafiklərə diqqət yetirsək, cənuba 
doğru getdikcə yağıntının miqdarında artımın mü-
şahidə  edildiyini  görmək  olar.  Çünki  Lənkəran, 
Astara stansiyalarının yerləşdiyi ərazidə Aralıq də-
nizi iqlim tipi formalaşmışdır. Neftçala və Salyan 
stansiyalarında  yağıntının  orta  miqdarı  270  mm, 
Lənkəran və Astara stansiyalarında isə 1116 mm-
dir. Ümumiyyətlə, ölkəmizdə ən çox yağıntı Talış 
dağlarının  ətəklərində  (Kəgiran  1906  mm),  ən  az 
yağıntı isə Ələtdə (96 mm) müşahidə olunmuşdur.
 
 
Şəkil 3. Cənub stansiyalarında meteoroloji parametrlərin çoxillik göstəricilərinin 
müqayisəli analizi
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə