Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
77
© N.S.İmamverdiyev
ABŞERON İQTİSADİ-COĞRAFİ RAYONUNDA KÜLƏK ELEKTRİK STANSİYALARININ
QURULMASI ÜÇÜN ƏLVERİŞLİ YER SEÇİMİ
N.S.İmamverdiyev
AMEA akad. H. Əliyev ad. Coğrafiya İnstitutu
İmamverdiyev.nicat@gmail.com
Məqalədə Abşeron iqtisadi rayonunun ərazisində külək elektrik stansiyalarının qurulması
üçün əlverişli yer seçiminin coğrafiya informasiya sistemləri (CİS) vasitəsilə təhlili aparılmışdır.
Tədqiqatda müxtəlif mənbələrdən əldə edilən xəritələr və meteoroloji məlumatlardan istifadə
edərək küləyin sürəti, istiqaməti, intensivliyi, stansiyanın qurulması planlaşdırılan ərazinin
relyef xüsusiyyətləri, enerji nəql xətlərinə və avtomobil yollarına yaxınlığı, ərazinin istifadə
yararlılığı və s. kimi amilləri nəzərə alaraq Abşeron iqtisadi rayonunda külək elektrik stansiya-
larının (KES) qurulması üçün optimal ərazilər və külək sürət bölgüsünə görə onların sahəsi
müəyyən edilmişdir.
Giriş. Külək enerjisi Azərbaycanda hal-hazırda
ənənəvi yollarla alınan elektrik enerjisinin maya
dəyərindən baha olsa da, ekoloji tarazlığın saxlanıl-
ması məqsədilə tükənməyən enerji növü kimi ona
marağı artırmışdır. Bərpa olunan enerji mənbələri
içərisində külək enerjisi iqtisadi baxımdan ən əlve-
rişli enerji növlərindən biridir. Digər mənbələrlə
müqayisədə küləkdən alınan hər kVt*s enerjiyə qo-
yulan maliyyə xərci azdır. Dünyada küləkdən elek-
trik enerjisi istehsalı 2015-ci ildə 432,680 GVt
olmuş və 2016-cı ildə 11,11% artaraq 486,749
GVt-a çatmışdır. 2016-cı ildə yalnız külək
enerjisinə inkişaf etmiş ölkələr 42, inkişafda olan
ölkələr isə 67 mlrd. ABŞ dolları həcmində inves-
tisiya yatırmış və 2015-ci illə müqayisədə 4% artım
olmuşdur. Küləkdən ən çox enerji alan ölkələr Çin
(169 GVt), ABŞ (82 GVt), Almaniya (50 GVt),
Hindistan (28 GVt) və İspaniyadır (23 GVt).
Azərbaycanda ümumi enerji istehsalı 2015-ci ildə
24,688 mln. kVt*s təşkil etmişdir. Enerji isteh-
lakının artması ilə paralel enerji istehsalı da hər
ötən il 1-1.5% artmaqdadır. Bu sahəyə dövlət
büdcəsindən ayırılan maliyyə də 2016-ci ilə qədər
eyni tendensiya üzrə artmışdır. Belə ki, 2015-ci
ildə energetika və sənayeyə dövlət büdcəsindən
1.290 mlrd. manat vəsait xərclənmişdir [5]. Külək
enerjisinə isə 2015-ci ilə qədər 66 milyon manat
vəsait qoyulmuş və 124.3 min kVt*s elektrik
enerjisi istehsal edilmişdir [8]. 2016-cı ildə külək
enerjisi ölkənin ümumi qoyuluş gücündə 66 MVt-
lıq paya malikdir ki, bu da 15000 MVt ümumi
külək potensialının cəmi 0.44 faizi deməkdir.
Tədqiqat ərazisi və külək enerjisi istehsalı.
Abşeron iqtisadi rayonunun ümumi sahəsi 5,9 min
km
2
olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir.
Əhalinin sayı isə 2.8 mln. nəfərdir. Coğrafi koor-
dinatları 48°50'38.44 - 50°22'49.60 şərq uzun-
luqları və 39°39'44.66 - 40°58'49.29 şimal enlikləri
arasında yerləşir. Rayonun ərazisində əhalinin sıx
məskunlaşması və sənaye-tikinti obyektlərinin
xeyli hissəsinin burada cəmlənməsi nəticəsində
respublika üzrə enerji sərfiyyatının 45%-dən çoxu
bu regionun payına düşməsinə səbəb olmuşdur.
Azərbaycanda ümumi enerji istehsalı 2013-cü ildə
23,354, 2014-cü ildə 24,728, 2015-ci ildə 24,688
mln. kVt*s, iqtisadi rayonda isə 11,110 mln.kVt*s
olmuşdur. Abşeronda külək potensialına müvafiq
olaraq qurulan KES-lərin rayonun ümumi enerji
sektorunda payı 2013-cü ildə 0.8 MVt (0.003%),
2014-ci ildə 2.3 MVt (0.009%), 2015-ci ildə 4,6
MVt (0.018%), enerji məhsullarının istehsalı üzrə
külək enerjisi 2013-cü ildə 2.9 MVt, 2014-ci ildə
isə 8.3 MVt gücündə olmuşdur [5]. Hal-hazırda
iqtisadi rayonda 5 ədəd külək elektrik stansiyası
fəaliyyət göstərir (cədvəl 2). Azərbaycanda quru-
lan KES-lərin ümumi ərazisi 120 km²,
illik ümumi
enerji istehsalı 480 min kWt*s, daimi işçi sayı isə
2015-ci ildə 180 nəfərdən çox olmuşdur [2].
Respublika üzrə qurulan KES-lərin enerji isteh-
sal gücünə görə iqtisadi rayon ilk yeri tutur (cədvəl
1). Külək enerjisi əsasən Abşeron iqtisadi rayo-
nunun ərazisindən əldə edilir. 2020-ci ilə qədər
iqtisadi rayonda külək elektrik stansiyaları sayının
10-a çatdırılması planlaşdırılmışdır (cədvəl 3). Öl-
kəmizdə istifadə edilən KES-lərdə 1 turbinin gücü
0.2-0.5 MVt arasında dəyişir. İllik enerji istehsalı
isə ən çox 150 min kWt*s olan 2 saylı Yeni Yaşma
külək elektrik stansiyasıdır (şəkil 7) [3].
İqtisadi rayonda külək enerjisindən istifadə is-
tiqamətində 2016-cı ilə qədər 5 külək elektrik stan-
siyası qurulmuş, 5-i isə layihələndirilərək 2020-ci
ilə qədər qurulması planlaşdırılır (cədvəl 2) [2].
Material və metod. Tədqiqat işində ilkin olar-
aq mövzu üzrə görülmüş işlər təhlil edilərək müva-
fiq xəritələrin informasiya bazası üçün
məlumatlar
toplanmışdır. Bunun üçün Azərbaycanın Milli At-
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
78 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
Cədvəl 1
Azərbaycanın külək elektrik enerji istehsalı üçün potensial əraziləri
Regionlar
Külək
gücü
Ortaillik külək
sürəti (m/s)
Tutduğu sahə
(min km
2
)
İstifadəyə yararlı ərazilər
(min km
2
)
Abşeron iqtisadi
rayonu
Yaxşı
5-7
5.9
1.34
Gəncə-Daşkəsən regionu
Orta
3-4.5
12.5
0.625
Naxçıvan MR
Orta
3-4.5
5.5
0.275
Cədvəl 2
Abşeron iqtisadi rayonunda qurulan KES-lər (2015) [2]
Cədvəl 3
Abşeron iqtisadi rayonunda qurulması planlaşdırılan KES-lər [6]
lasında yer almış külək xəritələrindən əlavə, 30x30
m ölçülərində olan rəqəmsal hündürlük model-
indən (Global Digital Elevation Model GDEM)
istifadə edilmişdir [7]. Azərbaycanın iqlim məlu-
matları və rəqəmsal hündürlük modelindən
(GDEM) əldə edilən məlumatlardan istifadə edərək
mövzuya müvafiq xəritələr (hipsometrik, sürət
bölgüsü, külək intensivliyi, ərazi yararlılığı, elek-
trik şəbəkəsi, baxarlılıq, meyillilik və avtomobil
yolları) hazırlanmışdır. Məqalədə Azərbaycanın
elektrik enerji xəritəsi, külək enerji potensial məlu-
matları, ETSN hidrometeoroloji xidmətlər bürosu
tərəfindən 2002-2014-cü illərə aid olan orta aylıq,
illik və çoxillik külək sürəti və istiqaməti üzrə əldə
edilən meteoroloji məlumatlardan, həmçinin
internet resurlarından istifadə etməklə müxtəlif
saytlardan (accuweather.com weather.com və s.)
götürülmüş məlumatlar yer almışdır.
Məlumatları sistemləşdirərək açıq olan online
xəritələrindən (Basemap), ArcGİS ArcMap 10.3.1
paket proqramı ilə Coğrafi İnformasiya Sistemləri
dəstəkli çoxyönlü təhlil alətindən (Spatial Analyst
Tools) istifadə edilmişdir. Bu metodla KES-lərin
istifadə yerinin seçilməsində əsas nəzərə alınan
amillər (külək intensivliyi ərazilərinə, enerji nəql
xətlərinə, infrastruktur şəbəkələrinə, nəqliyyat yol-
larına yaxınlıq) ilə əlaqədar Abşeronun coğrafi əra-
ziləri üzrə xəritələr vektorlaşdırılaraq əldə edilən
məlumatlar WGS84 39N kordinat sisteminə gətir-
ilmiş və onların hər birinin geoinformasiya bazası
yaradılmışdır. Əldə edilən raster xəritələrinin mə-
safə (distance) analizi aparılmış, arcgis proqramın-
da (Arcmap/Spatial Analyst Tools-Weighted Sum)
raster formatında təhlil edilmişdir. Nəticədə KES-
lərdən istifadə yerinin seçilməsi məqsədilə ərazinin
yararlılıq bölgüsü xəritəsi hazırlanmışdır. Lakin bu
xəritənin tam dəqiqliyi üçün seçilmiş
lokal ərazidə
praktiki işlər aparmaqla müəyyən etmək olar.
Məlumatların təhlili. Hər hansı bir ərazidə
külək enerjisindən istifadə yerinin seçilməsi üçün
Stansiyanın adı
Qurulma tarixi
Enerji gücü, MVt
Yerləşdiyi ərazi
İcraçı
Sitalçay
2011
3.6
Xzı r. Sitalçay k.
“Trans-TS” MMC
Yeni Yaşma
2014
50
Xızı r. Yeni Yaşma qəs.
Kaspian Menecment Sistems” və
“Aztorq” MMC
Ekoloji park
2010
0.04
Bakı ş. Xəzər r. Qala qəs.
ARDNŞ
Hökməli külək parkı
2011
8
Abşeron r. Hökməli qəs.
“Alten Qrup” şirkəti
Yeni Yaşma külək parkı
2009
0.7
Xzı r. Yeni Yaşma k.
“Kaspian Texnoloji
Şirkəti”
Stansiyanın adı
Enerji
gücü, MVt
Yerləşdiyi ərazi
Icraçı
Külək adası 1
200
Xəzər akvatoriyası
Pirallahı-Çilov arası körpü
ARDNŞ
Abşeron Günəş-Külək hibrid ES
105
Abşeron
ABEMDA
Abşeron
15
Abşeron
“Kaspian Texnoloji” şirkəti
Xızı
25
Xızı
“Xəzər Menecment System” MMC
Şurabad
8
Xızı
“Alten Qrup” MMC