IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
899
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
üslubunda öz həllini tapmayan nəzəri məsələlər vardır. Əzizə Mikayılovanın “Onomastik vahidlərin
üslubi imkanları” kitabında bu fikirlərə münasibət göstərilmişdir. Dilçilikdə “Onomastika” sözünün iki
mənası izah olunur: 1.Dildə mövcud olan xüsusi adların hamısı, 2.Dilçiliyin xüsusi adları öyrənən
bəhsi. A.Qurbanov isə dildəki xüsusi adların məcmusunun onomastika, ondan bəhs edən dilçilik
sahəsini isə onomologiya adlandırılmasını daha məqsədyönlü hesab etmişdir. T.İ.Hacıyev və
K.N.Vəliyev “Azərbaycan ədəbi dilinin tarixi” monoqrafiyasında onomastikanın xalqın tarixini əks
etdirən faktorlardan biri olduğunu əsaslandıraraq yazmışlar: “İnsan adlarının yaratdığı təbəqələr xalqın
tarixi inkişafının mərhələlərinə uyğundur”. Hər hansı bir onomastik vahidin yaranma tarixini bilmək
isə həmin dövrdə xalqımızın yaşayış tərzi, adət-ənənəsi, dini mənsubluğu, əhalinin iqtisadi durumu və
s. haqqında müəyyən təsəvvür yaradır. A.Qurbanov tədqiqatlarında dilçiliyin tarixi köklərini XIV əsrlə
deyil eramızdan əvvəlki dövrlərlə əlaqələndirərək fikrini elmi və məntiqi cəhətdən əsaslandırır.
Antronimlər insan cəmiyyəti yarandığı gündən bir qədər sonra dilin yaranması,yəni ünsiyyətlə bağlı
olaraq meydana gəlmişdir. XIX əsrin ikinci yarısından ədəbi dilinbədiiüslubunda yranmış onomastik
leksika çox zəngin və rəngarəngdir. Antroponimlər bədii ədəbiyyatda müxtəlifvəzifələr daşıyır:
1. Antroponimlər vasitəsi iləpersonajlar fərdiləşdirilir.
2. Antroponimlər əsərə millilik gətirir.
3. Obrazların mədəni keyfiyyətləri çox zaman adlarla səciyyələndirilir.
4. Sənətkar əsərin ideyasının təsirli çıxması üçün antroponimlərdən istifadə edir .
5. Düzgün ad seçimi oxucunun marağını artırır.
6. Personajların antroponimləri onların yaşadıqları dövr haqqında məlumat verir.
Bədiiüslubda digər onomastik vahidlər kimi antroponimlər də bütövlükdə əsərin ideyasına süjet
xəttinə hadisələrin inkişafına xidmət edir. Buna biz Koroğlu dastanı nümünəsində aydınlıq gətirək.
XVII-XVIII yüzilliklərdə formalaşan bu qəhrəmanlıq dastanı epik poetikanın əlamətləri kimi bir
çox tarixi hadisələsrin izlərini özündə qoruya bilmişdir. Məlumdur ki, dastandakı hadisələr
Koroğlunun ətrafında cərəyan edir. Koroğluya xas xüsusiyyətlər onun adı ilə fərdiləşdirilir.
Koroğlunun adının mənası hər bir xalqın adət- ənənəsi ilə bağlı olaraq bir çox variantlarda fərqli
şəkildə izah olunmuşdur. Maraqlıdır ki , Rövşənin Koroğlu adını daşıması ayrı-ayrı araşdırmalarda
rəngarəng fikirlər doğursa da ,eposda bu cəhət müəmmalı deyil. Rövşən qarşısına çıxan ilk cəngavərə
öz nəslini – soyunu belə təqdim edir : adım Rövşən atadan anadan isə cinsim Koroğludur. Bəlli bir
həqiqətdir ki , dastanın əldə olan bütün variantlarında Koroğlu adı Rövşənə atası Alı kişi tərəfindən
verilmiş ləqəbdir. Əsərdə atanın oğlunu nə üçün Koroğlu adlandırması mənalandırılmır. Xalqın
səadətini istiqlaliyyət və müstəqillik uğrunda qəhrəmanlıq ideyalarını nümayiş etdirən Koroğlu və
onun başına toplanmış dəliləri habelə azərbaycanlı türk qadınının ən ləyaqətli simasını səciyyələndirən
Nigar xanım onun xeyir duası ilə cəngavərlərin müxtəlif səfərdə Çənlibelə gətirdikiləri qız-gəlinlər
həm ümumi müştərək həm də hər biri ayrı-ayrılıqda fərqli cizgilərə xarakterlərə məxsus bədii
obrazlardır. Döyüş və mübarizə meydanında misilsiz igidliklər göstərən qəhrəmanın-dəlinin
özünəməxsus yeri mövqeyi və fərdi keyfiyyətləri vardır ki, həmin fərdi keyfiyyətləri qadın surətlərinin
səciyyəsində özünü göstərir. Koroğlu eposunun özünəməxsusluğu hər şeydən öncə onun qəhrəmanlıq
səciyyəsi ilə müəyyənləşir. Digər önəmli bir cəhət onda təsvir edilmiş bütün qəhrəmanlıq ruhlu
səhnələrin epizod və motivlərin aparıcısı qəhrəmanın ətrafında mərkəzləşməsidir. Belə ki, dastandakı
bütün döyüş mübarizə cəngavərlik və qələbələr Koroğlunun adı ilə bağlıdır. Koroğlunun döyüşçüləri
dəli adlanırdı . Dəli sözünün ilkin şəkli daqlay olub. Daq- od lay – törəmə deməkdir. Dastanın əsas
obrazlarından biri Koroğlunun arvadı Nigardır. Nigar fars dilində gözəl yaraşıqlı deməkdir. Nigarın
ilkin şəkli naaqqardır. Naaqqardan Nigardan başqa niaqara, nağara, nadan, nökər, naxarar və niqa
sözləri yaranıb. Dastanda Həsən adlı bir neçə adam var. Hasan xan, Hasan paşa və Dəli Həsən. Ərəb
dilində Həsənin anlamı gözəldir. Həsən sözünü ilkin şəklinə qaytarsaq qassan alınar. Bəzən rus dilində
Həsən Qassan şəklində yazılıır. Qas-od san- yer yurd şan- şöhrət doğum törəmə deməkdir. Dəli Həsən
güclü alovlu bir bahadır idi. O Koroğluyla dostlaşandan sonra yağmaçılıqla topladığı xəzinəni
Koroğluya verir. Dəli Həsən Koroğludan sonra Çənlibeldə ikinci adam idi. Koroğlu bir yerə gedəndə o
Koroğlunu əvəzliyir, Çənlibelin savunmasını qurur ,döyüşdə bozqurd kimi vuruşurdu. Aydınlaşır ki
,Dəli Həsən Həsən xan və Hasan paşa adlarını doğruldublar. Dastanda maraqlı obrazlardan biri
Koroğlunun oğulluğudur. Həm A. Xodzqo, həm də M.H.Təhmasib variantında onun adı Eyvaz
şəklində gedir. Belə fikir var ki, Eyvaz Əvəz adının təhrifə uğramış şəklidir. Amma bu fikir
səhvdir.Ahəng qanunu Türk dilinin bel sütunudur. Bu qanuna görə Eyvazın əsl şəkli Ayvazdır. Ayvaz-