Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
92 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
sənayesi və onunla bağlı olan maddi və sosial infra-
strukturlar isə Bakı paytaxt regionunda cəmlənmiş-
dir. Bu isə o deməkdir ki, regionlarda sənayenin
inkişaf səviyyəsi çox aşağıdır, bəzilərində isə, de-
mək olar ki, yox dərəcəsindədir. Mövcud az əmək-
tutumlu, kiçikhəcmli yeyinti və yüngül sənaye
müəssisələri isə yerlərdə əmək ehtiyatlarının işlə
təminatında yetərli rol oynaya bilməz.
Ona görə də qeyri-yanacaq sektorunun inkişafı
daha yaxşı dəstəklənməli, bu sahənin infrastruktur-
larının regionlarda yerləşdirilməsi istər özəl, istərsə
də dövlət sektoru olsun, ölkə rəhbərliyinin nəzarəti
altında olmalıdır. Çünki özəl sektor regionlarda ye-
ni sənaye müəssisəsi yaratmağa o qədər də meyilli
deyildir. Bakı paytaxt regionu bu baxımdan özəl
sektor üçün iqtisadi cəhətdən daha sərfəlidir. Ümu-
miyyətlə, Bakı-Sumqayıt ərazi-istehsal komplek-
sində çox əməktutumlu, kənardan əlavə işçi qüv-
vəsi cəlb edəcək yeni sənaye
müəssisələrinin yara-
dılması məhdudlaşdırılmalı, belə təyinatlı mövcud
müəssisələrin isə regionlara köçürülməsi imkanları
araşdırılmalıdır. Adı çəkilən sənaye qovşağında
daha çox elmtutumlu və kooperasiya əlaqələri tələb
edən, respublika səviyyəli idarəetmə funksiyalı ob-
yektlərin olması məqsədəuyğundur.
Qlobal sosial-iqtisadi-siyasi dəyişmələr fonun-
da Azərbaycan Respublikası təsərrüfatının ən mü-
hüm məsələlərindən biri kənd təsərrüfatının səmə-
rəli fəaliyyəti, əhalinin ekoloji cəhətdən təmiz, da-
yanaqlı ərzaq təminatıdır. Bu sahədə ölkə preziden-
tinin davamlı olaraq kənd təsərrüfatının inkişafına
dair fərman və sərəncamlarının olmasına baxmaya-
raq, müəyyən irəliləyişlər olsa da, yenə də Azər-
baycan bir sıra taxıl məhsulları və heyvandarlıq
məmulatlarının idxalçısı olaraq qalmaqdadır. Ən
acınacaqlısı odur ki, kənd təsərrüfatının sənayedən
sonra ikinci aparıcı təsərrüfat sahəsi olmasına bax-
mayaraq, Azərbaycanın ümumi daxili məhsulunun
(ÜDM) formalaşmasında bu sahə payına görə al-
tıncı yeri tutur. Kənd təsərrüfatında iqtisadi cə-
hətdən fəal əhalinin 38-40% çalışdığı halda, 2015-
ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıq-
çılıqla bir yerdə ÜDM-in cəmi 6,2%-ni təşkil
etmişdir.
Ona görə də kənd təsərrüfatı ekstensiv yoldan
intensiv yola keçirilməli, ölkə əhalisinin ərzağa
olan tələbatı yerli istehsal hesabına təmin olunma-
lıdır. Geni modifikasiya olunmuş kənd təsərrüfatı
bitkilərinin (məsələn, Amerika qarğıdalısı) əkilib–
becərilməsi qadağan olunmalıdır. Kənd təsərrüfatı
dövriyyəsindən çıxmış ənənəvi bitki toxum və
sortları artırılmalı, onların becərilməsi əvvəlki il-
lərdə olduğu kimi genişləndirilməlidir. Fermerlərin
və digər kənd təsərrüfatı istehsalçılarının iqtisadi
səmərəlilik baxımdan ekoloji cəhətdən təmiz, insan
sağlamlığı üçün faydalı olan belə məhsulların be-
cərilməsinə o qədər də maraqlı olmamasını nəzərə
alaraq, belə təyinatlı istehsalın dövlət tərəfindən
dəstəklənməsi zəruridir.
Mənbə: Azərbaycanın statistik göstəriciləri, 2016
(səh 22).
Paralel olaraq ekoloji təmiz məhsulun təbliğat
və təşviqatı aparılmalıdır, o nisbətən baha başa gəl-
sə də, son nəticədə özünə daha böyük tələbat yarat-
maqla iqtisadi cəhətdən də səmərəli olar.
Heyvandarlığın inkişafı üçün ərazinin məhdud-
luğunu (həm də işğalı) və yem bazasının zəifliyini
nəzərə alaraq otlaq-örüş heyvandarlıqdan daha çox
otlaq–tövlə heyvandarlığına üstünlük vermək la-
zımdır. Lakin heyvanların bəslənməsində biotex-
noloji vasitələrlə qidalanmaya yol verilməməli,
yerli təbii yemlərdən istifadə olunmalıdır. Ölkənin
fermer və müxtəlif kənd təsərrüfatı istehsalçılarının
maraqları nəzərə alınmalı, kənd təsərrüfatı məhsul-
larının idxalına məhdudiyyət qoyulmalıdır.
Kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq
üçün yem bitkilərinin suvarma suyu ilə daha yaxşı
və davamlı təminatı üçün suvarma sistemi və su
təchizatı dövlətin çox ciddi nəzarəti altında olmalı-
dır. Belə ki, Gəncə-Qazax iqtisadi-coğrafi rayo-
nunda aparılan kameral müşahidələr göstərir ki, so-
vet dönəmində eyni su mənbələri hesabına daha ge-
niş ərazilər suvarma suyu ilə daha yaxşı təmin edi-
lir, planlı-sistemli nəzarət hesabına davamlı su təc-
hizatı həyata keçirilirdi. Hal-hazırda isə bu sahədə
çətinliklər mövcuddur.
Müstəqillik dövründə elek-
trik enerjisinin baha olması və s. səbəblər üzündən
daha az sahə suvarılır.
Azərbaycanın əlverişli geosiyasi və nəqliyyat-
coğrafi mövqeyi, ölkə ərazisindən Avropa ilə Asi-
yanı birləşdirən Avroasiya nəqliyyat dəhlizinin
keçməsi, Rusiya ilə İran, Pakistan və Hindistanı
birləşdirəcək Şimal–Cənub dəhlizinin işə düşməsi
gələcəkdə bu istiqamətlərdə müxtəlif nəqliyyat va-
sitələri ilə külli miqdarda çeşidli yüklərin (o cüm-
lədən təhlükəli) və sərnişinlərin daşınmasına səbəb
Şəkil 3. 2015-cü ildə ümumi daxili məhsulun
strukturu
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
93
olacaqdır. Ona görə də intensiv nəqliyyat fəaliyyəti
zamanı ətraf mühitə vurulan mənfi təsirlər, ifrat
səs-küy, onların insanların təhlükəsizliyinə, nara-
hatçılığına və sağlamlığına təsiri məsələləri nəzərə
alınmalı, müvafiq tədbirlər görülməli, kompensasi-
ya olunmalıdır.
Beləliklə, qloballaşma şəraitində Azərbaycan
Respublikası təsərrüfatının və əhalisinin sosial-iq-
tisadi-siyasi dəyişmələrə səmərəli transformasiyası
üçün aşağıdakıları nəzərə almaq lazımdır:
1. Qlobal və lokal sosial-iqtisadi və siyasi dəyiş-
mələrə hazır olmalı, müvafiq adaptasiya üçün döv-
lət və elmi tədqiqat institutları tərəfindən çevik fə-
aliyyət göstərə bilən operativ proqram-ssenarilər
işlənilməlidir.
2. Sağlam, keyfiyyətli, balanslı demoqrafik in-
kişaf təmin edilməli, milli-mənəvi dəyərlər qorun-
maqla sosial-mədəni adaptasiya həyata keçirilməli-
dir. Milli-mənəvi, əxlaqi dəyərlərin deqradasiya-
sına yol verilməməlidir.
3. Torpaqlardan maksimum səmərəli istifadə
edilməli, əhalinin dağlıqla–düzən, iqtisadi-coğrafi
rayonlarla Bakı paytaxt regionu arasında məskun-
laşma tendensiyası tənzimlənməlidir. Sərhədboyu
rayonların demoqrafik potensialının saxlanmasına
və inkişafına şərait yaradılmalıdır.
4. Azərbaycanla Gürcüstan arasında
gediş-gəli-
şin, ticarət–iqtisadi əlaqələrin asanlaşdırılması
əhalinin qərb zonasından şərqə axıcılığını azaldar,
həm də sərhədboyu ərazilərin səmərəli məskunlaş-
dırılmasına səbəb olar.
5. Ölkənin təsərrüfat strukturunda qeyri-neft
sektorunun daha üstün inkişafı, bu sahə müəssisə-
lərinin daha çox regionlarda yerləşdirilməsi təmin
edilməlidir.
6. Geni modifikasiya olunmuş ərzaq bitkiçili-
yindən ənənəvi ekoloji cəhətdən təmiz, yerli kənd
təsərrüfatı bitkiçiliyinə keçilməsinə nail olunmalı
və son nəticədə bunun iqtisadi səmərəliliyi də təb-
liğ və təşviq edilməlidir.
ƏDƏBİYYAT
1.
Azərbaycanın statistik göstəriciləri. Bakı-
2013. 804 səh.
2.
Azərbaycanın statistik göstəriciləri. Bakı-
2016. 824 səh.
3. Azərbaycanın əhalisi. Bakı-2014. 134səh.
4. Əfəndiyev V.Ə. Urbanizasiya və Azərbaycanın
şəhər yaşayış məskənləri. Bakı- 2002. 397 səh.
5. Əyyubov N.H. Azərbaycanda əhali məskunlaşma-
sının iqtisadi-coğrafi problemləri. Bakı-2008. AMEA-
nın “Xəbərlər”i, Yer elmləri 1, səh.144-150.
6. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azər-
baycan Respublikasının iqtisadi, sosial və siyasi coğra-
fiyası. Bakı-2010. 416 səh.
7. Логвин М.М. Демографическая сущность
теории «Золотого» миллиарда. Сборник: География,
история и геоэкология на службе науки и инно-
вационного образования. Том 1, Красноярск – 2011,
стр.126-129.
НЕКОТОРЫЕ ВОПРОСЫ АДАПТАЦИИ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ К
ГЛОБАЛЬНЫМ СОЦИАЛЬНО-
ЭКОНОМИЧЕСКИМ И ПОЛИТИЧЕСКИМ
ИЗМЕНЕНИЯМ
Н.Г.Эюбов
В статье, в условиях глобализации, анализиру-
ются некоторые вопросы рациональной адаптации
населения и хозяйства к соответствующим социаль-
но-экономическим и политическим изменениям.
Анализируется и обосновывается необходимость
сбалансированного, структурного демографическо-
го развития, защиты национальных моральных цен-
ностей, ведения региональной социально-экономи-
ческой и расселенческой политики и др.
SOME ISSUES OF ADAPTATION OF THE
REPUBLIC OF AZERBAIJAN TO GLOBAL
SOCIOECONOMIC AND POLITICAL
CHANGES
N.H.Eyyubov
Certain issues of rational adaptation of the popula-
tion and economy to corresponding socioeconomic and
political changes are analyzed in the article. The analy-
sis and relevant substantiation concerns the necessity of
balanced and structural demographic development, the
support of national moral values, as well as the pursuing
of regional socioeconomic and settlement policy.