Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
88 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
4256 km
2
(425580 ha) hesablanmışdır. 50 MVt –
lıq bir konsentrasiyalı Günəş istilik elektrik stan-
siyası qurmaq üçün təxminən bütün qisimləri ilə
birlikdə 35 hektarlıq bir əraziyə ehtiyac vardır.
Bunları nəzərə alaraq, Aran iqtisadi rayonunda 50
MVt gücündə kifayət qədər konsentrasiyalı Günəş
istilik stansiyası qurmaq mümkündür. Müəyyən
olunmuş ərazilər, eyni zamanda, müxtəlif növ
GES-in qurulması üçün əlverişlidir.
Zamanın və maddiyyatın idarə edilməsinin,
düzgün dəyərləndirilməsinin mühüm əhəmiyyət
kəsb etdiyi dövrümüzdə zaman və maddi itkilər son
dərəcə azaldılmış, daha
dəqiq qərar qəbul edilməsi
təmin edilmişdir. Bütün bu xususiyyətləri nəzərə
alaraq GES-in qurulmasında CİS texnalogiyaları-
nın təqdim etdiyi funksiyalardan istifadə edilməsi
təklif edilir.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasında alternativ enerji
mənbələrindən istifadənin inkişafı perspektivləri.
“Energetikanın problemləri”, №1, 2004, s 40.
2. Azərbaycan Respublikası Milli Atlası. Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi. Bakı, 2014. səh. 84,
237.
3. Renewables 2015 Global Status Report. (2015,
s20)
Mənbə:
http://www.ren21.net/status-of-
renewables/global-status-report/.
4. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi. Mənbə: http://area.gov.az/qobustan-
poliqonu/.
5. “AZƏRENERJİ” ASC (2015, 18 oktyabr).
Mənbə:
http://www.azerenerji.gov.az/index.php?option=com_c
ontent&view=article&id=110&Itemid=116&lang=az.
USİNG GEOGRAPHİCAL INFORMATİON
SYSTEM (GIS) FOR OPTİMAL SİTE
SELECTİON ON ESTABLİSHMENT OF SOLAR
POWER PLANTS
E.A.Amrahov
In this paper the relevant geographical and econo-
mical areas for solar power stations were defined by uti-
lizing the software of geographical information system,
the maps were also compiled. Recommendations were
given by taking into account the various criterion, based
on the analysis of GIS technology.
ВЫБОР ПОДХОДЯЩЕГО МЕСТА ДЛЯ
СОЗДАНИЯ СОЛНЕЧНЫХ
ЭЛЕКТРОСТАНЦИЙ С ПРИМЕНЕНИЕМ
ГЕОГРАФИЧЕСКИХ ИНФОРМАЦИОННЫХ
СИСТЕМ (ГИС)
Э.A.Амрахов
В статье для солнечных электростанций были
определены географические и экономические под-
ходящие участки с использованием программного
обеспечения географических информационных сис-
тем. Также, принимая во внимание ряд критериев на
основе ГИС-технологий были составлены карты
проведенных различных анализов, учитывая соот-
ветствующие рекомендации.
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
89
İNSAN COĞRAFİYASI
© N.H.Əyyubov
AZƏRBAYCAN RESPUBLİKASININ QLOBAL SOSİAL-İQTİSADİ-SİYASİ
DƏYİŞMƏLƏRƏ UYĞUNLAŞMASININ BƏZİ İQTİSADİ-COĞRAFİ MƏSƏLƏLƏRİ
N.H.Əyyubov
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
Az 1143, Bakı, H.Cavid prosp., 115
Məqalədə qloballaşma şəraitində Azərbaycan əhalisinin və təsərrüfat sisteminin sosial-iqtisadi
dəyişmələrə səmərəli uyğunlaşması məsələləri təhlil edilir. Qlobal sosial-iqtisadi-siyasi dəyişmələrə
ölkənin çevik səmərəli adaptasiyasının bəzi məsələləri, xüsusən bu prosesdə əhalinin milli-mənəvi
dəyərlərinin qorunması, balanslı demoqrafik inkişaf, nisbətən tarazlaşdırılmış regional sosial-
iqtisadi və məskunlaşma siyasəti aparılması
zəruriliyi izah olunur, əsaslandırılır.
Tədqiqatın aktuallığı və məqsədi. Qloballaş-
manın insanların bütün həyat spektrinə çoxtərəfli
müsbət və mənfi təsirləri günbəgün artır və miqyası
genişlənir. Qloballaşmaya məruz qalan ölkə və re-
gionlar özlərinin sosial-iqtisadi, əhalisinin intel-
lektual və siyasi inkişaf səviyyələrindən asılı ola-
raq bu prosesə müxtəlif dərəcədə qoşulur, adaptasi-
ya olunur, öz mənafelərini sığortalayırlar. Əhalinin
və təsərrüfatın bu sistemə səmərəli və ya kortəbii
transformasiyası baş verir.
İnkişaf etmiş ölkələr, xüsusən də dünya iqtisa-
diyyatında aparıcı rol oynayan böyük yeddilər
(ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fran-
sa, İtaliya, Yaponiya) və inkişafda olan qabaqcıl öl-
kələr (Çin, Rusiya, Hindistan, Braziliya, Türkiyə)
və digər demoqrafik, sosial-iqtisadi potensialı bö-
yük olan ölkələr qlobal sosial-iqtisadi, siyasi dəyiş-
mələrə təsərrüfat sistemlərini, əhalisinin mənəviy-
yatını, geosiyasi mövqelərini daha səmərəli trans-
formasiya edə bilirlər. Bu ölkələrin nəhəng trans-
milli şirkətləri, korporasiyaları, böyük təsərrüfat
birlikləri qloballaşmanın nəticələrinin mənfi təza-
hürlərinə az məruz qalırlar. Onlar bu prosesdə öz
xeyirlərinə uyğun korrektələr edirlər. Əksinə, in-
kişaf etməkdə olan ölkələr, xüsusən də kasıb, bö-
yük ölkələrin (güclərin) ucuz xammal və işçi qüv-
vəsi bazası olan ölkələr qlobal sosial-iqtisadi də-
yişmələrə nəinki səmərəli adaptasiya olunmurlar,
hətta bu dəyişmələrin daha çox mənfi təsirinə
məruz qalırlar, ağır sosial-iqtisadi şərait daha da
pisləşir, həyati əhəmiyyətli ən mühüm sahələrin
(kommunikasiya, ərzaqla təminat, ekoloji şərait,
məşğulluq və s.) fəaliyyəti daha da çətinləşir.
Qlobal sosial-iqtisadi, siyasi dəyişmələr dünya-
nın demoqrafik yükünün “həndəsi silsilə”, təbii və
maddi resursların “ədədi silsilə” yolu ilə artdığı bir
şəraitdə baş verir. Dünya əhalisinin sayının (7
mlrd. 336 mln nəfər. 2015-ci il) sürətlə artdığı və
bu sahədə kəskin regional fərqlərin olduğu, təbii
sərvətlərin azaldığı, dünyanın nüfuz dairələrinə bö-
lüşdürülməsi uğrunda gedən kəskin mübarizə za-
manında demoqrafik inkişafın antisivil yollarla
tənzimlənməsi (Loqvin M.M., 2011) konsepsiya-
sının həyata keçirildiyi müasir şəraitdə qloballaş-
manın zəif ölkələr üçün mənfi təsirləri daha çox-
dur.
Təbii ki, dünyada gedən qloballaşma fonunda
sürətli sosial-iqtisadi-siyasi dəyişmələrin müsbət
və mənfi təsirləri demoqrafik, sosial-iqtisadi po-
tensialı çox kiçik, ərazisinin 20%-i işğal altında
olan, siyasi maraqların toqquşduğu zonada yerlə-
şən Azərbaycan Respublikası üçün də xarakte-
rikdir. Ona görə də müasir şəraitdə və perspektivdə
qlobal dəyişmələrin Azərbaycan Respublikasının
iqtisadiyyatına, əhalisinə, ekoloji mühitinə və s.
mənfi təsirləri nəzərə alınmalı, bu prosesə çevik,
səmərəli adaptasiya yolları tapılmalı və mütəmadi
olaraq dəyişən situasiyaya uyğun iqtisadi-coğrafi
yanaşma təkmilləşdirilməlidir.
Qlobal sosial-iqtisadi-siyasi dəyişmələrə əhali-
nin səmərəli uyğunlaşması üçün müasir şərait və
perspektiv nəzərə alınmaqla ən mühüm iqtisadi-
coğrafi məsələlər kimi aşağıdakılara diqqət yetir-
mək zəruridir.
Demoqrafik inkişaf, əhalinin məskunlaşması
və sosial-mənəvi adaptasiyası. Azərbaycan Res-
publikasında həyata keçirilən və keçirilməkdə olan
bir neçə Dövlət Demoqrafiya Proqramı, sosial-iq-
tisadi vəziyyətin yaxşılaşması, nə sülh, nə də
müharibə şəraitinin olmasına baxmayaraq, stabil
ictimai-siyasi mühit hesabına XX əsrin sonlarında
müşahidə olunan demoqrafik tənəzzül artıq XXI
əsrin ilk illərindən demoqrafik inkişafla əvəz olun-
muşdur. Belə ki, əgər 1996-2000-ci illərdə ortaillik
əhali artımı 0,99%, 2001-2005-ci illərdə 0,82% ol-
muşdusa, bu göstəricilər 2006-2010-cu illərdə və
2011-2015-ci illərdə 1,04% təşkil etmişdir (Azər-
baycan əhalisi 2014, səh.15). Onu da qeyd etmək
lazımdır ki, ölkədə hələ də evlənməli yaşda olan,