Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə36/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   32   33   34   35   36   37   38   39   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

841



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 -geoonomastikal – elmi fakta geoonomastika metodu ilə yanaşma tərzi. 

Geoonomastika  areal  onomastika,  dialektologiya,  kartoqrafiya,  əhali  genetikası,  demoqrafiya, 

etnoqrafiya,  tarixi  coğrafiya,  antropologiya  və  s.  bu  kimi  elm  sahələri  ilə  bir  çox  ortaq  cəhətlərə 

malikdir və bu sahələrin tədqiqat üsullarına tez-tez müraciət etməli olur. Geonomastikada ad xəritələri, 

yaxud  onomastik  xəritələr  də  xüsusi  yer  tutur.  Onomastik  xəritələr  adların  məkani  paylanmasını  əks 

etdirən coğrafi vəsaitlərdir. Onomastik xəritələr 3 əsas məqsədə əsaslanır: 1) xüsusi bir ərazi haqqında 

onomastik informasiyaları təmin edir; 2) adların paralelliyi və məkanı haqqında informasiyalar verir; 

3) iki və daha çox xəritə arasında ad paralellərinin müqayisəsi üçün istifadə olunur.  

Nəticə  olaraq  onu  qeyd  etmək  istərdik  ki,  xüsusi  adlar  səviyyəsində  aparılan  statistik  analizlər 

insan coğrafiyasının, dilin və mədəniyyətin öyrənilməsindən ötrü alternativ metodlar nümayiş etdirir. 

Bu  tezisdə  irəli  sürülən  müddəalar  adların  bu  sahədə  malik  olduğu  informativ  imkanlardan 

məqsədyönlü şəkildə istifadə baxımından faydalı ola bilər.  

 

 

GENDER FƏRQLƏRİNİN DİLDƏ İFADƏSİ 

 

Anar FƏRƏCOV 

Bakı Dövlət Universiteti 



anarf-v@box.az 

AZƏRBAYCAN 



 

Məlum olduğu kimi, XX əsrin ikinci yarısında dilçiliyə gender anlayışı daxil oldu. Gender dilçil-

iyi  inkişaf  etməkdədir.  Bu  sahədə  ilk  tədqiqatlar  alman  və  roman  dil  qrupları  əsasında  aparılmaqla 

dilin  kişilik  və  qadınlıq  xüsusiyyətləri  üzə  çıxarıldı.  SSRİ  məkanında  ilk  dəfə  olaraq  bu  sahədə 

tədqiqatlar  80-cı  illərin  axırı,  90-cı  illərin  əvvəlində  rast  gəlmişdir.  Gender  dilçiliyi  dilçilikdə  elə  bir 

sahədir ki, burada müxtəlif dilçilik sahələrinə müraciət etməklə maraqlı nəticələr əldə etmək olar.  

XX əsrin 60-70-ci illərində femenist dilçiliyin yaranması ilə gender tədqiqatları geniş vüsət aldı. 

Bu barədə dünya dilçiliyində maraqlı əsərlər yazıldı, kişi və qadın “dili”nin müəyyən xüsusiyyətlərini 

ortaya qoydular. Bu dilçilərdən C.Qremel-Plestini, L.Puşuni, E.Qroşkonu, A.Nilseni, R.Lakoffu və b. 

göstərmək olar.  

Femenist  dilçiliyində  iki  istiqamət  fərqləndirilir.  Birinci  istiqamətin  nümayəndələri  dünyan 

dillərində qadın obrazının alçaldılması faktları öyrənilir. Onların fikrincə dünyada bütün dəyərlər kişi 

gözü ilə ölçülür. Məhz bu cəhətə görə dünyanın bütün dilləri “kişi” dili adlandırılır. Dildə hətta qadın 

obrazı  belə  neqativ  qiymətləndirilir.  Onlar  üçün  əsas  istiqamət  dilin  leksikasıdır.  E.Qoroşko  öz 

əsərində  qeyd  edir  ki,  bir  çox  Avropa  dillərində  qadın  obrazına  çox  vaxt  mənfi  xüsusiyyətlər  aid 

edilirdi  ki,  bu  da  frazeologiyada  öz  əksini  tapıb.  O.Kolosovun  fikrincə  mənfi  xarakterizələr  belə 

qiymətləndiriləndə qadına aid xarakterlərdən istifadə olunur. A.P.Nilsen öz əsərində qeyd edir ki, çox 

vaxt kişi cinsi ilə bağlı olan söz nüfuz statusu daşıyır. Bu səbəbdən onların əsasında mürəkkəb sözlər 

və  söz  birləşmələri  (Brotherhood,  spokesman  və  s.)  yaranıb. Tədqiatçının  qeyd  etdiyi  kimi,  müvafiq 

sözlərin  işlədilməsi  bəzi  vaxtlar  qadınları  siyasət,  idman,  təhsil  və  s.  sahələrdən  kənarlaşdıraraq 

məhdudlaşdırmışdır. Feminist linqvistikasının nümayəndələri belə düşünürdülər ki, müasir cəmiyyətdə 

gender bölgüsü müəyyən edilib, bu zaman kişi yaradıcılıqla məşğul olur, qadın isə ev işləri, uşaqların 

tərbiyəsi ilə məşğul olur.  

İkinci istiqamət diskurs adlanır. Burada cəmiyyətin dəyər və normalarından, şərtilikdən və sosial 

praktikadan asılı olan sosial fəaliyyət formasıdır. Əsas tədqiqatlar nitq fəaliyyətinin qadın və kişi tərzi 

arasındakı fərqi müəyyən edir. Belə hesab edirlər ki, kişi və qadın nitq tərzi, kişi və qadın partnyorun 

deyilən  fikrə  reaksiyasını,  onların  seçim  və  korreksiyasını  nəzərə  almaq  dərəcəsindən  asılı  olaraq 

fərqlənirlər. Kişi daha çox öz fikrini irəli sürən və onun arxasınca gedən, qadın isə partnyorun fikrinə 

doğru yönəlir. 

Dildə gender tədqiqatları dil və cinslərin qarşılıqlı münasibətləri əsasında aparılmalı, cinslərin dil 

davranışlarının  xarakterik  xüsusiyyətlərini  təsvir  etməlidir.  Müasir  dövrdə  dilçilikdə  gender 

tədqiqatların aparılmasında üç cür yanaşma var: 

1. Qadın və kişi dilinin sosial mahiyyətinin cəmiyyətdəki rolu 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

842



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

2. Nitq davranışının kişi və qadın tiplərinə uyğun psixolinqvistik mahiyyəti, xüsusən milli, etnik 

xarakterlər 

3. Cinslərin dil davranışındakı koqnitiv əsasları  

Qadın  və  kişi  dilinin  sosial  mahiyyəti  dedikdə,  ilk  növbədə  qadın  və  kişilərin  cəmiyyətdə 

tutduqları  mövqeyi  ilə  izah  olunmalıdır.  Hər  bir  cəmiyyətdə  cinslərə  münasibət  fərqlidir.  Bu  cür 

müqayisəni müxtəlif dillər üzərində apara bilərik. Azərbaycanda da qadına münasibət fərqlidir. Qadın 

və  kişiyə  bütün  qanunlar  bərabər  şəraitdə  fikirlərini  ifadə  etməyə,  cəmiyyətdə  müxtəlif  vəzifələri 

tutmağa  imkan  versə  də,  qadınlara  sanki  mənəvi  bir  qınaq  mövcuddur.  Bu  artıq  qanunlarla  yox, 

cəmiyyətin  münasibətilə  bağlıdır.  Bu  cəhətdən  milli  mentalitet  və  psixoloji  təsirlər  də  böyük  rol 

oynayır.  Deməli,  xalq  təfəkkürünün  çox  möhkəm  mənəvi  bağları  cinslərin  “dilləri”nə  də  təsir  edir. 

Bütün  bunlara  baxmayaraq,  deyə  bilərik  ki,  Azərbaycan  xalqı  qadına  bir  müqəddəs  varlıq  kimi 

yanaşmış,  onu  həmişə  uca  tutmuşdur.  Buna  sübut  olaraq  göstərə  bilərik  ki,  bir  çox  dastanlarımızda, 

atalar sözlərimizdə qadına münasibət tamamilə fərqlidir, məsələn: Ana haqqı, tanrı haqqı, Ana vətən, 

Ana dili, Cənnət anaların ayaqları altındadır və s. 

F.Əlizadə  də  öz  məqaləsində  kişi  və  qadın  “dili”nin  fərqli  xüsusiyyətlərini  maraqlı  faktlarlarla 

ortaya qoymuşdur. O qeyd edir ki, kişilər nitqində rəsmi söhbətlərə, çox zaman lovğalı sərgüzəştlərə, 

əyləncəli söhbətlərə, tostlara, təriflərə, andlara, şüarçılığa, adi və həmçinin qəzəbli anlarında söyüşlərə 

meyilli  olduğu  halda,  qadınlar  adi  vəziyyətdə  ailə  məişət,  övlad  haqqında  söhbətlərə,  qeybətə, 

yamanlamalara, yalvarışlara, alqışa, qəzəbli halda isə qarğışa nifrətə bağlıdırlar.  

Qadınların nitq  davranışları  haqqında çox  maraqlı  tədqiqatlar aparılmışdır.  Bu barədə  R.Lakoff 

özünün  “Dil  və  qadının  yeri”  əsərində  geniş  araşdırma  aparmış  və  maraqlı  xüsusiyyətlər  ortaya 

çıxartmışdır.  Müəllifin  fikrincə,  kişilərin  nitq  davranışından  fərqli  olaraq,  qadınların  nitq  davranışı 

qətiyyətsiz, daha az aqressiv, daha çox humanistdir . Kişilər isə dialoq zamanı daha aqressivdilər.  

Bu  haqda  olan  tədqiqatları  ümumiləşdirərək  kişi  və  qadın  “dili”inin  aşağıdakı  fərqli 

xüsusiyyətlərini ortaya qoymaq olar: 

1. Qadınlar çox vaxt kiçiltmə şəkilçilərinə müraciət edirlər; 

2.  Qadınlar  üçün  vasitəli  nitq  aktı  xarakterikdir.  Onlar  çox  vaxt  nəzakət  və  yumşaltma 

formalarından istifadə edirlər;  

3.  Nitq  davranışında  qadınlar  hakim  mövqe  tutmurlar,  onlar  qulaq  asmağı  və  həmsöhbətin 

problemləri üzərində fikrini cəmləşdirməyi bacarırlar; 

4. Qadınlar kişilərin istifadə etmədikləri sözləri işlədirlər (məsələn, mauve (məuv) «açıq çəhrayı-

bənövşəyi»;  

5.  Qadınlar  daha  çox  «boş»  qiymət  bildirən  sifətlərdən  istifadə  edirlər  (sweet  -  şirin,  divine  - 

ilahi, cute - ağıllı, hazırcavab, zirək, dan. xoş, qəşəng, məlahətli);  

6. Qadınlar kişilərin təsdiq formalarını işlətdiyi yerdə sual formalarından istifadə edirlər;  

7. Qadınlar daha çox tərəddüd, şübhə, inamsızlıq ifadə edən formaları işlədirlər (well, you know, 

I guess, I thing - yaxşı, siz bilirsiniz ki, mən təxmin edirəm, mən güman edirəm);  

8. Qadınlar daha çox qüvvətləndirici ədatlardan istifadə edirlər (so nice, very nice);  

9. Qadınlar düzgün qrammatikadan istifadə edirlər. 

10.  Kişi  və  qadınlar  danışıq  zamanı  özlərini  müxtəlif  cür  aparır,  söhbət  prosesində  dildən 

müxtəlif  cür  istifadə  edirlər.  Bu  cür  tədqiqatlarda  adətən  danışığın  əsas  mövzusundan  uzaqlaşmanın 

sayı,  bir  mövzudan  digərinə  keçid,  digər  həmsöhbətə  gözlənilmədən  müraciət,  həmsöhbətin  sözünü 

kəsmə və s. hesablanır.  

Kişi  və  qadın  “dili”  haqqında  çoxlu  tədqiqatlar  aparılsa  da,  hələ  də  müəyyənləşməmiş  çoxlu 

faktlar  vardır.  Gender  görə  dili  araşdırmaq  tək  dili  öyrənməklə  yox,  cinslərin  sosial,  psixoloji 

xüsusiyyətlərini araşdırmaqla daha düzgün nəticələrə gəlmək olar. 

 

 

 

 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə