Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə33/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   29   30   31   32   33   34   35   36   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 61 
 
edir (aşağı qatlarda). Münbitliyin əsas əlamətlərin-
dən olan humusun miqdarı üst qatlarda çox da yük-
sək olmayıb 2,37-2,19% təşkil edir ki, bu da üzvi 
çöküntülərin  torpaq  səthində  az  toplanması,  bitki 
qalıqlarının isti iqlim şəraitində sürətli minerallaş-
ması ilə əlaqədardır. Torpağın profili karbonatlıdır, 
mühit reaksiyası zəif qələvidir (pH 8,1-8,8). Tor-
paq profilinin yarımmetrlik qatında udulmuş əsas-
ların cəmi 35,51 mq/ekv təşkil edir. Ondan üstün-
lüyü Ca kationu tutur. Udulmuş əsaslar cəmindən 
Na kationun miqdarının üst qatlarda 1,95 mq/ekv 
və ya 6,54 % təşkil etməsi onu göstərir ki, bu tor-
paqlar zəif şorakətləşmişdir (cədvəl 1). Cədvəl 1-
dən  görünür  ki,  adi  boz-qəhvəyi  torpaqlar  şorlaş-
mamışdır (quru qalıq 0,050-0,105%). 
Qədimdən  suvarılan  çəmən-boz-qəhvəyi  tor-
paqlar massivin cənub-qərb hissəsinin mərkəzində, 
Küryanı xırdatəpəli düzənlikdə yayılmaqla ümumi 
ərazinin 9940 hektarını və ya 42,3 %-ni təşkil edir. 
Relyefi kiçik hündürlüklü qalxma və çökəkliklər-
dən ibarətdir. Təbii bitkiliyində yovşanlı-efemerli, 
yovşanlı-şoranqəli-müxtəlif efemer qarışıq forma-
siyaları  üstünlük  təşkil  edir.  Torpaqəmələgətirən 
süxurları  prolüvial,  allüvial  çöküntülərin  gipsli, 
karbonatlı gillicələrdən ibarətdir. Torpaq profilinin 
aşağı qatlarında səthə yaxın qrunt sularının təsiri ilə 
pas  ləkələrin,  bir  qədər  mavi  ləkələrin  olması  çə-
mənləşmənin  olduğunu  göstərir.  Bu  torpaqların 
morfoloji-genetik  əlamətlərinin  kökündə  geoxro-
noloji zaman ərzində təbii yolla torpaqdakı əlamət-
lərin formalaşması zonal qaydada getsə də, torpaq-
ların  profilində  becərmənin  suvarma  şəraitində 
aparıldığı üçün aydın nəzərə çarpan morfoloji də-
yişiklik  baş  vermişdir.  Suvarmanın  tarixi  bu  tor-
paqlarda 100 ilə qədərdir. Suvarma intensiv aparıl-
dığı üçün torpağın profilində suvarılmayan torpaq-
ların  profili  ilə  müqayisədə  suvarılan  torpaqlarda 
genetik  qatların  keçidliyində  tədricilik,  rənglərin 
qatlar  üzrə  seçilməsində  monotonluq  yaranmış, 
mexaniki hissəciklərin profildə aşağıya doğru miq-
rasiyası çoxalmış və beləliklə, orta və aşağı qatlar-
da qranulometrik tərkib ağırlaşmışdır. 
Bunlarla yanaşı, dənəvər torpaq layı və buna mü-
vafiq  olaraq  kökyanı  qidalanma  qatı  60-80  sm-ə 
qədər  dartılmış,  humus  qatının  rəngi  bir  qədər 
açıqlaşmış  (qəhvəyidən  qonura  tərəf),  humuslaş-
mış qatın dərinliyi 40-50 sm-ə qədər olmuş, qranu-
lometrik tərkib ağırlaşmışdır. Belə ki, fiziki gilin və 
lil  fraksiyasının  miqdarı  aşağı  qatlarda,  müvafiq 
olaraq, 70,68-72,50 və 41,22-41,90% təşkil etmiş-
dir (cədvəl 1). Aİı və Aİıı qatlarında strukturluluq 
topavarı-barıtvarı  və  topavarı-dənəvarilik  kəsb 
etmişdir. 
 
Cədvəl 1 
Ceyrançöl massivinin cənub-qərb Küryanı düzənliyi torpaqlarının kimyəvi xassələri 
Kəsimin 
nömrəsi 
Dərinlik, 
sm-lə 
Qranulometrik 
tərkib, %-lə 
Humus, 
%-lə 
Ümumi 
azot, %-
lə 
Udulmuş 
əsasların 
cəmi, 
mq/ekv 
Cəmindən, %-lə 
CO
2
-yə 
görə 
CaCO
3, 

pH- su 
suspen-
ziya-
sında 
Quru qalığa 
görə suda 
asan həll 
olunan 
duzlar, % 
Fiziki gil 
<0,01 mm 
Lil 
fraksiyası 
<0,001 mm 
Ca  
Mg  
Na  
Adi boz-qəhvəyi torpaqlar 
 
 
K-2 
0-15 
15-32 
32-53 
53-78 
78-110 
34,6 
44,38 
45,74 
33,94 
46,86 
21,20 
13,2 
16,88 
19,36 
8,21 
2,13 
1,37 
0,99 
0,48 
0,32 
0,07 
0,05 
0,03 


31,87 
33,91 
34,67 


83,15 
85,52 
85,08 


9,95 
7,96 
9,50 


6,90 
7,12 
5,42 


10,18 
20,36 
20,96 
13,24 
13,24 
7,5 
8,0 
8,0 
7,6 
7,6 
0,105 
0,100 
0,150 
0,165 
0,189 
K-3 
0-12 
12-26 
26-41 
41-50 
50-79 
79-115 
55,98 
53,90 
51,36 
49,76 
45,67 
66,75 
33,20 
32,66 
29,42 
27,60 
21,05 
27,03 
2,57 
1,02 
0,52 
0,27 
0,11 
0.11 
0,09 
0,07 
0,04 
0,03 


37,40 
26,85 
26,71 
33,81 


74,86 
68,9 
56,16 
60,63 


20,05 
24,21 
37,44 
34,01 


5,09 
6,89 
6,41 
5,36 


15,24 
10,18 
7,13 
5,09 
5,09 
5,09 
7,7 
7,6 
7,2 
8,0 
8,1 
8,2 
0,093 
0,202 
0,552 
0,821 (gips) 
2,041 (gips) 
2,189 (gips) 
Qədimdən suvarılan çəmən-boz-qəhvəyi torpaqlar  
 
 
K-3 
0-17 
17-33 
33-56 
56-80 
80-115 
41,00 
71,66 
72,50 
70,86 
71,85 
11,58 
41,22 
41,72 
41,91 
40,53 
2,90 
2,28 
1,84 
0,98 
0,61 
0,10 
0,08 
0,06 


49,54 
48,01 
50,13 


71,66 
73,94 
69,82 


22,20 
21,87 
27,93 


2,09 
4,19 
2,26 


3,05 
2,04 
12,22 
13,24 
14,05 
7,1 
6,9 
7,8 
7,9 
8,0 
0,081 
0,179 
0,586 
0,583 
0,599 
Subasar çəmən-meşə torpaqlar 
K-4 
0-15 
15-22 
22-30 
30-85 
85-110 
110-151 
50,0 
44,01 
49,02 
55,0 
33,11 
45,66 
20,02 
16,01 
12,10 
31,11 
11,13 
14,17 
6,45 
2,15 
1,59 
2,17 
0,95 
1,97 
0,37 
0,15 
0,12 



29,70 
19,2 
17,80 



64,0 
57,24 
57,30 



30,67 
38,57 
39,82 



5,32 
4,10 
2,78 
4,501 
4,930 
5,012 
6,704 
4,823 
7,215 
7,1 
7,4 
7,6 
7,7 
7,0 
7,8 
0,123 
0,104 
0,096 
0,117 
0,109 
0,168 
 
   


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə