Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə46/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   42   43   44   45   46   47   48   49   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 85 
 
Bu  işdə  tədqiqat  ərazisi  olaraq  Aran  iqtisadi 
rayonu  götürülmüşdür.  Bu  geniş  ərazinin  meyil-
liliyinin az olması, illik enerji potensialının çox ol-
ması  kimi  xüsusiyyətlər  istənilən  Günəş  enerji 
stansiyasının qurulması üçün əlverişlidir. Aran iq-
tisadi rayonu üçün bu xüsusiyyətlər nəzərə alınaraq 
CİS-in  əsas  proqramlarından  biri  olan  Arc  GİS 
10.3-ün  çoxmiqyaslı  qərar  analizi  vasitəsilə  ayrı-
ayrılıqda analiz aparılaraq Günəş istilik güc stansi-
yalarının  qurulması  üçün  əlverişli  əraziləri  gös-
tərən  xəritələr  tərtib  edilmişdir.  Tədqiqat  zamanı 
lazım  olan  məlumatların  əldə  edilməsi  üçün  kos-
mik  şəkillərdən  (Aster  global  dem_17  Octo-
ber_2011) ArcGİS10.3 program təminatının istifa-
dəyə  açıq  olan  online  xəritələrindən  (Basemap) 
istifadə edilmişdir. Xəritələrdən vektorlaşdırılaraq 
əldə edilən məlumatlar WGS84 39N kordinat siste-
minə gətirilmişdir. Toplanan məlumatlar müəyyən 
edilmiş aralıq qiymətlərdən istifadə edilərək məsa-
fə  (distance)  analizi  aparılmış,  raster  formatında 
məlumatlar emal edilmişdir. Hər kriteriyaya aid ve-
rilənlər üçün cədvəl 1-də verilmiş aralıq məsafələ-
rindən  istifadə  edərək  sinifləndirmə  (reclassify) 
analizi aparılmış ən uyğun 6 və ən az uyğun 1 kimi 
qiymətləndirilərək xəritələr tərtib edilmişdir (şəkil 
2). 
Aran iqtisadi rayonunun 2016-cı ilin əvvəlləri-
nə olan 1 sot torpaqın  ortalama satış qiymətlərinə 
əsasən torpağın dəyərlilik xəritəsi tərtib edilmişdir 
(şəkil 1a). Xəritənin tərtibi zamanı 3 hissəli sinif-
ləndirilmə  aparılmışdır.  1-ci  sinifləndirilməyə  ra-
yon mərkəzləri və mərkəzə yaxın ərazilər, 2-ci və 
3-cü  sinifləndirilməyə  isə,  uyğun  olaraq,  orta  və 
uzaq  ərazilər  daxil  edilmişdir.  Hər  sinifin  ümumi 
sahəsi hesablanmış və uyğun qiymət aralıqları da-
xil edilmişdir (cədvəl 2). 
Cədvəl 2 
Siniflərə görə torpaqların qiymət və sahələri 
Siniflər 
Sahə, km
2
 
Qiymət,1sot 
AZN-lə 

6876 
10000-2000 

8794 
1999-500 

6128 
499-200 
Eyni zamanda, tədqiq olunan ərazinin meyillilik 
xəritəsi tərtib edilmiş, meyilliliyi 10% dən yuxarı 
olan ərazilər qurulacaq stansiya üçün əlverişsiz he-
sab edilmişdir (şəkil 1b.). 
Göründüyü  kimi,  Günəş  elektrik  stansiyasının 
yerinin    müəyyən  edilməsində  bir  çox  meyar  rol 
oynayır, bütün bu meyarların  bir-biri ilə uyğunlaş-
dırılması,  izlənilməsi,  dəyərləndirilməsi  və  idarə 
olunması böyük əhəmiyyət kəsb edir. Ancaq həd-
dindən artıq məlumatın varlığı planlaşdırma prose-
sini çox mürəkkəb bir hala gətirməkdədir. 
ArcGİS-nin  çoxmiqyaslı  qərar  analizi  planlaş-
dırıcıların bu mürəkkəbliyi aydınlaşdırmasına kö-
məkçi olmaqdadır. Bütün bu meyar analizinin real-
laşdırılması  mərhələsində  bir  çox  işdə  CİS  əsaslı 
çoxmiqyaslı qərar analizi  istifadə edilmiş, verilən-
lər tez bir zamanda işlənmiş, qərar və planlaşdırma 
prosesini qısaldaraq zamandan və iş gücündən qə-
naət təmin edilmişdir.
 
 
 
Şəkil 1. a) Torpaqların dəyərlilik xəritəsi, b) Meyillilik xəritəsi
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
86                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
 
 
 
Şəkil 2. Aran iqtisadi rayonu  üçün sinifləndirilmə sonrası əldə edilən uyğunluq xəritələri
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 87 
 
 
 
 
Aparılan analizlər nəticəsində  Aran iqtisadi ra-
yonu üçün ən uyğun ərazilər müəyyən edilmişdir. 
Bu ərazilər Günəş enerjisi potensiyalı, su qaynaq-
ları, transformator mərkəzləri, torpaqların qiyməti 
və nəqliyyat baxımından ən uyğun olan ərazilərdir. 
Sonda model qurularaq ağırlıqlı üst-üstə yerləşdir-
mə (weighted overlay)  analizindən istifadə edərək 
hər kriteriya ucun ayrılıqda əldə etdiyimiz rasterlər 
üst-üstə oturdularaq yenidən müəyyən edilmiş qiy-
mətlər əsasında analiz aparılmışdır (şəkil 4). Ərazi 
seçimində əhəmiyyətinə görə  ən yüksək ağırlıq 16 
xalla  təməl  qaynaq  olan  Günəş  enerjisi  potensi-
alına,12 xalla transformator mərkəzləri və EVX-yə 
11 xalla yollara verilmişdir. Ən aşağı ağırlıqlı qiy-
mət isə 3 xalla torpaqların dəyərliliyinə 6 xalla tek-
tonik qırılmalara verilmişdir (cədvəl 3). Bütün bu 
qiymələr  əsasında  aparılan  analizə  əsasən  (şəkil 
3a), Günəş istilik stansiyaları qurula biləcək yerlər 
müəyyənləşdirilmişdir. 
 
İstifadəyə  yararsız  ərazilər  (şəkil  3b),  yaşayış 
məntəqələri, mühafizə sahələri, su ərazilər, meşə-
lər, meyilliliyi 10%-dən böyük olan ərazilər çıxıla-
raq  Günəş  istilik  stansiyası  üçün  ən  uyğun  ərazi-
lərin xəritəsi tərtib edilmişdir (şəkil 3c). 
Cədvəl 3 
Yenidən təsnifləndirilən  məlumatların 
ağırlıqlı qiymətləri 
Günəş enerjisi 
16 
Günəş radiasiyası 
16 
Elektrik  veriliş  xətti 
(EVX) 
12 
Yollar 
11 
Dəmir yolları 
10 
Göllər, su anbarları 

Çaylar və kanallar 

Tektonik qırılmalar 

Transformator 
mərkəzləri 
12 
Torpaq qiymətləri 

 
Nəticə və təkliflər. Coğrafi informasiyalar sis-
teminin  çoxmiqyaslı qərarvermə xüsusiyyətindən 
istifadə edərək hər kriteriya üçün toplanılan məlu-
matlar bir arada dəyərləndirilib analizlər aparılmış, 
nəticələr əldə edilmişdir. Bu məqsədə uyğun olaraq 
CİS-in çoxmiqyaslı qərarvermə xüsusiyyəti ilə təd-
qiqat  ərazisi  olaraq    seçilən  Aran  iqtisadi  rayonu 
üçün  Günəş istilik elektrik stansiyalarının qurul-
masına  uyğun sahələr təyin olunmuşdur. Aparılan 
tədqiqat nəticəsində GES qurulmağa uyğun ərazi-
lər,  istifadəyə  yararsız  ərazilər  çıxıldıqdan  sonra 
a)
                                           b)                                                          c)   
Şəkil 3. a) GES-in qurulması üçün ən uyğun ərazilər (vektor məlumatları ilə birlikdə); b) 
İstifadəyə yararsız ərazilər; c) GES-in qurulması üçün ən uyğun ərazilər (istifadəyə yararsız 
ərazilər çıxıldıqdan sonra)
 
Şəkil 4. Model (Weighted Overlay)
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə