Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə25/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 47 
 
kibinə  daxil  olan  əksər  inzibati  rayonlarda  təsər-
rüfatın ixtisaslaşmış sahəsi hesab olunur. Elə bu sə-
bəbdən iqtisadi rayonun əksər ərazilərində pambıq-
təmizləmə  zavodları  fəaliyyət  göstərir.  Pambıq 
mühüm  texniki  bitki  hesab  olunur  ki,  sənayedə 
pambıq çiyidindən yağ, heyvandarlıq üçün jmıx və 
s. istehsal olunur. Pambıqdan təsərrüfatın, o cüm-
lədən  sənayenin  mühüm  sahələrində  toxuculuq 
(pambıq-parça istehsalında), kimya, avtomobil, ha-
va nəqliyyatı və s. sənaye sahələrində geniş istifadə 
olunur [2]. 
Dövlət Statistika Komitəsinin verdiyi məlumata 
əsasən, tərtib etdiyimiz cədvəldə  biz Aran iqtisadi 
rayonunda pambıq istehsalının ilbəil artığını müşa-
hidə edirik. 
2-ci  cədvəldən  göründüyü  kimi,  Aran  iqtisadi 
rayonunda pambıq istehsalı ildən-ilə artmışdır. Bu-
nu biz 2015-2016-cı illərin pambıq istehsalını mü-
qayisə  etdikdə  aydın  şəkildə  müşahidə  etmiş  olu-
ruq.  Məsələn, təkcə  2015-ci  ildə  pambıq  istehsalı 
33790 ton olduğu halda, 2016-cı ildə bu rəqəm nə-
zərə çarpacaq dərəcədə artaraq 79671 tona çatmış-
dır. Eyniylə bunu ayrı-ayrı inzibati rayonlara da şa-
mil  etmək  olar.  Belə  ki,  təkcə  Ucar  rayonunda 
pambıq istehsalı 2015-ciildə 25 ton idisə, 2016-cı 
ildə  artıq  4  dəfə  artaraq  1316  tona  çatmışdır.  Və 
yaxud  Neftçala  rayonunda  255  tondan  1978  tona 
çatmışdır. 
Tədqiq edilən rayonda digər kənd təsərrüfatı sa-
hələrindən biri də taxılçılıqdır. Burada buğda, arpa, 
çəltik,  qarğıdalı  və  digər  dənli  paxlalı  bitkilərin 
əkin sahələri geniş əraziləri əhatə edir. Belə ki,  yu-
xarıda adları qeyd olunan dənli və paxlalı bitkilərin 
əkilib  becərilməsi  üzrə  Aran  iqtisadi  rayonu  res-
publikada qabaqcıl yerlərdən birini tutur. Beləliklə, 
ölkəmizdə əkib becərilən və istehsal olunan buğda-
nın 39,3%-i, arpanın 49%-i, çəltiyin 44,2%-i, qar-
ğıdalının 20,4%-i, digər taxıl bitkiləri üzrə əkin sa-
hələrinin 4,5%-i məhz  haqqında bəhs etdiyimiz ra-
yonun payına düşür. İqtisadi rayonun əksər bölgə-
lərində buğda, qarğıdalı və arpa yetişdirildiyi hal-
da, çəltik yalnız Ucar, Ağdaş və Yevlax rayonla-
rında becərilir. Taxılçılıq çörəkbişirmə sənayesinin 
inkişafında özünəməxsus yer tutur. Belə ki, səna-
yedə yumşaq buğdadan çörəkbişirmədə, bərk buğ-
dadan isə makaron və makaron məmulatlarının is-
tehsalında geniş istifadə olunur.[10] 
Tədqiq  etdiyimiz  rayonda  taxılçllığın  inkişafı 
Dövlət  Statistika  Komitəsinin  verdiyi  məlumatlar 
əsasında tərtib etdiyimiz cədvəldə də aydın şəkildə 
şərh olunmuşdur. 
Tədqiq etdiyimiz rayonda təbii şəraitlə əlaqədar 
olaraq payızlıq və yazlıq buğda istehsalı daha yaxşı 
inkişaf etmişdir.  3-cü cədvəldən göründüyü kimi, 
təkcə Ağdaş rayonunda 2015-ci ildə 5963 ton pa-
yızlıq və yazlıq buğda istehsal edildiyi halda, 2016-
cı ildə bu sahənin istehsal gücü 8747 tona çatmış-
dır.  Və  yaxud  Ağcabədi  rayonunda  2015-ci  ildə 
66064 ton olduğu halda, 2016-cı ildə 79282 tona 
qədər  pambıq  istehsal  olunmuşdur.  Aran  iqtisadi 
rayonunda  payızlıq  və  yazlıq  buğdanın  ümumi 
istehsalına nəzər saldıqda isə, 2015-ci ildə 514716 
tondan 573340 tona çatdığını müşahidə etmiş olu-
ruq. 
Cədvəl 3 
Payızlıq və yazlıq buğdanın istehsalı, ton 
Rayonlar 
2011 
2012 
2013 
2014 
2015 
2016 
Göyçay 
19370 
20599 
19501 
15971 
17557 
18709 
Beyləqan 
54213 
56101 
57729 
58692 
39050 
50237 
Ağcabədi 
46285 
67968 
78791 
69089 
66064 
79282 
Bərdə 
40434 
49656 
43748 
45349 
37280 
40887 
Neftçala 
25378 
22138 
10738 
11988 
15246 
16408 
Biləsuvar 
31539 
30969 
36088 
28646 
31290 
41344 
Salyan 
19357 
21972 
23688 
18521 
18155 
21625 
Yevlax 
37440 
46727 
47119 
22304 
16133 
18095 
Ağdaş 
26489 
28107 
30538 
4681 
5963 
8747 
Ucar 
15115 
15855 
16074 
15799 
18104 
17991 
Zərdab 
31961 
28356 
31675 
33147 
32808 
34021 
Kürdəmir 
23430 
29516 
33401 
23957 
38290 
36586 
İmişli 
32372 
33416 
32646 
35541 
42595 
36788 
Saatlı 
67185 
77759 
86232 
62105 
63836 
71809 
Sabirabad 
37520 
41920 
47907 
48144 
47390 
54864 
Hacıqabul 
21094 
21494 
21865 
22213 
24735 
25922 
Cəmi 
529182 
592568  617755 
516157 
514716 
573340 
Mənbə:Azərbaycanın kənd təsərrüfatı, Bakı, 2017, ARDESK, səh. 340 [6].  
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
48                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Bostançılıq üzrə Aran iqtisadi rayonu respubli-
kada qabaqcıl yerlərdən birini tutur ki, sözügedən 
rayonda bostan bitkiləri istehsalı 68%  təşkil edir. 
Bostan bitkiləri əkinləri və istehsalı üzrə Saatlı, Sa-
birabad,  İmişli,  Kürdəmir,  Nefçala,  Hacıqabul, 
Beyləqan, Ağdaş, Yevlax rayonları qabaqcıl yerləri 
tuturlar. Yuxarıda adları qeyd olunmuş rayonlarda 
əsasən qarpız-yemiş əkilib becərilir. 
Üzümçülük  Aran  iqtisadi  rayonunun  Salyan, 
Kürdəmir,  Yevlax,  Beyləqan  rayonlarında  daha 
çox inkişaf etmişdir. Respublikada əkilib becərilən 
üzüm sahələrinin təxminən 28%-i, istehsalının isə 
20%-i  bu rayonun payına düşür. 
Öyrənilən rayonun  kənd  təsərrüfatında texniki 
bitkilərin əkib becərilməsi və istehsalının da xüsusi 
çəkisi vardır. Məsələn, şəkər çuğunduru əkilib be-
cərilməsi  və  istehsalı  son on  ildə  respublikada  ən 
qabaqcıl sahələrdən birinə çevrilmişdir. Regionda 
şəkər çuğundurunun əkilib becərilməsi üçün əlve-
rişli torpaq, iqlim şəraiti vardır. Şəkər çuğunduru-
nun  yüksək  məhsuldarlığı  ilə  Saatlı,  Sabirabad, 
İmişli, Kürdəmir, Biləsuvar, Beyləqan, Ağcabədi, 
Bərdə və Ağdaş rayonları xüsusi olaraq seçilmək-
dədir.  Şəkər  çuğundurunun  əkin  sahələrinin 
58,3%-i, istehsalının isə 64,8%-i  Aran iqtisadi  ra-
yonunun payına düşür. Şəkər çuğunduru istehsalı 
respublikamızda 2006-ci ildən fəaliyyətə başlamış-
dır. Belə ki, məhz 2006-ci ildə respublika əhalisi-
nin şəkərə olan tələbatını ödəmək üçün ,,Azərsun 
Holdinq” şirkəti  tərəfindən  İmişli  rayonunda  mü-
asir  texnologiyalara  əsaslanan  şəkər  istehsal  edən 
zavod tikilib istifadəyə verilmişdir. Zavodun isteh-
sal gücü gün ərzində 5 min ton şəkər çuğunduru və 
ya 1800 ton şəkərin emal edilməsi üçün nəzərdə tu-
tulub.  
Respublikada əkib becərilən texniki bitkilərdən 
biri də günəbaxandır. Günəbaxan çox böyük səna-
ye  əhəmiyyətli  yağlı  bitkidir.  Aran  iqtisadi  rayo-
nunda əsasən dən üçün günəbaxan əkib becərilir ki, 
bu da 51,5% təşkil edir. Günəbaxan bitkisinin əki-
lib  becərilməsi  üzrə  seçilən  rayonlar  Saatlı,  Kür-
dəmir, Biləsuvar, Yevlax, Bərdə rayonlarıdır.  
İqtisadi-coğrafi  rayonda  əlverişli  təbii  şəraitlə 
əlaqədar olaraq tərəvəzçilik də regionun bütün böl-
gələrində,  demək  olar  ki,  yaxşı  inkişaf  etmişdir. 
Tərəvəzçilik  respublikanın  əhalisini  ərzaqla,  kon-
serv  sənayesini isə  xammalla təmin  edir.  Belə  ki, 
ölkəmizdə  tərəvəz  əkin  sahələrinin  33%-i,  isteh-
salının  26%-i  bu  regionun  payına  düşür.  Ümumi 
məhsuldarlığın hər hektar üzrə 113,7 sentnerə çat-
dırıldığı müəyyən olunmuşdur. 
Tədqiq edilən rayonda iqlim şəraitinin əlveriş-
liliyi buranın qədim zamanlardan bəri ixtisaslaşmış 
meyvəçilik regionuna çevrilməsinə şərait yaratmış-
dır.  İqtisadi  rayonda  meyvə  bağlarının  sahəsi 
19,8%, məhsul istehsalı isə 27% təşkil edir. Qeyd 
etdiyimiz rayonda quru subtropik meyvələrdən tu-
tmuş nar, heyva, əncir və bağçılığın digər sahələri 
də inkişaf etmişdir.  
Kartofçuluq iqtisadi rayonda son onillikdə yax-
şı  inkişaf  etdirilmişdir.  Respublikada  əkib  becə-
rilən  kartof  sahələrinin 11%-i,  istehsalının  7,4%-i 
Aran  iqtisadi    rayonunun  payına  düşür.  Qeyd  et-
mək lazımdır ki, burada kartof sahələrinin ümumi 
məhsuldarlığı yüksək göstərici göstərmişdir ki, bu 
da hər hektar üçün 101,2 sentner təşkil edir.  
Aran  iqtisadi  rayonunda  kənd  təsərrüfatında 
əkinçilikdən  sonra  ikinci  aparıcı  sahə  heyvandar-
lıqdır. Burada heyvandarlığı yüksək səviyyədə in-
kişaf etdirib, yüksək məhsuldrlıq əldə etmək üçün 
əlverişli təbii şərait vardır. Zəngin otlaq sahələri və 
yem bitkiləri əkinlərinin olması heyvandarlığın bi-
lavasitə inkişaf etdirilməsinə zəmin yaradan faktor-
larlardandırdır. Ölkədə olan yem bitkiləri əkin sa-
hələrinin  71,4%-i  iqtisadi  rayonun  payına  düşür. 
Heyvandarlığın  başlıca  sahələri  iribuynuzlu  mal-
qara  və  qoyunçuluqdur.  İribuynuzlu  mal-qaranın 
sayı 941,3 mln baş olmaqla, 38,5% təşkil edir. İq-
tisadi  rayonda  iribuynuzlu  maldarlıq  sahəsində 
xeyli irəliləyişlər olmuşdur. Belə ki, Aran iqtisadi 
rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən 
biri  heyvandarlıq  olduğu  kimi,  heyvandarlığın  da 
aparıcı sahəsi ətlik-südlük, südlük-ətlik mal-qara-
dır. Mal-qaranın ümumi sayında camış və inəklər 
çoxluq təşkil edir. İqtisadi rayonda olan camış və 
inəklərin sayı 455,2 min baş olmaqla, respublikada 
olan ümumi camış və inəklərin sayının 39%-ni təş-
kil edir [2]. 
İribuynuzlu  mal-qar  kimi  xırdabuynuzlu  mal-
qara da Aran iqtisadi rayonunda heyvandarlığın in-
kişaf etmiş sahələrindən biri hesab olunur. Xırda-
buynuzlu mal-qara regionda heyvandarlıq sahəsin-
də ikinci mühüm aparıcı sahə olmasına baxmayarq, 
onun  da  təsərrüfatda  xüsusi  çəkisi  vardır.  Burada 
xırdabuynuzlu  mal-qara,  yəni  qoyun  və  keçilərin 
ümumi sayı 271,4 min baş olmaqla, respublikada 
olan qoyun və keçilərin sayının 29%-ni təşkil edir. 
Son onilliklər ərzində heyvandarlığa verilən dövlət 
dəstəyi və güzəştli kreditlər, eyni zamanda, vergi-
lərin ləğv olunması bu sahədə yüksək nəticələr əldə 
etməyə  şərait  yaratmışdır.  Regionda  geniş  qış  ot-
laqlarının  olması  da  bilavasitə  heyvandarlığın  in-
kişafına güclü təkan vermişdir. Bütün bunların nə-
ticəsi olaraq son onilliklər ərzində iqtisadi rayonda 
qoyun  və  keçilərin  sayı  iki  dəfə  çoxalmışdır.  Be-
ləliklə, son zamanlar respublikada istehsal olunan 
ətin 35%-i, südün isə 36%-i Aran iqtisadi rayonu-
nun payına düşür. Və nəticə etibarilə 2012-ci ildə 
ət istehsalı 2 dəfə, süd istehsalı 1,6 dəfə, yumurta 
istehsalı 3 dəfə, yun istehsalı isə 1,5 dəfə artmışdır.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə