IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
897
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İSMAYIL ŞIXLININ ƏSƏRLƏRİNDƏ LEKSİK
DİALEKTİZMLƏRİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Gülnar RƏHİMLİ
Bakı Slavyan Universiteti
p.rahimli_85r@mail.ru
AZƏRBAYCAN
Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri də dialekt leksikasıdır. Azərbaycan
dilinin tərkib hissəsinin bu layını təşkil edən dialektlər bütün inkişaf mərhələlərində ədəbi dillə əlaqədə
olmuş, onun leksik, qrammatik normalarının formalaşmasında müəyyən rol oynamışdır.
Qeyd edək ki, dialekt sözlərinin ədəbi dilin lüğət tərkibinə daxil olması üçün bədii ədəbiyyat
keçid rolunu oynayır. Odur ki, xalq dilinə bağlı olan yazıçılar əsərlərində yeri gəldikcə dialekt
sözlərindən istifadə etmiş, bədii əsərin dilinə yerli kolorit gətirməklə yanaşı tiplərinin dilini də
fərqləndirmişlər. Deməli, dialekt sözlərin bədii dilə gətirilməsi bilavasitə şair və yazıçıların fəaliyyəti
ilə bağlıdır.
Azərbaycan ədəbi dilinin lüğət tərkibinin dialektizmlər hesabına zənginləşməsində mühüm
xidmətləri olan belə yazıçılardan biri də İsmayıl Şıxlıdır.
Məlumdur ki, bədii dilə dialektlərin təsiri, əsasən, leksik cəhətdən özünü göstərir. Bu baxımdan
İ.Şıxlının əsərlərində işlənən leksik dialektizmləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
Geniş dairədə işlənən leksik dialektizmlər: qahmar (qəhmər), doqqaz, dədə, irişmək, çimir,
nəmər, ərəmik və s. Gör nə günə qalmışam ki, mənim döydüyüm adam mənə
qəhmər çıxır, mənə
yazığı gəlir. Bu nümunədə işlənən qahmar sözü çıxmaq feli ilə birgə işlənərək tərkibi fel əmələ
gətirmişdir. Qahmar: qahmar çıxmaq – tərəfdar çıxmaq; Atlılar doqqazda dayandılar. Doqqaz – kənd
küçəsi, əsas yoldan məhəllələrlə ayrılan yol.
Məhdud dairədə işlənən leksik dialektizmlər: qıymaça, eymənmək, soğulmax, yaxmax, faqqılıx,
cələ və s. Allahyarın həmişə olduğu kimi, indi də bu dərəyə çatanda sümüyü eyməndi. Eymənmək –
qorxmaq ehtiyat etmək.
Termin səciyyəli dialektizmlər. İ. Şıxlının romanlarının dilində xalqın gündəlik həyatı, məişəti,
təsərrüfatı və s. sahələrlə bağlı aşağıdakı termin səciyyəli söz qrupları işlənmişdir:
Geyim, bəzək əşyalarının adlarını bildirən söz-terminlər: qıymaça, postal. Rüstəm kişi başına bir
qıymaça çəkmişdi. Qıymaça – üçkünc və dördkünc baş yaylığı.
Yemək adlarını bildirən söz-terminlər: qulançar.Deyəsən, qucağında qulançar var idi. Qulançar
– yeməli yabanı bitki adı.
Gündəlik məişət və təsərrüfatla bağlı əşya adlarını bildirən söz-terminlər: cürdək, yaxdan, zirəzə,
nəmi, tejən, irəşmə və s. Əlindəki saxsı
cürdəyi salıb sındırdı.
Cürdək – darboğazlı su qabı; Kimsə qara
gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, cənazəyə qoydular və üstünə kəlağayı örtdülər.
Yaxdan – sandıq.
Coğrafi terminlər: cala, şıldır, gədik, bələn və s. Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq
yerdədir, dağ gədiklərinin arxasında yerləşən bu kəndə gəlmək üçün bələnlər aşıb, dərələr keçmək
lazımdır. Gədik – aşırım, dağ keçidi; Bələn –hündür yer, təpə, dağ aşırımı; Gecələr o taydan üzüb
keçən və kəndə soxulub, toyuq-cücə oğurlamağa çalışan ac çaqqallar çox zaman bu adadakı cələyə
toplaşır, qaranlıq qarışan kimi səs-səsə verib ulaşırdılar. Cala – çay sahilində meşə.
Bunlardan əlavə romanların dilində çoxlu sayda omonim, sinonim, antonim söz qruplarına da rast
gəlmək olar: tejən, irəşmə, nəmər, yaxmax, bələn, şax, nəmi, lopa, bələn (təpə)-dərə, şinəmax, dəyə,
şıvırtı, mətəris, təntimək, lüməkləməg, söz-gap (söhbət) və s.
Omonimlər. Fonetik tərkibinə görə eyni, mənaca müxtəlif olan omonimlər tarixi kateqoriya kimi
dildə həmişə mövcuddur. Omonim sözlər ədəbi-bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə
vasitələrindəndir. Yazıçılar omonimlər vasitəsilə dildə ahəngdarlıq, musiqilik yaradır və dili bədii
şəklə salırlar. Omonimlər leksik-semantik söz qrupu kimi sinonimlərlə də sıx bağlıdır. Dialekt
leksikası da hər hansı bir yazıçının dilinə omonim məna qazandırır, bu mənalar çox vaxt yazıçının
üslubu, obrazların dilinin fərdiləşdirilməsi ilə bağlı olur.
İsmayıl Şıxlının bədii əsərlərində aşağıdakı omonim sözlər diqqəti cəlb edir: tejən, nəmər,
yaxmax, bələn, şax, lopa, şıvırtı, təntimək. Şamxalın iməkləməsi, dəyələrin qabağında tumançaq
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
898
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
qaçması, arabir anasının gözündən oğurlanıb nəmiyə girməsi, camdakı süd üzünü başına çəkib
tejənlərin ağzını açması məgər yaddan çıxardımı?! Bu nümunədə
tejən –
qatıq və ya süd saxlamaq
üçün dəri, tuluq mənasında işlənmişdir. Bununla yanaşı
tejən – şor; qoca qadın döşü; çoxlu
mənalarında da işlənir. Yaxmax – batmaq (günəşə aiddir); salmaq, döşəmək; lovğalanmaq; uydurmaq,
goplamaq. Bələn – dağ aşırımı; pusqu yeri; hündür yer, təpə. Şax – qədim asma tərəzinin qolu,
tərəzinin gözləri asılan ağac; təzəbəy və ya gəlin üçün yaxın dostları tərəfindən hədiyyə olaraq
gətirilən üzəri şirniyyyat və meyvə ilə bəzədilmiş budaq; silos basdırmaq üçün istifadə olunan
qarğıdalı gövdəsi, yaşıl kütlə; ağaclıq; lobya bitkisinin sarmaşıb qalxması üçün onun dibinə
basdırılan ağaclar. Lopa – məşəl; evin üstünə döşəmək üçün yonulmuş ağac; sabun bişirilərkən çıxan
qalıq, çöküntü, tullantı; hissə, topa, parça; ot topası; manqalda yandırmaq üçün yumrulanmış kömür
xəkəsi. Şıvırtı – nazik çubuq; sızaq. Təntimək –çaşmaq, özünü itirmək, nə edəcəyini bilməmək;
darıxmaq.
Sinonimlər. Sinonimlər tarixi kateqoriya olaraq bütün dillərdə mövcuddur. Müxtəlif fonetik
tərkibə malik olan sinonimlər dilin lüğət tərkibinin əsas məna kateqoriyasından biri kimi ümumi bir
məna ilə əlaqədardır. Dilin zənginliyi sinonimlərin zənginliyi ilə ölçülür. Fikrin ekspressiv-emosional
ifadəsinə xidmət edən sinonimlərdən bədii əsərlərdə daha çox istifadə olunur. Bədii dildə fəaliyyəti
daha da genişlənən sinonim cərgələrin zənginləşməsi mənbələrindən biri də dialekt və şivələrdir.
İ.Şıxlının əsərlərinin dilində işlənmiş və dialekt sözlər hesabına genişlənmiş sinonim cərgələr əsasən
ad və fellərdən ibarətdir: söz-gap, yolmaq-lüməkləməg, nazilmək-yuxalmaq, məsləhətləşmək-gənəşmək,
xalxal-tövlə-dəyə, kolluq-fızıllıq, şıvırtı-ucaboy-hündür, qımqımı-zümzümə. Çox
sözlü-gaplı kənddi.
Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal
olurdu.
Antonimlər. Dilin lüğət tərkibində mövcud olan sözlərin bir qismi öz mənalarına görə bir-biri ilə
ziddiyyət təşkil etdikləri üçün müəyyən semantik sistem yaradır ki, belə sözlər antonim adlanır.
Yazıçılar əsərlərində təzadlı lövhələr yaratmaq, əşya və hadisələr arasında münasibətlərin daha dəqiq
müəyyənləşdirilməsi üçün antonim sözlərdən istifadə edir. Antonimlər yazıçının təsvir dilini daha da
cavanlaşdırır, onun ifadə təsirini artırır. İ.Şıxlının əsərində rast gəldiyimiz belə bir nümunəni nəzərdən
keçirək: Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq yerdədir, dağ gədiklərinin arxasında yerləşən
bu kəndə gəlmək üçün bələnlər aşıb, dərələr keçmək lazımdır. Bələn –təpə.
Göründüyü kimi, İ.Şıxlı bədii əsərlərində zəngin leksik dialektizmlərdən istifadə edərək bu
dialektizmlərlə təsvir etdiyi obraz və personajları daha dərindən və aydın şəkildə açmaq, əsərlərində
üslub rəngarəngliyi yaratmaq və bədii surətdə onun nitqi vasitəsilə qabarıq səciyyələndirmək
məqsədilə müraciət etmişdir.
“KOROĞLU” DASTANINDA ONOMASTİK VAHİDLƏR
Ayşən AĞAYEVA
Gəncə Dövlət Universiteti
mehdi_ahmadov@mail.ru
AZƏRBAYCAN
Azərbaycan ədəbi dilinin bədii üslubunun lüğət tərkibini onomastik vahidlər zənginləşdirir.
Müasir dilçilikdə hərtərəfli tədqiqə ehtiyacı olan bölmələrdən biri də onomastikadır. Onomastikanın
əsas tədqiqat obyekti olan xüsusi adları öyrənmək üçünona müxtəlif istiqamətdən yanaşmaq lazımdır.
Onomastika bütövlükdə
xüsusi adların toplusudur. Xüsusi adlar isə öz vəzifə və mənalarına
görə ümumi adlardan kəskin surətdə fərqlənir. Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası
ilk növbədə ümumxalq dilinin xüsusi adlar məcmusudur sonra isə xüsusi adların bədii ədəbiyyatda
işlənmə məqamı poetik onomastikadır. Onomastikanının əsas və ən geniş yayılmış sahəsini
antroponimika təşkil edir. Bu termin dilçilikə insan haqqında elm mənasında işlənir. Antroponimika
insan adlarının əmələ gəlməsini inkişafını adların keçmişini və müasir vəziyyətini öyrənir. Azərbaycan
dilçiliyində onamastikanın müxtəlif sahələrindən bəzi qrammatika kitablarında, monoqrafiyalarda,
dərsliklərdə danışılmasına və geniş izah verilməsinə baxmayaraq, onomastikanın ədəbi dilimizin bədii