IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
891
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Xalq yazıçısı Mirzə İbrahimov kitabı hamıya lazım olan kitab adlandırmışdır. Bu əsərdə türk
(Azərbaycan) dili fars dili ilə müqayisə zamanı şərh edilir və türk dilinin xüsusiyyətləri müxtəsər
şəkildə aydınlaşdırılır. Kitabın sonunda 1750 azəri türkcəsi sözünün siyahısı verilmişdir ki, fars dilində
onlar üçün müstəqil sözlər yoxdur və çarəsizlikdən çox vaxt ərəb sözlərindən istifadə olunur, ya da bir
neçə sözlə ifadə edilir. Eləcə də bir çox türk (Azərbaycan) sözləri eynilə, yaxud onların tələffüzündə
bir qədər dəyişiklik əmələ gətirmiş halda işlədilir.
Cavad Heyət əsərdə qeyd edir ki, analitik dillərdən biri olan və ondakı sözlərdən feli ifadə və
istilahları düzəltmək üçün çox yararlı hesab edilən fars dili eyni halda bu kimi söz tərkiblərinin
düzəlişi və işlədilməsi etibarilə türk dilindəki imkan və dolğunluğa malik deyildir. Türk (Azərbaycan)
dilində təkcə insanın bədən üzvləri ilə bağlı : baş, göz, ağız, ayaq və onun kimi yüzlərlə istilah və
deyim vardır. Məsələn, dil-ağız etmək, dil açmaq, dil boğaza salmaq, dil vermək, dilə tutmaq, dili
ağzına sığmamaq, dildə tük bitmək, dili dolaşmaq, dili tutulmaq, dilini saxlamamaq, dillərdə gəzmək,
dillərə düşmək və s. nümunələri sözsüz ki, artırmaq da olar.
Kitabın sonunda fars dilində sadə və müstəqil şəkildə qarşılığı olmayan türk sözləri öz əksini
tapır: Acınacaqlı, axın, addımlamaq, azuqə, azmaq,araşdırmaq, alışqan, aldatmaq, ağlaşma, alışmaq,
əsnəmək, əsməcə, əski, əmizdirmək, çimmək, çimdikləmək, oxlov, lovğa, söndürmək, islanmaq,
usanmaq, ovuc, inam, burcutmaq, küsüşmək, marçıldatmaq, mürgüləmək, gurultu və bu kimi bir çox
sözlərin fars dilində bilavasitə qarşılığı yoxdur. Və bu bir daha Azərbaycan dilinin zənginliyini sübut
edən mühüm faktordur.
Azərbaycan dilini özəlliklərindən biri də budur ki, bu dildə müxtəlif heyvan və təbiət
varlıqlarının səsləri üçün xüsusi sözlər işlənir: Su şırıltısı, yarpaq xışıltısı, ot pıçıltısı, quş civiltisi,
inəklərin böyürməsi və s. Halbuki fars dilində bu cür incəliklərə rast gəlinmir.
Eləcə də Türkcə (Azərbaycanca) fellər növ, şəkil və zamana görə çox müxtəlifdir, dilimizdə
oxşar sözlər, yaxud müxtəlif mənası olan eyni formalı sözlər çoxdur ki, şeir və ədəbiyyatda cinas və
eyham üçün işlənir: “at” heyvan və “at” tullamaq mənasında olduğu kimi.
Farsca “kəndən” (qazmaq) sözünün qarşılığı üçün türk (Azərbaycan) dilində altı söz vardır ki,
onlardan hər biri xüsusi yerdə və mövqedə işlənir: “qazmaq” yeri qazmaq, “yolmaq” tükü, otu
kökündən çıxarmaq, “soymaq” dərisini çıxarmaq, yol kəsmək, “oymaq” ağac və onun kimiləri
üzərində oyma işi görmək, “qoparmaq” bir şeydən bir hissəni güclə ayırmaq. Bu ifadələrin hamısının
fars dilində yalnız bir qarşılığı vardır.
Əsərdə o da qeyd edilir ki, fars dilində sadə sözlər azlıq təşkil edir, buna görə də zaman keçdikcə
onların çoxu unudulub söz sıralarından düşür. Fars dilindəki sözlər elmi anlayışları bildirmək üçün
yararlı deyildir. Mütərcimlər bu ağır nöqsanı hərzaman duyur və bundan əziyyət çəkirlər.
Şübhəsiz ki, Cavad Heyətin əsərindən çıxış edərək bu cür nümunələrin sayını, türk dilinin
zənginliyini sübut edən digər faktorları artırmaq mümkündür. Cavad Heyət haqlı olaraq qeyd edir ki,
söz dilin zənginliyinə səbəb olsa da, ancaq dilin zənginliyi sözdüzəldicilik, yeni anlayışları ifadə etmək
və anlatmaq qabiliyyətindən, mücərrəd anlayışların bolluğundan, eləcə də ifadə tərzinin
rəngarəngliyindən və söz çalarlarını ifadə etmək bacarığından daha çox asılıdır ki, türk dilində qeyd
etdiyimiz xüsusiyyətlərin hamısı vardır.
Beləliklə, aydın olur ki, Doktor Cavad Heyət Ana dilimizin böyük qayğıkeşi, böyük
təəssübkeşidir və onun əsərlərinin hər biri ayrı-ayrılıqda Azərbaycan ədəbiyyatının, Ana dilinin
tədqiqinə, araşdırılmasına həsr olunan, böyük əhəmiyyət kəsb edən nümunələrdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
892
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
KONVERSİYANIN FİKRİN İFADƏSİNDƏ ƏHƏMİYYƏTİ
Ceyhunə HÜSEYNOVA, Əfsanə ƏLİYEVA
Sumqayıt Dövlət Universiteti
ceyhune.huseyn@mail.ru
AZƏRBAYCAN
Bilirik ki, sözlər müəyyən nitq hissəsinə aid olur. Bəzi sözlər aid olduğu nitq hissəsindən başqa,
digər nitq hissəsinin də yerində çıxış edə bilir. Tədqiqatçılar bunu konversiya adlandırırlar.
Konversiya
nədir? Konversiya termini latın dilində ”conversio”sözündən götürülmüş, hərfi mənası dəyişmə,
çevrilmə deməkdir. İlk dəfə konversiya ilə maraqlanan, ona əsərlər həsr edən A.İ.Smirnitski olmuşdur.
Azərbaycan dilçiliyində də bu məsələ diqqətdən kənar qalmamışdır Konversiyayla bağlı C.Cəfərov,
Q.Kazımov, B.Xəlilov, M.Hüseynzadə və başqaları fikirlərini söyləmişlər. Q.Kazımov qeyd edir ki,
konversiya elə bir prosesdir ki, burada bir nitq hissəsi öz xüsusiyyətlərini saxlamaqla başqa nitq
hissəsinin də xüsusiyyətlərini qəbul edir. Demək olar ki, bütün əsas və köməkçi nitq hissələrində,
onların arasında konversiya baş verir. Keçid prosesində substantivləşmə, adyektivləşmə,
adverbiallaşma və.s baş verir.
İsimlər keçid prosesində adyektivləşərək, adverbiallaşaraq, nidalaşaraq dəyişir. Məs: qızıl üzük,
taxta qaşıq birləşmələrində qızıl, taxta sözləri sifətləşmiş və təyin vəzifəsində çıxış etmişdir. Bəzi
isimlər vardır ki, (ox, ah, ay) onlar keçid prosesində nidalaşır: Ahın dağlara , bala. Ah, sənli
günlərim... Ah sözü birinci nümunədə gördüyümüz kimi isim, ikinci nümunədə isə nidadır. Bəzi
zaman məzmunlu isimlər cümlədə adverbiallaşaraq zərf də olur: Biz gecə yola düşdük.
Burada ah sözü üzərində dayansaq, birinci cümlədə isim olmaqla təsəlliverici məna ifadə edir,
ikinci cümlədə isə insan hisslərinin emosional ifadə olunmasına xidmət edir.
Sifətlər bildiyimiz kimi adətən cümlədə isimdən əvvəl gəlir. Bəzən sifətlər ismini itirərək
substantivləşir, ismin xüsusiyyətlərini qəbul edirlər: Qoca ağır addımlarla youna davam etdi.
Nümunədə qoca sözü substantivləşmiş sifətdir. Sifətlər xəbərlik şəkilçisi qəbul edərək cümlədə xəbər
olurlar. Q.Kazımov bəzən bunu gizli substantivləşmə də adlandırır: Onun yazdığı məqalə çox
maraqlıdır. Bəzən sifət cümlədə feilə aid olur bu zaman o adverbiallaşır: O, mətndəki sözləri yaxşı
tələffüz edirdi. Q.Kazımov qeyd edir ki, sifətlərdə substantivləşmə ilə adverbiallaşmanın struktur fərqi
var. Substantivləşmədə sifət özündən sonrakı ismi itirir,mübtəda olur.Adverbiallaşmada isə sifət ismin
başı üzərindən adlayaraq felin qarşısına düşür : Gözəl qız oxuyur - Qız gözəl oxuyur və.s. C.Cəfərov
sifətlərin nidalaşmasını da qeyd edir: Aciz...sən öz haqqını da tələb edə bilmirsən. Aciz sifəti
nidalaşaraq nəinki ittiham emosiyası ifadə edir, eyni zamanda fikrin bu cür ifadə olunması ittiham
olunanı hərəkətə gətirmək üçün bir vasitədir.
Keçid prosesində saylar da özünəməxsus xüsusiyyətləri ilə seçilir. Onlar da substantivləşir,
adverbiallaşır, xəbərlik şəkilçisi qəbul edərək xəbər vəzifəsində çıxış edir. Həm müəyyən miqdar,
qeyri-müəyyən miqdar, həm də sıra sayları cümlədə isimdən əvvəl gələrək adyektivləşir, təyin olur:
Birinci sırada əlaçılar əyləşib. Bəzən saylar cümlədə özündən əvvəl gələn ismi itirərək tək işlənir. Bu
zaman özü ismin xüsusiyyətlərini qəbul edir (cəmlənir, mənsubiyyətə görə dəyişir və.s): Birimiz
Səkinənin arxasınca getməliyik. Saylar cümlədə xəbərlik şəkilçiləri qəbul edərək xəbər vəzifəsində
çıxış edir: Bu məqalələrin sayı beşdir. Keçid prosesində saylar adverbiallaşa da bilir. Bu zaman
cümlədə feldən əvvəl gəlir əsasən kəmiyyət zərfləri yaradır: az danışmaq, çox işləmək və.s.
Adverbiallaşmış saylar fikrin intensivliyini artırır.
Əvəzliklər bildiyimiz kimi heç bir sintaktik vəzifə daşımır. Hansı nitq hissəsini əvəz edirsə onun
sintaktik vəzifəsini qəbul edir. Əvəzliklər də substantivləşməyi, adyektivləşməyi, adverbiallaşmağı,
feili, sayı əvəz etməyi bacarır. Şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, inkar əvəzlikləri, qayıdış
əvəzliyi adətən ismi əvəz edərək substantivləşir: Hamı eyni qaydada geyinmişdi. Mən dərs əlaçısıyam
və.s. İşarə əvəzlikləri, təyini əvəzliklər, sual əvəzlikləri adyektivləşir və cümlədə təyin olur: O daş
binadır. Hansı kitabı istəyirsən? Hər güldən bahar olmaz. İşarə əvəzlikləri həmçinin adverbiallaşa da
bilir: Heç vaxt elə danışma. Əvəzliklər xəbərlik şəkilçisi qəbul edərək xəbər vəzifəsində çıxış
edir::Bütün bunları deyən odur. Əvəzliyin məna növlərinə diqqət yetirsək onlar arasında keçid
olduğunu, yəni bir növün digərinə keçdiyini müşahidə edə bilərik. Bunnla bağlı Q.Kazımov qeyd edir: