Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə41/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   37   38   39   40   41   42   43   44   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 75 
 
Lənkəran  təbii  vilayətində  çay  hövzələrinin  eko-
coğrafi  vəziyyətinin  qiymətləndirilməsi  cədvəl  2-
də verilmişdir. 
Tədqiqatlara [7, 9] görə, təbii vilayətdə çayların 
vəziyyətinin inteqral dəyişməsi hövzələrin müxtə-
lif  növ  antropogen  yüklənməsi  ballarının  cəminə 
uyğun  gəlir.  Əgər  ümumi  balların  cəmi  5-dən  az 
olarsa, çayların vəziyyətinə antropogen yüklənmə-
nin  təsiri  yox  dərəcəsində  qəbul  olunur.  Balların 
cəmi 5-10 arasında olduqda çayların vəziyyəti zəif 
antropogen yüklənmə, 11-15 arasında olduqda mü-
layim antropogen yüklənmə, 16-20 arasında olduq-
da isə əhəmiyyətli dərəcədə antropogen yüklənmə 
kimi qiymətləndirilir. Beləliklə, Bolqarçay və As-
taraçayın hövzələrinin ekocoğrafi vəziyyətini gös-
tərən balların cəmi, müvafiq olaraq, 11 və 14-ə bə-
rabər olduğundan həmin hövzələr mülayim dərəcə-
də  antropogen  yüklənməyə  uyğun  gəlir  (III  sinif) 
və bunlar vilayətin çay hövzələrinin 28,6%-ni təş-
kil edir. Digər çay hövzələrində  ekocoğrafi vəziy-
yəti  göstərən  balların  cəmi  15-dən  böyük  olduğu 
üçün həmin hövzələr əhəmiyyətli dərəcədə antro-
pogen yüklənmə ilə səciyyələnərək (IV sinif), təd-
qiq olunan çay hövzələrinin 71,4%-ni özündə bir-
ləşdirir (şəkil 3). 
 
Şəkil 3. Çay hövzələrinin antropogen 
yüklənməyə görə ekocoğrafi vəziyyətinin    
qiymətləndirilməsi (2015-ci il) 
Səth sularının ekoloji təhlükəsizliyinin qiymət-
ləndirilməsi sistemində suyun çirklənmə indeksin-
dən (SÇİ) geniş istifadə olunur [10]: 
SÇİ = 


n
i
i
YVQH
C
n
1
1
 
Burada  C

– komponentin konsentrasiyası, n  – 
indeksin  hesablanması  üçün  göstəricilərin  sayı, 
YVQH isə normativə görə yolverilən qatılıq həd-
didir. Çirklənmə indeksi YVQH-ni keçən inqredi-
yentlərin  orta  kəmiyyətini  ifadə  edir.  SÇİ  orta 
hesabla  6  indeksə  (O
2
,  OBT
5
  və  YVQH-dən  çox 
olan  4  çirkləndiriciyə)  görə  hesablanır.  Lənkəran 
təbii vilayətinin çayları üçün bunlara üzvi maddə-
lərin birləşmələri, ümumi dəmir, ammonium azotu, 
neft məhsulları və mis aid ola bilər [7]. 
Apardığımız  tədqiqatlar  göstərir  ki,  vilayətin 
çay sularında SÇİ-nin qiyməti 3,3-5,7 arasında də-
yişir.  Burada  Bolqarçay  və  Astaraçayın  suyu  sa-
nitar-gigiyenik  normalara  görə  mülayim  çirklən-
miş, keyfiyyəti isə III sinfə uyğun gəlir. Digər çay-
ların (İncəçay, Boladıçay, Viləşçay, Lənkərançay, 
Təngərüçay) suları çirklənmiş hesab olunaraq, key-
fiyyəti IV sinfə uyğun gəlir (şəkil 4).
 
 
Şəkil 4. Lənkəran təbii vilayəti çaylarında suyun 
çirklənmə indeksinin (SÇİ) diaqramı (2015-ci il) 
SÇİ-nin kəmiyyətindən asılı olaraq sular aşağı-
dakı keyfiyyət siniflərinə bölünür (cədvəl 3) 
Cədvəl 3 
Suyun keyfiyyət sinfi ilə çirklənmə 
indeksinin asılılığı 
 
Qeyd edək ki, çay hövzələrinin ekocoğrafi və-
ziyyətinin  qiymətləndirilməsi  üçün  çaylarda  da-
vamlı şəkildə monitorinqlərin aparılması vacibdir. 
Lakin  apardığımız  araşdırmalara  görə,  iri  və  orta 
çaylardan fərqli olaraq, kiçik çayların çoxu dövlət 
monitorinq sisteminə daxil edilməmişdir. Buna gö-
rə də cəmiyyət qarşısında duran əsas məsələlərdən 
biri də məhz kiçik çayların mühafizəsidir.  
 
ƏDƏBİYYAT 
1. Abduyev M.A. Antropogen yüklənməyə görə çay 
hövzələrinin  ekoloji  vəziyyətinin  qiymətləndirilməsi 
(Azərbaycan Respublikası daxilində), AMEA Xəbərlə-
ri, Yer elmləri seriyası, № 3, Bakı, 2007, s. 93-97. 
2. Ağayev Z.B. Lənkəran təbii vilayəti çay  sularının 
keyfiyyətinin  qiymətləndirilməsi,  Hidrometeorologiya 
və ətraf mühitin monitorinqi, № 3, Bakı, 2006,  s. 101-
106. 
28,60%
71,40%
mülayim
əhəmiyyətli
№ 
Su 
SÇİ-nin 
qiyməti 
Suyun 
keyfiyyət 
sinfi 

Təmiz 
0 - 1 


Zəif 
çirklənmiş 
1 - 2 
II 

Mülayim 
çirklənmiş 
2 - 4 
III 

Çirklənmiş 
4 - 6 
IV 

Güclü 
çirklənmiş 
6 - 10 


Fövqəladə 
çirklənmiş 
> 10 
VI 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
76                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
3. Azərbaycanın regionları, Azərbaycan Respublika-
sının  Dövlət  Statistika  Komitəsi  (2016,  28  oktyabr). 
Mənbə: http://www.stat.gov.az/source/regions/. 
4. Budaqov B.Ə., Qəribov Y.Ə. Təbii landşaftların 
antropogenləşməsinin  əsas  istiqamətləri,  Azərbaycan 
Respublikasının  konstruktiv  coğrafiyası,  Bakı,  Elm, 
2000, s. 158-170. 
5. Budaqov B.Ə. Azərbaycan Respublikası  ərazisi-
nin  ekoloji-coğrafi  rayonlaşdırılması  xəritəsi,  Bakı, 
2007. 
6. İmanov F.Ə., Verdiyev R.H. İctimaiyyətin iştirakı 
ilə  Xəzər  dənizinə  tökülən  kiçik  çayların  mühafizəsi, 
Bakı, 2006, s. 108. 
7.  Məmmədov  R.M.,  Abduyev  M.A.  Azərbaycan 
Respublikasının dağ çaylarından su ilə təminatının eko-
loji  təhlükəsizliyinin  qiymətləndirilməsi,  AMEA-nın 
Xəbərləri, Yer elmləri, №1, 2012, s. 49-54. 
8. Xəlilov M.Y. Bitki örtüyünün antropogen dəyiş-
məsi və bərpası. Azərbaycan Respublikasının konstruk-
tiv coğrafiyası, Bakı, Elm, 2000, s. 131-157. 
9. Алексеевский Н.И., Гриневский С.О., Ефремов 
П.В., Заславская М.Б., Григорьева И.Л. Малые реки 
и экологическое состояние территории, Водные ре-
сурсы, 2003, т.30, №5, с. 586-595. 
10.  Метод  комплексной  оценки  степени  загряз-
ненности  поверхностных  вод  по  гидрохимическим 
показателям,  Руководящий  документ,  Методичес-
кие указания, 2002, РД 52.24.643. 
11. Никаноров А.М., Брызгало В.А., Черногаева 
Г.М.  Антропогенно-измененный  природный  фон  и 
его формирование в пресноводных экосистемах Рос-
сии, Метеорология и гидрология, 2007, №11, с. 62-
79. 
12.  Скорняков  В.А.  Учет  распределения  антро-
погенных факторов и антропогенных нагрузок при 
оценке качества воды, Проблемы гидрологии и гид-
роэкологии, Изд. МГУ, 1999, т.1, с. 238-261. 
13. Фащук Д.Я. Оценка антропогенной нагрузки 
на  водосборы  Черного  и  Азовского  морей  (геогра-
фо-экологический  подход),  Водные  ресурсы,  1998, 
т.25, №6, с. 694-711. 
 
ОЦЕНКА ЭКОГЕОГРАФИЧЕСКОГО 
СОСТОЯ НИЯ РЕЧНЫХ БАССЕЙНОВ 
ЛЯНКЯРАНСКОЙ ПРИРОДНОЙ ОБЛАСТИ 
А.А.Меликов 
Для  оценки  экогеографического  состояния  на 
речных  бассейнов  использованы  данные  по  плот-
ности  населения  (чел/км
2
)  и  поголовью  скота  (жи-
вотных/км
2
), лесистость и коэффициент антропоге-
низации водосбора, также сброс в реки сточных вод. 
Выявлено,  что  интегральное  изменение  состояния 
рек соответствует сумме экспертных баллов (СБ) по 
каждому виду антропогенных нагрузок. Классы сла-
бой, умеренной и значительной антропогенной наг-
рузки  можно  выделять  при  СБ=5-10;  11-15;  16-20 
баллов  соответственно.  Проведенное  исследование 
показывает,  что  в  пределах  изучаемых  бассейнов 
сумма  экспертных  баллов  изменяется  от  11  до  19 
баллов. Выявлено, что 28,6 % исследуемых рек под-
вержено умеренной а 71,4 % значительной степени 
антропогенной  нагрузке.  По  индексу  загрязнения 
речные воды отнесены, в основном, к умеренно заг-
рязненным и загрязненным (III и IV класс). 
 
ASSESSMENT OF THE ECOGEOGRAPHIC 
STATE OF RIVER BASINS IN THE LANKARAN 
NATURAL AREA 
A.A.Malikov 
To assess the ecogeographic state at the river basins 
using  data  on  population  density  (people/km
2
)  and 
livestock  (animals/km
2
),  forest  cover  and  watershed 
anthropogenization factor also discharge into the waste 
water of the river. It was revealed that the integral chan-
ge in the state of rivers correspond to the amount of ex-
pert scores (SB) for each type of anthropogenic pressu-
res.  Classes  weak,  moderate  and  significant  anthropo-
genic load can be recovered when SB = 5-10; 11-15; 16-
20 points respectively. The study shows that within the 
studied basins amount of expert points varies from 11 to 
19 points. It was revealed that 28,6% of the study of ri-
vers  subject  to  moderate  and  71,4%  largely  anthro-
pogenic load. According to the index of pollution river 
water attributed mostly to moderately polluted and pol-
luted (III and IV class). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə