Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
49
Bütün bunlarla yanaşı, tədqiq etdiyimiz rayo-
nun kənd təsərrüfatını daha perspektivli inkişaf et-
dirmək üçün qarşıda mühüm vəzifələr durur. Bun-
lardan torpaqlarda melorativ işlərin həyata keçiril-
məsi, torpağın gübrələnmə sisteminin düzgün tən-
zimlənməsi, müasir texnoloji avadanlıq təminatı-
nın yaxşılaşdırılması başlıca şərtdir və daha yüksək
məhsul əldə etmək üçün isə genişmiqyaslı tədbirlər
planının işlənilib hazırlanmasına böyük ehtiyac
vardır.
Müasir şəraitdə Aran iqtisadi rayonunda kənd
təsərrüfatının inkişafına mane olan məsələlər də
yox deyil. Bunlardan ən başlıcası istehsalın ərazi
təşkilinin səmərəli aparılmamasıdır. Tədqiq olunan
iqtisadi rayonda araşdırma apardığım zaman ayrı-
ayrı inzibati rayonlarda bunu bir daha əyani şəkildə
müşahidə etdim. Gəldiyim qənaətə əsasən, məsə-
lənin həlli yolları əsas etibarilə ərazi istehsal kom-
plekslərinin düzgün tənzimlənməsidir.
Nəticə. Son illər Aran iqtisadi rayonu kənd tə-
sərrüfatı strukturunda baş verən əsaslı dəyişmələr,
ənənəvi və yeni əkinçilik sahələrinin genişləndiril-
məsi, aqroparkların yaradılması, kənd təsərrüfatı
məhsullarının itkisiz mənimsənilməsini təmin edən
aqrar-sənaye qovşaqlarının inkişafına təkan ver-
mişdir. Bu da gələcəkdə iqtisadi rayonda təsərrüfat
sahələri arasında tarazlı inkişafın təminatında əsas
şərtlərdən biridir.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər),
Bakı, 2007, 204 s.
2. Azərbaycan Respublikasının coğrafiyası, III cild,
Regional
coğrafiya, 2015, 328 s.
3. Azərbaycan Respublikasının coğrafiyası, II cild,
Fiziki coğrafiya, Bakı, 2015, 400 s.
4. Azerbaycan Respublikasının konstruktiv coğra-
fiyası, III hissə, Bakı, 2000, 256 s.
5. Azərbaycanın regionları, ARDSK, Bakı, 2017,
806 s.
6. Azərbaycanın kənd təsərrüfatı, ARDSK, Bakı,
2017, 608 s.
7. İmrani Z.T., Zeynalova K.Z., Azərbaycnda təsər-
rüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri,
Bakı, 2014, 232 s.
8. Müseyibov M. Azərbaycanın fiziki coğrafiyası,
Bakı, 2002, 466 s.
9. Nadirov A.A., Məmmədov Q.Ş., Məmmədov R.M.,
Əfəndiyev.V.Ə, Azərbaycanın iqtisadi və sosial coğ-
rafiyası, Bakı, 2010, 470 s.
10. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.H.,
Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi
coğrafiyası, Bakı, 2010, 416 s.
MAIN TENDENCIES OF DEVELOPMENT
OF THE AGRICULTURE IN THE ARAN
ECONOMIC REGION
V.E.Taghiyeva
The influence of natural-economic factors on deve-
lopment of agro-industrial complex of the Aran econo-
mic region is considered widely in the article. The ava-
ilable natural-resource potential, development of vari-
ous spheres of agriculture, achievements of these sphres,
influence the role of agriculture on development of in-
dustry are analysed. The leading spheres of agriculture
as cattle-breeding, farming, positive influence the appli-
cation of latest technologies used in agriculture on de-
velopment of the spheres of agriculture and industry are
examined separately.
ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ РАЗВИТИЯ
СЕЛЬСКОГО ХОЗЯЙСТВА В АРАНСКОМ
ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ
В.Е.Тагиева
В статье всесторонне изложено влияние природ-
но-экономических факторов на развитие аграрно-
промышленного комплекса Аранского экономичес-
кого района. Широко проанализированы имеющий-
ся природно-ресурсный потенциал, развитие разных
сфер сельского хозяйства, достижения в этих сфе-
рах, воздействие роли сельского хозяйства на раз-
витие промышленности. Отдельно рассмотрены ве-
дущие отрасли сельского хозяйства животновод-
ство, земледелие, положительное влияние примене-
ния новейших технологий использованных в сель-
ском хозяйстве на развитие сфер сельского хозяй-
ства и промышленность.
Coğrafiya və təbii resurslar, №2, 2017 (6)
50 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
XƏZƏR DƏNİZİ
© Z.S.Allahverdiyev
XƏZƏR DƏNİZİNİN ƏNZƏLİ VƏ CƏNUB-ŞƏRQ AKVATORİYALARININ ÇOXİLLİK
KÜLƏK REJİMİ
Z.S.Allahverdiyev
AMEA akad. H.Əliyev ad. Сoğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr., 115
zabit.allahverdiyev@mail.ru
Məqalə Xəzər dənizinin cənub hissəsini təşkil edən Ənzəli və cənub-şərq akvatoriyalarının çox-
illik külək rejiminin tədqiqinə həsr edilmişdir. Tədqiqatda küləklərin həm istiqamət, həm də sürət
bölgüləri üzrə fəsillik və çoxillik paylanma qanunauyğunluqları, külək rejimləri arasındakı mümkün
əlaqələr və onların sinxron paylanmaları hesablamalar vasitəsilə aşkar edilmişdir.
Giriş. Xəzər dənizininin hidrometeorologiya-
sının, xüsusən də külək rejimlərinin zaman-zaman
öyrənilməsində İ.V.Fiqurovskinin, L.N.İkonniko-
vanın,
S.D.Koşinskinin,
T.M.Şıxlinckinin,
A.A.Mədətzadənin, A.A.Kərimovun, M.U.Vap-
nyarın, L.P.Tambovsevanın, Z.İ.Tatlıyevanın və
bir çox başqa müəlliflərin çoxsaylı elmi işlərinin
əhəmiyyətini qeyd etmək lazımdır [2].
Zaman keçdikcə bu istiqamətdə elmi tədqiqat-
ların yenidən aparılması zərurəti yaranmışdır. Son
illərdəki çoxsaylı tədqiqatlardan ən əhəmiyyətlisi-
ni, akademik R.M.Məmmədovun “Xəzər dənizinin
hidrometeoroloji atlası” kitabını qeyd etmək yerinə
düşərdi [1].
Tədqiqat akvatoriyaları və materialların
tərtibi. Tədqiqat akvatoriyaları Xəzər dənizinin
cənub hissəsini təşkil edir ki, bu da Xəzər dənizi-
nin sinoptik–iqlim üzrə bölgüsündə Pəhləvi və
Cənub-şərq akvatoriyalarından ibarətdir (şəkil 5)
[3].
Tədqiqatda əsas məqsəd Xəzər dənizinin cənu-
bunda çoxillik küləklərin rejim qanunauyğunluq-
larını və bu rejimlər arasındakı mümkün əlaqələrin
mövcudluğunu aşkar etməkdən ibarətdir.
Məqsədə
nail olmaq üçün sinoptik xəritələrdən və gəmi mü-
şahidə məlumatlarından istifadə etməklə 38-ci pa-
ralellə 50,51,52-ci meridianların və 37-ci paralellə
51-ci meridianın kəsişmə nöqtələri üçün tərtib
olunmuş çoxillik analoq külək məlumatlarından is-
tifadə edilmişdir (şəkil 5).
Ənzəli akvatoriyasının çoxillik külək rejimi.
Akvatoriyanın qərb hissəsində yaz fəsillərində kü-
ləklərin 99,5% -ni sürəti 14 m/s-yə qədər, 0,5%-ni
isə sürəti 15 m/s-dən böyük olanlar təşkil edir ki,
onların da sürət 21,5 m/s-dən yüksək olmamışdır.
Burada ən çox (27,4%) cənub-şərq, ən az isə cə-
nub-qərb (2,9%) istiqamətli küləklər müşahidə
edilir.
Akvatoriyanın şərq hissəsində isə müşahidə
edilən küləklərin 97,6%-ni sürəti 8 m/s-dən az
olanlar təşkil edir. Sürəti 16 m/s-yə çatan küləklər
isə tədqiqat dövrü ərzində 3 dəfə müşahidə edil-
mişdir ki, bu da şimal-qərb istiqamətlərində olmuş-
dur. Burada ən çox şimal (30,1%), ən az isə cənub-
qərb küləkləri (3,3%) müşahidə edilir. Aparılan
statistik təhlillər göstərir ki, yaz fəsillərində akva-
toriyanın şərq hissəsində güclü küləklər baş vermir.
Akvatoriyanın cənubunda isə əsasən (99,2%)
sürəti 8 m/s–yə qədər olan küləklər əsir.
Çox nadir
hallarda, 10 ildə 1 dəfə, küləyin sürəti 16 m/s-yə
və 1 dəfə də 17-21,5 m/s-yə yüksəlmişdir ki, bunlar
da şimal-qərb istiqamətində müşahidə edilmişdir.
Ümumiyyətlə, şimal istiqamətli küləklər çox
(56,9%), cənub (2,6%) küləkləri isə az təkrarlanır.
Yay fəsillərində akvatoriyanın qərb hissəsində
ən çox (49,2%) sürəti 1-2 m/s aralığında olan kü-
ləklər müşahidə edilir. Əsən küləklərin 99,6%-i sü-
rəti 1-14 m/s, 0,4%-i isə sürəti 15-21,5 m/s aralı-
ğında olanların payına düşür. Güclü küləklər əsa-
sən şimal-şərq və şərq istiqamətlərində qeydə alın-
mışdır. Onu da qeyd edək ki, yay fəsıllərində əsa-
sən şimal (60,5%) istiqamətli küləklər üstünlük təş-
kil edir.
Akvatoriyanın şərq hıssəsində də şimal (64,7%)
istiqamətli küləklər daha çox, cənub (2,0%) külək-
ləri isə ən az təkrarlanır. On ildə yalnız bir dəfə kü-
ləyin sürəti 16 m/s-yə yaxın olmuşdur ki, o da şi-
mal-qərb istiqamətində müşahidə olunmuşdur. Bu-
rada ən çox (93,5%) sürəti 1-6 m/s aralığında olan
küləklərə təsadüf edilir ki, onlardan da əsas üstün-
lüyə sürəti 1-2 m/s aralığında olan küləklər
(41,1%) malikdir.
Yayda akvatoriyanın cənubunda sürəti 10 m/s-
dən yüksək olan küləklərə təsadüf edilmir və ən
çox sürəti 2 m/s-dən az olan küləklər (61,7%) mü-