IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
875
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dərslikdə verilmiş mətnlər üzrə işlə dərinləşdirilməli, onun Dövlət dili kimi hüquqi tərəfləri təhlil
edilməlidir. Dərsliklə paralel müəllimin işinə birbaşa kömək edən metodik vəsait tədris işinin düzgün
qurulmasına yardımçı olur. Orta məktəbdə tədris olunan Azərbaycan dili fəninin məzmununa və təlimi
vəzifələrinə iki istiqamətdə yanaşılır: fənnin tədrisi üçün Azərbaycan Respublikasının Təhsil
Nazirliyinin təsdiqlədiyi “Ümumi məktəblərin V-XI sinifləri üçün Azərbaycan dili proqramı”na və
Ümummilli Təhsil Konsepsiyası - Milli Kurikuluma. Orta ümumitəhsil məktəblərinin mövcud
Azərbaycan dili proqramının təhlili göstərir ki, bu fənnin məzmunu və strukturu əvvəlki illərlə
müqayisədə köklü dəyişikliyə uğramışdır. Yeni kurikulum proqramına əsasən Azərbaycan dilindən
sistematik kursun tədrisi artıq V-IX siniflərdə deyil, V-VIII siniflərdə, dil və dilçilik, Azərbaycan
dilinin quruluşu və tarixi, nitq mədəniyyəti və üslubiyyat məsələlərinin tədrisi isə IX-XI siniflərdə
nəzərdə tutulmuşdur. Vaxtilə V sinif dərsliyinin əvvəlində verilmiş “İbtidai siniflərdə keçilmişlərin
təkrarı” (20 saat) və “Sintaksis və durğu işarələri” (39 saat) bölmələri təlim materialları sırasından
çıxarılaraq, hazırki dərsliklərdə müxtəlif dil qaydaları ilə əvəz edilmişdir.
Yeni Kurikulumlarla təşkil olunan Azərbaycan dili tədrisi yalnız dilçilik elminin əsaslarını
mənimsətmək deyil, həm də şagirdin cəmiyyətdə ünsiyyət rahatlığın təmin etməkdir. Ənənəvi təhsildə
isə dərs daha çox nitq bacarıqları üzərində deyil, nəzəri-praktik dilçilik üzərində qurulurdu.
Göründüyü kimi fənn kurikulumları hər bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və
qiymətləndirmə məsələlərini əlaqəli şəkildə ümumiləşdirir. Azərbaycan dili fənn kurikulumunda da
əks olunmuş təlim nəticələri biri digərini tamamlayaraq, möhkəmləndirərək, davam etdirərək şagird
şəxsiyyətinin formalaşmasını və inkişafını izləməyə şərait yaradır.
TARİXİ ÖZÜNDƏ YAŞADAN DƏRBƏNDİN “TATLAR VƏ
“QARADAĞLAR” ETNOOYKONİMLƏRİ
Elnarə ƏHMƏDOVA
Sumqayıt Dövlət Universiteti
ahmedovaelnara03@gmail.com
AZƏRBAYCAN
Dərbənd toponimlərinin böyük bir qismini etnotoponimlər təşkil edir. Həmin etnotoponimlərin
mənşəyinin, semantikasının və strukturunun araşdırılması ərazinin ümumi toponimik mənzərəsini əks
etdirmək baxımından əhəmiyyətlidir. Göstərilənləri nəzəri alaraq Tatlar və Qaradağlar
etnooykonimlərinin qısa etimologiyasını və onların leksik-semantik xüsusiyyətlərini nəzərdən keçirək.
Tatlar. Dərbənd şəhərinin 31 kilometrliyindəki Xəzərsahili çökəklikdə Ulluçayın yaxınlığında
yerləşən kəndin adıdır. Əhalisi, əsasən, tərəkəmələrdən və tatlardan ibarətdir.“Tat” toponimiyada iz
qoymuş etnoslardan birinin adıdır. Azərbaycan onomastikasında coğrafi adların formalaşmasında “tat”
etnonimi zənginliyi ilə diqqəti cəlb edir.Tatların milli kimliyi, eləcə də “tat” etnonimi haqqında
müxtəlif fikirlər mövcuddur. Tədqiqatçıların əksəriyyəti tatları farsdilli tayfa kimi qəbul edirlər.Tatlar
b.e. təxminən 527-ci ilidən başlayaraq Sasanilər tərəfindən İranın mərkəzindən və cənubundan
köçürülmüş, Zaqafqaziyada - indiki Azərbaycan və Dağıstan ərazisində yerləşdirilmişlər. Dərbənd və
Dərbənd ətrafındakı kəndlərdə tat dilində danışanların kəmiyyətcə çoxluğu bunu deməyə əsas verir ki,
tatların Zaqafqaziyaya ilk axınları zamanı onlar məhz bu torpaqlarda məskən salmışlar.
Dağətəyi ərazilərdə məskunlaşmış tatların bir qismi qısa müddətdə Zaqafqaziyada xristian
dinindən olan digər xalqlara(gürcü, erməni, udin) uyğunlaşmış, xristian dinini qəbul etmişlər. XIX
əsrin sonu, XX əsrin əvvəllərində onların bir qrupu etnik köklərindən uzaqlaşıb tamamilə
erməniləşdilər. Hazırda onların bir hissəsi Rusiyada və Ermənistanda yaşayırlar.
Tatların digər qismi Xəzər sahilindən Azərbaycana, eləcə də Qafqazın içərilərinə doğru -
Qaraçay-Balkar, Çeçenistan ərazilərinə köç etdilər. Onlar Daglıq yerlərdə ayrıca birliklər şəklində
yaşayırdılar. Yerli dağlı xalqlarla (əsasən, musəvi dağlılarla) tez bir zamanda qaynayıb-qarışdılar.
İudizmi qəbul etdikdən sonar onlarla eyni dindən olanlarla nikah əlaqələrinə də imkan yaradırdılar.
Din dəyişikliyi və qan qarışıqlığı nəticəsində dağlı tatlar tədricən yəhudiləşdi və özlərini “dağ
yəhudiləri” adlandırdılar. Lakin bu etnonim Qafqaz xalqları arasında vüsət tapa bilmədi və musəvi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
876
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tatları öz qonşuları “cuhud”, “cuxur”, “dağ cuhud” və s. kimi terminlərlə adlandırdılar. Hal-hazırda
İsraildə, ABŞ-da, Rusiyada, Qazaxstanda, Azərbaycanın şimalında Quba rayonun “Qırmızı qəsəbə”
adlanan yaşayış məntəqəsində, Oğuz rayonunda Dağıstanda yaşayırlar.
VII-IX əsrlərdə ərəblər Azərbaycanı işğal etdikdən sonra yerli əhalinin kütləvi şəkildə
müsəlmanlaşdırılması burda yaşayan tatlardan da yan keçmədi və onların böyük bir hissəsi islam
dinini qəbul etdi. 998-ci ildə Dərbənd əmirliyinin, Xursan və Tabasaranın Şirvanşahlar dövlətinə
birləşdirilməsindən sonra Şirvanda ayrı-ayrı etnik qruplar yerli türklərlə qaynayıb-qarışdılar. XI əsrdə
oğuz-səlcuqların Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənddən İran körfəsinə qədər olan əraziləri
əhatə edən böyük Səlcuq İmperiyası yaradıldı və Azərbaycan torpaqları bütövlükdə bu imperiyanın
tərkibinə daxil edildi. Səcuqlar zamanında müsəlman tatlar bütün Cənubi Qafqazda və Ön Asiyada
başlıca etnik qüvvəyə çevrilmiş türk səlcuqlarla yaxın dostluq əlaqələri qurmuşdular. Oğuzlar, qeyri-
türk mənşəli müsəlman tatlar və talışların bir hissəsi azərbaycanlıların tərkibində əsas etnik qrupları
təşkil edirdilər. Uzunmüddətli birgə yaşayış nəticəsində bu xalqlar bir-birinin məişətinə,
mədəniyyətinə təsir göstərmişlər. Oğuz-səlcuq dili əsasında Azərbaycan ümumxalq dili formalaşdı və
bu dil tatlar arasında da yayılmağa başladı. Baş verən tarixi-ictimai hadisələr müsəlman tatların da
etnik təfəkkürünə təsir göstərdiyindən onların bir qismi tat dilindən tamamilə imtina etmiş, digər bir
qismi isə öz milli dilini qoruyub saxlamışdır. Müsəlman tatlar Qazaxıstanda, Qırğızıstanda,
Dağıstanda, Abşeron yarımadasında, Quba, Xaçmaz, Dəvəçi, rayonlarında yaşayırlar.
Səlcuqlar zamanında Zaqafqaziyada, eləcə də Azərbaycanda qeyri-türk mənşəli etnosları “tat”
termini ilə adlandırırdılar. Etnonim mənşəcə türk dillərinə mənsubdur. Sözün mövcud xalqın adı
olması fikri mübahisəlidir. Bəzi tədqiqatçılara görə, bu ad etnosun sosial vəziyyəti, həyat tərzi ilə
əlaqədar olaraq verilmişdir və “oturaq həyat tərzi keçirən”,”qul” kimi mənalar ifadə edir .Bu fikir öz
elmi təsdiqini tapmamışdır. Türk dilinin cağatay dialektində tat “qara qüvvələrə xidmət edən” anlamını
vermişdir. Türkmənlər Türküstanda yaşayan türkdilli xalqları tat adlandırmışlar.
Türkologiya elminin təməlini qoymuş M. Qşqarlı “Divani luğat-it-türk” əsərində bəzi
etnonimlərin ilkin formasını və məna yükünü izah edərkən “tat” terminindən də bəhs edib. Divanda
oxuyuruq: “Tat- bütün türklərə görə, farsca danışan adam. tatığ közrə, tigənig türpə - tatın gözünə
vur, tikanını dibindən üz. Toğsı və yağma dillərində uyğur kafirlərinin adı... Bu məsəl farslar
haqqında olduğu kimi, çinlilər və uyğurlar barədə də söylənilir..” Deməli, tarixən türklər təkcə farsları
deyil, özlərindən (öz tayfalarından, ya da dinlərindən) olmayanları da tat adlandırmışlar.
“Kitabi-Dədə Qorqud”da da tatların adı çəkilir: “ Saqqalı uzun tat əri banladıqda...” Guman ki,
dastanda tat deyərkən “yadelli, “gəlmə”, ya da “kafir” nəzərdə tutulur.
Beləliklə, tat sözü türk dillərində başqa yerdən köç edən, eləcə də qeyri-türk(xüsusilə İran
kökənli) tayfalara verilən ad olmuş və “yabancı”, “gəlmə”mənalarını ifadə etmişdir. Hazırda Ağdaş,
Kəlbəcər rayonlarında Tatlar, Dağıstanda Tatlar, Tatavul, Gürcüstanda Tatuşağı kənd adları
mövcuddur.
Qaradağlar kəndi Dərbənd şəhərindən şimal-qərbdə Ulluçay sahilində yerləşir.
Əhalisi tərəkəmə
türklərindən ibarətdir.
Toponim, çox böyük ehtimal ki, əvvəllər ağqoyunlu, səfəvi və şahsevən, XVI əsrdə isə qızılbaş
tayfa birliyinə daxil olan qaradağlı tayfasının adından götürülmüşdür. Bu tayfa Səfəvilər hakimiyyəti
uğrunda mübarizədə böyük rol oynamışdır. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndən
oxuyuruq: “Tayfa öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır.Səfəvilər
hakimiyyətə keçdikdən sonra qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də
məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir”.
Qaradağlılar oğuz-səlcuqların kəngərli tayfasının qaraxanbəyli tirəsindəndir. Cənubi Azərbaycan
Orta Asiyadan gəldikləri ehtimal olunan qaradağlılar bu ərazidə XIII əsrdə məskunlaşmışlar. Bu
tayfanın Cənubi Azərbaycandan Şimali Azərbaycan torpaqlarına köçürülməsi Səfəvi şahı I Şah
Abbasın adı ilə bağlıdır. Qaradağlılar müxtəlif ərazilərə yayılmış və yaşadıqları yerlərə öz adlarını
vermişlər. Tayfanın adını əks etdirən toponimlər də məhz bu yolla yaranmışdır. Qaradağlıların daha
çox Azərbaycanın şimal ərazilərndə məskunlaşdığını nəzərə alsaq, güman etmək olar ki, Dərbənd
rayonuna daxil olan Qaradağlar kəndi də məhz həmin tayfa üzvlərinin burda yaşaması ilə əlaqədar
olmuşdur.
Qaradağlar toponimi “qara”, “dağ” sözləri ilə “-lar” morfoformantının birləşməsindən
yaranmışdır. Bildiyimiz kimi, “qara” sözü əski türkcədə bir çox mənalar ifadə etmişdir. “Qara/kara”
rəng anlamından başqa güclü, böyük anlamlarını da vermiş, hətta şimal istiqamətini təyin etmək üçün