Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə40/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   36   37   38   39   40   41   42   43   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 73 
 
 
Şəkil 2. Heyvanların sıxlığına görə çay 
hövzələrinin ekocoğrafi vəziyyətinin    
qiymətləndirilməsi (2015-ci il

Hövzənin meşəlilik dərəcəsi də ekocoğrafi və-
ziyyətə təsir göstərir. Meşə ehtiyatlarının istifadəsi 
maye və asılı gətirmələr, həmçinin həll olmuş mad-
dələrin illik və fəsillik axımının çoxillik dəyişmə-
sinə  təsir  göstərir.  Meşələrin  qırılması  və  bərpası 
torpaqdakı  məhlulun  pH  göstəricisinin  dəyişməsi 
və ağır metalların miqrasiyasının zonal xüsusiyyət-
lərinin pozulması ilə müşahidə olunur. N.İ. Alekse-
yevskiyə [9] görə, bu tip antropogen yüklənmənin 
çaylara təsirini müəyyən etmək çox çətindir. Odur 
ki, onun axıma təsiri yalnız təxmini olaraq bal dərə-
cəsi ilə müəyyən edilə bilər. XX əsrin əvvəllərində 
respublikamızın  çay  hövzələrində  meşəlilik  35% 
təşkil  etmşdir  [8].  Bu  qiymət  “0”  bal  kimi  qəbul 
edilə bilər. Meşəlilik 35%-dən çox olduqda axımın 
dəyişməsinə  meşənin  müsbət  təsir  göstərməsi  –1 
balla,  meşəlilik  35%-dən  az  olduqda  isə  meşənin 
mənfi  təsir  göstərməsi  +1 balla ifadə  olunur.  Çay 
hövzələrinin yalnız 28,6%-ni təşkil edən Təngərü-
çay və Astaraçay hövzələrində meşəlilik 35%-dən 
çoxdur. Ona görə də həmin çay hövzələrində meşə-
nin axıma müsbət təsir göstərməsi –1 bal qiymət-
ləndirilmişdir. Digər çay hövzələrində isə meşəlilik 
35%-dən  az  olduğu  üçün  meşənin  axıma  mənfi 
təsir göstərməsi +1 balla ifadə olunmuşdur (cədvəl 
2).    
Çay  hövzələrinin  ekocoğrafi  vəziyyətinin  qiy-
mətləndirilmə göstəricilərindən biri də ərazinin an-
tropogenləşmə dərəcəsi hesab olunur [1, 9]. Antro-
pogenləşmə  dərəcəsinin  artması  su  obyektlərində 
axımın il ərzində paylanmasının, asılı gətirmələr və 
çirkləndirici maddələr axımının çoxalmasına səbəb 
olur. B.Ə. Budaqov və Y.Ə. Qəribovun [4] tədqi-
qatına  görə,  respublika  ərazisinin  antropogenləş-
məsi şaquli zonallığa uyğun olaraq çayların mənsə-
bindən mənbəyinə doğru dəyişir və yüksəklik art-
dıqca  hövzələrin  antropogenləşmə  əmsalı  əsasən 
kiçilir.  Çayların  aşağı  axınında  antropogenləşmə 
əmsalı 0,8-0,9 arasında, orta axınında 0,3-0,6 ara-
sında, yuxarı axınında isə 0,1-0,2 arasında dəyişir 
[1, 4]. 
Lənkəran  təbii  vilayətində  Bolqarçay  hövzəsi 
antropogenləşməyə  daha  erkən  dövrlərdə  məruz 
qalmış, eroziya proseslərinin intensivliyi artmış və 
nəticədə  torpaqların  münbitlik  götəriciləri  pisləş-
mişdir [2]. Çayın suyu suvarma məqsədi ilə geniş 
istifadə  olunduğundan  1965-ci  ildə  Bolqarçay  su 
anbarı inşa olunmuşdur. 
 
 
Cədvəl 2 
Lənkəran təbii vilayətində çay hövzələrinin antropogen yüklənməsinin qiymətləndirilməsi 
№ 
Çayın adı 
Antropogen yüklənmə 
(balla) 
Bal-
ların 
cəmi 
Antropogen 
yüklənmənin 
intensivliyi 
Əhalinin 
sıxlığı 
Heyvanların 
sıxlığı 
Meşə-
lilik 
Antropo-
genləşmə 
Axıdılan çirkab 
suları 
Dərəcə 
Si-
nif 

Bolqarçay 


+1 


11 
müla-
yim 
III 

İncəçay 


+1 


19 
əhəmiy-
yətli 
IV 

Viləşçay 


+1 


19 
əhəmiy-
yətli 
IV 

Lənkəran-
çay 


+1 


18 
əhəmiy-
yətli 
IV 

Təngərüçay 


+1 


19 
əhəmiy-
yətli 
IV 

Boladıçay 


–1 
 


17 
 
əhəmiy-
yətli 
IV 

Astaraçay 


- 1 


14 
müla-
yim 
III 
 
 
 
 
 
 
 
14,30%
14,30%
71,40%
2 bal
5 bal
6 bal


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
74                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Yaşayış  məntəqələrinin  arasından  keçən  çayın 
çirkab suları və bərk-məişət tullantıları ilə çirklən-
məsi, o cümlədən sahil mühafizə zonalarının sakin-
lər  tərəfindən  qanunsuz  olaraq  mənimsənilməsi, 
ərazinin  əhali  tərəfindən  daha  sıx  məskunlaşması 
antropogenləşmə dərəcəsini artırmışdır. Digər çay 
hövzələrindən fərqli olaraq Viləşçayın hövzəsi in-
sanın  təsərrüfat  fəaliyyətinə  daha  çox  məruz  qal-
mışdır [6]. Ərazinin düzən dağətəyi və alçaqdağlı-
ğında qırılmış meşələrin yerində əkin sahələri, örüş 
və biçənəklər yayılmışdır. Bu çay sistemində insa-
nın təsərrüfat fəaliyyəti, xüsusilə də əkinçilik ənə-
nəvi yay otlaqlarını da qismən əhatə etmişdir (Yar-
dımlı  rayonu  ərazisində).  Apardığımız  müşahidə-
lərə  əsasən  məlum  oldu  ki,  Viləşçay  hövzəsində 
son  zamanlar  yaradılan  bir  çox  istirahət-turizm 
komplekslərinin və qum-çınqıl karxanalarının fəa-
liyyəti  nəticəsində  hövzəyə  göstərilən  antropogen 
təsirlər bir qədər də artaraq buradakı ekoloji vəziy-
yəti  daha  da  gərginləşdirmişdir.  Lənkərançayın 
hövzəsində təbii vilayətin ekoloji durumu üçün bö-
yük  əhəmiyyət  kəsb  edən  su  və  torpaqqoruyucu 
funksiyaya malik nadir (endemik) bitki tərkibindən 
ibarət  olan  Hirkan  tipli  meşələrin  də  çox  hissəsi 
toplanmışdır. Hazırda ərazidə təbii qazın məhdud-
luğuna görə bu meşələrin də böyük bir hissəsinin 
qırılması müşahidə olunur. Lənkərançayın hövzə-
sində  çayçılıq,  sitrusçuluq,  tərəvəzçilik  üçün  mü-
hüm torpaq tipləri olan sarı dağ-meşə, sarı podzollu 
və  sarı  podzollu-qleyli  torpaqların  böyük  hissəsi 
cəmləşdiyindən əhali burada sıx məskunlaşmışdır. 
Məşğuliyyəti əsasən əkinçilik və bağçılıq, qismən 
də heyvandarlıq olan  əhalinin çay hövzəsinə gös-
tərdiyi  antropogen  təsirlər  ildən-ilə  sürətlənir.  Bu 
proses əhalinin təbii artımı ilə əlaqədar olaraq yeni 
torpaq sahələrinin mənimsənilməsi məqsədi ilə sa-
kinlər tərəfindən çayın sahil mühafizə zonalarının 
qanunsuz olaraq zəbt edilməsi ilə bir qədər də ge-
nişlənir. Təngərüçayın hövzəsinin bəzi sahələrində 
meşələrin qırıldığı talalarda eroziya prosesinin in-
tensiv getməsi antropogen faktorlarla yanaşı, həm-
çinin hövzənin yüksək meyilliyi ilə də izah olunur. 
Hövzədə son vaxtlar yaradılan qum-çınqıl karxana-
sının fəaliyyəti (Astara rayonunun Vaqo kəndi) nə-
ticəsində  buradakı  ekocoğrafi  vəziyyət  gərginləş-
məkdə davam edir. Digər çay hövzələrindən fərqli 
olaraq Astaraçayın hövzəsinin çox hissəsi meşələr-
lə  örtülü  olsa  da,  meşə  sahələrindən  təmizlənmiş 
torpaqlarda çay, sitrus əkinləri meşə biogeosenoz-
larının ekoloji funksiyasını daşımaq iqtidarında ol-
madığından plantasiyalarda və açıq sahələrdə ero-
ziya prosesi getmişdir. Eroziya prosesləri hövzənin 
sutoplayıcı hissəsində, yüksəkdağlığın dağ-çəmən-
boz  torpaqlarında  və  meşənin  yuxarı  sərhədində, 
meşəsizləşmiş ərazilərdə daha intensiv xarakter al-
mışdır.  
N.İ. Alekseyevskiyə [9] görə, antropogenləşmə 
əmsalı 0,2-dən kiçik olduqda, hövzənin yüklənmə-
si təbii kimi qəbul edilərək 1 bal götürülür. Əmsal 
0,2-0,4 arasında olduqda 2 bal, 0,41-0,60 arasında 
olduqda  3  bal,  0,61-0,80  arasında  olduqda  4  bal, 
0,81-dən  böyük  olduqda  isə  5  bal  qəbul  edilir. 
Mənbədən mənsəbə doğru antropogenləşmə dərə-
cəsinin qeyd edilən istiqamətdə dəyişməsini nəzərə 
alsaq, Lənkəran təbii vilayətində çay hövzələrinin 
antropogenləşmə əmsalının qiymətini orta hesabla 
0,5 qəbul edə bilərik ki, bu da 3 ballıq antropogen 
yüklənməyə uyğun gəlir. 
Suyun  keyfiyyəti  əhəmiyyətli  dərəcədə  onlara 
axıdılan  çirkab  sularının  miqdarından  da  asılıdır. 
Respublikadakı 65 iri şəhər və rayon mərkəzlərin-
dən  yalnız  25-də  kanalizasiya  sistemi  mövcuddur 
ki,  bunun  da  17-də  təmizləyici  qurğular  vardır. 
Azərbaycanın su obyektlərinə ildə 73,3 mln. m
3
 su 
axıdılır ki, bunun 25,3 mln. m
3
-i çirkab sularının, 
48 mln. m
3
-i müəyyən təmizləmə prosesi keçən su-
ların payına düşür [7].  
Ümumiyyətlə,  çaylara  axıdılan  çirkab  suları, 
adətən, 2 göstərici ilə qiymətləndirilir [12]: 
1) 
Çaya  axıdılan  çirkab  suyunun  çayın  illik 
axımına nisbəti; 
2) 
Çay axımının 1 m
3
-nə düşən çirkab suyu-
nun həcmi. 
Tədqiq olunan  çayların, demək olar ki, hamısı 
az və ya çox dərəcədə bu növ antropogen yüklən-
məyə  məruz  qalır.  Bir  qayda  olaraq,  hövzəsində 
müxtəlif  növ  antropogen  fəaliyyət  inkişaf  edən 
çayların 2-5 bal arasında çirklənməyə  məruz qal-
dığı  göstərilir.  Hər  bir  çaya  axıdılan  çirkab  sula-
rının həcmi barədə məlumatların az olmasını və on-
ların illik axıma olan nisbətini təyin etməyin çətin-
liyini nəzərə alsaq, tədqiq olunan çayların çirklən-
mə dərəcəsini orta hesabla 3 bal qiymətləndirmək 
olar [9]. F.Ə. İmanov və R.H. Verdiyev [6] qeyd 
edirlər ki, Azərbaycan ərazisindən Xəzər dənizinə 
tökülən kiçik çaylara çirkab suları axıdılsa da, hə-
min suların həcmi çayların axım həcmi ilə müqa-
yisədə xeyli kiçikdir. 
M.A.Abduyevin [1] tədqiqatına görə, respubli-
kada çay hövzələrinin 2%-nin zəif, 25%-nin müla-
yim, 73%-nin isə əhəmiyyətli dərəcədə antropogen 
yüklənməyə məruz qaldığı aşkar edilmişdir. Bu ba-
xımdan çay suları çirklənmə indeksinə görə əsasən 
mülayim  çirklənmiş  (III  sinif)  və  çirklənmiş  (IV 
sinif) sulara aiddir.  
Qeyd edilən antropogen yüklənməyə (çay höv-
zələrinin hər km
2
-nə düşən əhalinin və heyvanların 
sıxlığı, hövzənin meşəlilik əmsalı, antropogenləş-
mə  əmsalı  və  çaylara  axıdılan  çirkab  suları)  görə 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə