310
II. DEPARTAMENTİN ƏSAS VƏZİFƏLƏRİ
9.
Departamentin əsas vəzifələri aşağıdakılardır:
9.1.
Meşə fondunun qorunub mühafizə olunması və bərpası sahəsində tədbirlərin
həyata keçirilməsini təmin etmək və meşələrin mühafizəsi sahəsində
qanunvericiliyə riayət olunmasına
nəzarəti həyata keçirmək;
9.2.
Meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, meşələrin
torpaq qoruyucu, susaxlayıcı, mühit tənzimedici, sanitar gigiyenik və digər
faydalı funksiyalarının artırılması istiqamətində tədbirlər görmək;
9.3.
Ətraf mühit üçün xüsusi əhəmiyyəti olan elmi, mədəni və rekreasiya məqsədli,
təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də Dövlət meşə
fondunda yayılmış faunanın növlərinin qorunub mühafizə
edilməsini təmin etmək;
9.4.
Meşə təsərrüfatının aparılmasının səmərəliliyinin artırılmasına nail olmaq;
9.5.
Meşə Mühafizəsi və Bərpası Müəssisələri, habelə fiziki və hüquqi şəxslər
tərəfindən meşə fondundan istifadə olunması qaydalarına, eləcə də Azərbaycan
Respublikasının meşə qanunvericiliyinin digər tələblərinə riayət olunmasına
nəzarəti
həyata keçirmək;
9.6.
Meşə fondunun qorunub mühafizə olunması və bərpasına dair normativ – hüquqi
aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;
9.7.
Meşələrin yanğından və meşə pozuntularından qorunmasını, zərərvericilərdən və
xəstəliklərdən
mühafizəsini təşkil etmək;
9.8.
Meşələrdən, meşədən kənar ərazilərdən və meşəparklarından, yüksək genetik
xüsusiyyətlərə malik, meşəəmələgətirici cinslərdən müsbət və elit ağac və
ağaclıqların seleksiya əsasında seçilməsini, onlardan toxumların tədarükünü,
uçotunu, analiz olunub yoxlanılmasını, eləcə də onların saxlanılmasını, nəqlini
və mübadiləsini təşkil etmək;
9.9.
Meşəyə göstərilən xidmət işləri zamanı əldə olunan oduncaqdan, yerli meşə
xammalından xalq istehlakı malları və digər sənaye məhsulları istehsal olunması
barədə Nazirliyə əsaslandırılmış
təkliflər vermək;
9.10. İkinci dərəcəli meşə məhsullarından istifadəni, meşədən əlavə istifadə və
yardımçı kənd təsərrüfatı sahələrinin genişləndirilməsini təşkil etmək;
9.11. Meşə təsərrüfatı tədbirlərinin aparılmasına dair statistik və daxili hesabatların
vaxtında və dolğun tərtib olunmasını təşkil etmək, Nazirliyin Meşə Mühafizəsi və
Bərpası Müəssisələri tərəfindən bütün meşə təsərrüfatı tədbirlərinin aparılmasına
daxili nəzarəti həyata keçirmək;
9.12. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri
yerinə yetirmək.
III. DEPARTAMENTİN FUNKSİYALARI
10.
Departament, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı
funksiyaları həyata keçirir:
10.1. Meşələrin qorunub mühafizə olunması sahəsində həyata keçiriləcək tədbirlərin
müəyyənləşdirilməsi və proqnozlaşdırılması barədə təkliflər hazırlayır və
Nazirliyə
təqdim edir;
10.2. Dövlət meşə fondunda meşə zərərvericilərinin və xəstəliklərinin mənbələrinin
aşkar edilməsini, meşəpotoloji müayinələrin aparılmasını, zərərvericilərin və
xəstəliklərin yayılması barədə vaxtında məlumatların alınmasını və onlara qarşı
mübarizə tədbirlərinin həyata
keçirilməsini təşkil edir;
311
10.3. Dövlət meşə fondunun ərazilərində meşə qanunvericiliyinin pozulması
hallarının qarşısının alınması məqsədi ilə Nazirliyin Meşə Mühafizəsi və Bərpası
Müəssisələrinin meşə dolayılarında növbəti, nəzarəti, qəfləti və növbədənkənar
təftişlərin aparılmasını təşkil edir, eləcə də meşə dolaylarının müəyyən hissəsində
nəzarəti yoxlamalar aparır;
10.4. Yanğına qarşı, yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq profilaktiki
tədbirlərin həyata keçirilməsini təşkil edir;
10.5. Meşə mühafizə işçilərinin geyim forması, nəqliyyat və rabitə vasitələri, tabel
silahı və digər zəruri vasitələrlə təmin olunması barədə Nazirliyə təkliflər verir;
10.6. Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşə qanunvericiliyinin
pozulması hallarının, meşə yanğınlarının, meşə zərərvericilərinin və
xəstəliklərinin mənbələrinin, yanğın təhlükəsizliyi qaydalarının pozulmasının
uçot kitablarının aparılmasını, onların tələb olunan qaydada və dolğun tərtib
edilməsini təşkil edir.
10.7. Tinglik təsərrüfatlarında əkin materiallarının seleksiya əsasında seçilmiş
yüksək genetik xüsusiyyətlərə malik olan ağac və kol cinslərindən tədarük
edilmiş toxumlar hesabına yetişdirilməsinə, genefondun, endemik, relikt
ağac və kol cinslərinin qorunub mühafizə edilməsinə və onların areallarının
genişləndirilməsinə, meşə bərpa və meşə meliorasiya tədbirlərinin həyata
keçirilməsinə dair təkliflər hazırlayır;
10.8. Meşəbərpaya və meşə sahələrinin artırılmasına dair, respublika və regional
əhəmiyyətli proqramların, layihələrin hazırlanmasında iştirak edir və öz
səlahiyyətləri daxilində həyata keçirilməsini təşkil edir;
10.9. Meşə təsərrüfatının təşkili planına və texniki layihələr əsasında, meşəbitmə
şəraitinə uyğun olaraq müasir texnologiya əsasında meşəbərpa və meşəsalma
tədbirlərinin həyata keçirilməsini təmin etmək üçün aşağıdakıları təşkil edir:
- Ekoloji və iqtisadi cəhətdən meşə təsərrüfatında daha effektli hesab
edilən, tez böyüyən cinslərdən ibarət qısa qırma dövriyyəli plantasiya tipli
ağaclıqların salınıb yetişdirməsini;
- Meşə fondu torpaqlarından
səmərəli istifadəni;
- Meşələrin cins tərkibinin yaxşılaşdırılmasını və məhsuldarlığının
yüksəldməsini;
- Respublikanın meşəlik faizinin optimal həddə (20-22 faizə) çatdırılmasını;
- Meşələrin mühit yaradıcı, susaxlayıcı, torpaqqoruyucu, sanitar gigiyenik,
rekreasiya və digər faydalı funksiyalarının yaxşılaşdırılmasını.
10.10. Meşəbərpa və yeni meşəsalma işlərinin qeydiyyat və uçot kitablarının tələb
olunan qaydada və vaxtında aparılmasını, onların düzgün tərtib edilməsini təşkil
edir;
10.11. Azərbaycan Respublikasının hökuməti tərəfindən təsdiq edilmiş hesablanmış
meşəqırma həcminə müvafiq olaraq meşəyə xidmət işlərinin (aralıq istifadə
və sanitar qırmalarının) aparılmasını, tədarük edilmiş oduncaqdan səmərəli
istifadəni təşkil edir;
10.12. Hesablanmış meşəqırma həcminə uyğun olaraq meşəyə xidmət işlərinin (aralıq
istifadə və sanitar qırmalarının) aparılması üçün Dövlət meşə fondu sahələrinin
ayrılıb səmərəli istifadə olunması məqsədi ilə aşağıdakıları təşkil edir:
- qırma sahələrinin düzgün seçilib ayrılmasını;
- kəsiləcək ağacların
düzgün seçilməsini;
- taksassiya hesabatlarının kefiyyətlə aparılmasını;
- texnoloji xəritələrin tərtib olunmasını və texnologiyaya əməl edilməsini.