IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
873
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
vahid bir məna ifadə edir. Dilimizin tədqiq olunmuş digər dialekt və şivələrində olduğu kimi Culfa
şivələrində də tərəflərin ifadə vasitəsinə görə mürəkkəb feilləri iki qrupa ayırmaq olar:
Birinci tərəfi adlardan, ikinci tərəfi feillərdən ibarət olan merəkkəb feillər
Hər iki tərəfi feillərdən ibarət olan mürəkkəb feillər
Birinci qrupa daxil olan mürəkkəb feilləri ikinci tərəfin iştirakına görə üç növə ayırmaq olar: 1)
İkinci tərəfi ol(maq) feilindən ibarət olan mürəkkəb feillər 2) İkinci tərəfi et(mək), elə(mək)
feillərindən ibarət olan mürəkkəb feillər 3) İkinci tərəfi digər feillərdən ibarət olan mürəkkəb feillər.
Birinci tərəfi adlardan, ikinci tərəfi ol(maq) feilindən ibarət olan mürəkkəb feillər:
Bay olmax – Yarımaq. – Sə: çağırdım bay oldum, qaldı Həsə:n çağrım? (Qaz.)
Ürcah//urcah olmax – Rast gəlmək. – Böyün yolda pis bi işə ürcah oldum (Göy.)
Mıxıl//muxul olmax – Mane olmaq, şərik olmaq. – Day bı da hər səfər bizə mıxıl o:r e (Kır.)
Birinci tərəfi adlardan, ikinci tərəfi elə(maq) feilindən ibarət olan mürəkkəb feillər:
Nırqızdıx eləməx' – Xəsislik etmək. –
Yetimə kasıba köməy eliyəndə nırqızdıx eləməx' olmaz(Ər.)
Dik'qəcər eləməx' – Bezdirmək, cana gətirmək. –
Ta sən mə: dik'qəcər eləmisən (G.)
Nəf eləməx' – Fayda etmək, faydalanmaq. –
Şirin biyə:n kökü öpgə:n xışıltısınə o saatcan nəf
eli:r (Mil.). Qeyd etmək lazımdır ki, bu mürəkkəb feil eyni fonetik tərkib və mənada Azərbaycan
dilinin Meğri şivələrində də işlənmişdir. Eyni zamanda bu mürəkkəb feilə Aşıq Ələsgərin
yaradıcılığında da rast gəlinir:
Ala gözlüm səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ah vayla günüm keçib dünyada,
Qəm satıb, dərd alıb, nəf eyləmişəm
Xımır eləməx' – Gizli pıçıldaşmaq, söhbət eləmək. – Orda nə xımır eli:rsiz? (Sal.).
İkinci tərəfi digər feillərdən ibarət olan mürəkkəb feillər
Cınqırtı çıxarmax – Səs etmək. –
Cınqırtın çıxsa əlimnən kutarmıyassan (Bən.). Müasir Culfa
şivələrində işlənən mənasından fərqli olaraq “cınqır” sözü Cəlilabad şivələrində “qoz” [1, s.77],
Borçalı şivələrində “qazança” [1, s.77] mənalarını ifadə edir.
Ləj düşməx' – Sözü çəp gəlmək. – Bidən bınnar ləj düşdülər aləm qarışdı (Cam.).
Əkəc-əkəc danışmax – Böyüklər kimi danışmaq. – Bına bax e gör nə əkəc-əkəc danşır e (Qız.).
Qeyd etmək lazımdır ki, “əkəc” sözü dilimizin digər dialekt və şivələrində işlənən “anaç//anaş”
(anaş toyux) sözü ilə sinonimlik xüsusiyyətinə malikdir. Müasir Culfa şivələrində “iri, böyük”
mənasında işlənən “anaç//anaş” sözü Xanlar rayon şivəlrində eyni fonetik tərkibdə, lakin “hər işdən
başı çıxan, hər əməl bilən” anlamında mövcuddur [1, s.15]
Qoparağın salmax – Qovmaq. –
Kəntdən u:n qoparağın saldılar (Ərəf.).
Cıbıldırıx çıxmax – Həddindən çox yanmaq. –
Çaydan töküldü yazğın cıbıldırığı çıxdı oˆillərisi
(Boy.Əh.).
Kəndirin kəsməx' – Kimləsə əlaqəni kəsmək, əvvəlki münasibətdə olmamaq.
– Day mən u:n
kəndirin çoxdan kəsmişəm (S.). Bu mürəkkəb söz Meğri şivələrində
“kələyin kəsməx'” şəklində
yuxarıdakı məzmuna yaxın olan “bilərəkdən itirib-batırmaq, yox etmək” mənasında işələnir [2, s.261].
Qıntığın çəx'məx' – Kömək çıxmaq, mənafeyini qorumaq, təəssübünü çəkmək. –
İgid odu ki
kətdisi:n qıntığı çəkə (Tey.).“Qın” sözü qədim türk dilində və folklor nümunələrimizdə
“qala”,
“soykök” mənalarında işlənməkdədir.
Məs.: Qınınnan çıxıb, qının bəyəmmir. Bu söz Culfa rayonunun
Saltaq kənd şivəsində omonimlik xüsusiyyəti daşıyaraq “künc, tin” mənalarını da ifadə edir. Məs.:
Evin qındında durub gözün qıymışdı (S.).
Tığ vırmax – Üst-üstə qalamaq, bir yerə yığmaq.
– Üzümü yığıb tığ vırardıx (Bən.).Yardımlı
rayon şivələrində bu mənada “ambisə vurmağ” [3, s.74] ifadəsi işlədilir.
Yekun olaraq qeyd etmək lazımdır ki, müasir Culfa şivələrində işlənən feili frazeoloji birləşmələr
və mürəkkəb feillər olduqca çoxdur. Bütövlükdə bu cür sözlər haqqında kiçik bir tezisdə ətraflı bəhs
etmək bir qədər çətindir. Bu sözlərin əksəriyyəti milli kimliyimizin, tarixi keçmişimizin və dilimizin
keçdiyi inkişaf yolunu özündə saxlayan gərəkli mənbələrdir. Onların tədqiq edilərək sonrakı nəslə
ötürülməsi isə bu sahədə tədqiqat aparan araşdırmaçılar qarşısında dayanan vacib məsələlərdəndir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
874
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİ FƏNN KURİKULUMUNUN MAHİYYƏTİ
Sevinc ABBASZADƏ
Bakı Slavyan Universiteti
vip.filologiya@mail.ru
AZƏRBAYCAN
XXI əsr “elm”, “təhsil”, “intellekt”, “informasiya cəmiyyəti” əsri kimi dəyərləndirilir və bu,
tədrisin problemlərinin araşdırılması, təhsil sisteminin yenidən qurulmasını tələb edir. Təhsil
sisteminin inkişaf etdirilməsinin bir neçə istiqaməti vardır: əvvəla, o, dünya təhsil standartları
tələblərinə cavab verməlidir. İkinci isə ölkə daxilindəki təhsil prosesi öyrənilməli, ümumiləşdirilməli
və təhlil edilməli, yaxşı və pis cəhətlər müəyyənbləşdirilməlidir.
Son dövrlərdə təhsil tariximizdə ən əhəmiyyətli hadisələrdən biri yeni kurikulumların tətbiqidir.
Milli Kurikulumda isə ana dilinin tədrisi vacib məsələlərdən biri hesab edilir. Milli kurikulumla, bir
qayda olaraq, ana dili fənni ilə başlayır. Azərbaycan dilinin bir fənn kimi təlimi əhəmiyyəti böyükdür.
Şagirdlər bu fənnin tədrisi vasitəsilə ana dilini milli mədəniyyət nümunəsi kimi öyrənir, onun səs
sisteminə, lüğət ehtiyyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, dilimizin üslubi
imkanlarından istifadə etməklə yaradılmış ədəbiyyat nümunələri ilə tanışlıq imkanı qazanırlar. Bütün
bunlarla yanaşı, ana dilinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də onun şəxsiyyətin
formalaşmasındakı müstəsna rolu ilə bağlıdır. Azərbaycanın ümumi təhsil sistemində kurikulum
islahatı ilə əlaqədar olan əsas məsələlər həll etmək, yeni məktəb kurikulumlarını nəzəri cəhətdən
müəyyənləşdirmək, işləyib hazırlamaq və tətbiq etmək üçün Təhsil Problemləri İnstitutu nəzdində
Kurikulum Mərkəzi yaradılmış, kadrlarla təmin edilmiş və bu müəssisə kurikulum hazırlanması üçün
əsas təşkilata çevrilmişdir.
Müşahidələr göstərir ki, yeni kurikulumların tətbiqi bir sıra müsbət dəyişikliklərə səbəb
olmuşdur. Belə ki, müəllimlərin yaradıcılığı və təşəbbüskarlığı artmış, müasir təlim strategiyaları
tətbiq olunaraq tədrisin keyfiyyəti yüksəldilmişdir.Eyni zamanda şagirdlərin tədrisə marağı artmış,
onlarda müstəqil düşünmə, sərbəst fikir söyləmə və digər həyati bacarıqların formalaşmasına zəmin
yaranmışdır.
Kurikulumla bağlı konseptual sənədə fənn üzrə ümumi təlim nəticələri, məzmun standartları,
müəllim və şagird fəaliyyətinə aid texnologiyalar və qiymətləndirmə məsələləri daxildir. Bu, hər bir
fənn üzrə, eləcə də Azərbaycan dili təlimi ilə məşğul olan təhsil işçilərini istiqamətləndirməyə
yardımçı olur. Kurikulumlarda təlim forması və üsullarına təlim strategiyasının əsas tərkib
hissələrindən biri kimi yanaşılmışdır. Onların mahiyyəti və əsas xüsusiyyətləri yeni tələblər əsasında
şərh edilmişdir.
Azərbaycan dili təliminin əsas vəzifəsi isə şagirdlərin şifahi və yazılı nitq vərdişlərini inkişaf
etdirməkdir. Aparılan nəzəri tədqiqatlar və məktəb təcrübəsi bu prosesin reallaşdırılmasında interaktiv
təlim metodlarından istifadə edilməsinə xüsusi önəm verir. Son illər məktəblərdə interaktiv təlim
metodları ilə aparılan dərslər həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanır. Elmi-
tədqiqat işimə müvafiq olaraq müşahidə etdiyim dərslər də bunu deməyə imkan verir ki, hətta zəif
şagirdlər belə bu tipli dərslərdə fəallıq göstərirlər. Şagirdlər qarşıya qoyulan tədqiqat sualına cavab
axtarmağa böyük maraq göstərir, birlikdə işləyir, problemi əvvəldən axıradək izləyirlər. Dərs
prosesində yaddaşdan daha çox təfəkkür müstəqilliyi özünü göstərir. Müəllimin rəhbərliyi ilə şagirdlər
problemin həllini tapmaq üçün axtarışda olur, fikirləşir, təhlil edir, nəticə çıxarırlar. Təlimdə həll
edilmək üçün müxtəlif problemlər qoyulur. Bunu nəzərə alaraq, müəllim problemli suallar ardıcıllığını
şagirdlərin dərketmə səviyyəsinə görə təyin etməli, problemin hansı istiqamətdə həll olunacağını
bilməlidir. Bununla yanaşı, müəllim mövzunun tədrisindəki çətinlikləri əvvəlcədən görməli və bunları
vaxtında aradan qaldırmalıdır. Metodistlər “öyrənməyi öyrətək” istiqamətində şagirdlərin təlim
fəaliyyətinin təşkil edilməsini müəllimin vəzifəsi hesab edirlər. Bu baxımdan müasir dövrün
müəllimindən yaradıcılıq, elmilik, metodiki hazırlıq və psixoloji dəstəkçilik tələb olunur.
Yeni tərtib olunan Azərbaycan dili dərsliklərində bitkin kompozisiyalı mətnlər üzərində iş nitq,
ünsiyyət bacarıqlarını inkişaf etdirməklə yanaşı, qrammatik məfhumlar olan dil qaydalarını
mənimsətmək də məzmun xətlərindən birini təşkil edir. Azərbaycan dili haqqında ümumi məlumat