Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
90 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
lakin sosial-iqtisadi çətinliklərlə əlaqədar subay qa-
lan gənclər vardır. Onların təbii artım prosesinə qo-
şulması əhalinin artım tempini daha da yüksəldə
bilər. Əhalinin artım mənbəyini həmişə təbii artım
təşkil etsə də, son illərdə bu prosesdə cüzi miqra-
siya artımı da rol oynayır. Lakin əhali artımının
regional xüsusiyyətlərinin təhlili göstərir ki, orta
respublika səviyyəsi ilə müqayisədə bəzi regionlar-
da, əsasən də qərb sərhədboyu rayonlarda demo-
qrafik inkişafın zəifləməsi müşahidə olunur. Məsə-
lən, Ermənistanla həmsərhəd olan Qazax rayonun-
da hər min nəfər əhaliyə düşən təbii artım 8,8 nəfər,
Gədəbəydə 8,5 nəfər, Ağstafada 10,8 nəfər, Rusiya
və Gürcüstanla həmsərhəd olan Balakəndə 8,7
nəfər, Zaqatalada 8,5 nəfər, Qax rayonunda 6,4 nə-
fər, Şəki rayonunda 10,5 nəfər təşkil edir. Orta
respublika üzrə bu göstərici 12,8 nəfərdir (2013-cü
il). Onu da qeyd etmək lazımdır ki, adları çəkilən
sərhəd rayonlarında həm də mənfi miqrasiya ba-
lansı müşahidə olunur.
Strateji əhəmiyyət kəsb edən sərhədboyu ra-
yonlarda demoqrafik tənəzzül yolverilməzdir,
ölkənin ərazi bütövlüyü baxımından da qə-
buledilməzdir.
Qlobal dəyişmələr prosesində Azərbaycan Res-
publikasının demoqrafik inkişafında mütləq nəzərə
alınmalı və tənzimlənməli məsələ yaş-cins tərki-
bində kişilərin gələcəkdə qadınlardan çox olması-
nın yarada biləcəyi problemdir. Artıq son onillikdə
doğulanlar arasında oğlan uşaqlarının payı daha
çox artmaqdadır. Valideynlərin oğlan uşaqlarına
meyilliyi, qabaqcadan qız dölünün abort edilməsi
doğulanların cins tərkibində oğlanların payının art-
ması ilə müşayiət olunur. Belə ki, əgər 1990-cı ildə
respublika üzrə ümumi təbii artımın 50,9%-i kişilə-
rin payına düşürdüsə, bu rəqəm 2000-ci ildə
54,2%, 2005-ci ildə 54,8%, 2010-cu ildə 54,3%,
2014-cü ildə isə 53,6% təşkil etmişdir (Azərbaycan
əhalisi. Bakı, 2015, s.29). Bu, xüsusilə kənd yerlə-
rində özünü daha qabarıq göstərir.
Belə ki, 2014-cü ildə kənddə doğulanların 55%-i
kişilərin payına düşmüşdür. Belə bir tendensiyanın
uzun müddət davam etməsi hər 1000 nəfərə düşən
qadınların azalması milli-etnik tərkibin dəyişməsi,
qadın əmək ehtiyatlarının çatışmaması və s.
arzuolunmaz demoqrafik nəticələrə gətirib çıxara
bilər.
Qlobal sosial-iqtisadi dəyişmələr fonunda
Azərbaycan əhalisinin ən mühüm məsələlərin-
dən biri mənəvi-əxlaqi dəyərlərin deqradasiya-
sının qarşısının alınması, milli mentalitetin qo-
runmasıdır.
Avropa, ABŞ və s. inkişaf etmiş ölkələrin so-
sial-iqtisadi, sosial-mədəni həyat şəraitinə inteqra-
siya olunarkən əhalinin ənənəvi milli mədəniyyə-
tinə, mənəviyyatına, mentalitetinə xələl gətirən,
müsbət dəyərlərinə ziyan vuran təsirlərdən qoru-
maq lazımdır. Vətənpərvərliyə, ailə-məişət xüsu-
siyyətlərinə, gənclərin ənənəvi davranış və bir-bi-
rilə münasibət qaydalarına, ənənəvi böyük-kiçik,
ağsaqqal-qarasaqqal məsələlərinə mənfi təsir edən
hər cür təbliğat-təşviqatlardan uzaqda durmaq la-
zımdır. Yaddan çıxarmaq olmaz ki, bu adları çə-
kilən dəyərlər həmişə Azərbaycan xalqının ailə-
sinin, gənclərinin ən müsbət meyarları olub. Onun
vətənsevərliyinin, bütövlüyünün, sağlamlığının,
demoqrafik inkişafının fundamental dayaqları
olub. Ona görə də respublikanın kütləvi infor-
masiya vasitələrində, bağçalarda, ali və orta mək-
təblərdə mənəviyyatın, milli mentalitetin qorunma-
sına və təbliğinə dövlət səviyyəsində diqqət daha
da artırılmalıdır. Narkomaniya, xorror, terror, dro-
momaniya, psixoz, ekstremist cərəyanlar və s. kimi
cəmiyyəti məhvə aparan təsirlərdən qorunmaq (hə-
yat şəraitinin yaxşılaşdırılması, təbliğat, maariflən-
dirmə və s.) tələb olunur.
Təsadüfi deyildir ki, 2000-ci il ilə müqayisədə
2015-ci ildə işsizlik, mənəviyyatın aşınması və s.
hesabına boşanmaların sayı, demək olar ki, 2 dəfə
çoxalmışdır. Son illərdə qeydə alınmış cinayətlərin
sayı artmış, onların tərkibində isə 14-18 yaşlı uşaq-
ların payı yüksəlmişdir. Narkotik vasitələrlə bağlı
cinayətlər isə 2005-2015-ci illərdə 49% artmışdır.
Ümumiyyətlə, bu dövrdə narkotik maddələrin
qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlan-
ması və ya satışı 50,4% çoxalmışdır. Əksinə, kitab-
xanaların sayı 19%, əhalinin hər min nəfərinə dü-
şən kitab nüsxəsinin sayı isə 10,9% azalmışdır
(Azərbaycanın statistik göstəriciləri, Bakı-2015,
səh.277,334-336).
Qloballaşma mühitində həmişə diqqət altın-
da saxlanmalı məsələlərdən biri də torpaqlar-
dan maksimum səmərəli istifadə edilməsi, əhali-
nin səmərəli məskunlaşdırılmasıdır.
Azərbaycan zaman-zaman o qədər torpaq itir-
mişdir ki, artıq demoqrafik inkişaf fonunda res-
Şəkil 1. Hər 1000 kişiyə düşən qadınların sayı
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
91
publika aztorpaqlı, ərazisi ifrat məskunlaşmış öl-
kəyə çevrilmişdir. Yaşayış məntəqələrinin ərazi-
sinin böyüməsi, günbəgün artan tikinti-quruculuq
işləri, müxtəlif nəqliyyat xətlərinin çəkilməsi, şo-
ranlaşma, su anbarlarının yaradılması və s. yeni-
yeni əkinəyararlı torpaq sahələrinin kənd təsər-
rüfatı dövriyyəsindən çıxmasına səbəb olur. Ölkə
ərazisinin 20%-dən çoxunun hələ də işğal altında
saxlanması, bütün Ermənistanla həmsərhəd və cəb-
həyanı ərazinin isə təsərrüfat məqsədləri üçün isti-
fadəsinin təhlükəli olması torpaqlardan maksimum
səmərəli istifadə olunmasını, əhalinin məskunlaş-
ması zamanı bu amilin nəzərə alınmasını tələb edir
(Əyyubov N.H., 2008). Yeni yaşayış məskənləri
salınarkən, yollar çəkilərkən, maddi və sosial in-
frastruktur obyektləri yaradılarkən münbitliyi nis-
bətən zəif olan torpaq sahələrindən istifadə olun-
malıdır. Daha məhsuldar, münbit torpaqların isti-
fadəsinə məhdudiyyətlər qoyulmalı, onların müm-
kün qədər kənd təsərrüfatı dövriyyəsindən çıxma-
sının qarşısı alınmalıdır. Relyef şəraitinin imkan
verdiyi yerlərdə insanların daimi yaşamayacağı
yeraltı infrastrukturlara (parkinqlər, anbarlar, soyu-
ducuxanalar və s.) üstünlük verilməlidir. Belə tə-
yinatlı tikililər nisbətən baha başa gəlsə də, torpağa
qənaət məqsədi ilə sərfəlidir. Sərhədboyu ərazi-
lərdə, xüsusilə də Ermənistanla həmsərhəd yaşayış
məntəqələrində əhalinin məskunlaşdırılması so-
sial-iqtisadi yönümlü güzəştlər hesabına stimullaş-
dırılmalı, artan demoqrafik potensialın yerlərdə
saxlanılmasına nail olunmalıdır.
Ölkənin səmərəli məskunlaşdırılması siyasəti-
nin əsasını ərazi bütövlüyünün strategiyasına uy-
ğun dağlıqla düzən, iqtisadi-coğrafi regionlarla Ba-
kı paytaxt və neft-qaz sənayesi rayonu arasında
əhali yerləşməsindəki fərqlərin optimallaşdırılması
təşkil etməlidir. Regionların sosial-iqtisadi inkişa-
fının iki Dövlət proqramının (2004-2008, 2009-
2013-cü illər) yerinə yetirilməsinə, birinin (2014-
2018-ci illər) isə yerinə yetirilməkdə olmasına bax-
mayaraq, yenə də nisbətən tarazlı sosial-iqtisadi
inkişafa və onun əsasında isə səmərəli məskunlaş-
maya nail olunmamışdır. Yenə də regionlardan Ba-
kı–Sumqayıt sənaye qovşağına əhali axını davam
edir, nəticədə demoqrafik yüklənmə öz mənfi fə-
sadları ilə, sosial-ekoloji gərginliklərlə davam edir.
Demoqrafik yüklənmə sosial-iqtisadi inkişafı qa-
baqlayır, bu isə xaotik məskunlaşma, yalançı urba-
nizasiya prosesi ilə müşayiət olunur.
Regionların sosial-iqtisadi inkişaf proqramla-
rında qarşıya qoyulan məqsədə nail olunmasında,
ölkədə əhalinin səmərəli məskunlaşdırılmasında,
artan demoqrafik potensialın yerlərdə saxlanılma-
sında, qərb sərhədboyu ərazilərin öncül inkişafın-
da Gürcüstanla Azərbaycan arasında sərhəd-keçid
münasibətlərinin sovet dönəmindəki vəziyyətə uy-
ğun tənzimlənməsi sərfəli ola bilər. Azərbaycanla
Gürcüstanın strateji müttəfiqliyini, bir çox sahə-
lərdə (yanacaq-energetika) müvəffəqiyyətlə əmək-
daşlığını nəzərə alaraq Gəncə–Qazax və Şəki–
Zaqatala iqtisadi-coğrafi rayonları ilə Gürcüstan
arasında (Avropadakı “Şengen” zonasına uyğun)
sərbəst gediş-gəliş, ticarət əlaqələrinin yaradılması
məqsədəuyğundur. Azərbaycanın qərbində istehsal
olunan kənd təsərrüfatı məhsullarının coğrafi cə-
hətdən yaxında olan Tbilisi–Rustavi sənaye qovşa-
ğında realizə olunması əhalinin məşğulluğunun
artırılmasına və əhalinin yerlərdə qalmasına səbəb
olar. Digər tərəfdən, Gürcüstanda yaşayan soydaş-
larımızla əlaqələrin asanlaşmasına gətirib çıxarar,
hər iki tərəf üçün iqtisadi və sosial baxımdan sərfəli
olar.
Qlobal dəyişmələrə Azərbaycanın təsərrüfat
kompleksinin uyğunlaşdırılmasında ən mühüm
məsələ istehsalın sahə və ərazi strukturunun tək-
milləşdirilməsi, yenidən qurulmasıdır. Azərbaycan
Respublikası xammal və yarımfabrikat ixracatçı-
sından hazır məhsul,
xüsusilə elm və əməktutumlu
məhsullar ixracatçısına çevrilməlidir. Ölkə iqtisa-
diyyatının neft-qaz sənayesindən asılılığı azaldıl-
malı, qeyri-neft sektorunun inkişafı yanacaq səna-
yesindən gələn gəlirlər hesabına inkişaf etdirilmə-
lidir. Iqtisadi fəaliyyət növləri üzrə sənaye isteh-
salının strukturunun
təhlili göstərir ki, 2015-ci ildə
hasilat (mədənçıxarma) sənayesinin payı 67%,
emal sənayesinin payı isə 24,3% təşkil etmişdir.
Ölkədə qeyri-neft sektorunun inkişafının dəstək-
lənməsi siyasəti həyata keçirilsə və bu sahədə son
illərdə (2012-2015) müəyyən irəliləyiş olsa da,
2005-ci il ilə müqayisədə 2015-ci ildə hasilat sə-
nayesinin payı müvafiq illərin faktiki qiymətləri ilə
67,4%-dən 67%-ə enmiş, emal sənayesinin payı isə
müvafiq dövrdə 25,9%-dən 24,3%-ə qədər azal-
mışdır (Azərbaycanın statistik göstəriciləri 2016.
Səh. 454). Təbii ki, hasilat sənayesinin də əsasını
neft və təbii qaz çıxarılması təşkil edir. Neft-qaz
Şəkil 2. Əhali sıxlığının dinamikası