Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 45 
 
© V.E.Tağıyeva
 
ARAN İQTİSADİ RAYONUNDA KƏND TƏSƏRRÜFATININ   İNKİŞAFININ ƏSAS 
İSTİQAMƏTLƏRİ 
V.E.Tağıyeva 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
AZ 1000, Bakı ş., Üzeyir Hacıbəyli küç. 68 
Məqalədə Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişafına  təsir edən təbii-iqtisadi amillər 
şərh edilmiş, təbii resurs potensialı, bunun nəticəsində kənd təsərrüfatı və onun ayrı-ayrı sahələrinin 
inkişafında əldə olunan nailiyyətlər, eyni zamanda, sənayenin inkişafında kənd təsərrüfatının oyna-
dığı rol təhlil olunmuşdur. Kənd təsərrüfatının aparıcı sahələri olan əkinçilik və heyvandarlıq təhlil 
olunur. Müasir dövrdə kənd təsərrüfatında tətbiq olunan texnologiyalar həm sənayenin, həm də kənd 
təsərrüfatının inkişafına müsbət təsir göstərir. 
Giriş.  Aran iqtisadi rayonu respublikanın ən iri 
kənd təsərrüfatı rayonudur. Azərbaycan Respubli-
kasının mərkəzində yerləşən iqtisadi rayonun əlve-
rişli  təbii  şəraiti  kənd  təsərrüfatının  inkişafına  və 
əhalinin məskunlaşmasına  müsbət  təsir göstərmiş-
dir. Tədqiq etdiyimiz ərazi əsas etibarilə əkinçilik 
regionudur.  Rayonun  ərazisi  əkinə  yararlı  geniş 
torpaq fonduna malikdir. Məlum olduğu kimi, əha-
linin ərzaq və yeyinti məhsullarına, sənayenin isə 
xammala  olan  tələbatının  ödənilməsi  cəmiyyətin 
qarşısında duran ən mühüm məsələlərdəndir. Bu iş-
də sözügedən rayonda kənd təsərrüfatının bitkiçilik 
sahəsinin rolu əvəzedilməzdir. Kənd təsərrüfatının, 
o  cümlədən  əkinçiliyin  inkişafı  üçün  iqtisadi  ra-
yonda  münbit  torpaq  ehtiyatı  vardır.  Bol  günəş 
enerjisi, münbit torpaqlar, ildə iki dəfə məhsul gö-
türməyə imkan verən iqlim şəraiti, əməkqabiliyyət-
li  insanların  çox  olması  Aran  iqtisadi  rayonunda 
kənd  təsərrüfatının  inkişafına  bilavasitə  təkan  ve-
rən başlıca amillərdəndir. 
Məsələnin qoyuluşu. Aran iqtisadi rayonunun 
aqrar-sənaye  kompleksini  öyrənərkən  iqtisadi  və 
sosial coğrafiyanın ənənəvi və müasir metodların-
dan istifadə edilmişdir. 
Aran iqtisadi rayonunun aqrar-sənaye komplek-
sinin inkişafında kənd təsərrüfatı və onun məhsul-
larının emalı sahələri mühüm yer tutur. Kənd təsər-
rüfatı maddi istehsalın ən qədim sahəsi olmaq eti-
barilə  ictimai əmək bölgüsünün inkişafı prosesin-
də iki sahəyə − əkinçiliyə və heyvandarlığa bölü-
nür. Əkinçiliyin əsas vəzifəsi əhalinin qida məhsul-
larına olan tələbatını, sənayenin xammal təchizatı-
nı,  heyvandarlığın  isə  ot  və  yem  bitkilərinə  olan 
tələbatını ödəməkdən ibarətdir. Heyvandarlıq əha-
lini kənd təsərrüfatı məhsulları, o cümlədən ət, yağ, 
süd, yumurta və digər ərzaq məhsulları, sənayeni 
isə xammalla, yəni yun, gön-dəri, xəz-dəri, tüklə və 
s. təmin edir [10]. 
Kənd təsərrüfatı aqrar-sənaye kompleksinin tər-
kib hissəsini təşkil edir ki, onun inkişafına təbii və 
iqtisadi amillər böyük təsir göstərir. Təbii amillər 
dedikdə, biz əsas etibarilə torpaq, iqlim ehtiyatları, 
relyef və su ehtiyatlrını nəzərdə tuturuq. Aran iq-
tisadi rayonunun inkişafı üçün əlverişli torpaq-iq-
lim şəraiti vardır. Lakin onun maddi-texniki bazası 
zəifdir. Son zamanlar kənd təsərrüfatında aparılan 
islahatlar,  torpaqların özəlləşdirilməsi kənd təsər-
rüfatı  və  onun  ayrı-ayrı  sahələrinin  strukturunda 
ciddi dəyişikliklərə səbəb olmuşdur. Aran iqtisadi 
rayonunun  ərazisinin  bol  istilik  və  işıq  alması  is-
tisevən  bitkilərin  inkişafına,  ildə  iki  dəfə  məhsul 
götürməyə, örüş və otlaqlardan ilboyu istifadə et-
məyə imkan verir. Burada ərazi düzən, iqlim quru 
olduğuna  görə  torpaqların  süni  suvarmaya  böyük 
ehtiyacı vardır. Ərazidə becərilən texniki bitkilərin 
hamısı, o cümlədən pambığın, bostan-tərəvəz məh-
sullarının, taxıl və bu kimi dənli bitkilərin, mevə və 
giləmeyvələrin 90%-i  suvarılan torpaqlarda  yetiş-
dirilir.  Respublikada  suvarılan  torpaqlar  əsas  eti-
barilə  Kür-Araz  ovalığında  yayılmışdır.  Suvarma 
əsasən  su  anbarları,  kanallar,  arxlar,  su  nasosları 
vasitəsilə yerinə yetirilir [10].  
Torpaq ehtiyatlarının miqdarına görə Aran iq-
tisadi rayonu respublikada birinci yerdə durur. İq-
tisadi  rayonun  ümumi  torpaq  ehtiyyatlarının  2,2 
mln hektarı və ya 95,2%-i ovalıq və 103 min hek-
tarı,  yaxud  4,8%-i  dağətəyi  və  dağlıq  ərazilərdə 
yerləşmişdir. Tədqiq edilən rayonda əkinçilikdə is-
tifadə olunan torpaqların 47%-i suvarma şəraitində 
becərilir [10]. 
Aran  iqtisadi  rayonunda  kənd  təsərrüfatının 
aparıcı sahəsi bitkiçilik və heyvandarlıqdır. Bitki-
çilikdə ixtisaslaşmış sahələr taxılçılıq, pambıqçılıq, 
tərəvəzçilik,  bostançılıq,  quru  subtropik  meyvəçi-
lik, üzümçülük olmaqla bərabər, son onillikdə şə-
kər  çuğunduru,  günəbaxan  da  kənd  təsərrüfatının 
qabaqcıl sahələri sırasına qatılmışdır. 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
46                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cədvəl 1 
Aran iqtisadi rayonunda kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ha 
Rayonlar 
2011 
2012 
2013 
2014 
2015 
2016 
Aran iqtisadi rayonu 
684937 
681107 
697283 
690643 
684218 
695906 
Göyçay rayonu 
20946 
21450 
22148 
22438 
20959 
21205 
Beyləqan rayonu 
49585 
51301 
53560 
49329 
48097 
49019 
Ağcabədi rayonu 
57245 
58290 
61859 
62324 
61780 
65957 
Bərdə rayonu 
56835 
52508 
53762 
53596 
52897 
53320 
Neftçala rayonu 
53707 
53541 
54638 
58329 
56723 
59254 
Biləsuvar rayonu 
46050 
42639 
44994 
44265 
41716 
42960 
Salyan rayonu 
43065 
43371 
43006 
44206 
44223 
46282 
Yevlax şəhəri 
35051 
35187 
35494 
34838 
33674 
30545 
Mingəçevir şəhəri 
208 
206 
210 
230 
225 
162 
Ağdaş rayonu 
38223 
38199 
38184 
28298 
28320 
24098 
Ucar rayonu 
26939 
26968 
27287 
27291 
28500 
27976 
Zərdab rayonu 
35391 
33186 
33741 
35851 
36104 
37128 
Kürdəmir rayonu 
58172 
59702 
63014 
62189 
62736 
63329 
İmişli rayonu 
42318 
41315 
40705 
42346 
42061 
42387 
Saatlı rayonu 
49649 
49808 
49698 
49250 
48939 
51682 
Sabirabad rayonu 
55474 
56398 
56975 
57187 
57191 
59592 
Hacıqabul rayonu 
12360 
12590 
12639 
12845 
13131 
15784 
Şirvan şəhəri 
81 
81 
72 
81 
81 
85 
Mənbə: Azərbaycanın regionları. Bakı, 2017, ARDSK səh. 437 [5]. 
Cədvəl 2 
Aran iqtisadi rayonunda pambıq istehsalı, ton 
Rayonlar 
2011 
2012 
2013 
2014 
2015 
2016 
Göyçay 
36 
65 



153 
Beyləqan 
3570 
2589 
2804 
3876 
3795 
7880 
Ağcabədi 
7594 
5521 
4043 
2886 
2218 
8852 
Bərdə 
5100 
5221 
3945 
3237 
3292 
6925 
Neftçala 
3113 
1259 
753 
768 
255 
1978 
Biləsuvar 
13018 
11415 
9474 
5834 
6362 
12062 
Salyan 
2184 
1578 
1322 
1689 
584 
2706 
Yevlax 
2357 
2865 
2637 
2865 
3327 
3677 
Ağdaş 
257 
276 
175 
81 
25 
1316 
Ucar 
511 
552 
391 
415 
16 
299 
Zərdab 
556 
485 
133 
282 
15 
900 
Kürdəmir 
266 
81 
26 
12 
10 
2111 
İmişli 
4537 
4212 
3413 
5456 
6388 
10211 
Saatlı 
11197 
10302 
8795 
7474 
5650 
12088 
Sabirabad 
3815 
4053 
3160 
2676 
1853 
7713 
Hacıqabul 
100 




800 
Cəmi 
58211 
50474 
41075 
37551 
33790 
79671 
Mənbə:Azərbaycanın kənd təsərrüfatı. Bakı, 2017, ARDSK səh. 351 [6].
1-ci  cədvəldən  göründüyü  kimi,  iqtisadi 
rayonda  kənd  təsərrüfatı  bitkilərinin  əkin  sahələri 
getdikcə genişlənir. Belə ki, 2015-ci ildə 684218 ha 
əkin sahəsi var idisə, artıq 2016-cı ildə bu rəqəm 
695906  ha  təşkil  etmişdir.  Bu  da  tədqiq  olunan 
rayonda  əkinəyararlı  torpaq  sahələrinin  ildən-ilə 
genişləndiyini göstərir. 
İqtisadi rayon əsas etibarilə pambıqçılıq rayonu 
hesab olunur.  Respublikada pambığın 88%-ə qə-
dəri burada istehsal olunur. Bütövlükdə pambıqçı-
lıq üzrə əkin sahələrinin 26,1 min hektarı Aran iq-
tisadi rayonunun   payına  düşür  ki,  bu  da  pamblq 
əkini sahələrinin 89%-ini əhatə edir. Belə ki,  2014-
cü ildə rayonda 55,6 min ton pambıq istehsal olun-
muşdur. Pambıqçılıq Aran iqtisadi rayonunun tər-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə