Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə34/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   30   31   32   33   34   35   36   37   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

837



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Heydər  Əliyev  diqqəti  məsələyə  cəlb  etmək  üçün  vəziyyəti  quru  rəqəmlər,  texniki  hesabat 

xarakterli mülahizələrlə deyil, olduqca səmimi sözlərlə təsvir edir. O, bir qayda olaraq, xalq arasında 

deyildiyi kimi “özündən danışır “. Onun nitqində yazı dilinin yorucu təsiri yoxdur. 

Nizami  Xudiyev  qeyd  etmişdir  ki,  Heydər  Əliyevin  nitqində  emosional  məqamların  meydana 

çıxması aşağıdakı şərtlərdən irəli gəlir: 

1) natiqin bir azərbaycanlı- şərqli olaraq xarakterindəki emosionallıq təzahürlərindən; 

2) Heydər Əliyevin şəxsi-fərdi psixologiyasından; 

3)  dövrün,  zamanın  mürəkkəbliyi,  ictimai-siyasi  hadisələrin  əsəbləri  daim  gərgin  saxlaması, 

gözlənilməz halların meydana çıxması və s.-dən. 

Heydər  Əliyev  nitqinin  emotiv  intonasiyası  çox  zəngindir,  lakin  qısa  müddət  ərzində 

Azərbaycana “rəhbərlik etmiş “ bəzi “başçı”lardan fərqli olaraq, həmin emotiv zənginliyi böyük ağıl, 

məntiq, idrak idarə edir. Onun nitqi haqqında belə deyirlər:”Onun nitqində intelektual təməli olmayan 

emosiya, demək olar ki, yoxdur.” 

Ümumiyyətlə,  hər  bir  natiq-istər  qüdrətli,  istər  orta  səviyyəli,  istərsə  də  zəif  olsun-öz  nitqində 

aşağıdakı üç aktı nümayiş etdirir: 

informasiya; 

məntiq; 


emosiya;  

Heydər  Əliyevdə  bunların  üçünü  də  müşahidə  etmək  olar.  O,  hər  bir  ideoloq,  həm  də  bir  natiq 

kimi  zəngin  informasiyaya  əsaslanır,  yəni həmin  informasiya  ilə  silahlanaraq  mənsub olduğu  xalqın, 

rəhbərlik etdiyi dövlətin mənafeyini müdafiə edir. Onun verdiyi informasiya o qədər zəngin olur ki, bu 

və ya digər sahəyə rəhbərlik edən mütəxəssisin verdiyi məlumatlarda nəyin doğru, nəyin yalan, nəyin 

isə qeyri-dəqiq olduğunu dərhal müəyyən edə bilir. 

O,düşünərək danışır, sanki bütün varlığı, düşüncəsi, emosiyası və daxili inamı ilə danışır. Nizami 

Gəncəvi bunu daha gözəl işıqlandırmışdı : 

Sözün qanadları var, quş kimi incə-incə, 

Dünyada söz olmasa, nəyə gərək düşüncə! 

M.T.Siseron  yazır  :  ”...Ancaq  müdrik  adam  həqiqi  natiq  ola  bilər.  Filosof  natiqdən  aşağı 

səviyyədə durur. Çünki hər filosof natiq ola bilmir, natiq isə filosofların öyrətdiyi bütün bilikləri əxz 

etməyi  bacarır.”  Natiq  düşünüb  danışaraq,  ətrafdakı  insanları  da  düşündürməyə  çalışmalıdır.  Natiqin 

nitqi  yorucu  olmamalıdır,  əks  halda  bu  dinləyicini  yora  bilər.  Heydər  Əliyev  bunu  nitqində  nəzərə 

alırdı.  O,  öz  fikrini,  ideyasını  yüksək  inamla  insanlara  aşılayırdı.  Heydər  Əliyevin  mimikası, 

pantomimikası, intonasiyası onun nitqinin təsir gücünü artırır. Onun nitqi hər zaman xalqını, dövlətini 

doğru yola, parlaq gələcəyə səsləmişdir. 

Natiqlik sənətinin yarandığı dövrdən indiyədək adını tarixlərə yazdıran Aristotel, Demosfen, Sise 

ron, Yuli Sezar kimi natiqlər vardır ki, bu gün də onların adı görkəmli natiqlər sırasında çəkilir. Heydər 

Əliyev də şərq natiqləri içərisində birinci hesab oluna bilər. Əminliklə demək olar ki, Azərbaycanda və 

yaxın Şərqdə siyasi natiqliyin ən nüfuzlu nümayəndəsi məhz ulu öndər Heydər Əliyevdir.  

 

 

ZƏRF HAQQINDA MÜLAHİZƏLƏR 

 

Qoşqar ƏMRAHOV 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN



 

 

Bəzi türkoloqlar belə fərz edirlər ki, qədim türk dilində sifət olmamışdır. Lakin qədim türk yazılı 

abidələrində kifayət qədər əlamət bildirən sözlərin olması buna əsas verir ki, sifət türk dillərində çox 

qədim  tarixə  malikdir.  Misal  olaraq  Göytürk  yazılı  abidələrində  kağıt  –  bərk,  adgü  –yaxşı,  suçik  – 

şırın,  yablak  –  pis  ;  Qədim  Uyğur  dilində  yaş  –  təzə,  yeg-yaxşı,  tovrağ  –  cəld;  “Orxon  Yenisey” 

yazılarında  edgü-  yaxşı,  kara  – qara,  kök  –  göy  kimi  əlamət  bildirən  sözləri  qeyd  etmək  olar.  Əlisa 

Şükürlü bu cür sözləri əsli sifətlər adlandırmışdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

838



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Tarixən  sifətlərin  daha  çox  əşyaya  aid  olmasına  baxmayaraq,  zaman  keçdikcə,  danışıq  dilinin 

formalaşması nəticəsində əsli sifətlər əşyanın əlaməti ilə bərabər hərəkətin də əlamətini bildirmişlər. 

Məs:  Ağıllı  düşmən  nadan  dostdan  yaxşıdır.  Rəsm  əsəri  çox  gözəl  işlənib.  Birinci  nümunədə  əlamət 

əşyaya,  ikincidə  isə  hərəkətə  aid  olmuşdur.  Lakin  sonralar  hərəkətin  əlamətini  bildirən  sözlər  zərf 

adlandırılmışdır. Halbuki, F.Zeynalov, C. Cəfərov, A.Həsənov kimi dilçi alimlər qeyd edirlər ki, “bir 

söz  yalnız  bir  nitq  hissəsinə  aiddir.”  Əgər  bir  söz  yalnız  bir  nitq  hissəsi  olursa,  bəs  nəyə  görə  biz 

əlamət  bildirən  əsli  sifətləri  hərəkətə  aid  olduqda  zərf  adlandırırıq?  Deməli,  yuxarıda  adlarını 

çəkdiyimiz alimlərin fikrinə əsasən, əslində, sifətlər 3 yerə bölünə bilər. 1) əşyanın əlamətini bildirən 

sifətlər 2) hərəkətin əlamətini bildirən sifətlər 3) həm hərəkətə, həm də əşyaya aid olan sifətlər.  

Mübahisəli hesab oluna bilən həm hərəkətə, həm də əşyaya aid olan sifətlərə nəzər yetirək. Bərk 

maddə,  möhkəm  hasar,  yaxşı  şagird,  şirin  nağıl,  acı  söz,  cəld  hərəkət,  ac  uşaq,  hündür  bina  və  s. 

Gördüyümüz  kimi,  bu  söz  birləşmələrində  əlamət  əşyaya  aid  edilmişdir.  Bərk  (möhkəm)  dayanmaq, 

yaxşı  oxumaq,  şirin  (acı)  danışmaq,  cəld  qaçmaq,  ac  (tox)  gəzmək,  hündür  (alçaq)  görünmək  və 

s.nümunələrdə isə əlamət hərəkətə aid edilir.  

Ikinci məsələ isə, bizim düzəltmə zərf adlandırdığımız –ca,-cə, -la, -lə, -akı,  

-əki,  -ən,  -anə,  -  yanə  şəkilçilərinin  köməyi  ilə  yaranan  sözlərdir.  məs:  rusca,  cəsarətlə,  çəpəki, 

daxilən, şairanə və s. Şəkilçilərin təhlilinə nəzər yetirsək görərik ki, əslində, 

-ca  qüvvətləndirici  ədat,  -la

ilə  qoşmasının  şəkilçiləşmiş  variantı  (qeyd  etmək  lazımdır  ki,  ilə 



protürk  dövründə  əsli  qoşma  kimi  “birla”  adlandırılırdı),  -akı

2

  tarixən  qoşmanın  yönəlmə,  istiqamət 



mənası bildirən növü, -an

2

 şəkilçisi ədatın qüvvətləndirmə məna növü, sonuncu -anə, - yanə şəkilçiləri 



isə bənzətmə qoşmasıdır. Dilimizdə belə bir qayda mövcud deyil ki, iki nitq hissəsinin birləşməsindən 

bir  düzəltmə  söz  yaransın.  İki  sözün  birləşməsindən  ya  mürəkkəb  söz,  ya  da  söz  birləşməsi  yarana 

bilər. Belə olduğu halda niyə bu cür sözləri düzəltmə zərf adlandırırıq? Bundan əlavə “indi” sözü də 

Y. Balasaqunlunun “Qutadqu bilik” əsərində ədat funksiyasını yerinə yetirmişdir. Beləliklə, əsli zərf 

adlandırılan sözlərin tarixini, mənşəyini araşdırdıqda onların başqa nitq hissələrindən “oğurlandığının” 

şahidi oluruq.  

Kiçik  araşdırmanın  nəticəsi  olaraq  bizdə  bir  sual  yaranır.  Əgər  dilimizdə  sadə  zərf 

adlandırdığımız sözlər əslən sifətdirsə, bu sözlərin mənşəyini araşdırarkən onların əslində başqa nitq 

hissəsi  ola  bilmə  ehtimalı  daha  yüksəkdirsə  və  zərf  düzəldən  şəkilçilər  köməkçi  nitq  hissələrinin 

şəkilçiləşmiş variantıdırsa, görəsən, əsas nitq hissəsi kimi zərfə ehtiyac varmı? 

 

 

 



 

QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİNDƏ BƏZİ ARXAİZMLƏRİN 

ORTA ƏSR ABİDƏLƏRİNDƏ VƏ MÜASİR DİLDƏ TƏZAHÜRÜ 

 

Nəsib ƏLİZADƏ 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN



 

 

Hər bir dilin inkişaf prosesini öyrənərkən arxaik sözləri bu inkişaf prosesindən kənarda təsəvvür 

etmək  qeyri-mümkündür.  Çünki  dildə  həm  lüğəvi,  həm  də  fonetik  arxaizmlərin  yaranmasına  səbəb 

dilin  lüğət  tərkibinin  yenilənməsidir.  Hər  bir  dövr  üçün  istər  dilin  öz  imkanları  hesabına,  istərsə  də 

alınma  sözlər  hesabına  dilə  gələn  yeni  sözlər-  neologizmlər  zaman  keçdikcə  ya  dilin  aktiv  lüğət 

fonduna  keçərək  ümumişlək  sözə  çevrilir,  ya  da  passiv  fondda  köhnəlmiş  söz  şəklində  qalır.  Bu 

sözlərin dildə işləkliyini itirməsinə səbəb isə müəyyən iqtisadi, mədəni, siyasi təsirlərdir. Arxaizmlər 

lüğəvi (leksik, semantik) və fonetik olmaqla 2 yerə ayrılır. 

Əşya  və  hadisənin  adını  başqa  bir söz  əvəz  edirsə,  qeyri  fəal  fonda  keçmiş  söz  leksik  arxaizm 

adlanır məsələn:yapı abidələrdə qabaq ,üz,oğuznamələrdə tikintianlamında,öz köhnə mənasını itirərək 

yeni məna ifadə edən arxaizmlər semantik arxaizmlər adlanır:məs. yazı, fonetik arxaizmlər isə bir səs 

fərqi ilə fərqlənən arxaizmlərdir : adak-ayaq 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə