Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
81
20%-dən çox fərq yaradır. Bu məqsədlə eyni ərazi-
də quraşdırılan külək turbininin hündürlüyü 50 m
olarsa, 20% daha çox elektrik enerjisi istehsal et-
məyə imkan yaranar. Topoqrafik baxarlılıq amili
də külək elektrik enerjisindən istifadə yerinin seçil-
məsi üçün vacib məsələdir. Bu faktorun təsiri ha-
kim külək istiqamətinə baxan yamaclarda özünü
daha çox göstərir (şəkil 5). Abşeronun şimali-qərb-
dən Qafqaz dağları ilə əhatə olunması bu istiqa-
mətdə əsən küləklərin qarşısını alsa da, şimal-şərq
və cənub istiqamətlərindən əsən küləklər Xəzər
dənizinin üzərindən keçərək maneəyə rast gəlmə-
dən yarımadanın ərazisinə daxil olur. Lakin ölkə-
mizdə qurulan külək turbinlərində əsasən bir isti-
qamətdən əsən küləklər əsas götürülüb ki, bu da
ərazidə hakim küləyə yönəldiyindən digər istiqa-
mətlərdən əsən küləyin gücündən istifadə edilmə-
sini mümkünsüz edir. Azərbacanın idxal etdiyi
külək elektrik qurğularının xeyli hissəsi biristiqa-
mətli olduğundan onların müasir külək turbinləri
ilə müqayisədə tez xarab olmasına səbəb olur.
Seçilən ərazinin avtomobil yollarına yaxınlığı
da külək enerji qurğularının qurulması üçün səmə-
rəli parametrdir. Xüsusilə də müvafiq icraçı təşkilat
KES-ləri qurmağı planlaşdırdığı areallarda əlveriş-
li, qurulacaq KES-in yaxınlığında
nəqliyyat yolla-
rının olması və ya yol çəkilməsinə az xərc tələb
edən əraziləri əsas götürür. Digər hallarda sifarişçi
qurum qurulacaq stansiya ərazilərinə əlavə yol
çəkdirmək məcburiyyətində qalır (şəkil 7). Bu isə
külək elektrik enerjisindən istifadə edilməsi üçün
hər km yolun çəkilməsi üçün əlavə xərcə səbəb
olur. Nəqliyyat imkanlarının çətin olduğu yüksək
və nahamar ərazilər, yaşayış məntəqələrinə yaxın
(ən az 350 metrədək), xüsusi dövlət mülkiyyəti,
mühafizə olunan və s. ərazilər KES-lərin qurulması
üçün uyğun olmayan yerlərdir. Abşeronun nəq-
liyyat şəbəkəsi xəritəsindən də göründüyü kimi,
burada yolların sıxlıq həddi yüksəkdir odur ki,
seçilən ərazidə külək elektrik stansiyalarının quru-
lması üçün sifarişçi əlavə yolların çəkilməsinə bö-
yük vəsait sərf etməyəcəkdir. Çünki, iqtisadi rayo-
nun nəqliyyat şəbəkəsi həm relyef əlverişliliyi,
həm də küləyin sürət və intensivliyi ilə əsasən üst-
üstə düşdüyündən hər hansı bir məkanda qurulması
planlaşdırılan KES-lər ya yolların yaxınlığında, ya
da əlverişli relyefi olan yerlərdədir. Rayonun avto-
mobil yollarının sıxlığını Arcmap-də bufer zona-
yaratma funksiyası ilə müəyyən etmək mümkündür
(şəkil 7).
Tədqiqatda verilən üsullarla tədqiq ediləcək
ərazilərin böyükmiqyaslı külək xəritələrindən
istifadə edərək CİS vasitəsi ilə fərqli ərazilər üçün
Cədvəl 4
Abşeron iqtisadi rayonunda KES-lərin qurulma yerinin seçim bölgüsü
Sürət bölgüsü
(10-20 m, H.)
Davam-
lılıq
Elektrik
şəbəkəsinə
yaxınlıq (m)
Avtomobil
yollarına
yaxınlıq (m)
Meyillilik
(dərəcə)
Ərazi yararlılığı (min
km²)
4-5
Orta
4000 <
5000 <
15-40
2.66 (45.19%)
5-6
Yaxşı
1000-4000
2000-5000
5-15
1.72 (29.17%)
6-7
Yüksək
100-1000
200-2000
0-5
1.51 (25.64%)
7->
Mükəmməl
100 <
200->
0-5
0.33 (5.59%)
Şəkil 7. Abşeron iqtisadi rayonunun avtomobil yolları
Şəkil 8. Abşeron iqtisadi rayonunda KES-lərin
qurulması üçün optimal ərazilər
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
82 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
də eyni üsul tətbiq etməklə müvafiq nəticələr əldə
etmək mümkündür. Bunun üçün müvafiq ərazilərin
külək potensial məlumatları ilə böyükmiqyaslı
külək potensial xəritələri hazırlanmalı və bu
xəritələrin göstəriciləri vaxtaşırı yenilənməlidir.
Nəticə. Külək elektrik stansiyalarından optimal
istifadə yerinin seçilməsi üçün ən əhəmiyyətli əra-
zinin müəyyənləşdirilməsi məqsədi ilə 8 amil nə-
zərə alınmışdır. Abşeron iqtisadi rayonunun rə-
qəmsal hündürlük modeli, külək sürət bölgüsü, kü-
lək intensivliyi, ərazi yararlılığı, baxarlılığı, meyil-
liyi, rayonun avtomobil yolları və elektrik enerji
xəritələri hazırlanmışdır. Bu xəritələrin müqayisəli
təhlili nəticəsində müəyyən edilmişdir ki, külək
sürətinə görə külək elektrik stansiyalarının qurul-
ması üçün iqtisadi rayonun ərazi yararlılıq göstəri-
cisi nəzəri cəhətdən zəif (2-4 m/s, 2.66 min km²-
45.19%), orta (4-5m/s, 1.72 min km²-29.17%) və
yaxşı (5-7 m/s, 1.51 min km²-25.64%) dərəcələndi-
rilərək 3 sinifə bölmək olar (cədvəl 4). Yaxşı həs-
saslıq səviyyəsinə uyğun gələn zonada isə yaşayış
məntəqələri, mühafizə olunan ərazilər və dövlət
mülkiyyətində olan digər əhəmiyyətli torpaqlar çı-
xılaraq, KES-lərin qurulması üçün istifadəyə ya-
rarlı 1.51 min km² ərazinin, sadəcə, 0.33 min km
2
-
də (22%) KES-lərin qurulması üçün iqtisadi və
təbii əlverişlilik cəhətdən səmərəli istifadə zona-
sına aiddir (şəkil 8). 0.33 min km
2
ərazinin hər km
2
-
dən orta hesabla 7 MVt gücündə KES qurmaq
mümkündür. Bu isə tam istifadə vəziyyətində
2.310 Gvt gücündə elektrik enerjisinə bərabərdir.
Potensial sahələr ərazi yararlılığı və külək sürətinə
görə 3 qrupa bölünmüşdür.
- Yüksək gücdə (orta illik sürət 5.5-7m/s) Xızı
rayonunun
Xəzər sahili, Yeni Yaşma, Şurabad, Si-
talçay, Giləzi, Qaradağ və s. əraziləri, həmçinin
Pirallahı və Çilov adaları, - orta gücdə (orta illik
sürət 4-5.5 m/s) Şubanı, Puta, Ümid və Qobustan
qəsəbəsi, - zəif gücdə (orta illik sürət 3-4.5 m/s) isə
yarımadanın qərb hissəsi Çeyildağ, ondan şimalda
yerləşən ərazilər və Xızı rayonunun orta və yüksək
dağlıq əraziləridir.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirli-
yi. “Abşeron iqtisadi rayonunun pasportu”, Bakı, 2012.
səh 64. http://www.ier.az/view.php?lang=az&menu=8.
2. Azərbaycan Respublikası Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,
ABOEM vasitəsilə istehsal olunan enerji layihələ-
ri.http://area.gov.az/aboem-vasit%C9%99sil%C9%99/.
3. “Azərbaycan Respublıkasında alternatıv enerji
mənbələrindən istifadənin inkışafı perspektivləri”.
AMEA, Energetikanın problemləri, № 1, 2004, 197 səh.
http://www.physics.gov.az/PowerEng/2004/v1article/art01.pdf
4. Azərbaycan Dövlət Xəritəçəkmə Komitəsi.
“Azərbaycan Respublikasının Milli Atlası”, Bakı Karto-
qrafiya Fabriki, Bakı 2014, səh. 444.
5. Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinin internet portalı, 2014. Mənbə:
http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/.
6. “Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə üzrə 2015-2020” Strategiyası”, Strateji Ekoloji
Qiymətləndirmə Hesabat Layihəsi.
https://www.unece.org/fileadmin/DAM/env/eia/meetings/201
5/December_9_Baku_SEA_for_the_National_Strategy/SEA_
AZ_Draft_Report_2015.pdf.
7. Berken J.T., “Using GIS to Analyze Wind Turbine
Sites within the Shakopee Public Utilities Electric
Service Territory Shakopee”. Papers in Resource Analy-
sis, Volume 11, 1-11, USA (2009).
8. Kəlbiyev R. Azərbaycanda 2015-2020-ci illər üz-
rə ABOEM-dən istifadənin perspektivləri. ABEMDA.
Bakı. 2015 səh. 5-7.
9. Mora S., Vahrson W., “Macrozonation Methodo-
logy for Landslide Hazard Determination”. Bulletin of
the Association of Engineering Geologists Volume: 31
(1), pp. 49–58 (1994).
OPTİMUM LOCATION CHOICE THE USE OF
WIND ENERGY İN THE ABSHERON
ECONOMİC REGİON
N.S.Imamverdiyev
In the article, the choice of a favourable location of
wind power stations on the territories of the Absheron
economic region was sampled in the basis of analysis
using GIS. Using the knowledge of various information
cartographic originators and meteorological data, with
taking into account of various wind parameters, relief
features, transfer of closeness to transport means, the
suitability of other factors, Absheron economic region
has identified optimal areas for the construction of wind
energy facilities, as well as for wind speed.
ВЫБОР БЛАГОПРИЯТНОГО
МЕСТОПОЛОЖЕНИЯ ДЛЯ ВЕТРОВЫХ
ЭЛЕКТРОСТАНЦИЙ В АБШЕРОНСКОМ
ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ
Н.С.Имамвердиев
В статьe выбор благоприятного расположения
ветровых электростанций на территори Абшерон-
ского экономического района проводился на ос-
новании анализа с применением ГИС. Используя
рознания разнообразнyй информасий картографи-
цеский истогников и метеорологическиe данные, с
угетом различных параметров ветра, особенностей
рельефa, передачи энергия близости к транспорт-
ным путят, пригодности территории друих факто-
ров, в Абшеронском экономическом районе были
определены оптимальные территории для строи-
тельства ветровых энергетических сооружений
(ВЕС), а также их площади по скорости ветра