IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
895
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
«Klassik elementlərə gəlincə onların müəyyən hissəsi leksik varlıqdan tam uzaqlaşaraq, yalnız
morfoloji formant kimi öz dəyərini saxlamışdır» [2, 34].
Məsələn, latın mənşəli -izm, -ist, -al, -ura, -er, -tor, -or, -ial, - ioner, -it elementləri ilə düzələn
yeni leksik vahidlər müxtəlif semantik mənal terminlər yaradır: romantizm, general, kapital,
aspirantura, debitor, senator, komendatura və s.
Postpozitiv elementlərin bir qismi canlı Avropa dillərinə məxsusdur, bir qismi isə ölü dillərin –
yunan və latın dili şəkilçilərinin başqa Avroраdillərində deformasiya olunmuş variant formasıdır. Mə-
sələn, -aj formantı fransız, -jor, -ment, -sion, -er formantları isə latın mənşəli olsalar da -aj və -yor ele-
mentləri fransız (məsələn: ajiotaj, drenaj, rezonyor, rafinyer) və s. sözdüzəldici funksiyada normallaş-
mışdır.
Terminoloji sistemlərdə sintaktik üsulla yaranan terminlər mürəkkəb terminlər və termin söz
birləşmələri şəklində formalaşır. Bunların arasında oxşar və fərqli cəhətlər vardır. Bəzən ən incə
cəhətləri nəzərdən keçirmədən onları bir-birindən ayırmaq çətin olur.
Mürəkkəb terminlərlə termin-söz birləşmələrini fərqləndirən əsas xüsusiyyət -«mürəkkəb sözün
komponentləri monolitləşir və onların mənsub olduqları nitq hissələrinə xas olan xüsusiyyətlərini
tamamilə itirir, mürəkkəb söz başqa sözlərlə əlaqədə sadə sözlərin əlaqəsinə xas olan xüsusiyyətlər
kəsb edir» [6, 200].
Mürəkkəb terminlərin bir qismini kalka edilən terminlər təşkil edir. Ümumiyyətlə, mürəkkəb ter-
minlər iki və daha artıq sözün birləşməsi nəticəsində əmələ gəlir. Belə terminlər bitişik, ayrı və defislə
yazıla bilir. Məsələn: makrohəndəsə, qammakvant, xalq hakimi, milli gəlir, beynəlxalq vəziyyət,
fövqəladə vəziyyət, komendant saatı, elmi-tədqiqat işi, beta-zərrəcik, beta-sistem, qram-molekul və s.
STRUKTUR DİLÇİLİYİN KLASSİK MƏKTƏBLƏRİ
ARASINDAKI MÜNASİBƏTLƏR
Aysel AŞRƏLİYEVA
Bakı Slavyan Universiteti
s.vusala@mail.ru
AZƏRBAYCAN
XX əsrin 20–ci illərindən dilçilik elmi Ferdinand de Sössürün əsas tezislərinin təsiri ilə inkişaf
edirdi. XX əsrdə yaranmış müxtəlif dilçilik cərəyanları içərisndə ən görkəmli yeri strukturalizm tutur.
Strukturalizm dil haqqında elmin müasir mərhələsində son dərəcə geniş yayılmış cərəyandır.
Dilçilikdə strukturalizm cərəyanının üç əsas məktəbi vardır: 1. Amerika strukturalizm məktəbi. 2.
Praqa strukturalizm məktəbi. 3. Kopenhagen strukturalizm məktəbi Bu məktəblər Sössürün çoxcəhətli
təliminə müxtəlif cəhətdən yanaşmaq əsasında yaranmışdır.
Strukturalizmin funksional dilçilik, qlossematika və deskriptiv dilçilik cərəyanları arasında
ümumi cəhətlər də, fərqli cəhətlər də vardır. Əvvəlcə ümumi, sonra fərqli cəhətləri nəzərdən keçirək.
1. Hər şeydən əvvəl bu ümumilik struktur dilçilik məktəblərinin ideyalarının gənc qrammatiklərin
əleyhinə çevrilməsində özünü göstərir. Gənc qrammatiklər dili tarixi baxımdan, struktur dilçilər
müasir vəziyyət baxımından tədqiq etməyi əhəmiyyətli hesab edirdilər. Gənc qrammatiklərin tarixizmi
öz yerini struktur dilçilərin sinxronik dilçiliyinə verir. Struktur dilçilər dili sinxronik aspektdə
öyrənməyi dilçiliyin əsas vəzifəsi elan edir.
2. Müasir dilçiliyin ən görkəmli nümayəndəsi Martine bütün struktur dilçiləri birləşdirən belə bir
ümumi postulat irəli sürür ki, struktur dilçilərin fikrincə, hər bir dil hər şeydən əvvəl ayrı – ayrı dil
vahidləri arasında təsadüfi oxşarlığa nisbətən daha böyük əhəmiyyəti olan xüsusi şəkildə daxili
quruluşa malik olması ilə səciyyələnir (dil strukturudur ).
3. Struktur dilçilik məktəblərini birləşdirən ümumi cəhətlərdən biri də onların dilçilik təhlillərini
formalaşdırmaları və dili təhlil və tədqiq etmək üçün obyektiv metodları axtarmaqdır. Həm də bu
zaman struktur dilçiliyin hər üç məktəbi dilin səviyyə səciyyəli olması müddəasından çıxış edir.
4.Dilçiliyin psixologiya, fiziologiya, məntiq və sosiologiyanın konqlemeratından ibarət hesab
edən gənc qrammatiklərdən fərqli olaraq, struktur dilçilər dilçiliyi dil işarəsinə istinad edən müstəqil
elm hesab edirlər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
896
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Metadoloji baxımdan struktur dilçilik fəlsəfi əsasına görə bir sıra hallarda neopozivitizm və ona
bənzər fəlsəfi cərəyanlara yaxınlaşan məntiqi dilçiliyin müasir cərəyanlarından biridir. Metodika
baxımından isə struktur dilçilik məktəblərinin əsas xüsusiyyəti müşahidə və konstrukt səviyyələrinin
fərqləndirilməsidir (nitq və dil, mətn və sistem, davranış və modellərin fərqləndirilməsi).Həmçinin bu
məktəbləri paradikmatikada müxalifət (qarşıdurma) üsullarının, sintaqmatikada isə distrubutiv
üsulların ümumiliyi birləşdirir.
Bu ümumi cəhətlərlə yanaşı ayrı – ayrı struktur dilçilik məktəbləri arasında xeyli fərqli
xüsusiyyətlər də mövcuddur. İlk əvvəl onu qeyd etmək lazımdır ki, struktur dilçiliyin bütün məktəbləri
dilə struktur baxımdan yanaşır, ancaq dili eyni mövqedən izah etmir. Struktur dilçiliyin müxtəlif
məktəblərinin mövcudluğu da məhz bundan irəli gəlir.
Dilçilikdə belə bir ümumi rəy mövcuddur ki, funksional dilçiliklə qlossematika struktur dilçiliyin
qanadlarını, cinahlarını təşkil edir, deskriptiv dilçilik isə bu iki cərəyan arasında orta aralıq mövqe
tutur. Qeyd etmək lazımdır ki, bəzi ümumi xüsusiyyətlərinə görə funksional dilçilik deskriptiv
dilçiliyə yanaşır, lakin eyni zamanda bəzi xüsusiyyətlər funksional dilçiliklə qlossematikanı birləşdirir
və onları deskriptiv dilçiliyə qarşı qoyur.Bu cərəyanları ayrı - ayrılıqda müqayisə etsək belə nəticə
alınar:
Funksional dilçilik və qlossematikanın müqayisəsi:
Bu dilçilik məktəblərini birləşdirən ümumi xüsusiyyət hər iki cərəyanın funksiya anlayışını qəbul
etməsidir. Ancaq funksiya anlayışı fərqli mənada işlənir. Funksiyanı qlossematiklər riyazi anlamda ,
funksional dilçilər isə mənanı yaxud məna vahidlərini fərqləndirmək üçün işlədir.
Qlossematika öz nəzəriyyəsinin dil gerçəkliyindən azadlığını vurğulayırsa, funksional dilçilər öz
tədqiqatlarında dilin gerçəkliyə münasibətinin coxcəhətliliyinə diqqət yetirir. Qlossematiklərin əsas
tədqiqat prinsipi emprizimdirsə, funksional dilçilər dilin sosial cəhətdən təcrid edilmiş şəkildə
tədqiqinə qarşı çıxır.
Qlossematiklər tədqiqatda deduktiv prinsipə əsaslandığı halda , funksional dilçilər induktiv
prinsipdən istifadə edirdilər.
II. Funksional dilçiliklə deskriptiv dilçiliyin müqayisəsi
Funksional dilçiliklə deskriptiv dilçiliyi birləşdirən ümumi xüsusiyyət kimi hər iki məktəbin
fonologiyada fonem anlayışını qəbul etməsini qeyd etmək olar. Ancaq deskriptiv dilçilik fonemin
distributiv xüsusiyyətinə, funksional dilçilər isə dinstinktiv əlamətlərinə diqqət verirdilər.
Funksional dilçilik fonem və morfemin mənafərqləndirici fnksiyasını əsas meyar hesab edirsə,
deskriptiv dilçilər semantik meyarı qəbul etmirlər.
Funksional dilçilər transformasion metodun dilə statik yanaşdığını qeyd edirlər və həmçinin
deskripitiv dilçiliyin irəli sürdüyü müstəqim tərtibçilər haqqındakı müddəasını da qəbul etmirdilər.
Funksional dilçilər dilin boşluqda deyil, dil kollektivində, cəmiyyətində mövcud olmasını və
cəmiyyətdə kommunikativ və ekspressiv funksiya yerinə yetirdiyini göstərdiyi halda deskriptiv dilçilər
dillə cəmiyyət arasındakı qarşılıqlı munasibətləri nəzərə almırlar.
III. Qlossematika ilə deskriptiv dilçiliyin müqayisəsi
Struktur dilçiliyin qlossematika və deskriptiv dilçilik məktəblərinin də ümumi cəhətləri
mövcuddur. Hər iki məktəbi dilçilik müddəalarının tərtibini riyaziləşdirilməsi, ənənəvi dilçilik
terminlərini qəbul etməməsi və özlərinin metadilini yaratması birləşdirir.Həmçinin bu iki məktəb
ikiüzvlü bölgü prinsipi adlanan prinsipə əsaslanır: Qlossematiklər də, deskriptiv dilçilər də söyləmi iki
hissəyə, sonra hər hissəni yenidən iki hissəyə və s. bölür və bu əməliyyat sonuncu tərtibçiyə qədər
davam etdirirlər.Qlossematika dilçilik məktəbinin nümayəndələri bunu deduktiv metod, deskriptiv
dilçilər isə müstəqim tərtibçilər metodu adlandırırlar.
Bu ümumi cəhətlərlə yanaşı bu iki dilçilik məktəbi arasında fərqlər də mövcuddur.
Deskriptiv dilçilər qarşılarına dilin təsviri modellerini yaratmaq məqsədini qoyur və hər dilin
təsviri proseduru əsas dilçilik anlayışlarını əvəz edir. Deskriptiv dilçilərdən fərqli olaraq
qlossematiklər dili ziddiyyətsiz, müfəssəl təsvir edilməli mətnlər dəsti ilə əvəz edirlər.
Deskriptiv dilçilər mətnin strukturlaşmasını dilçiliyin son məqsədi hesab etdiyi halda,
qlossematiklərin son məqsədi dildə daimi və sabit olanı axtarmaqdır.
Struktur dilçiliyin hər üç məktəbinin dilçiliyin inkişafında öz yeri vardır.Bu dilçilik məktəbləri
hər şeydən əvvəl köhnə tədqiqat metodlarının kamil olmadığını aşkara çıxartdı və yeni üsulların
meydana gəlməsi üçün şərait yaratdı.