Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə49/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   45   46   47   48   49   50   51   52   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
92                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
sənayesi və onunla bağlı olan maddi və sosial infra-
strukturlar isə Bakı paytaxt regionunda cəmlənmiş-
dir.  Bu  isə  o  deməkdir  ki,  regionlarda  sənayenin 
inkişaf səviyyəsi çox aşağıdır, bəzilərində isə, de-
mək olar ki, yox dərəcəsindədir. Mövcud az əmək-
tutumlu,  kiçikhəcmli  yeyinti  və  yüngül  sənaye 
müəssisələri  isə  yerlərdə  əmək  ehtiyatlarının  işlə 
təminatında yetərli rol oynaya bilməz.  
Ona görə də qeyri-yanacaq sektorunun inkişafı 
daha yaxşı dəstəklənməli, bu sahənin infrastruktur-
larının regionlarda yerləşdirilməsi istər özəl, istərsə 
də dövlət sektoru olsun, ölkə rəhbərliyinin nəzarəti 
altında olmalıdır. Çünki özəl sektor regionlarda ye-
ni sənaye müəssisəsi yaratmağa o qədər də meyilli 
deyildir.  Bakı  paytaxt  regionu  bu  baxımdan  özəl 
sektor üçün iqtisadi cəhətdən daha sərfəlidir. Ümu-
miyyətlə,  Bakı-Sumqayıt  ərazi-istehsal  komplek-
sində  çox  əməktutumlu,  kənardan  əlavə  işçi  qüv-
vəsi cəlb edəcək yeni sənaye müəssisələrinin yara-
dılması məhdudlaşdırılmalı, belə təyinatlı mövcud 
müəssisələrin isə regionlara köçürülməsi imkanları 
araşdırılmalıdır.  Adı  çəkilən  sənaye  qovşağında 
daha çox elmtutumlu və kooperasiya əlaqələri tələb 
edən, respublika səviyyəli idarəetmə funksiyalı ob-
yektlərin olması məqsədəuyğundur.  
Qlobal  sosial-iqtisadi-siyasi  dəyişmələr  fonun-
da Azərbaycan Respublikası təsərrüfatının ən mü-
hüm məsələlərindən biri kənd təsərrüfatının səmə-
rəli fəaliyyəti, əhalinin ekoloji cəhətdən təmiz, da-
yanaqlı ərzaq təminatıdır. Bu sahədə ölkə preziden-
tinin davamlı olaraq kənd təsərrüfatının inkişafına 
dair fərman və sərəncamlarının olmasına baxmaya-
raq,  müəyyən  irəliləyişlər olsa  da,  yenə  də  Azər-
baycan  bir  sıra  taxıl  məhsulları  və  heyvandarlıq 
məmulatlarının  idxalçısı  olaraq  qalmaqdadır.  Ən 
acınacaqlısı odur ki, kənd təsərrüfatının sənayedən 
sonra ikinci aparıcı təsərrüfat sahəsi olmasına bax-
mayaraq, Azərbaycanın ümumi daxili məhsulunun 
(ÜDM) formalaşmasında bu sahə payına görə al-
tıncı  yeri  tutur.  Kənd  təsərrüfatında  iqtisadi  cə-
hətdən fəal əhalinin 38-40% çalışdığı halda, 2015-
ci ildə  kənd təsərrüfatı,  meşə təsərrüfatı  və  balıq-
çılıqla  bir  yerdə  ÜDM-in  cəmi  6,2%-ni  təşkil 
etmişdir.  
Ona görə də kənd təsərrüfatı ekstensiv yoldan 
intensiv  yola  keçirilməli,  ölkə  əhalisinin  ərzağa 
olan tələbatı yerli istehsal hesabına təmin olunma-
lıdır. Geni modifikasiya olunmuş kənd təsərrüfatı 
bitkilərinin (məsələn, Amerika qarğıdalısı) əkilib–
becərilməsi qadağan olunmalıdır. Kənd təsərrüfatı 
dövriyyəsindən  çıxmış  ənənəvi  bitki  toxum  və 
sortları  artırılmalı,  onların  becərilməsi  əvvəlki  il-
lərdə olduğu kimi genişləndirilməlidir. Fermerlərin 
və  digər  kənd  təsərrüfatı  istehsalçılarının  iqtisadi 
səmərəlilik baxımdan ekoloji cəhətdən təmiz, insan 
sağlamlığı üçün faydalı olan belə məhsulların be-
cərilməsinə o qədər də maraqlı olmamasını nəzərə 
alaraq,  belə  təyinatlı  istehsalın  dövlət  tərəfindən 
dəstəklənməsi zəruridir. 
 
Mənbə:  Azərbaycanın  statistik  göstəriciləri,  2016 
(səh 22). 
Paralel  olaraq  ekoloji  təmiz  məhsulun  təbliğat 
və təşviqatı aparılmalıdır, o nisbətən baha başa gəl-
sə də, son nəticədə özünə daha böyük tələbat yarat-
maqla iqtisadi cəhətdən də səmərəli olar.  
Heyvandarlığın inkişafı üçün ərazinin məhdud-
luğunu (həm də işğalı) və yem bazasının zəifliyini 
nəzərə alaraq otlaq-örüş heyvandarlıqdan daha çox 
otlaq–tövlə  heyvandarlığına  üstünlük  vermək  la-
zımdır.  Lakin  heyvanların  bəslənməsində  biotex-
noloji  vasitələrlə  qidalanmaya  yol  verilməməli, 
yerli təbii yemlərdən istifadə olunmalıdır. Ölkənin 
fermer və müxtəlif kənd təsərrüfatı istehsalçılarının 
maraqları nəzərə alınmalı, kənd təsərrüfatı məhsul-
larının idxalına məhdudiyyət qoyulmalıdır.  
Kənd  təsərrüfatı  bitkilərinin  və  heyvandarlıq 
üçün yem bitkilərinin suvarma suyu ilə daha yaxşı 
və  davamlı  təminatı  üçün  suvarma  sistemi  və  su 
təchizatı dövlətin çox ciddi nəzarəti altında olmalı-
dır.  Belə  ki,  Gəncə-Qazax  iqtisadi-coğrafi  rayo-
nunda aparılan kameral müşahidələr göstərir ki, so-
vet dönəmində eyni su mənbələri hesabına daha ge-
niş ərazilər suvarma suyu ilə daha yaxşı təmin edi-
lir, planlı-sistemli nəzarət hesabına davamlı su təc-
hizatı həyata keçirilirdi. Hal-hazırda isə bu sahədə 
çətinliklər mövcuddur. Müstəqillik dövründə elek-
trik enerjisinin baha olması və s. səbəblər üzündən 
daha az sahə suvarılır.  
Azərbaycanın  əlverişli  geosiyasi  və  nəqliyyat-
coğrafi mövqeyi, ölkə ərazisindən Avropa ilə Asi-
yanı  birləşdirən  Avroasiya  nəqliyyat  dəhlizinin 
keçməsi,  Rusiya  ilə  İran,  Pakistan  və  Hindistanı 
birləşdirəcək Şimal–Cənub dəhlizinin işə düşməsi 
gələcəkdə bu istiqamətlərdə müxtəlif nəqliyyat va-
sitələri ilə külli miqdarda çeşidli yüklərin (o cüm-
lədən təhlükəli) və sərnişinlərin daşınmasına səbəb 
Şəkil 3. 2015-cü ildə ümumi daxili məhsulun 
strukturu
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 93 
 
olacaqdır. Ona görə də intensiv nəqliyyat fəaliyyəti 
zamanı  ətraf  mühitə  vurulan  mənfi  təsirlər,  ifrat 
səs-küy,  onların  insanların  təhlükəsizliyinə,  nara-
hatçılığına və sağlamlığına təsiri məsələləri nəzərə 
alınmalı, müvafiq tədbirlər görülməli, kompensasi-
ya olunmalıdır.  
Beləliklə,  qloballaşma  şəraitində  Azərbaycan 
Respublikası təsərrüfatının və əhalisinin sosial-iq-
tisadi-siyasi dəyişmələrə səmərəli transformasiyası 
üçün aşağıdakıları nəzərə almaq lazımdır: 
1. Qlobal və lokal sosial-iqtisadi və siyasi dəyiş-
mələrə hazır olmalı, müvafiq adaptasiya üçün döv-
lət və elmi tədqiqat institutları tərəfindən çevik fə-
aliyyət  göstərə  bilən  operativ  proqram-ssenarilər 
işlənilməlidir.  
2. Sağlam, keyfiyyətli, balanslı demoqrafik in-
kişaf təmin edilməli, milli-mənəvi dəyərlər qorun-
maqla sosial-mədəni adaptasiya həyata keçirilməli-
dir.  Milli-mənəvi,  əxlaqi  dəyərlərin  deqradasiya-
sına yol verilməməlidir.  
3.  Torpaqlardan  maksimum  səmərəli  istifadə 
edilməli,  əhalinin  dağlıqla–düzən,  iqtisadi-coğrafi 
rayonlarla Bakı paytaxt regionu arasında məskun-
laşma  tendensiyası  tənzimlənməlidir.  Sərhədboyu 
rayonların demoqrafik potensialının saxlanmasına 
və inkişafına şərait yaradılmalıdır.  
4. Azərbaycanla Gürcüstan arasında gediş-gəli-
şin,  ticarət–iqtisadi  əlaqələrin    asanlaşdırılması 
əhalinin qərb zonasından şərqə axıcılığını azaldar, 
həm də sərhədboyu ərazilərin səmərəli məskunlaş-
dırılmasına səbəb olar.  
5.  Ölkənin  təsərrüfat  strukturunda  qeyri-neft 
sektorunun daha üstün inkişafı, bu sahə  müəssisə-
lərinin daha çox regionlarda yerləşdirilməsi təmin 
edilməlidir.  
6.  Geni  modifikasiya  olunmuş  ərzaq  bitkiçili-
yindən ənənəvi ekoloji cəhətdən təmiz, yerli kənd 
təsərrüfatı  bitkiçiliyinə  keçilməsinə  nail  olunmalı 
və son nəticədə bunun iqtisadi səmərəliliyi də təb-
liğ və təşviq edilməlidir. 
 
ƏDƏBİYYAT 
1. 
Azərbaycanın  statistik  göstəriciləri.  Bakı-
2013. 804 səh. 
2. 
Azərbaycanın  statistik  göstəriciləri.  Bakı-
2016. 824 səh. 
3. Azərbaycanın əhalisi. Bakı-2014. 134səh. 
4.  Əfəndiyev  V.Ə.  Urbanizasiya  və  Azərbaycanın 
şəhər yaşayış məskənləri. Bakı- 2002. 397 səh. 
5. Əyyubov N.H. Azərbaycanda əhali məskunlaşma-
sının  iqtisadi-coğrafi  problemləri.  Bakı-2008.  AMEA-
nın “Xəbərlər”i, Yer elmləri 1, səh.144-150.       
6. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azər-
baycan Respublikasının iqtisadi, sosial və siyasi coğra-
fiyası. Bakı-2010. 416 səh.   
7.  Логвин  М.М.  Демографическая  сущность 
теории «Золотого» миллиарда. Сборник: География, 
история  и  геоэкология  на  службе  науки  и  инно-
вационного образования. Том 1, Красноярск – 2011, 
стр.126-129. 
 
НЕКОТОРЫЕ ВОПРОСЫ АДАПТАЦИИ 
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ К 
ГЛОБАЛЬНЫМ СОЦИАЛЬНО-
ЭКОНОМИЧЕСКИМ И ПОЛИТИЧЕСКИМ 
ИЗМЕНЕНИЯМ 
Н.Г.Эюбов 
В  статье,  в  условиях  глобализации,  анализиру-
ются  некоторые  вопросы  рациональной  адаптации 
населения и хозяйства к соответствующим социаль-
но-экономическим  и  политическим  изменениям. 
Анализируется  и  обосновывается  необходимость 
сбалансированного, структурного демографическо-
го развития, защиты национальных моральных цен-
ностей,  ведения  региональной  социально-экономи-
ческой и расселенческой политики и др. 
 
SOME ISSUES OF ADAPTATION OF THE 
REPUBLIC OF AZERBAIJAN TO GLOBAL 
SOCIOECONOMIC AND POLITICAL 
CHANGES 
N.H.Eyyubov 
Certain  issues  of  rational  adaptation  of  the  popula-
tion and economy to corresponding socioeconomic and 
political changes are analyzed in the article. The analy-
sis and relevant substantiation concerns the necessity of 
balanced and structural demographic development, the 
support of national moral values, as well as the pursuing 
of regional socioeconomic and settlement policy.
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə