Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə44/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   40   41   42   43   44   45   46   47   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 81 
 
20%-dən çox fərq yaradır. Bu məqsədlə eyni ərazi-
də quraşdırılan külək turbininin hündürlüyü 50 m 
olarsa, 20% daha çox elektrik enerjisi istehsal et-
məyə  imkan  yaranar.  Topoqrafik  baxarlılıq  amili 
də külək elektrik enerjisindən istifadə yerinin seçil-
məsi üçün vacib məsələdir. Bu faktorun təsiri ha-
kim  külək  istiqamətinə  baxan  yamaclarda  özünü 
daha çox göstərir (şəkil 5). Abşeronun şimali-qərb-
dən  Qafqaz  dağları  ilə  əhatə  olunması  bu  istiqa-
mətdə əsən küləklərin qarşısını alsa da, şimal-şərq 
və  cənub  istiqamətlərindən  əsən  küləklər  Xəzər 
dənizinin  üzərindən  keçərək  maneəyə  rast  gəlmə-
dən yarımadanın  ərazisinə daxil olur. Lakin ölkə-
mizdə  qurulan  külək  turbinlərində əsasən  bir  isti-
qamətdən  əsən  küləklər  əsas  götürülüb  ki,  bu  da 
ərazidə  hakim  küləyə  yönəldiyindən  digər  istiqa-
mətlərdən əsən küləyin gücündən istifadə edilmə-
sini  mümkünsüz  edir.  Azərbacanın  idxal  etdiyi 
külək elektrik qurğularının xeyli hissəsi biristiqa-
mətli  olduğundan  onların  müasir  külək  turbinləri 
ilə müqayisədə tez xarab olmasına səbəb olur. 
Seçilən  ərazinin  avtomobil  yollarına  yaxınlığı 
da külək enerji qurğularının qurulması üçün səmə-
rəli parametrdir. Xüsusilə də müvafiq icraçı təşkilat 
KES-ləri qurmağı planlaşdırdığı areallarda əlveriş-
li, qurulacaq KES-in yaxınlığında nəqliyyat yolla- 
rının  olması  və  ya  yol  çəkilməsinə  az  xərc  tələb 
edən əraziləri əsas götürür. Digər hallarda sifarişçi 
qurum  qurulacaq  stansiya  ərazilərinə  əlavə  yol 
çəkdirmək məcburiyyətində qalır (şəkil 7). Bu isə 
külək  elektrik  enerjisindən  istifadə  edilməsi  üçün 
hər  km  yolun  çəkilməsi  üçün  əlavə  xərcə  səbəb 
olur.  Nəqliyyat  imkanlarının  çətin  olduğu  yüksək 
və  nahamar  ərazilər,  yaşayış  məntəqələrinə  yaxın 
(ən  az  350  metrədək),  xüsusi  dövlət  mülkiyyəti, 
mühafizə olunan və s. ərazilər KES-lərin qurulması 
üçün  uyğun  olmayan  yerlərdir.  Abşeronun  nəq-
liyyat  şəbəkəsi  xəritəsindən  də  göründüyü  kimi, 
burada  yolların  sıxlıq  həddi  yüksəkdir  odur  ki, 
seçilən ərazidə külək elektrik stansiyalarının quru-
lması üçün sifarişçi əlavə yolların çəkilməsinə bö-
yük vəsait sərf etməyəcəkdir. Çünki, iqtisadi rayo-
nun  nəqliyyat  şəbəkəsi  həm  relyef  əlverişliliyi, 
həm də küləyin sürət və intensivliyi ilə əsasən üst-
üstə düşdüyündən hər hansı bir məkanda qurulması 
planlaşdırılan KES-lər ya yolların yaxınlığında, ya 
da əlverişli relyefi olan yerlərdədir. Rayonun avto-
mobil  yollarının  sıxlığını  Arcmap-də  bufer  zona-
yaratma funksiyası ilə müəyyən etmək mümkündür 
(şəkil 7).  
Tədqiqatda  verilən  üsullarla  tədqiq  ediləcək 
ərazilərin  böyükmiqyaslı  külək  xəritələrindən 
istifadə edərək CİS vasitəsi ilə fərqli ərazilər üçün
  
Cədvəl 4 
Abşeron iqtisadi rayonunda KES-lərin qurulma yerinin seçim bölgüsü
 
Sürət bölgüsü 
(10-20 m, H.) 
Davam- 
lılıq 
Elektrik 
şəbəkəsinə 
yaxınlıq (m) 
Avtomobil 
yollarına 
yaxınlıq (m) 
Meyillilik 
(dərəcə) 
Ərazi yararlılığı (min 
km²) 
4-5 
Orta 
4000 < 
5000 < 
15-40 
2.66 (45.19%) 
5-6 
Yaxşı 
1000-4000 
2000-5000 
5-15 
1.72 (29.17%) 
6-7 
Yüksək 
100-1000 
200-2000 
0-5 
1.51 (25.64%) 
7-> 
Mükəmməl 
100 < 
200-> 
0-5 
0.33 (5.59%) 
 
 
Şəkil 7. Abşeron iqtisadi rayonunun avtomobil yolları 
Şəkil 8. Abşeron iqtisadi rayonunda KES-lərin 
qurulması üçün optimal ərazilər 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
82                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
də eyni üsul tətbiq etməklə müvafiq nəticələr əldə 
etmək mümkündür. Bunun üçün müvafiq ərazilərin 
külək  potensial  məlumatları  ilə  böyükmiqyaslı 
külək  potensial  xəritələri  hazırlanmalı  və  bu 
xəritələrin göstəriciləri vaxtaşırı yenilənməlidir. 
Nəticə. Külək elektrik stansiyalarından optimal 
istifadə yerinin seçilməsi üçün ən əhəmiyyətli əra-
zinin müəyyənləşdirilməsi məqsədi ilə 8 amil nə-
zərə  alınmışdır.  Abşeron  iqtisadi  rayonunun  rə-
qəmsal hündürlük modeli, külək sürət bölgüsü, kü-
lək intensivliyi, ərazi yararlılığı, baxarlılığı, meyil-
liyi,  rayonun  avtomobil  yolları  və  elektrik  enerji 
xəritələri hazırlanmışdır. Bu xəritələrin müqayisəli 
təhlili  nəticəsində  müəyyən  edilmişdir  ki,  külək 
sürətinə görə külək elektrik  stansiyalarının qurul-
ması üçün iqtisadi rayonun ərazi yararlılıq göstəri-
cisi nəzəri cəhətdən zəif  (2-4 m/s, 2.66 min km²-
45.19%),  orta  (4-5m/s,  1.72  min  km²-29.17%)  və 
yaxşı (5-7 m/s, 1.51 min km²-25.64%) dərəcələndi-
rilərək 3 sinifə bölmək olar (cədvəl 4). Yaxşı həs-
saslıq səviyyəsinə uyğun gələn zonada isə yaşayış 
məntəqələri,  mühafizə  olunan  ərazilər  və  dövlət 
mülkiyyətində olan digər əhəmiyyətli torpaqlar çı-
xılaraq,  KES-lərin  qurulması  üçün  istifadəyə  ya-
rarlı 1.51 min km² ərazinin, sadəcə, 0.33 min km
2
-
də  (22%)  KES-lərin  qurulması  üçün  iqtisadi  və 
təbii  əlverişlilik  cəhətdən  səmərəli  istifadə  zona-
sına aiddir (şəkil 8). 0.33 min km
2
 ərazinin hər km
2
-
dən  orta  hesabla  7  MVt  gücündə  KES  qurmaq 
mümkündür.  Bu  isə  tam  istifadə  vəziyyətində 
2.310  Gvt  gücündə  elektrik  enerjisinə  bərabərdir. 
Potensial sahələr ərazi yararlılığı və külək sürətinə 
görə 3 qrupa bölünmüşdür. 
-  Yüksək  gücdə  (orta  illik  sürət  5.5-7m/s)  Xızı 
rayonunun Xəzər sahili, Yeni Yaşma, Şurabad, Si-
talçay,  Giləzi,  Qaradağ  və  s.  əraziləri,  həmçinin 
Pirallahı  və  Çilov  adaları,  -  orta  gücdə  (orta  illik 
sürət 4-5.5 m/s) Şubanı, Puta, Ümid və Qobustan 
qəsəbəsi, - zəif gücdə (orta illik sürət 3-4.5 m/s) isə 
yarımadanın qərb hissəsi Çeyildağ, ondan şimalda 
yerləşən ərazilər və Xızı rayonunun orta və yüksək 
dağlıq əraziləridir. 
ƏDƏBİYYAT 
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirli-
yi. “Abşeron iqtisadi rayonunun pasportu”, Bakı, 2012. 
səh 64.  http://www.ier.az/view.php?lang=az&menu=8. 
2.  Azərbaycan  Respublikası  Alternativ  və  Bərpa 
Olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyi, 
ABOEM  vasitəsilə  istehsal  olunan  enerji  layihələ-
ri.http://area.gov.az/aboem-vasit%C9%99sil%C9%99/. 
3.  “Azərbaycan  Respublıkasında  alternatıv  enerji 
mənbələrindən  istifadənin  inkışafı  perspektivləri”. 
AMEA, Energetikanın problemləri, № 1, 2004, 197 səh. 
http://www.physics.gov.az/PowerEng/2004/v1article/art01.pdf
 
4.  Azərbaycan  Dövlət  Xəritəçəkmə  Komitəsi. 
“Azərbaycan Respublikasının Milli Atlası”, Bakı Karto-
qrafiya Fabriki, Bakı 2014, səh. 444. 
5.  Azərbaycan  Respublikasının  Dövlət  Statistika 
Komitəsinin internet portalı, 2014. Mənbə: 
http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/. 
6. “Alternativ və bərpa olunan enerji mənbələrindən 
istifadə üzrə 2015-2020” Strategiyası”, Strateji Ekoloji 
Qiymətləndirmə Hesabat Layihəsi. 
https://www.unece.org/fileadmin/DAM/env/eia/meetings/201
5/December_9_Baku_SEA_for_the_National_Strategy/SEA_
AZ_Draft_Report_2015.pdf. 
7. Berken J.T., “Using GIS to Analyze Wind Turbine 
Sites  within  the  Shakopee  Public  Utilities  Electric 
Service Territory Shakopee”. Papers in Resource Analy-
sis, Volume 11, 1-11, USA (2009). 
8. Kəlbiyev R. Azərbaycanda 2015-2020-ci illər üz-
rə  ABOEM-dən  istifadənin  perspektivləri.  ABEMDA. 
Bakı. 2015 səh. 5-7. 
9. Mora S., Vahrson W., “Macrozonation Methodo-
logy for Landslide Hazard Determination”. Bulletin of 
the Association of Engineering Geologists Volume: 31 
(1), pp. 49–58 (1994). 
OPTİMUM LOCATION CHOICE THE USE OF 
WIND ENERGY İN THE ABSHERON 
ECONOMİC REGİON 
N.S.Imamverdiyev 
In the article, the choice of a favourable location of 
wind power stations on the territories of the  Absheron 
economic  region  was  sampled  in  the  basis  of  analysis 
using GIS. Using the knowledge of various information 
cartographic  originators  and  meteorological  data,  with 
taking  into  account  of  various  wind  parameters,  relief 
features,  transfer  of  closeness  to  transport  means,  the 
suitability  of  other  factors,  Absheron  economic  region 
has identified optimal areas for the construction of wind 
energy facilities, as well as for wind speed. 
ВЫБОР БЛАГОПРИЯТНОГО 
МЕСТОПОЛОЖЕНИЯ ДЛЯ ВЕТРОВЫХ 
ЭЛЕКТРОСТАНЦИЙ В АБШЕРОНСКОМ 
ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ 
Н.С.Имамвердиев 
В  статьe  выбор  благоприятного  расположения 
ветровых  электростанций  на  территори  Абшерон-
ского  экономического  района  проводился  на  ос-
новании  анализа  с  применением  ГИС.  Используя 
рознания  разнообразнyй  информасий  картографи-
цеский  истогников  и  метеорологическиe  данные,  с 
угетом различных параметров ветра,  особенностей 
рельефa,  передачи  энергия  близости  к  транспорт-
ным  путят,  пригодности  территории  друих  факто-
ров,  в  Абшеронском  экономическом  районе  были 
определены  оптимальные  территории  для  строи-
тельства  ветровых  энергетических  сооружений 
(ВЕС), а также их площади по скорости ветра
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə