Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə36/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   32   33   34   35   36   37   38   39   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
66                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
inkişafı ya dayanır, ya da onlar xəstəliyə tutulurlar. 
Məsələn,  Bor  (B)  elementi  bitkinin  boy  hüceyrə-
lərində karbohidratların hərəkətinə təsir edərək bu 
hüceyrələrin  bölünməsinə  və  böyüməsinə  kömək 
edir. Mis (Cu) isə fosforlu gübrələrin bitkilər tərə-
findən  mənimsənilməsində  stimullaşdırıcı  rol  oy-
nayır. Onun torpaqda çatışmaması torpaqda müxtə-
lif  xəstəliklərin  yaranmasına  səbəb  olur.  Belə  ki, 
kənd təsərrüfatı bitkilərini xəstəliklərdən (oydium, 
mildium) qorumaq üçün onları mis-sulfat duzunun 
qarışığı  olan  duzlu  məhlul  ilə  çiləmək  lazımdır. 
Manqan  (Mn)  dəmirlə  birlikdə  bitkilərin  tənəffüs 
prosesinə  müsbət  təsir  göstərir.  Bitkilər  manqan 
birləşmələrini həm kökləri, həm də yarpaqları vasi-
təsilə qəbul edirlər. Onun miqdarı torpaqda kifayət 
qədər  olmadıqda  bitkilərin  azotla  qidalanması  və 
oksigendən istifadəsi zəifləyir. Molibden (Mo) bit-
kilərdə  amin  turşularının  və  zülalın  sintezə  qədər 
gedən  biosintez  proseslərində  fəal  iştirak  edir  və 
havanın molekulyar azotunun mənimsənilməsində 
kök  yumrucuq  bakteriyalarının, azot  və  qlostridi-
um  bakteriyalarının  fəaliyyətini  gücləndirir.  Yar-
paqların rənglərinin dəyişib sarımtıl-yaşıl rəng al-
ması və tökülməsi Mo-nın miqdarının azlığına işa-
rədir.  Kobalt  (Co)  bitkilərin  quraqlığa  davamlı-
lığını artırır və o bir çox fermentlərin fəal hissəsini 
təşkil  edir.  Sink  (Zn)  karbohidroza  fermentinin 
tərkibinə daxil olub karbonat turşusu reaksiyasının 
(H
2
O
3
:H
2
O+CO
2
)  gedişinə  katalizator  kimi  təsir 
göstərir.  Bitkilərdə  fosforlu  birləşmələrin,  karbo-
hidratların və zülalların mübadiləsində sinkin bö-
yük əhəmiyyəti vardır. Onun çatışmazlığı səbəbin-
dən  bitkilərin  gövdəsində  qeyri-üzvi  fosfor  topla-
nır, karbohidratların mübadiləsi pozulur, nəticədə 
bitkidə qlükoza və fruktozanın miqdarı çoxalır. Sa-
xaroza  və  nişastanın  miqdarı  azalır.  Dəmir  (Fe) 
mikroelementlər içərisində ən geniş yayılmış fay-
dalı element sayılır. O, bitkilərin gövdəsində kali-
um elementi ilə birlikdə həm möhkəmlik, həm də 
elastiklik  yaradır.  Onun  çatışmaması  isə  meyvə 
ağaclarında “xloroz” adlı xəstəlik yaradır [8]. 
Müzakirə.  Tədqiqat  zamanı  mədənlərdə  top-
lanmış töküntü süxurlarının və torpaq qırıntılarının 
üzərində  bitən  bitkilərin  boy  artmasında  və  məh-
suldarlığında mühim rol oynayan Ti, Mn, Cu, Zn, 
Co,  Ni,  Fe,  B,  Mo  kimi  bir  sıra  mikroelementlər 
öyrənilmişdir. Bu elementlərin miqdarının töküntü 
süxurlarında  öyrənilməsində  əsas  məqsəd  bitkilə-
rin inkişafında onların rolunu aşkar etməkdir [7]. 
Analitik  təhlillərdən  göründüyü  kimi,  tullantı 
süxurlarının  tərkibində  üstün  yeri  Fe,  Ti  və  Cu 
tutur. Şimal-şərq mədənlərində Fe-ın miqdarı yük-
sək olub, 0,406-1,123% arasında dəyişir. Ti və Cu 
miqdarı isə, müvafiq olaraq, 0,19-0,451 və 0,014-
0,047%  arasında  dəyişir.  Tullantılarda  dəmir  ele-
mentinin  miqdarının  yüksək  olması  mədənlərdə 
əsasən dəmir filizinin hasilatı ilə əlaqədardır. Digər 
mikroelementlərin miqdarı cüzi olub ya faizin min-
də birinə bərabərdir, ya da ondan da azdır (cədvəl 
1). 
 
 
Cədvəl 1 
Daşkəsən rayonu ərazisindəki mədənlərin tullantıxanalarından götürülmüş süxur nümunələrində 
mikroelementlərin miqdarı (mütləq quru tullantı süxurlarında, %-lə) 
 
 
Nümunə meydançaları 
Kəsimin N-si 
Dər
inl
ik, 
sm
 
Ti
 
Mn
 
V
 
Cu
 
Zn
 
Co
 
Ni
 
Fe
 
B
 
Mo
 
Şimal-qərb mədəninin şimal 
yamacının orta hissəsi 
K-12 
0-30 
0
,4
5
1
 
0
,3
5
7
 
0
,0
1
3
 
0
,0
1
4
 

0
,0
0
1
 
0
,0
0
2
 
0
,4
5
9
 
0
,0
3
7
 

Zəylik alunit tullantılarının 
qərb qanadı 
K-5 
0-30 
0
,1
8
5
 
0
,0
9
2
 
0
,0
1
1
 
0
,0
1
7
 
0
,0
1
1
 
0
,0
0
3
 
0
,0
0
1
 
0
,6
6
7
 
0
,0
1
9
 

Zəylik alunit yatağının 
cənub hissəsinin orta qanadı 
K-4 
0-30 
0
,3
9
1
 
0
,0
1
5
 
0
,0
0
9
 
0
,0
2
3
 
0
,0
1
3
 
0
,0
0
4
 
0
,0
2
1
 
0
,4
0
6
 
0
,0
3
1
 
0
,0
0
1
 
Şimal-şərq mədənlərinin I 
sahəsi 
K-1 
0-30 
0
,3
2
 
0
,0
3
7
 
0
,0
1
4
 
0
,0
4
7
 
0
,0
8
7
 
0
,0
0
2
 
0
,0
0
2
 
1
,0
2
1
 
0
,0
4
1
 

Şimal-şərq mədənlərinin II 
sahəsi 
K-2 
0-30 
0
,1
9
 
0
,0
4
1
 
0
,0
1
3
 
0
,0
4
4
 
0
,0
6
7
 
0
,0
0
2
 
0
,0
0
3
 
1
,1
2
3
 
0
,0
3
1
 

Şimal-şərq mədənlərinin III 
sahəsi 
K-3 
0-30 
0
,2
9
 
0
,4
0
 
0
,0
1
2
 
0
,0
4
7
 
0
,0
9
3
 
0
,0
0
3
 
0
,0
0
4
 
1
,0
1
9
 
0
,0
2
4
 



Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə