Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə43/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   39   40   41   42   43   44   45   46   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 79 
 
küləyin  sürəti,  intensivliyi,  enerji  şəbəkəsinə  ya-
xınlığı, relyefin əlverişliliyi, nəqliyyat vəziyyəti və 
s. kimi amillər KES-lərin yerləşdiriləcəyi ərazilərin 
təyin edilməsi üçün əsas şərtlərdir. Bu parametrlər 
stansiyanın  qurulması  üçün  müəyyən  edilən 
məbləğdən  əlavə  maliyyə  xərcinin  qarşısını  alır. 
Seçilən  ərazidə  KES-ləri  qurmazdan  əvvəl,  ilk 
olaraq, ərazidə küləyin ən az 1 il, yaxud çoxillik (5-
10  illik)  sürəti,  gücü  və  istiqamət  göstəricilərini 
müəyyən  etmək  üçün  meteoroloji  ölçmə  işləri 
aparılmalıdır.  Nəticədə  ərazidə  küləyin  sürəti, 
hakim istiqaməti, intensivliyi, enerji potensial gücü 
təyin  edilərək  mühüm  iqtisadi  və  ekoloji  qiymət-
ləndirmədən sonra ərazidə KES-in qurulması üçün 
səmərəlilik  dərəcəsi  müəyyən  edilir.  Külək  sürət 
bölgüsünə görə, Abşeronda 10-20 m yüksəklikdəki 
ortaillik külək sürət xəritəsinə  nəzərən, ərazidə kü-
lək sürətinin 2-7 m/s arasında tərəddüdünü nəzərə 
alaraq ərazi 6 fərqli zonaya bölünmüşdür. İqtisadi 
rayonda küləyin sürəti geniş ərazidə 3-5 m/s, ensiz 
sahədə  isə  5-7  m/s  arasındakı  əraziləri  əhatə  edir 
(şəkil 1) [3]. 
Küləyin gücü və davamiyyətinə görə təyin olu-
nan külək intensivliyi hər hansı bir sahədə qurulan 
KES-lərdən istifadə yerinin seçilməsi üçün əsas tə-
yinedici  amil  olaraq  götürülür  (şəkil  2).  Bununla 
yanaşı,  investisiya  qoyulmazdan  əvvəl  seçilən 
ərazidə  torpağın  qiyməti  (qrafik  1)  və  istehsal 
edilən  elektrik  enerjisinin  iqtisadi  səmərəliliyi  də 
təhlil edilməlidir. İqtisadi rayonda külək intensiv-
liyi  ümumi  respublika  üzrə  sürəti  orta  və  güclü 
olmaqla 3.5-7 m/s arasında dəyişir. Zəif gücə malik 
küləklər (2-4 m/s) Abşeronun qərb hissəsində ilin 
100-110  gününü  əhatə  etdiyindən  KES-lərin 
qurulması üçün iqtisadi cəhətdən əlverişsiz sayılır 
(şəkil 1). Lakin ərazidə KES-lərin qurulması plan-
laşdırılarsa, bunun yalnız hibrid (külək və günəşlə 
birgə) şəkildə inşa edilməsi əhəmiyyətli olar. 
KES-lərin istifadə yeri seçimində küləyin sürə-
tinin əlverişliliyi ilə yanaşı, küləklərin davamiyyəti 
və istiqaməti əsas parametr olaraq nəzərə alınır. Bu 
amil ərazidə ortaillik külək sürətinin 2-7  m/s ara-
sında dəyişmə aralığına görə 6 sinif müəyyən edil-
mişdir. Bu potensial küləyin həm sürəti, həm də in-
tensivliyinə uyğun olaraq ayrılmışdır. Belə ki, kü-
lək rejiminin bölgüsünə görə iqtisadi rayonun ümu-
mi ərazisi üzrə (5,9 min. km
2
) ortaillik sürət 4.1 m/s 
təşkil edir. 
Külək  enerjisindən  istifadə  yerinin  seçimində 
əlverişlilik baxımından nəzərə alınması vacib olan 
digər  parametr  ərazinin  relyefidir.  Yer  seçimində 
bu amilin təsiri ərazinin ətraf mühit və relyef sinif-
ləndirilməsinə uyğun əlverişli ərazi seçiminə əsas-
lanır. Tədqiqat sahəsində relyef qiymətləndirilmə-
sinə əsasən rayonun 1.34 min km
2
 (22.83%) ərazisi 
nəzəri cəhətdən KES-lərin qurulması üçün səmərə-
lidir. Bu ərazilər xəritədə göstərilən yüksəkyararlı 
və qismən ortayararlı əraziləri əhatə edir (şəkil 3). 
Elektrik nəql xətləri və transformator mərkəzlə-
rinə qədər olan məsafə KES-lərdən istifadə yeri se-
çimində qismən nəzərə alınan digər xüsusiyyətdir. 
Çünki  stansiyalardan  elektrik  xətlərinin  şəbəkəyə 
qədər olan hissəsi əsasən yerüstü çəkildiyindən ya-
tırılan investisiyaya qənaət edilsə də, elektrik xətlə-
rinə uzaqlıq məsafəsindən asılı olaraq enerji itkisi-
nə də səbəb olur. Energetika Nazirliyinin ölkə üzrə 
enerji nəql xətlərinin paylanması məlumatlarından 
istifadə  etməklə  iqtisadi  rayonun  elektrik  enerji  
nəql xətlərindən uzaqlıq məsafəsinə müvafiq bölgü 
əsasında ərazidə 2 fərqli zona müəyyən edilmişdir.
 
 
Şəkil 1. Abşeron iqtiadi rayonunun külək xəritəsi 
(10-20 m H.)
 
Şəkil 2. Abşeron iqtisadi rayonunda küləyin intensivliyi 
xəritəsi 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
80                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
    
 
 
 
 
   
   
Rayonun  28%  ərazisi  qurulacaq  KES-dən  orta 
hesabla 1 km-ə qədər məsafə uzaqlığındadır. Rayo-
nun  digər  sahələrində  qurulacaq  KES-in  elektrik 
xətlərinə uzaqlıq məsafəsi orta hesabla ən az 1000, 
ən çox isə 4000 metr arasında dəyişir (şəkil 4). 
Külək elektrik stansiyalarından istifadə yerinin 
seçilməsi üçün yüksəklik dəyəri və ərazinin topo-
qrafiq meyil xüsusiyyətləri və əlverişsiz relyef də 
əhəmiyyətli  dərəcədə  rol  oynayır.  Bu  baxımdan 
Amerika alimləri Mora və Vahrson  tərəfindən ha-
zırlanmış  üsula  əsasən  meyil  dərəcəsinə  müvafiq 
ərazi çox aşağı, aşağı, orta, yüksək və çox yüksək 
olmaq üzrə 5 sinifə ayrılır [9]. KES-lərin qurulması 
üçün ən uyğun meyil aşağı və orta yamac sinifləri 
(1-15  dərəcə)  təşkil  edir.  Abşeronda  bu  meyillik 
sinfi 3.95 min km
2
 (67%) nisbətində ərazini əhatə 
edir (şəkil 6). Nəzəri olaraq küləyin sürəti ərazinin 
relyefindən asılı olaraq 10 m hündürlükdəki səviy-
yəsində  külək  sürəti  hündürlüyə  doğru  (50m<) 
Şəkil 3. Abşeron iqtisadi rayonunda küləyin sürət 
bölgüsünə görə yararlılıq xəritəsi 
 
Şəkil 4. Abşeron yarımadasının elektrik 
şəbəkəsi [9]
 
Şəkil 5. Baxarlılıq xəritəsi
 
Şəkil 6. Meyillilik xəritəsi
 
Şəkil 7. Yeni Yaşma 
KES
 
Qrafik 1. Abşeron iqtisadi rayonunda torpağın 
qiyməti (2016) (1 sot*AZN
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə