Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə35/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   31   32   33   34   35   36   37   38   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
64                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ECONOMIC IMPORTANCE THE MAPPING 
OF SOILS OF SOUTH-WESTERN KURSIDE 
PLAIN OF THE JEYRANCHOL MASSIV 
I.A.Guliyev, G.Sh.Yagubov 
The comparative analysis of morphogenetic peculi-
arities of soils was carried out in the article. A large scale 
map (1:100000) of the soils of Kurside plain of the Jey-
ranchol massif was compiled on the bases of fund ma-
terials. Carried out comparative analysis and compiled 
map  have  a  great  importance  for  working  out  optimal 
methods of land use. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 65 
 
EKOCOĞRAFİYA 
© Z.İ.Eyyubova
 
KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI TEXNOGEN LANDŞAFTLARININ 
EKOGEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ (DAŞKƏSƏN VƏ GƏDƏBƏY RAYONLARI 
TİMSALINDA) 
Z.İ.Eyyubova 
AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ1143. Bakı, H.Cavid prosp., 115 
Kiçik Qafqazın şimal-şərq yamacının texnogen landşaftları Daşkəsən və Gədəbəy ra-
yonları timsalında öyrənilmiş, götürülmüş süxur, torpaq, su, bitki nümunələrinin analizi 
aparılmış, onların tərkibindəki kimyəvi elementlərin miqdarı müəyyənləşdirilmiş və alınan 
nəticələr uyğun elementlərin regional fondakı miqdarı ilə müqayisə edilmişdir. Hər iki ra-
yonun  mədən  tullantılarının  laboratoriya  analizi  göstərmişdir  ki,  nümunələrin  tərkibində 
toksik mikroelementlərin miqdarı çoxalmış, faydalı mikroelementlər isə azalmışdır. Məqa-
lədə tədqiqat ərazisinin səciyyəvi xüsusiyyətləri araşdırılmış, yaranan gərgin ekoloji vəziy-
yətin qarşısının alınması üçün təkliflər irəli sürülmüşdür. 
Giriş.  Azərbaycan  ərazisinin  landşaft-ekoloji 
xüsusiyyətləri,  relyefi,  geoloji  quruluşu,  hidroter-
mik  və  geokimyəvi  şəraiti  xeyli  rəngarəngdir. 
Landşaftda geokimyəvi şəraitin dəyişməsini göstə-
rən ən həssas indikator torpaqdır. Ən əsas element-
lərdən hesab edilən manqan, bor, dəmir, molibden, 
kobalt və sink torpağın tərkibində mövcuddur. Bu 
kimyəvi elementlərin miqdarının torpağın tərkibin-
də olduqca az miqdarda olmasına baxmayaraq, bit-
kilərin inkişafında, həmçinin insan və heyvanların 
sağlam və normal yaşayışı üçün rolu əvəzedilməz-
dir. Son illərdə aparılan tədqiqatlarla aşkar edilmiş-
dir ki, orqanizmlərin sağlam inkişafına təsiri baxı-
mından mikroelementlərin müsbət cəhətləri olduğu 
kimi, mənfi cəhətləri də vardır.  
Mikroelementlər böyümə, çoxalma,  qanəmələ-
gətirmə, maddələr mübadiləsi və b. həyati əhəmiy-
yətli proseslərdə mühüm rol oynayır. Bütün canlı-
lar  mikroelementləri  qida  məhsullarından,  sudan 
və atmosfer havasından  alırlar. Mikroelementlərin 
anomal  miqdarı  insan  orqanizmində  fermentlərin 
funksiyasının pozulmasına səbəb olur [4]. 
Müasir  mərhələdə  mikroelement  probleminin 
aktuallığı ətraf mühitin mis, ftor, arsen, kadmium, 
civə,  manqan,  molibden,  sink  və  b.  bu  kimi  ele-
mentlərlə  getdikcə  artan  çirklənməsi  nəticəsində 
gündəmə gəlmişdir. Toksik mikroelementlər qaza-
bənzər, maye və bərk tullantıların texnoloji emalı 
prosesində atmosfer havası və su ilə torpağa daxil 
olur ki, bu da şəhər və sənaye komplekslərində süni 
biogeokimyəvi mühitin yaranması ilə nəticələnir. 
Tədqiqat obyekti. Tədqiqat obyekti Daşkəsən 
və Gədəbəy rayonlarını əhatə edir. Daşkəsən rayo-
nunda  texnogen  tullantı  poliqonları  üzrə  şimal-
şərq, şimal-qərb,  cənubi Daşkəsən yataqları 1800-
2000 m, zəylik alunit yatağı isə 1700-2100 mütləq 
hündürlüklər  arasında  yerləşməklə,  1500  hektara 
yaxın  sahəni  tutur.  Gədəbəy  rayonu  üzrə  1400-
1700 m mütləq hündürlüklü ərazilərdə isə 237 hek-
tar sahəni  əhatə edir.    Kortəbii  amillərin təsiri  ilə 
təbii landşaftın nəinki torpaq-bitki örtüyü, eləcə də 
bütövlükdə  bütün  ünsürləri  texnogen  deformasi-
yaya  uğrayır,  nəticədə  təbii  geosistemin  yerində 
texnogen landşaftlar formalaşır.  
Təhlil. Ərazidə kimyəvi elementlərin miqdarı-
nın tullantı süxurlarının tərkibində yolverilən həd-
də olması gələcəkdə rekultivasiya yolu ilə torpaq-
bərpa işləri aparılan zaman nəzərə alınmalıdır. Belə 
ki, miqdarı yolverilən səviyyədə olan kimyəvi ele-
mentlər torpaqlarda münbitliyin yaranmasında, bit-
kilərin qidalanmasında və onların boy inkişafında 
stimullaşdırıcı rol oynayırlar. Yəni Co, Cu, Zn, S 
elementləri digər Ni, Mg, Mn, Ti, Mo kimi mikro-
elementlər  sırasına  daxil  olmaqla  becərilən  kənd 
təsərrüfatı bitkilərinin məhsuldarlığında və tam in-
kişaf kondisiyasına çatmasında müstəsna rola ma-
likdirlər. Tədqiq olunan mədənlərdəki tullantıların 
tərkibində  həmin  mikroelementlərin  göstərilən 
hədd daxilində olmaları texnogen törəmələrin sət-
hində fito və ya aqrosenozların yaradılmasında nə-
zərə alınacaqdır. Bundan başqa, rekultivasiya olu-
nacaq  sahələrdə  münbit  torpaq-qrunt  qatı  yaradıl-
ması zamanı tullantı süxurlarının tərkibindəki bit-
kilərin normal inkişafında stimullaşdırıcı rol oyna-
yan mikroelementlərin kəmiyyəti ilə yanaşı, onla-
rın aqrobioloji xassələri də öyrənilməlidir. 
Mikroelementlər  bitkilərin  həyat  proseslərinin 
kökündə  dayanır.  Bitkilər  üçün  zəruri  olan,  lakin 
onların çox cüzi miqdarda qəbul etdikləri maddələr 
də  vardır  ki,  bu  maddələr  olmadıqda  onların  boy 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə