Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
83
© E.Ə.Əmrahov
GÜNƏŞ ELEKTRİK STANSİYALARININ QURULMASI ÜÇÜN ƏLVERİŞLİ YER
SEÇİMİNDƏ COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİNİN (CİS) TƏTBİQİ
E.Ə.Əmrahov
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr., 115
amrahov.elvin@gmail.com
Məqalədə coğrafi informasiyalar sisteminin proqram təminatından istifadə edərək günəş elektrik
stansiyaları üçün coğrafi və iqtisadi cəhətdən uyğun ərazilər müəyyən edilmişdir. Həmçinin bir çox
kriteriyalar nəzərə alınaraq CİS-texnalogiyası əsasında müxtəlif analizlər aparılaraq xəritələr tərtib
edilmiş, müvafiq tövsiyələr verilmişdir.
Giriş. Qlobal istiləşmə, buzlaqların əriməsi, at-
mosferdə CO
2
və zəhərli qazların miqdarının art-
ması, səhralaşma, enerji istehlakının artması və s.
kimi problemlərlə günümüzdə tez-tez rastlaşırıq.
Enerji tələbatının sürətlə artmasına paralel olaraq
mövcud enerji qaynaqlarının çox qısa zamanda tü-
kənəcəyi elmi bir həqiqətdir. Bilinən rezervlərlə
dünyadakı neftə, təbii qaza və kömürə qoyulan tü-
kənmə ömrünün müddəti insan ömrü ilə müqa-
yisədə uzun sayıla biləcək olsa da, bu rəqəmlər
dövlət ömrü və insanlıq tarixi üçün çox qısa müd-
dətdir. Artan əhali və enerji tələbinə bağlı olaraq
dünyanın emissiya dəyərinin mövcud sərhədlər
içində tutulması mümkün deyil. Bu vəziyyətin
davam etməsi, artan templə yüksəlməsi, göllərin
quruması, kənd təsərrüfatında quraqlıq və s. kimi
problemlər dünyada enerji istehsalında bərpa olu-
nan enerji mənbələrinin istifadəsini qaçınılmaz ha-
la gətirmişdir. Müxtəlif amillərin
təsirləri ilə yana-
şı, artan enerji təlabatının ödənilməsi üçün tikilən
istilik elektrik stansiyalarının ətraf mühitə təsiri və
təbii yanacaq vasitələrinin getdikcə tükənməsi da-
nılmaz bir faktdır. Günümüzdə belə problemlərin
qarşısını qismən almaq
üçün alternativ enerji mən-
bələrindən, əsasən də günəş enerjisindən istifadə
aktual mövzulardandır.
Bərpa olunan enerji mənbələri. Günəş enerji-
si. Təməl olaraq bu qaynaqları hidroelektrik enerji,
külək enerjisi, Günəş enerjisi, geotermal enerji və
biokütlə enerjisi olaraq qruplara bölə bilərik. Bütün
enerji qaynaqlarının, təbii faydalı qazıntı yanacaq-
ları da daxil olmaqla, təməlində Günəş vardır. Po-
tensial olaraq enerji istehsalında istifadə üçün Gü-
nəş enerjisi çox əhəmiyyətli bir yerə malikdir. Tə-
miz və məsrəfsiz bir enerji qaynağı olan Günəşin
ən əhəmiyyətli xüsusiyyəti bol və sərhədsiz olma-
sıdır. Enerji ehtiyacımızı bu təmiz qaynaqdan tə-
min etməklə, neft və ya təbii qaz istehlakını azalda
və ekoloji çirklənmənin qarşısını qismən ala bilə-
rik.
Dünyada Günəş enerjisindən istifadə. Texno-
logiyanın ucuzlaşmasına paralel olaraq, Avropa
başda olmaq üzrə, bütün dünyada Günəş enerjisi
sərmayələri son illərdə sürətlə artmaqdadır.
REN21-in ( Renewable Energy Policy Network for
the 21st Century) Renewables 2015 Global Status
Report məlumatlarına əsasən, qlobal enerjiyə qo-
yulan investisiya 2014-cü ildə 270,2 milyard ABŞ
dolları məbləğində qiymətləndirilir. Günəş foto-
qalvaniklərinin (PV) - ümumi qlobal gücü 177
GVatt, konsentrasiyalı Günəş istilik stansiyalarının
(CSP) ümumi qlobal gücü: 4.4 GVatt olmuşdur [3].
Bu məlumatlara əsasən, Günəş enerjisindən istifa-
də mövzusunda dünyada ən çox yol almış olan öl-
kələr Amerika Birləşmiş Ştatları, Almaniya, Yapo-
niya və sürətlə böyüyən iqtisadiyyatının bir qismini
bu işə istiqamətləndirən Çin Xalq Respublikası və
İspaniyadır.
Azərbaycanda bu istiqamətdə bir sıra işlər gö-
rülmüş, Alternativ və Bərpa Olunan Enerji Mənbə-
ləri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradılmış-
dır. ABEMDA-nın məlumatına əsasən, Azərbay-
can Respublikası 2020-ci ilə qədər bərpa olunan və
alternativ enerji mənbələrinin istehsal edəcəyi
enerji payını ümumi enerji istehsalının 20 faizinə
çatdırmağı nəzərdə tutmuşdur [4].
Qeyd etmək lazımdır ki, Günəş stansiyalarının
effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğ-
rafi mövqeyindən asılıdır. Azərbaycanın təbii iqlim
şəraiti Günəş enerjisindən istifadə etməklə elektrik
və istilik enerjisinin istehsalını artırmağa geniş im-
kanlar açır.
“Energetikanın problemləri” jurnalının 1-ci
sayında dərc edilimiş məlumata əsasən, günəşli
saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya
ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000
saat, Azərbaycanda isə 2400-3200 saatdır. Belə ki,
bir il ərzində 1 km
2
iştirak səthinə düşən Günəş
enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVt.s,
Rusiyada 800-1600 kVt.s, Fransada 1200-1400
kVt.s, Çində 1800-2000 kVt.s və Azərbaycanda
1500- 2000 kVt.s təşkil edir [1]. Göründüyü kimi,
Azərbaycan ərazisinə düşən Günəş şüalarının miq-
darı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
84 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
ki, bu da Günəş enerjisindən istifadə səmərəlilik
meyarlarından biri kimi qiymətləndirilə bilər. Belə
əlverişli təbii şəraiti olması Azərbaycanda digər
bərpa edilə bilən enerjilərlə yanaşı, Günəş enerji-
sindən istifadəni daha da səmərəli edir.
Günəş elektrik stansiyaları (GES). İstifadəsi
getdikcə artan Günəş enerjisindən əvvəllər istilik
enerjisi olaraq, son illərdə isə inkişaf edən texnolo-
giya ilə birlikdə elektrik enerjisi olaraq faydalanıl-
maqdadır. Günəş enerjisindən elektrik istehsalında
başlıca iki metoddan istifadə olunur. Birincisi,
Günəş enerjisini birbaşa elektrikə çevirən fotoelek-
tirik çevirici sistemlərdir. Fotoelektirik çeviricilər-
dən istifadənin artmasına
baxmayaraq,
bu texnolo-
giyanın qarışıqlığı və xərcinin yüksək olması, bö-
yük miqdarda elektrik istehsalı üçün kifayət olma-
dığını ortaya çıxarmışdır. İkinci seçim isə, Günəş
enerjisinin əksetdirici sistemlərindən istifadə edə-
rək bir istiqamətə fokuslanması nəticəsində əldə
edilən buxardan ənənəvi yollarla elektrik istehsalı-
dır.
Günəş istilik güc stansiyaları Günəş şüalarının
bir yerdə fokuslaşdıraraq qızdırılan mayenin buxar
türbinini çevirməsi ilə işləyən ənənəvi istilik stan-
siya prinsiplərinə görə çalışan təmiz bir enerji qay-
nağıdır.
Coğrafi informasiyalar sistemi (CİS). Coğrafi
informasiya sistemləri günümüzdə bir çox
ölkələr-
də müxtəlif sahələrdə geniş istifadə edilir. CİS tex-
nologiyaları elmi tədqiqat, resursların idarə edil-
məsi, alt strukturlar (təbii qaz, elektrik, su), arxeo-
logiya, ekoloji təsir qiymətləndirməsi, landşaft me-
marlığı, şəhər planlaşdırma, kriminologiya, coğrafi
tarix, marketinq, logistika, mədən xəritəçəkmə,
kartoqrafiya, kənd təsərrüfatı, əkinçilik sahələrinin
təsbiti və ümumi məhsulun hesablanması, hərbi
məqsədlər, hava, dəniz və quru nəqliyyatına nəza-
rət, vasitə təqib sistemləri, meteorologiya hesab-
lanması, kənd təsərrüfat sahələrinin müəyyənləş-
dirilməsi, axtarış və xilasetmə və digər məqsədlər
üçün istifadə oluna bilər. CİS istənilən məkanla
bağlı məlumatların daxil edilməsi, toplanması, mə-
lumat təhlükəsizliyi, məlumatların işlənməsi, ana-
lizini və məlumatların xaric edilməsini həyata ke-
çirən kartoqrafik təqdimatı və yayılmasını təmin
edən mükəmməl bir informasiya sistemidir. CİS-in
çoxmiqyaslı qərarvermə analizindən istifadə edə-
rək, müxtəlif analizlər aparmaq, maddi və vaxt itki-
sini azlatmaq mümkündür. Daha ümumi mənada
CİS analizləretmə imkanı təqdim edən və bu analiz
nəticələrinə görə doğru qərarlar verməyi asanlaş-
dıran bir sistemdir.
CİS-dən istifadə etməklə GES üçün əlverişli yer
seçimi. GES-də layihə sahəsinin seçimi çox əhə-
miyyətlidir. Günəş istilik stansiyalarının qurulması
üçün bir çox coğrafi kriteriyalar nəzərə alınmalıdır.
Bunları Günəş enerji potensialı, ərazinin meyilli-
liyi, enerji veriliş xətlərinə (EVX) yaxınlıq, trans-
formator mərkəzlərinə yaxınlıq [5], su qaynaqla-
rına, çaylara, göllərə yaxınlıq, quru yollarına ya-
xınlıq, dəmir yolu xəttinə yaxınlıq, müəyyən edil-
miş tektonik qırılmalar olan ərazilərə [2], mühafizə
olunan sahələrə (qoruqlar, milli parklar, yasaqlıq-
lar) uzaqlıq, yaşayış yerlərinə uzaqlıq kimi sinif-
ləndirə bilərik.
Cədvəl 1
Müxtəlif kriteriyalı verilənlərin aralıq məsafələrinin qiymətləri
Çaylar,
kanallar (km)
Qiymət
Dəmir yolu
(km)
Qiymət
EVX (km)
Qiymət
Göllər, su anbarları
(km)
Qiymət
0-5
6
0-10
6
0-4
6
0-4
6
5.1-11
5
10.1-20
5
4.1-9
5
4.1-8
5
11.1-17
4
20.1-28
4
9.1-14
4
8.1-13
4
17.1-23
3
28.1-36
3
14.1-19
3
13.1-20
3
23.1-28
2
36.1-44
2
19.1-24
2
20.1-27
2
28.1-34
1
44.1-52
1
24.1-30
1
27.1-34
1
Yollar (km)
Qiymət
Transformator
mərkəzləri (km)
Qiymət
Tektonik
qırılmalar (km)
Qiymət
Günəş parıltısı saat-
larının miqdarı (illik)
Qiymət
0-2
6
0-10
6
0-10
1
2000-2200
1
2.1-4
5
10.1-17
5
10.1-20
2
2200-2400
2
4.1-7
4
17.1-23
4
20.1-30
3
Ümumi Günəş
radiasiyası,
kkal/sm
2
(illik)
Qiymət
7.1-10
3
23.1-28
3
30.1-40
4
124-128
1
10.1-14
2
28.1-33
2
40.1-50
5
128-132
2
14.1-19
1
33.1-37
1
50.1-90
6