Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə28/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   24   25   26   27   28   29   30   31   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 51 
 
miqdarı 20 – 30% təşkil edir. Xarici örtüyü əsasən 
toz  məhsullarının  qismən  islanması  ilə  seçilən  və 
kürəvi formada toparlanmış sel kütləsi çay dərəsi 
ilə  hərəkən  edən  soyuq  hava  cəbhəsi  ilə  hərəkət 
edir. 
7. 
El  arasında  “afat”  adlandırılan    struktur 
tipli  sel  hadisəsi  çayın  sulu  dərəsi  ilə  hərəkət  et-
dikcə tədricən islanır, onun tərkibində suyun miq-
darı  50%-ə  qədər  yüksəldikdə    dağılaraq  qatı  lil 
kütləsinə çevrilir və çay məcrasından çıxaraq da-
ğıntılar törədir. 
Kiş  çayının  Damarçın  çayı  hövzəsində 
03.07.2016-cı  il  tarixində  yağmış  qısamüddətli 
leysandan  sonra  çayın  gətirmə  konusunda  böyük 
miqdarda lil materialının çınqıl və daş ilə birgə da-
ğıntılar  yaratmasına  və  sel  məhsullarının  toplan-
masına səbəb olmuşdur. “Narınqala” və Kiş kənd 
körpüsü  ətrafı  ərazilərdə  aparılan  müşahidələr  və 
selgətirmə  materiallarının  müayinəsi  onların  bu 
ərazidə daha çox fiziki və kimyəvi aşınmaya məruz 
qaldığını  göstərir.  Beləliklə,  toz  materialı  ilə  ör-
tülmüş uzunsov maili çökəkliklərdəki qırıntı mate-
riallarının  soliflüksiya  prosesindən  sonra  leysan 
yağışlarının  təsirindən “delyapsiv” sürüşmələr ya-
ratma ehtimalının daha çox olduğu aydın olur. 
Şin  çayı  hövzəsində  baş  verən  bu  böyükmiq-
yaslı turbulent sel hadisəsi nəticəsində həm körpü 
və həm də yaxınlıqdakı yaşayış məntəqələri və əkin 
sahələri üçün ciddi təhlükə yaranmışdır. 
Çayın gətirmə konusunda toplanan qırıntı mate-
rialının əsasən üç sel ocağı mənbəyindən gətirildiyi 
ehtimal  edilir.  Birinci  növbədə toplanan lil  mate-
rialı Şin çayının ən yuxarı qolları olan Qaraqayaçay 
(sağ qol) və Babaçay (sol qol) ərazilərinə aid edilə 
bilər.  Burada  Orta  Yura  yaşlı  süxurlardan  təşkil 
olunan qara gil şistlərinin aşınmasından əmələgə-
lən  Na
2
O  ilə  zəngin  qara  və  ya  tünd-boz  rəngli 
lillərin  əmələgəlməsi  təxminən  2400  -2600  m-lik 
alp  çəmənliklərinə  uyğun  olan  aşınma  zonaların-
dan gətirilə bilər [6]. Aşınmanın intensiv getməsi, 
yəqin  ki,  həm  iqlimdə  baş  verən  temperatur  tə-
rəddüdləri və həm də çəmənliklərin normadan artıq 
miqdarda qoyun sürüləri ilə otarılması ilə bağlı ola 
bilər. Qırıntı materiallarının ikinci ocağı Qaflançay 
(sağ qol) və Seyidyurdçay (sol qol) qollarıdır. Bu-
rada Orta Yura dövrünün üst hissəsinə aid Bayos 
və Bat mərtəbəsinin  SiO
2
 ilə zəngin süxurları üs-
tünlük təşkil edir və əsasən I tipli aşınma zonala-
rına aid edilir. Şin çayının gətirmə konusunda  (900 
– 300 m-lik  çay yatağı səviyyəsi) bu süxuların  kül-
li miqdarda qum və  çınqıl materialları toplanmış-
dır.  
Şin çayı dərəsinə sel materialları gətirən üçüncü  
– 1900–2000 m-lik səviyyədəki mənbələr Mehdi-
liçay (sağ qol) və Çaxılçaydır (sol qol). Bu çay qol-
larının aşağı axınları 1500–1600 m-lik  yüksəklik-
lərdə dağ-meşə qurşağına düşdüyündən meşələrin 
qırılması  baş  verərsə,  daha  böyük  miqdarda    Alt 
Təbaşir yaşlı CaO-lə zəngin qaya parçalarının uç-
qunlar yaratmasına səbəb ola bilər [6].  Şin çayında  
1000–1200 m-lik səviyyədə yerləşən çay qolları və 
erozion  dərələrdə  toplanmış  əsasən  Üst  Təbaşir 
dövrünün Na
2
O ilə zənginləşmiş material üstünlük 
təşkil  edir.  Daha  çox  erozion  dərə  və  çuxurlarda 
cəmlənən palçıqlı çınqıl, kəsək, qum materialı güc-
lü leysanlar nəticəsində Şin çayı hövzəsində sel və 
daşqınların yaranmasına səbəb olur və hazıkı çay 
yatağının mənzərəsi növbəti sel hadisələri zamanı 
daha ciddi fəsadlarla üzləşəyəcəyimizdən xəbər ve-
rir. 
Kiş çayı hövzəsində selyaradıcı ocaqlar əsasən 
maili yaylaq sahələrində 2400–3000 m-lik yüksək-
liklərdəki  maili  yamaclardakı  aşınma  zonasında 
olan landşaft fasiyalarında (I tip), Damarçın, Qay-
nar  və  Çuxadurmaz  çay  dərələri  ətrafında  forma-
laşmış dərin və qırıntı materialları ilə dolmuş çu-
xurlara  aid  landşaft  yarımmərzlərində  (II  tip)  və 
maili  yamaclar  arasında  yerləşən  uzunsov  çökək-
likləri  əhatə  edən  landşaft  mərzlərindən  (III  tip) 
ibarətdir.  Bu  ərazilərdə  alp  çəmənliklərinin   aşın-
ması nəticəsində yaranan qum, çınqıl, kəsək və toz 
materialları tədricən maili yamacların ətəklərində-
ki  çökəkliklərə  toplanır.  Damarçın  çayının  ətraf 
ərazisində  yüksəkdağlıq  sahələrdə  Alt  Təbaşir 
dövrünün Valanjin lay dəstəsinin karbonatlı fliş çö-
küntüləri  iştirak  edir.  Alp  çəmənliklərinə  malik 
olmayan çılpaq maili yamaclarda bu süxurlar de-
nudasiya  prosesinə  məruz  qalır  və  10–15  sm-lik 
aşınma  qabığı  yaradır.  Külək  və  yağışların  təsiri 
altında qırıntı materialları daşınır və yamaclararası 
uzunsov  çökəkliklərə  (III  tipli),  müxtəlif  mənşəli 
və  formalı  çuxurlarda  toplanılaraq  (II  tipli)  sel 
ocaqları  yaradır.  Karbonatlı  flişin  fiziki  aşınma-
sından  əmələgələn  gil-qum  materialı  uzunsov  sel 
ocaqlarında kimyəvi aşınmaya məruz qaldığından 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
52                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
kimyəvi elementlərin yuyulma dərəcəsinə müvafiq 
olaraq daşınması və toplanması baş verir.  
Kimyəvi aktivlik sırasına görə yuyulma və top-
lanma sırası aşağıdakı şəkildə qəbul edilə bilər: Fe 
və Mn oksidləri (ilkin denudasiya  əraziləri), Si, Ti, 
Al və Mg oksid və birləşmələri (mexaniki dezinte-
rasiya əraziləri) və  Na, Ca və K  birləşmələri (kim-
yəvi dezinteqrasiya əraziləri) [7]. 
Kimyəvi dezinteqrasiyaya məruz qalmış kiçik-
dənəli tozlu sahələr bir neçə illik isti quraq və rü-
tubətli  mövsüm  dəyişmələrinin  fiziki  və  kimyəvi 
təsiri nəticəsində əmələ gəlir. Qış mövsümündə qar 
altında  qalaraq  şaxtadan  donmuş  sahələrin  yayda 
qar əriməsindən sonra dondan açılması nəticəsində 
süxur  qırıntılarının  və  minerallararası  əlaqələrin 
zəifləməsi  baş  verdiyindən  (soliflüksiya  prosesi) 
mineralların  yuyulma  prosesi  güclənir.  Bir  neçə 
günlük günəşli qızmar havaların təsirindən  aşınma 
qabıqlarının üst hissəsi quruyur və qalın toz təbə-
qəsi  formalaşır.  Qələvi  elementlərlə  zəngin  olan 
uzunsov  aşınma  qabıqlarının  üzərfini  örtmüş  toz 
kütləsi leysan yağışların təsirindən struktur sellərin 
əmələgəlməsinə səbəb olmuşdur. Alt Təbaşir döv-
rünün Valanjin  mərtəbəsinə  aid  kül  rəngli  lillərlə 
yanaşı, 3 iyul 2016 -cı il  Kiş çayı sel hadisəsində 
gətirilən materiallar içərisində 1900 – 2000 m-lik 
və  1500–1600  m-lik  hündürlüklərdən  gətirilmiş 
(çaydaşıları, çınqıl, qum) və həm də Üst Yura döv-
rünün Titon mərtəbəsinin (çaydaşıları, kəsək, çın-
qıl, qum və s.) və Üst Təbaşir yaşlı süxur qırıntıla-
rının (kəsək, çınqıl, palçıq və s.) da olduğu müşahi-
də edilmişdir. 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq və gələ-
cəkdə  sel  hadisələrinin  təhlükəlik  dərəcəsinin 
zəiflədilməsi üçün aşagıdakı təklifləri məqsədəuy-
ğun hesab edirik:                      
Təkliflər: 
1. Baş Göynük körpüsünün alt hissəsindəki qı-
rıntı  materiallarının  səviyyəsi  son  illərdə  4–5  m 
artdığından  çay  yatağının  təmizlənməsi  və  ilkin 
vəziyyətə salınması üçün tədbirlər planı tərtib edil-
məli və icrası əlaqədar orqanlar tərəfindən nəzarətə 
alınmalıdır. 
2. Körpünün yuxarıdan sağ hissəsindəki istinad 
bəndləri körpünün sağ dayağından xeyli sağda yer-
ləşdiyindən  çayın intensiv axınlarına məruz qalır 
və  turbulent  axarlı  güclü  sellərin  körpünün  sağ 
dayağı və ətraflarına ziyanvurabilmə ehtimalı bö-
yükdür (sxem 2). Ona görə də sağ istinad bəndlə-
rindən 20–25 m aralı  və onlara paralel 2 –3 bənd 
qurulmasına  və sel sularının əsas hissəsinin körpü 
altından ötürülməsinə ehtiyac vardır. 
3. Körpüdən cənuba doğru olan istiqamətdə sağ 
tərəfdə  yerləşən istinad  divarlarından  sonra  akku-
mulyativ torpaq-çay terrası yerləşir. Bir qədər cə-
nubdakı  hündür  sahə  ilə  istinad  divarı  arasındakı 
sağ sahilə sel axınlarının  təsiri çay yatağının istiqa-
mətini dəyişdirə bilər. Hal-hazırda axınların istiqa-
mətinin  də  həmin  tərəfə  meyilli  olduğunu  nəzərə 
alsaq,  istinad  bəndlərinin davamı  olaraq 3–4  yeni  
bəndin  də  inşa  edilməsinə  ehtiyac  olduğu  aydın 
görsənir (sxem 2). 
 
 
 
Sxem 2.  Şin çayı körpüsünün ətrafında sel təhlükəli ərazilərin sxematik planı 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə