IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
857
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bütün bu məlumatlardan bir daha aydın olur ki, kommunikasiya çoxşaxəli bir prosesdir və
danışıq aktı vasitəsilə reallaşır. Bu prosesdə dil məlumatı göndərən tərəfindən səsləndiyi və qeyri-
verbal davranışlar vasitəsilə informasiya göndərildiyi kimi, mesajlar da məlumatı müəyyən vasitələr
tərəfindən qarşı tərəfə çatdırır.
Sözsüz ünsiyyətin modelini belə verə bilərik:
Ünsiyyət prosesində səs axını mühüm rol oynasa da, mimikalar, jestlər və digər qeyri-verbal
vasitələr də mühüm amillərdəndir.
Kommunikasiya prosesinin qurulmasında məqsəd nədir? Məlumdur ki, ünsiyyət göndərilən
tərəfindən məqsədi nə olursa olsun, əsas məqsədi öz ideya və fikirlərini, duyğu və düşüncələrini qarşı
tərəfə ötürmək, həmçinin onların davranış və düşüncələrinə təsir göstərmək, göndərilən məlumatın
doğruluğuna inandırmaq, müəyyən mənada özlərinə tabe etməkdir. Qarşı tərəfin (adresantın, qəbul
edənin) məqsədi göndərənin çatdırmaq istədiyi məlumatları düzgün açmaq və ona müvafiq cavab
verməkdir.
Ünsiyyətin qurulmasında və kommunikatorlar arasında prosesinin davamlı olaraq təşkil
edilməsində əsas hərəkətverici qüvvə sözsüz ki, anlatmaqdır. Əslində elə ünsiyyət bu amilin üzərində
qurulur. Məsələn, biz işə qəbul olunmaq barədə məlumat əldə edirik. Təbii ki, bu bizi çox sevindirir və
xəbəri başqalarına çatdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirik. İstər verbal yolla olsun, istər
qeyri-verbal hər zaman qarşı tərəfi anlatmağa çalışırıq. Buna görə də qollarımızı yuxarı qaldırıb atlana
və ya qarşı tərəfi qucaqlayırb çoxlu öpə bilərik. Hətta bəzən sevinc hissi güclü olduğu halda, insana
ağılasığmaz davranışlar da etdirə bilir. Uşaq olduğum zaman rayonda bir qızın tələbə adını qazandığını
eşitdikdə həyətdə hündür yerə çıxaraq sevincindən atılıb-düşdüyünü eşitmişdim. Deməli, onun belə
ağılasığmaz hərəkətlər etməsinə səbəb mesajı göndərənin universitet tələbəsi olması xəbərini insanlara
çatdırmaq olub. Ətrafdakı insanlar, yəni mesajı qəbul edənlər, əvvəlcə buna təəccüblənsə də sonunda
onun göndərdiyi mesajları anlamışdılar.
Göndərilən informasiyalar formaca və məzmunca da müxtəlif olur. Bu cür informasiyalar sözsüz
ünsiyyət prosesinin rəngarəngliyinə yol açır və insandan-insana, bir qrupdan digər qrupa, cəmiyyətdən
cəmiyyətə ötürülür. Beləliklə, kommunikasiya prosesi formalaşır. Sösüz ünsiyyət ətraf aləmi başa
düşmək və başa salmaq, hər iki tərəfin (göndərən və qəbul edənin) prosesə eyni münasibət bildirmək
istəməsindən qaynaqlanır. Bunun nəticəsində də, ümumiyyətlə, ünsiyyət prosesinin qaynağı yaranır.
Semiotika isə bu amillərə anlam və məna baxımından yanaşır. Sözsüz ünsiyyət prosesinin anlam və
məna qazanması semiotikaya söykənir.
Məna özü əslində predmet və hadisədir. Bu hadisəyə səbəb olan isə anlamdır, daha doğrusu,
anlam müvafiq hadisəni yaradandır.
məlumatı
göndərən
(adresant)
məlumatı qəbul edən
(adresat)
məlumat
Sözsüz ünsiyyət
kanallar
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
858
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PUBLİSİSTİKADA NİTQ MƏDƏNİYYƏTİ (KİV materialları əsasında)
Aysel KƏRİMLİ
Bakı Slavyan Universiteti
kerimliaysel95@inbox.ru
AZƏRBAYCAN
Bu gün ədəbi dilin zənginləşməsində nitq mədəniyyəti problemi daha çox publisistik üslubun
üzərinə düşür. Prosesin bu istiqamətdə getməsi bizi kütləvi informasiya vasitələrinin dilinə daha
diqqətli yanaşmağa, dil normalarının pozulmasının qarşısını almaq məqsədilə müəyyən tədbirlər
görməyə vadar edir. Dil sistem təşkil etdiyindən nəinki bir səviyyənin daxilindəki dəyişmələr, hətta
dilin müxtəlif səviyyələrindəki dəyişmələr zəncirvari şəkildə bir-birinə təsir edir, bir hadisə digərini
şərtləndirir. Odur ki, norma məsələsini izlədikdə də bu halı diqqətdə saxlamaq, dilin daxili qanunlarını
və eləcə də onun inkişafına təkan verən ekstralinqvistik amilləri nəzərə almaq lazımdır.
Dilin bütün səviyyələrində, müvafiq olaraq, müəyyənləşmiş norma özünü göstərdiyi kimi,
normanın pozulması hallarına da təsadüf olunur. İnkişafı şərtləndirən variantlılığı, daha doğrusu, nitq
istisnalarını nəzərə almasaq, norma pozuntusu dilin daxili təbiətinə zidd hadisə olmaqla yolverilməz
hal kimi qiymətləndirilməlidir. Fonetik normanın pozulması: “Günə baxan”– İlqar Mikayıloğlu (Bakı)
ləhcəsində ləhcəsində); 20.06.2013-10:44–Oxuyaceyik [oxuyacıyığ] məhkəmənin qərarını və s;
“Düzbucaq” – Xatirə Məmmədova– 05.09.2013 – 00:00 – Dünya liderlərinin toplaşdığı böyük 20-lik
sammitində əsas müzakirə mövzusu, heş [heç] şübhəsiz ki, Suriya məsələsi oldu;00:05–Hətta bəzi
evlər də var ki, onlar sanki çartlıyıb [çatlıyıb] və iki yerə bölünüb; Vurğu pozuntusu: “Salam,
Azərbaycan”–İsa Şükürov–05.09.2013–08:00– Sabahınız xéyir; “; “Xəbərçi” – Natəvan Babayeva–
12.09.2013–21:01–Ermənistan sılahlı [silahlı] qüvvələri ...;“Xəbərçi”–İstanbulda xüsusi müxbir–
12.09.2013–21:07– Dünən axşam saatlarından etibarən Türkiyənin bir neçə şəhəri də, o cümlədən
İstánbulun [İstanbulún]... (buradakı söz anlaşılmadı) səmtlərində–Kadıköy, Sultanbəyli və Taksimdə
etiraz aksiyaları başlandı.Məlumdur ki, durğu işarələri qrammatik və semantik səciyyə daşıyır və
nitqdə pauza və intonasiya ilə öz əksini tapır. “Nobel mükafatı laureatı ABŞ-ın Kolumbiya
Universitetinin professoru...” ifadəsi ilə başlanan cümlədə diktor tərəfindən vergül/pauza qaydasına
əməl olunmadığı üçün tamaşaçı anlaya bilmir ki, Nobel mükafatı ABŞ-a, Kolumbiya Universitetinə,
yoxsa, professora aiddir. Məhz bu yanlışlıqlardan qaçmaq üçün mətnlər tərtib və redaktə olunarkən söz
sırası əsas götürülməlidir: “ABŞ-ın Kolumbiya Universitetinin professoru, Nobel mükafatı laureatı
filankəs”.
İstər yazılı, istərsə də şifahi nitqdə ilk diqqət çəkən məqam leksik norma ilə bağlı olur. Türkiyə
türkcəsindən dilimizə gətirilmiş türk mənşəli özəl / özəlləşdirmək, dönəm (dövran, zaman, period),
yayım (translyasiya),
çağdaş (müasir),
sərgiləmək (nümayiş etdirmək) və s. kimi sözlər dilimizin
lüğət tərkibini zənginləşdirir və gələcəkdə ümumtürk dilinin yaranmasına doğru atılan addım kimi
qiymətləndirilə bilər. Lakin söz, baxmayaraq, sözlərimiz olan yerdə Türkiyə türkcəsindən ərəb
mənşəli kəlimə, rəğmən kimi sözlərin işlədilməsi yersiz və yolverilməzdir.
Ruslaşdırma siyasəti hökm sürən, cəmisi iki telekanalımız olan sovet dövründə, hətta idman
reportajlarında referi (hakim), qolkiper (qapıçı), forvard (hücumçu), ofsayt (oyundan kənar
vəziyyət), outsayt (topun meydandan çıxması), korner (küncdən zərbə), penalti (on bir metrlik
cərimə zərbəsi) və s. varvarizmlər qətiyyən işlədilməzdi. Bu gün – müstəqillik dövründə isə bəzi
kanalların idman verilişlərində işlədilir.
Bundan əlavə: Maraqlı bir olay baş verdi və hamını şoka saldı (Bizcə, təəccübləndirdi olsa daha
yaxşıdır); Bizi izləməkdə davam edin (irad – bizi izləyin, bizcə, kifayətdir ). Verilişdə bu ifadə
dəfələrlə təkrar edilir; Güclü leysan (irad – bizcə, leysan elə güclü yağış deməkdir – izafiliyə yol
verilmişdir);
Hər zaman qalibiyyət ilə vətənə dönən milli kulinariya komandamız yenidən yarışmaya yollanır.
(irad:Hər zaman qələbə ilə vətənə dönən)
Mən telekanallarda istər aparıcıların, istərsə də müsahiblərin ləhcə və şivə üslubunda danışdığını
normal qəbul edirəm, hətta xoşum gəlir. Bu, ana dilinin rəngarəng palitrasıdır, xəritəsidir (gürcülər
bütün dillərdə, o cümlədən rus dilində, öz şivələrində danışırlar). Böyük şairimiz Səməd Vurğun bütün
məclislərdə məxsus olduğu ləhcədə danışırdı, lakin yazılarında ədəbi dil normalarını gözləyib və