IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
865
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yanədir (Nəsimi); “Hicrin etdi mən ğəribə uştə gör avarələr” (Xətai), “Qulluğuna gəldi üştə, yüz tuman
təqsir ilən”, “Üştə can verdi ğəmindən xəstəxatir Kişvəri”, “Verdi can qul Kişvəri üştə tuman həsrət
bilə” və s.
II Dəxi haqqında. Fransız dilində d j – artıq, daha deməkdir. Məs.: “İl est d j tard” – artıq //
daha gecdir. Bu sözün mənşəyi desja (des+ja: it. gia, isp. ya, port. ja (rus. уже // даже; bask: jada //
dagoeneko – B.R.) – artıq, daha kimi izah edilsə də [2,88], türk mənşəli daxi /dəxi //daha sözü ilə
bənzərliyi də göz önündədir. Digər tərəfdən, rus dilindəki даже sözünü klassik ədəbiyyatımızda hətta,
üstəlik mənasında işlənən
dəxi, müasir Türkiyə türkcəsindəki
dahi forması ilə əvəz etmək mümkündür.
Məsələn,“Онаискреннеподдерживаетьсвоихдрузей,
можетсрадостьюпомочьдажесовершеннонезнакомомучеловеку,
попавшемувбеду”
–
O,
açıqürəkliliklə öz dostlarına dayaq durur,
hətta dara düşən heç tanımadığı insanlara
belə /
dəxi /
dahi
məmnuniyyətlə yardım edə bilir.
Lüğətdən öyrənirik: даже – hətta, belə; ...da, ...də: пришливсе, дажестарики – hamı, hətta
qocalar da gəlmişlər; тутдажесамврачбессилен – burada həkimin özü də acizdir; дажеи ... – heç,
hətta: дажеинеподумал – heç ağlıma da gəlməyibdir [3,277].
Qeyd edək ki, qədim türk yazılı abidələrinin dilində dəxi ədatının qədim şəkli takı olmuşdur.
Məs.: “takı nəgü kütər sizlər” (Uig I 43,7) – daha nə gözləyirsiniz? /daha nəyi güdürsünüz?; “Cıda
birlə ya ok birlə takı kılıç birlə kalkan birlə atladı” (OKƏ 4,1) – Cida, yay, ox ilə, (также) dəxi qılınc,
qalxan ilə atladı; “Alalıŋ ya takı kalkan tamqa bizgə bolsun buyan” (OKƏ 11,7) [1,536] – Alaq yay,
dəxi qalxan, damğa bizə kömək olsun.
Tarixi qrammatika dərsliyində dəxi ədatı ifadə etdiyi mənaya görə iki cür izah edilmişdir: “a) da,
də-nin tamamilə sinonimi olub, məzmun etibarilə eynidir: Ey xirqə giyən bən dəxi zünnarimi buldum.
Bir dəxi səndən istərəm ancılayın xəbər kibi (Nəsimi); Mən dəxi görim gələndə anı. Mən dəxi nigara
bağibanəm (Xətai); Bir vəsiyyətim dəxi oldur ki, (Füzuli); İslam ləşkərindən dəxi çox adamlar məcruh
və məqtul oldu (Dərbəndnamə);
b) İfadəyə qüvvət verən artıq (daha -B.R.) ədatının sinonimi kimi. Bu vəzifədə işlənən dəxi
ədatının da, də ədatı ilə məzmun yaxınlığı bir o qədər də nəzərə çarpmır. Divdən dəxi nə qorqu çünki
pənahim oldur. Dəxi götürməzdim baş anın əyağından (Nəsimi); Yox dəxi cəhanda ğəmküsarım. Dəxi
nə yüz ilə varım onda (Xətai); Diməzəm dəxi saŋa aşiqəm, ey gül, zira, Saŋa aşiqlığım izhar edəli xar
olubəm (Füzuli); Xubların yasəmən qoxulu zülfi, Dəxi məndə dinü iman qoymadı” (Vaqif); Şükr bari
kim səni bir daxi gördük sağ, əsən (Kişvəri); “Dahi hanqı mərd mərdanə meydanə qədəm
basacaqdur?!” (“Şühədanamə”).
Bu qruplaşmaya üçüncünü də əlavə etmək olar. Belə ki, dəxi ədatının əvvəlkilərdən seçilən hətta,
belə mənası da vardır ki, bu zaman rus dilindəki daje-yə yaxınlaşır: “Konşıya hədiyə virələr azdan
çoqdan əgər xərac virür kafirsə daxi” (“Kitabi-müstəqim”); “Çox dəvə qırıldı, adəm dəxi”, “Bin qatır,
bin dəvə dəxi belə” (M.Zərir); “Gecə kim, uyxuma girsən, istərəm ol uyxunu Kim, qiyamətdə daxı
olmaya bidarı hənuz”, “Çıxmaya kuyin həvası Kişvərinin başıdan, Ol zaman daxı ki, dutsa toprağ
altında vətən”, “Aŋa daxi olurlar xəlq mane”, “Köŋlümün lövhində oxurdum əlif qəddin rəvan, Mən
daxi bir doğru hərf ögrənmədim ustadidən” (Kişvəri). Bu nümunələrdə də dəxiʼni daje ilə əvəz etsək,
məna dəyişməyəcəkdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
866
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
QƏRB QRUPU DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ “BAĞIR”
SOMATİZİMLİ SABİT SÖZ BİRLƏRMƏLƏRİ
MəlihəƏSƏDOVA
Bakı Slavyan Universiteti
melihe78@mail.ru
AZƏRBAYCAN
Somatizm – insan və heyvanlara məxsus bədən üzvlərinin adlarıdır. Sabit söz birləşmələrinin
formalaşmasında ən aktiv rol oynayan da bu dil vahidləridir. Dilçilik ədəbiyyatında somatizmlər
əsasında formalaşan sabit söz birləşmələri ilə bağlı ayrıca bir tədqiqat əsəri yoxdur. Somatizmli
birləşmələr haqqında yalnız sabit söz birləşmələri haqqında yazılan tədqiqatlarda onların
formalaşmasında iştirak edən komponentlərdən danışılan zaman qrup kimi məlumat verilir.
Somatizmlər Azərbayzan dialektlərində, xüsusilə də qərb qrupu dialekt və şivələrində maraqlı leksik-
semantik qruplardan biridir. Ümumilikdə sabit söz birləşmələrində somatizmlərin çox işlənməsinin
səbəbi bu dil vahidlərinin lüğət tərkibində semantik cəhətdən zəngin olamalarındadır.
Obyektin xarakterindən asılı olaraq somatizmlər müxtəlif qatlara parçalanır: somonimlər,
osteonimlər, splanxnonimlər, anqionimlər, sensonimlər, xəstəliklərin adları.
Sabit söz birləşmələrinin tərkibindəki somatizmlər dialektdəki semantik məna çalarına görə fərqli
mövqelərdə duraraq, fərqli məna çalarlıqları yaradırlar. Beləki, bəzi somatizmli sabit söz birləşmələri
həddindən çox məcazi məna çalarlıqları yarada bilirsə də, bəzilərində bu semantik çalarlıq zəif və ya
az ifadə olunur. Onların hər birini ayrı-ayrılıqda nəzərdən keçirək:
Bağır (əks. şiv.) – ciyər. – Qərb qrupu dialekt və şivələrində maraq doğuran somatizmlərdən biri
də çiyər mənasını ifadə edən “bağır” sözüdür. Məsələn: bağrı yarılmaq (Gəncə) – qorxmaq, dərd
çəkmək, sinəsinə dağ çəkmək, əzab çəkmək. Bağır kavavı çox xeyirridi (V.); – Bağırı içalatnan bir
yerdə qazanda da pişirrix
1
(Qb.); – İkijə şiş bağır da çəx
1
sən
1
yaman olar (A.Sal.).
Qeyd edək ki, Gəncə və Yevlax şivələrində bağır sözü əsasən «qara ciyər» mənasını bildirir. Ağ
ciyər sözünü ifadə etmək üçün öfgə leksemi işlədilir: Öfgə quyrux yerinə işdiyir. Şivələrdə qara bağır,
bağrıyarılmaq, bağrı çatdamax, bağrı qan olmax ifadələrinə də rast gəlinir: – Qara bağırı uşaxlar
ye:flər, öfgələr qalıf (S.); – Beyqafıl çağırdılar dana, yazığın bağrı yarıldı (Bəyd.); – Heş demirsən, elə
qorxudan uşa: n bağrı çatdıyar (Nər.).
Bağır sözü ədəbi dildə «sinə, köks, ürək» anlamında da işlənməkdədir; məsələn, bağrına basmaq.
Asemantik kök şəklində isə bağırsaq leksik vahidinin tərkibində qalmışdır.
«Azərbaycan dilinin dialektoloji lüğəti»ndə bağır «qaraciyərlə quyruqdan hazırlanan plov
xuruşu» mənasında göstərilir (2, 48). Qarabağda aş qarası kimi istifadə edilən bağırbeyin adlanan
xörək bişirilir və ayrıca da yeyilir (5, 107).
Qərb qrupu şivələrində bağır sözü «qara ciyər», öfgə sözünün digər fonetik variantı olan öyfə «ağ
ciyər» anlamında işlənir: – Bü:nkü bağır-öyfə savaxkı quyruxdan irəlidi (zərb-məsəl) (9, 198).
Qərb qrupu dialektlərinə daxil olan Gəncə dialektində bu sözə “bağır-beyin” yemək adında da
təsadüf edirik. Bu yemək qara ciyər və quzu quyruğundan hazırlanır. Hər ikisi ayrıca qaynadılaraq
əzilir və bir-birinə qatılır. Paxla plovla (aş növü) yeyilir.
Qərb qrupunda bu somatizmlə bağlı diqqətimizi cəlb edən sabit söz birləşmələrindən biri də
“alabağır olmaq” birləşməsidir. Bu frazeologizmin birinci komponentinin tərkibindəki “ala” sözü qan
mənasında işlənmiçdir və ciyəri qanamaq, ciyəri parçalanmaq mənalarını şişirtmə məqamında təqdim
edir.
M.Kaşğarinin lüğətində
bağır «qaraciyər», qədim türk lüğətində isə «ürək» mənasında qeydə
alınmışdır (6, c.1, 366; 132, 78). «Əsrarnamə»də və digər qədim türk yazılı abidələrində «köks, sinə,
ciyər, ağ ciyər, qara ciyər» mənalarını ifadə etdiyi göstərilir (9, 137). «Dədə Qorqud kitabı»nda bağrı
yanmaq ifadəsinə rast gəlirik: Yaln
1
uzca oğul görünməz, bağrım yanar; Yandı bağrım, göynədi içim
(7, 38, 61).
Bağrı yanmaq ifadəsi «kədərlənmək, qəm-qüssəyə batmaq» anlamında izah olunur (8, 27).
Bağır sözünə klassiklərimizin əsərlərində də təsadüf edirik; məsələn, Bəndən
iraq olduğun
bağrımı qan eylədi (9, 137).