Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə39/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   35   36   37   38   39   40   41   42   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 71 
 
© A.Ə.Məlikov
 
LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNDƏ ÇAY HÖVZƏLƏRİNİN EKOCOĞRAFİ VƏZİYYƏTİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
A.Ə.Məlikov 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
Az 1143, Bakı, H.Cavid prosp., 115 
Lənkəran təbii vilayətində əhali  məskunlaşmasının ildən-ilə getdikcə sıxlaşması,  ərazidə faraş 
tərəvəz və sitrus meyvələri sahələrinin genişləndirilməsi bölgədəki səth sularına olan təlabatı artır-
mış və nəticədə çay hövzələrinə göstərilən antropogen təsirlər çoxalmışdır. Son illər çay hövzələ-
rinin antropogen  yüklənməsi bölgənin  əsas ekocoğrafi problemi olaraq qalır. Təbii vilayətdə  çay 
hövzələrinin hər km²-nə düşən əhali və heyvan (ev quşları, iri və xırdabuynuzlu mal-qara) sıxlığına, 
hövzənin meşəlilik və antropogenləşmə əmsallarına və çayların çirklənmə dərəcəsinin göstəriciləri-
nə  əsasən  antropogen  yüklənmə  müəyyənləşdirilmiş  və  ekocoğrafi  vəziyyət  qiymətləndirilmişdir. 
Aparılan tədqiqatlara görə, vilayətin çay sularında suların çirklənmə indeksinin (SÇİ) qiyməti 3,3-
5,7 arasında dəyişir. Bölgədə Bolqarçay və Astaraçayın suyu sanitar-gigiyenik normalara görə mü-
layim çirklənmiş, keyfiyyəti isə III sinfə uyğun gəlir. Digər çayların (İncəçay, Boladıçay, Viləşçay, 
Lənkərançay, Təngərüçay) suları isə çirklənmiş hesab olunaraq, keyfiyyəti IV sinfə uyğun gəlir. 
Respublikanın su ehtiyatlarına əsasən çay, göl 
və yeraltı sular aiddir. Bu ehtiyatlar içərisində çay 
suları üstünlük təşkil edir. Hazırda çay sularından 
həyatın bütün sahələrində geniş istifadə edilir. Bu-
na  görə  də  ölkə  ərazisində  təbii  su  çatışmazlığı 
problemi ildən-ilə aktuallaşır. Respublikada su ça-
tışmazlığının əsas səbəbləri – su mənbələrinin böl-
gələr  və  rayonlar  üzrə  qeyri-bərabər  paylanması, 
suya olan tələbatın ildən-ilə artması, habelə suvar-
ma zamanı yaranan su itkisi, eləcə də suların çirk-
lənməyə məruz qalmasıdır. Ümumiyyətlə, sənaye-
nin sürətlə inkişafı, kənd təsərrüfatının kimyalaşdı-
rılması, şəhərlərin böyüməsi və su ehtiyatlarından 
istehsal  və  məişətdə  düzgün  istifadə  edilməməsi 
respublikada su problemini xeyli gərginləşdirmiş-
dir. Bu cür gərginlik respublikanın digər bölgələ-
rində  olduğu  kimi,  Lənkəran  təbii  vilayətində  də 
müşahidə olunmaqdadır. Lənkəran ovalığında əha-
li məskunlaşmasının ildən-ilə getdikcə sıxlaşması, 
ərazidə faraş tərəvəz və sitrus meyvələri sahələri-
nin genişləndirilməsi hesabına bölgədəki səth sula-
rından həm qeyri-rassional, həm də kortəbii şəkildə 
istifadə edilməsi burada ekoloji vəziyyətin gərgin-
ləşməsini bir qədər də artırmışdır. Odur ki, Lənkə-
ran  təbii  vilayətində  çay  hövzələrinin  ekocoğrafi 
vəziyyətinin  qiymətləndirilməsi  aktuallığı  ilə  se-
çilir.  
Bölgədəki çay hövzələrinin ekocoğrafi vəziyyə-
tinin  qiymətləndirilməsi  F.Ə.İmanov,  R.H.Verdi-
yev  [6],  Z.B.Ağayev  [2],  B.Ə.Budaqov  [5], 
M.A.Abduyev [1] və digər tədqiqatçılar tərəfindən 
aparılmışdır. Bu tədqiqatların təhlili göstərir ki, çay 
hövzələrinin  ekocoğrafi  vəziyyəti  suyun  götürül-
məsi,  su  obyektlərinə  sənaye,  kənd  təsərrüfatı, 
kommunal-məişət sahələrinin çirkab sularının axı-
dılması, torpaqların şumlanması, sosial infrastruk-
turun yaradılması və s. ilə xarakterizə olunur.  
Tədqiqatlar  [11,12,13]  göstərir  ki,  ekocoğrafi 
problemlərin    həllinə  hövzələrin  antropogen  yük-
lənməsini  müəyyən  etmək  yolu  ilə  nail  olmaq 
mümkündür.  
Qeyd edək ki, respublika ərazisinin təbii amil-
lərə (seysmiklik, sellilik, sürüşmə, dolu, eroziya və 
s.) görə ekoloji vəziyyəti B.Ə.Budaqov [5] tərəfin-
dən  qiymətləndirilərək  “Azərbaycan  ərazisinin 
ekoloji-coğrafi  rayonlaşdırılması”  xəritəsi  tərtib 
edilmişdir. Həmin xəritədə respublika ərazisi eko-
loji cəhətdən çox gərgin, gərgin və qismən gərgin 
olmaqla 3 qrup rayona bölünərək, tədqiqat obyekti 
seçilən çayların hövzələri gərgin və qismən gərgin 
rayonlara aid edilmişdir. Lakin qeyd edilən xəritə-
də tədqiq olunan çay hövzələrinin antropogen yük-
lənmə səviyyələri nəzərə alınmamışdır. 
Azərbaycanın çay hövzələrinin hər km²-nə dü-
şən  əhali  və  heyvan  (ev  quşları,  iri  və  xırdabuy-
nuzlu  mal-qara)  sıxlığına,  hövzənin  meşəlilik  və 
antropogenləşmə  əmsallarına  və  çayların  çirklən-
mə dərəcəsinin 2007-ci ilədək olan göstəricilərinə 
əsasən antropogen yüklənməyə görə ekocoğrafi və-
ziyyətinin  qiymətləndirilməsi  M.A.Abduyev  [1] 
tərəfindən aparılmışdır.  
Azərbaycan Respublikası Dövlət Statistika Ko-
mitəsinin  əhalinin  2009-cu  il  siyahıyaalınma  mə-
lumatlarına və 2015-ci ilin statistik göstəricilərinə 
[3] əsasən hər bir hövzə üçün əhalinin və ev hey-
vanlarının orta sıxlığı müəyyən edilmişdir (Cədvəl 
1). Yerinə yetirilmiş tədqiqatlarda [1, 9] qeyd edil-
diyi kimi, çay hövzələrinin ekocoğrafi vəziyyətinin 
qiymətləndirilməsi  bal  sistemi  tətbiq  edilməklə 
antropogen yüklənməyə görə aparılmışdır
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
72                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cədvəl 1 
Lənkəran təbii vilayətində çay hövzələri üçün antropogen yüklənmənin növü (2015-ci il) 
 
№ 
 
Çayın adı 
 
Höv-
zənin 
sahəsi 
Hövzədə 
yaşayan 
əhalinin 
sayı, min 
nəfər 
Əhali-
nin 
sıxlığı, 
nəfər/km
2
 
Hövzədəki 
heyvan- 
ların sayı, 
min baş 
Heyvan-
ların 
sıxlığı, 
baş/km
2
 
Hövzənin 
meşəliliyi 
Antro-
pogen-
ləşmə 
əmsalı 
km
2
 


Bolqarçay 
2170 
15373 

41230 
19 
434 
20 
0,5 

İncəçay 
200 
35161 
176 
90800 
454 
22 
11 
0,5 

Boladıçay 
231 
73732 
319 
142390 
616 
49 
21 
0,5 

Viləşçay 
935 
148989 
159 
187660 
200 
234 
25 
0,5 

Lənkərançay 
1100 
157033 
143 
275100 
250 
264 
24 
0,5 

Təngərüçay 
239 
38816 
162 
51863 
217 
131 
55 
0,5 

Astaraçay 
242 
17500 
72 
31460 
130 
136 
56 
0,5 
 
Belə ki, əhalinin sıxlığı hər km
2
-də 5 nəfərdən 
az olduqda hövzənin vəziyyəti 1 bal, sıxlıq 5 nəfər-
lə 24 nəfər arasında olduqda 2 bal, 25-49 nəfər ol-
duqda  3  bal,  50-99  nəfər  olduqda  4  bal,  100-149 
nəfər olduqda 5 bal, 150 nəfərdən çox olduqda isə 
6 bal qiymətləndirilir. Hövzələrin suyunun keyfiy-
yətinin pisləşməsi bal sisteminin çoxalmasına uy-
ğun gəlir. Sıxlıq nə qədər çox olarsa, su obyektlə-
rinin kimyəvi və bakterioloji çirklənmə ehtimalı da 
bir o qədər çox olur. Sıxlıq 5 nəfər/km
2
-dən az ol-
duqda çayların ekoloji vəziyyəti, demək olar ki, bu 
antropogen yüklənmə növündən asılı olmur. Lən-
kəran  təbii  vilayətində  Bolqarçayın  hövzəsində 
əhalinin sıxlığı 7 nəfərdən çox olduğu üçün bu höv-
zənin ekocoğrafi vəziyyəti 2 bal, Astaraçay hövzə-
sində  isə  əhalinin  sıxlığı  72  nəfərdən  çox  olduğu 
üçün  həmin  hövzənin  ekocoğrafi  vəziyyəti  4  bal 
qiymətləndirilməyə uyğun gəlir ki, bunların da hər 
biri  ayrı-ayrılıqda  tədqiq  olunan  çay  hövzələrinin 
14,3%-ni təşkil edir.   
 
Şəkil 1. Əhalinin sıxlığına görə çay hövzələrinin 
ekocoğrafi vəziyyətinin qiymətləndirilməsi (2015-ci 
il) 
Lənkərançay hövzəsində əhalinin sıxlığı 143nə-
fər/km
2
 olduğundan bu hövzənin ekocoğrafi vəziy-
yəti 5 bal qiymətləndirilməyə uyğun gələrək, öyrə-
nilən  çay  hövzələrinin  14,3%-ni  təşkil  edir.  Böl-
gənin İncəçay, Viləşçay, Təngərüçay və Boladıçay 
hövzələrində  əhalinin  sıxlığı  159-319  nəfər/km
2
 
arasında dəyişdiyi  üçün bu hövzələrin ekocoğrafi 
vəziyyəti 6 bal qiymətləndirilməyə uyğun gəlir ki, 
bunlar da öyrənilən hövzələrin 57,1%-nə bərabər-
dir. Bölgədə bu amilin təsiri ilə ekocoğrafi vəziy-
yəti 1 və 3 bal qiymətləndirilən çay hövzəsi qeydə 
alınmamışdır (şəkil 1). 
Çay hövzələrinin ekocoğrafi vəziyyəti həm də 
hövzənin  hər  km
2
-nə  düşən  heyvanların  sayından 
asılıdır. Belə ki, hövzənin hər km
2
-nə  düşən  hey-
vanların sayı 15 başdan az olduqda, onların suyun 
keyfiyyətinə təsiri zəif hesab olunur və 1 bal qiy-
mətləndirilir. Heyvanların saylı 15-25 baş/km
2
 ol-
duqda 2 bal, 26-40 baş/km

olduqda 3 bal, 41-100 
baş/km
2
 olduqda 4 bal, 101-150 baş/km
2
 olduqda 5 
bal,  151  baş/km
2
-dən  çox  olduqda  isə  6  bal  qiy-
mətləndirilir [12]. Lənkəran təbii vilayətində Bol-
qarçayın hövzəsində heyvanların sıxlığı 19baş/km
2
 
təşkil etdiyi üçün bu hövzənin suyunun keyfiyyəti 
2 bal, Astaraçay hövzəsində isə heyvanların sıxlığı 
130-a  bərabər  olduğu  üçün  həmin  hövzənin  eko-
coğrafi vəziyyəti 5 bal qiymətləndirilməyə uyğun 
gəlir  ki,  bunların  da  hər  biri  ayrı-ayrılıqda  tədqiq 
olunan çay hövzələrinin 14,3%-ni təşkil edir. Öyrə-
nilən  çay  hövzələrinin  böyük  əksəriyyətində 
(71,4%)  isə  heyvanların  sıxlığı  200-616  baş/km
2
-
dən çox olduğu üçün bu hövzələrin ekocoğrafi və-
ziyyəti  6  bal  qiymətləndirilməyə  uyğun  gəlir.  Bu 
amilin təsiri ilə ekocoğrafi vəziyyəti 1, 3 və 4 bal 
qiymətləndirilən  çay  hövzəsi  qeydə  alınmamışdır 
(şəkil 2). 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə