Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə48/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   44   45   46   47   48   49   50   51   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
90                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
lakin sosial-iqtisadi çətinliklərlə əlaqədar subay qa-
lan gənclər vardır. Onların təbii artım prosesinə qo-
şulması  əhalinin  artım  tempini  daha  da  yüksəldə 
bilər. Əhalinin artım mənbəyini həmişə təbii artım 
təşkil etsə də, son illərdə bu prosesdə cüzi miqra-
siya  artımı  da  rol  oynayır.  Lakin  əhali  artımının 
regional  xüsusiyyətlərinin  təhlili  göstərir  ki,  orta 
respublika səviyyəsi ilə müqayisədə bəzi regionlar-
da,  əsasən  də  qərb  sərhədboyu  rayonlarda  demo-
qrafik inkişafın zəifləməsi müşahidə olunur. Məsə-
lən, Ermənistanla həmsərhəd olan Qazax rayonun-
da hər min nəfər əhaliyə düşən təbii artım 8,8 nəfər, 
Gədəbəydə 8,5 nəfər, Ağstafada 10,8 nəfər, Rusiya 
və  Gürcüstanla  həmsərhəd  olan  Balakəndə  8,7 
nəfər, Zaqatalada 8,5 nəfər, Qax rayonunda 6,4 nə-
fər,  Şəki  rayonunda  10,5  nəfər  təşkil  edir.  Orta 
respublika üzrə bu göstərici 12,8 nəfərdir (2013-cü 
il). Onu da qeyd etmək lazımdır ki, adları çəkilən 
sərhəd  rayonlarında  həm  də  mənfi  miqrasiya  ba-
lansı müşahidə olunur.  
Strateji əhəmiyyət kəsb edən sərhədboyu ra-
yonlarda  demoqrafik  tənəzzül  yolverilməzdir, 
ölkənin  ərazi  bütövlüyü  baxımından  da  qə-
buledilməzdir.  
Qlobal dəyişmələr prosesində Azərbaycan Res-
publikasının demoqrafik inkişafında mütləq nəzərə 
alınmalı  və  tənzimlənməli  məsələ  yaş-cins  tərki-
bində kişilərin gələcəkdə qadınlardan çox olması-
nın yarada biləcəyi problemdir. Artıq son onillikdə 
doğulanlar  arasında  oğlan  uşaqlarının  payı  daha 
çox  artmaqdadır.  Valideynlərin  oğlan  uşaqlarına 
meyilliyi, qabaqcadan qız dölünün abort edilməsi 
doğulanların cins tərkibində oğlanların payının art-
ması ilə müşayiət olunur. Belə ki, əgər 1990-cı ildə 
respublika üzrə ümumi təbii artımın 50,9%-i kişilə-
rin  payına  düşürdüsə,  bu  rəqəm  2000-ci  ildə 
54,2%,  2005-ci  ildə  54,8%,  2010-cu  ildə  54,3%, 
2014-cü ildə isə 53,6% təşkil etmişdir (Azərbaycan 
əhalisi. Bakı, 2015, s.29). Bu, xüsusilə kənd yerlə-
rində özünü daha qabarıq göstərir.  
 
Belə ki, 2014-cü ildə kənddə doğulanların 55%-i 
kişilərin payına düşmüşdür. Belə bir tendensiyanın 
uzun müddət davam etməsi hər 1000 nəfərə düşən 
qadınların azalması milli-etnik tərkibin dəyişməsi, 
qadın  əmək  ehtiyatlarının  çatışmaması  və  s. 
arzuolunmaz  demoqrafik  nəticələrə  gətirib  çıxara 
bilər. 
Qlobal  sosial-iqtisadi  dəyişmələr  fonunda 
Azərbaycan  əhalisinin  ən  mühüm  məsələlərin-
dən biri mənəvi-əxlaqi dəyərlərin deqradasiya-
sının qarşısının alınması, milli mentalitetin qo-
runmasıdır.   
Avropa, ABŞ və s. inkişaf etmiş ölkələrin so-
sial-iqtisadi, sosial-mədəni həyat şəraitinə inteqra-
siya  olunarkən  əhalinin  ənənəvi  milli  mədəniyyə-
tinə,  mənəviyyatına,  mentalitetinə  xələl  gətirən, 
müsbət  dəyərlərinə  ziyan  vuran  təsirlərdən  qoru-
maq  lazımdır.  Vətənpərvərliyə,  ailə-məişət  xüsu-
siyyətlərinə, gənclərin ənənəvi davranış və bir-bi-
rilə  münasibət  qaydalarına,  ənənəvi  böyük-kiçik, 
ağsaqqal-qarasaqqal məsələlərinə mənfi təsir edən 
hər  cür  təbliğat-təşviqatlardan  uzaqda  durmaq  la-
zımdır.  Yaddan  çıxarmaq  olmaz  ki,  bu  adları  çə-
kilən  dəyərlər  həmişə  Azərbaycan  xalqının  ailə-
sinin, gənclərinin ən müsbət meyarları olub. Onun 
vətənsevərliyinin,  bütövlüyünün,  sağlamlığının, 
demoqrafik  inkişafının  fundamental  dayaqları 
olub.  Ona  görə  də  respublikanın  kütləvi  infor-
masiya vasitələrində, bağçalarda, ali və orta mək-
təblərdə mənəviyyatın, milli mentalitetin qorunma-
sına və təbliğinə dövlət səviyyəsində diqqət daha 
da artırılmalıdır. Narkomaniya, xorror, terror, dro-
momaniya, psixoz, ekstremist cərəyanlar və s. kimi 
cəmiyyəti məhvə aparan təsirlərdən qorunmaq (hə-
yat şəraitinin yaxşılaşdırılması, təbliğat, maariflən-
dirmə və s.) tələb olunur.  
Təsadüfi deyildir ki, 2000-ci il ilə müqayisədə 
2015-ci  ildə işsizlik,  mənəviyyatın  aşınması  və  s. 
hesabına boşanmaların sayı, demək olar ki, 2 dəfə 
çoxalmışdır. Son illərdə qeydə alınmış cinayətlərin 
sayı artmış, onların tərkibində isə 14-18 yaşlı uşaq-
ların payı yüksəlmişdir. Narkotik vasitələrlə bağlı 
cinayətlər isə 2005-2015-ci illərdə 49% artmışdır. 
Ümumiyyətlə,  bu  dövrdə  narkotik  maddələrin 
qeyri-qanuni  hazırlanması,  əldə  edilməsi,  saxlan-
ması və ya satışı 50,4% çoxalmışdır. Əksinə, kitab-
xanaların sayı 19%, əhalinin hər min nəfərinə dü-
şən  kitab  nüsxəsinin  sayı  isə  10,9%  azalmışdır 
(Azərbaycanın  statistik  göstəriciləri,  Bakı-2015, 
səh.277,334-336). 
Qloballaşma mühitində həmişə diqqət altın-
da  saxlanmalı  məsələlərdən  biri  də  torpaqlar-
dan maksimum səmərəli istifadə edilməsi, əhali-
nin səmərəli məskunlaşdırılmasıdır.  
Azərbaycan  zaman-zaman  o  qədər  torpaq  itir-
mişdir  ki,  artıq  demoqrafik  inkişaf  fonunda  res-
Şəkil 1. Hər 1000 kişiyə düşən qadınların sayı 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 91 
 
publika  aztorpaqlı,  ərazisi  ifrat  məskunlaşmış  öl-
kəyə  çevrilmişdir.  Yaşayış  məntəqələrinin  ərazi-
sinin  böyüməsi,  günbəgün artan tikinti-quruculuq 
işləri, müxtəlif nəqliyyat xətlərinin çəkilməsi, şo-
ranlaşma,  su  anbarlarının  yaradılması  və  s.  yeni-
yeni  əkinəyararlı  torpaq  sahələrinin  kənd  təsər-
rüfatı dövriyyəsindən çıxmasına səbəb olur. Ölkə 
ərazisinin 20%-dən çoxunun hələ də işğal altında 
saxlanması, bütün Ermənistanla həmsərhəd və cəb-
həyanı ərazinin isə təsərrüfat məqsədləri üçün isti-
fadəsinin təhlükəli olması torpaqlardan maksimum 
səmərəli  istifadə  olunmasını,  əhalinin  məskunlaş-
ması zamanı bu amilin nəzərə alınmasını tələb edir 
(Əyyubov  N.H.,  2008).  Yeni  yaşayış  məskənləri 
salınarkən,  yollar  çəkilərkən,  maddi  və  sosial  in-
frastruktur obyektləri yaradılarkən münbitliyi nis-
bətən  zəif  olan  torpaq  sahələrindən  istifadə  olun-
malıdır.  Daha  məhsuldar, münbit  torpaqların isti-
fadəsinə məhdudiyyətlər qoyulmalı, onların müm-
kün qədər kənd təsərrüfatı dövriyyəsindən çıxma-
sının  qarşısı  alınmalıdır.  Relyef  şəraitinin  imkan 
verdiyi  yerlərdə  insanların  daimi  yaşamayacağı 
yeraltı infrastrukturlara (parkinqlər, anbarlar, soyu-
ducuxanalar  və  s.)  üstünlük  verilməlidir.  Belə  tə-
yinatlı tikililər nisbətən baha başa gəlsə də, torpağa 
qənaət  məqsədi  ilə  sərfəlidir.  Sərhədboyu  ərazi-
lərdə, xüsusilə də Ermənistanla həmsərhəd yaşayış 
məntəqələrində  əhalinin  məskunlaşdırılması  so-
sial-iqtisadi yönümlü güzəştlər hesabına stimullaş-
dırılmalı,  artan  demoqrafik  potensialın  yerlərdə 
saxlanılmasına nail olunmalıdır. 
 
 
Ölkənin  səmərəli  məskunlaşdırılması  siyasəti-
nin  əsasını  ərazi  bütövlüyünün  strategiyasına  uy-
ğun dağlıqla düzən, iqtisadi-coğrafi regionlarla Ba-
kı  paytaxt  və  neft-qaz  sənayesi  rayonu  arasında 
əhali yerləşməsindəki fərqlərin optimallaşdırılması 
təşkil etməlidir. Regionların sosial-iqtisadi inkişa-
fının  iki  Dövlət  proqramının  (2004-2008,  2009-
2013-cü  illər)  yerinə  yetirilməsinə,  birinin  (2014-
2018-ci illər) isə yerinə yetirilməkdə olmasına bax-
mayaraq,  yenə  də  nisbətən  tarazlı  sosial-iqtisadi 
inkişafa və onun əsasında isə səmərəli məskunlaş-
maya nail olunmamışdır. Yenə də regionlardan Ba-
kı–Sumqayıt sənaye qovşağına  əhali axını davam 
edir,  nəticədə  demoqrafik  yüklənmə  öz  mənfi  fə-
sadları ilə, sosial-ekoloji gərginliklərlə davam edir. 
Demoqrafik  yüklənmə  sosial-iqtisadi  inkişafı  qa-
baqlayır, bu isə xaotik məskunlaşma, yalançı urba-
nizasiya prosesi ilə müşayiət olunur.   
Regionların  sosial-iqtisadi  inkişaf  proqramla-
rında qarşıya qoyulan məqsədə nail olunmasında, 
ölkədə  əhalinin  səmərəli  məskunlaşdırılmasında, 
artan demoqrafik potensialın yerlərdə saxlanılma-
sında,  qərb sərhədboyu ərazilərin öncül inkişafın-
da Gürcüstanla Azərbaycan arasında sərhəd-keçid 
münasibətlərinin sovet dönəmindəki vəziyyətə uy-
ğun tənzimlənməsi sərfəli ola bilər. Azərbaycanla 
Gürcüstanın  strateji  müttəfiqliyini,  bir  çox  sahə-
lərdə (yanacaq-energetika) müvəffəqiyyətlə əmək-
daşlığını  nəzərə  alaraq  Gəncə–Qazax  və  Şəki–
Zaqatala  iqtisadi-coğrafi  rayonları  ilə  Gürcüstan 
arasında  (Avropadakı  “Şengen”  zonasına  uyğun) 
sərbəst gediş-gəliş, ticarət əlaqələrinin yaradılması 
məqsədəuyğundur. Azərbaycanın qərbində istehsal 
olunan  kənd  təsərrüfatı  məhsullarının  coğrafi  cə-
hətdən yaxında olan Tbilisi–Rustavi sənaye qovşa-
ğında  realizə  olunması  əhalinin  məşğulluğunun 
artırılmasına və əhalinin yerlərdə qalmasına səbəb 
olar. Digər tərəfdən, Gürcüstanda yaşayan soydaş-
larımızla  əlaqələrin asanlaşmasına gətirib çıxarar, 
hər iki tərəf üçün iqtisadi və sosial baxımdan sərfəli 
olar.  
Qlobal  dəyişmələrə  Azərbaycanın  təsərrüfat 
kompleksinin  uyğunlaşdırılmasında  ən  mühüm 
məsələ  istehsalın  sahə  və  ərazi  strukturunun  tək-
milləşdirilməsi, yenidən qurulmasıdır. Azərbaycan 
Respublikası  xammal  və  yarımfabrikat  ixracatçı-
sından hazır məhsul, xüsusilə elm və əməktutumlu 
məhsullar ixracatçısına  çevrilməlidir.  Ölkə  iqtisa-
diyyatının  neft-qaz  sənayesindən  asılılığı  azaldıl-
malı, qeyri-neft sektorunun inkişafı yanacaq səna-
yesindən gələn gəlirlər hesabına inkişaf etdirilmə-
lidir.  Iqtisadi  fəaliyyət  növləri  üzrə  sənaye  isteh-
salının strukturunun təhlili göstərir ki, 2015-ci ildə 
hasilat  (mədənçıxarma)  sənayesinin  payı  67%, 
emal  sənayesinin  payı  isə  24,3%  təşkil  etmişdir. 
Ölkədə  qeyri-neft  sektorunun  inkişafının  dəstək-
lənməsi siyasəti həyata keçirilsə və bu sahədə son 
illərdə  (2012-2015)  müəyyən  irəliləyiş  olsa  da, 
2005-ci  il  ilə  müqayisədə  2015-ci  ildə  hasilat  sə-
nayesinin payı müvafiq illərin faktiki qiymətləri ilə 
67,4%-dən 67%-ə enmiş, emal sənayesinin payı isə 
müvafiq  dövrdə  25,9%-dən  24,3%-ə  qədər  azal-
mışdır  (Azərbaycanın  statistik  göstəriciləri  2016. 
Səh. 454). Təbii ki, hasilat sənayesinin də əsasını 
neft  və  təbii  qaz  çıxarılması  təşkil  edir.  Neft-qaz 
Şəkil 2. Əhali sıxlığının dinamikası 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə