Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
79
küləyin sürəti, intensivliyi, enerji şəbəkəsinə ya-
xınlığı, relyefin əlverişliliyi, nəqliyyat vəziyyəti və
s. kimi amillər KES-lərin yerləşdiriləcəyi ərazilərin
təyin edilməsi üçün əsas şərtlərdir. Bu parametrlər
stansiyanın qurulması üçün müəyyən edilən
məbləğdən əlavə maliyyə xərcinin qarşısını alır.
Seçilən ərazidə KES-ləri qurmazdan əvvəl, ilk
olaraq, ərazidə küləyin ən az 1 il, yaxud çoxillik (5-
10 illik) sürəti, gücü və istiqamət göstəricilərini
müəyyən etmək üçün meteoroloji ölçmə işləri
aparılmalıdır. Nəticədə ərazidə küləyin sürəti,
hakim istiqaməti, intensivliyi, enerji potensial gücü
təyin edilərək mühüm iqtisadi və ekoloji qiymət-
ləndirmədən sonra ərazidə KES-in qurulması üçün
səmərəlilik dərəcəsi müəyyən edilir. Külək sürət
bölgüsünə görə, Abşeronda 10-20 m yüksəklikdəki
ortaillik külək sürət xəritəsinə nəzərən, ərazidə kü-
lək sürətinin 2-7 m/s arasında tərəddüdünü nəzərə
alaraq ərazi 6 fərqli zonaya bölünmüşdür. İqtisadi
rayonda küləyin sürəti geniş ərazidə 3-5 m/s, ensiz
sahədə isə 5-7 m/s arasındakı əraziləri əhatə edir
(şəkil 1) [3].
Küləyin gücü və davamiyyətinə görə təyin olu-
nan külək intensivliyi hər hansı bir sahədə qurulan
KES-lərdən istifadə yerinin seçilməsi üçün əsas tə-
yinedici amil olaraq götürülür (şəkil 2). Bununla
yanaşı, investisiya qoyulmazdan əvvəl seçilən
ərazidə torpağın qiyməti (qrafik 1) və istehsal
edilən elektrik enerjisinin iqtisadi səmərəliliyi də
təhlil edilməlidir. İqtisadi rayonda külək intensiv-
liyi ümumi respublika üzrə sürəti orta və güclü
olmaqla 3.5-7 m/s arasında dəyişir. Zəif gücə malik
küləklər (2-4 m/s) Abşeronun qərb hissəsində ilin
100-110 gününü əhatə etdiyindən KES-lərin
qurulması üçün iqtisadi cəhətdən əlverişsiz sayılır
(şəkil 1). Lakin ərazidə KES-lərin qurulması plan-
laşdırılarsa, bunun yalnız hibrid (külək və günəşlə
birgə) şəkildə inşa edilməsi əhəmiyyətli olar.
KES-lərin istifadə yeri seçimində küləyin sürə-
tinin əlverişliliyi ilə yanaşı, küləklərin davamiyyəti
və istiqaməti əsas parametr olaraq nəzərə alınır. Bu
amil ərazidə ortaillik külək sürətinin 2-7 m/s ara-
sında dəyişmə aralığına görə 6
sinif müəyyən edil-
mişdir. Bu potensial küləyin həm sürəti, həm də in-
tensivliyinə uyğun olaraq ayrılmışdır. Belə ki, kü-
lək rejiminin bölgüsünə görə iqtisadi rayonun ümu-
mi ərazisi üzrə (5,9 min. km
2
) ortaillik sürət 4.1 m/s
təşkil edir.
Külək enerjisindən istifadə yerinin seçimində
əlverişlilik baxımından nəzərə alınması vacib olan
digər parametr ərazinin relyefidir. Yer seçimində
bu amilin təsiri ərazinin ətraf mühit və relyef sinif-
ləndirilməsinə uyğun əlverişli ərazi seçiminə əsas-
lanır. Tədqiqat sahəsində relyef qiymətləndirilmə-
sinə əsasən rayonun 1.34 min km
2
(22.83%) ərazisi
nəzəri cəhətdən KES-lərin qurulması üçün səmərə-
lidir. Bu ərazilər xəritədə göstərilən yüksəkyararlı
və qismən ortayararlı əraziləri əhatə edir (şəkil 3).
Elektrik nəql xətləri və transformator mərkəzlə-
rinə qədər olan məsafə KES-lərdən istifadə yeri se-
çimində qismən nəzərə alınan digər xüsusiyyətdir.
Çünki stansiyalardan elektrik xətlərinin şəbəkəyə
qədər olan hissəsi əsasən yerüstü çəkildiyindən ya-
tırılan investisiyaya qənaət edilsə də, elektrik xətlə-
rinə uzaqlıq məsafəsindən asılı olaraq
enerji itkisi-
nə də səbəb olur. Energetika Nazirliyinin ölkə üzrə
enerji nəql xətlərinin paylanması məlumatlarından
istifadə etməklə iqtisadi rayonun elektrik enerji
nəql xətlərindən uzaqlıq məsafəsinə müvafiq bölgü
əsasında ərazidə 2 fərqli zona müəyyən edilmişdir.
Şəkil 1. Abşeron iqtiadi rayonunun külək xəritəsi
(10-20 m H.)
Şəkil 2. Abşeron iqtisadi rayonunda küləyin intensivliyi
xəritəsi
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
80 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
Rayonun 28% ərazisi qurulacaq KES-dən orta
hesabla 1 km-ə qədər məsafə uzaqlığındadır. Rayo-
nun digər sahələrində qurulacaq KES-in elektrik
xətlərinə uzaqlıq məsafəsi orta hesabla ən az 1000,
ən çox isə 4000 metr arasında dəyişir (şəkil 4).
Külək elektrik stansiyalarından istifadə yerinin
seçilməsi üçün yüksəklik dəyəri və ərazinin topo-
qrafiq meyil xüsusiyyətləri və əlverişsiz relyef də
əhəmiyyətli dərəcədə rol oynayır. Bu baxımdan
Amerika alimləri Mora və Vahrson tərəfindən ha-
zırlanmış üsula əsasən meyil dərəcəsinə müvafiq
ərazi çox aşağı, aşağı, orta, yüksək və çox yüksək
olmaq üzrə 5 sinifə ayrılır [9]. KES-lərin qurulması
üçün ən uyğun meyil aşağı və orta yamac sinifləri
(1-15 dərəcə) təşkil edir. Abşeronda bu meyillik
sinfi 3.95 min km
2
(67%) nisbətində ərazini əhatə
edir (şəkil 6). Nəzəri olaraq küləyin sürəti ərazinin
relyefindən asılı olaraq 10 m hündürlükdəki səviy-
yəsində külək sürəti hündürlüyə doğru (50m<)
Şəkil 3. Abşeron iqtisadi rayonunda küləyin sürət
bölgüsünə görə yararlılıq xəritəsi
Şəkil 4. Abşeron yarımadasının elektrik
şəbəkəsi [9]
Şəkil 5. Baxarlılıq xəritəsi
Şəkil 6. Meyillilik xəritəsi
Şəkil 7. Yeni Yaşma
KES
Qrafik 1. Abşeron iqtisadi rayonunda torpağın
qiyməti (2016) (1 sot*AZN